“Eçmiədzin kilsəsi bütün ermənilərin katolikosu II Qareginin övladı olub-olmadığını inkar etməyib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib.
“Bunun əvəzinə, kilsə məsələlərinin kilsə qaydaları ilə həll olunduğunu bəyan edirlər, başqa sözlə, demək istəyirlər ki, bu sizin işiniz deyil, biz qərar verəcəyik.
Kilsənin bir nizamı da yoxdur ki, həm Tanrıya yalandan and içir, həm də katolikos qala bilir”, - Çaxoyan qeyd edib.
Ermənistan Baş naziri Nikol Paşinyan dünən sosial mediada yazmışdı ki, əgər II Qareginin subaylıq andını pozduğu və övladı olduğu ortaya çıxarsa, o, bütün ermənilərin katolikosu ola bilməz.
Paşinyanın bu mesajından sonra II Qaregin Eçmiədzin kilsəsində yepiskopların toplantısına dəvət olunub. Kilsə və katolikos Ermənistan baş nazirinə aydınlaşdırıcı cavab verməyib.