“Çalışmalıyıq ki, hər birimiz bu qlobal tədbirin iştirakçısı olaq” - ÇAĞIRIŞ
Tarix: 16-04-2024, 19:14 | Çap et
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən ilin dekabrında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsiylə bağlı sərəncam imzaladı. Azərbaycanın yürütdüyü dövlət siyasətinin məzmununa diqqətlə baxılarsa, ölkəmizdə alternativ və yaşıl enerjidən istifadəyə necə böyük önəm verildiyini görmək mümkündür. Bu siyasi kurs xüsusən də doğma Qarabağımız erməni işğalından azad edildikdən sonra daha da şaxələnərək bütün ölkəni əhatə etməyə başlayıb. İşğaldan azad edilmiş Qarabağ və ona bitişik ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin ətraf mühitin qorunması çərçivəsində icra edilməsi buna sübutdur. İşğaldan azad edilmiş bölgələrdə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icrası da bu məqsədə yönəlib. Bütün bu amillər nəzərə alındıqda COP29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının bu ilin noyabrında ölkəmizdə keçirilməsi qərarı təsadüf deyil, qanunauyğunluqdur. Mötəbər tədbirə hazırlıqlar öz məcrasında davam edir. Ölkəmiz nəhəng bir tədbirə ciddi şəkildə hazırlaşır. Məlumdur ki, COP29-un loqosu ictimaiyyətə təqdim olunub. Loqonun ehtiva etdiyi məzmun barədə məlumat verilib. Aydın məsələdir, dünyanın bir parçası olan Azərbaycan ümumi evimiz - Yer kürəsini qlobal təbii fəlakətlərdən qorumaq üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır və bunu gündəlik fəaliyyətdə də icra edir. Bu da təkzibedilməz gerçəklikdir ki, indi dünyanı xilas etməyə çalışan bəzi dövlətlər zamanında eko-sistemin bərbad hala salınmasında birbaşa suçludurlar. Dünyamızda yaşanan hazırkı eko-fəlakət səviyyəsi böyük dövlətlərin böyük günahı ucbatından yaranıb. Təbii sərvətlərin acgözlüklə talan edilməsi, atmosferə buraxılan zəhərli qazlar, çayların, dənizlərin su hövzələrinin sənaye tullantıları ilə çirkləndirilməsi, dənizlərdə, çaylarda faunaya hücumlar, meşələrin qırılması... bunlar hamısı qlobal iqlim dəyişikliyinə səbəb olub və Yer kürəsinin təbii mənzərəsini mənfiyə doğru dəyişib. İndi isə dövlətlər toplaşıb çıxış yolu axtarırlar. Ümid edilir ki, beynəlxalq konfrans problemlərin səbəbini araşdırmaqla çıxış yollarını da tapacaq və dövlətlərin üzərinə konkret öhdəliklər qoyulacaq. COP29-un Azərbaycanda keçirilməsi isə iqlim dəyişikliyinin önlənməsi, eko-sistemin bərpasında ölkəmizə etibar və etimad göstərilməsinin təzahürüdür. Azərbaycan beynəlxalq aləm tərəfindən etibarlı tərəfdaş, problemlərin həllinə lazımi dəstək verən ölkə kimi tanınır və qəbul olunur. Azərbaycanın, xüsusən son 15 ildə beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etməsi də bu etibar və inamı yüksəldən amildir. “Xəzər” Universitetinin Coğrafiya və ətraf mühit Departamentinin müdiri, “Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, ekoloq Rövşən Abbasov “Sherg.az"a açıqlamasında COP29-un ölkəmizdə keçirilməsinin üstünlüklərindən danışdı: "Xatırladım ki, ötən ilin noyabr-dekabr aylarında Birləşmiş Ərəb Əmirliklərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransı keçirildi. Və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümyəndə heyəti də konfransda iştirak etdi. Azərbaycan ilk dəfə olaraq COP28 sərgisində pavilyonla təmsil olundu. Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə yaradılmış milli pavilyon “İqlim davamlılığı üçün davamlı həllər” mövzusunu əhatə edirdi. İnteraktiv pavilyonda Azərbaycanın iqlim dəyişikliyi siyasəti, Azərbaycan hökumətinin istixana qazlarının tullantılarının azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər və bu sahədə həyata keçirilən digər layihələr haqqında məlumat verilirdi. Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulmuşdu. Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpa olunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərirdi. İnteraktiv formatdakı “Azərbaycanın Ətraf Mühit Xəritəsi” Milli Parklar, İqlim növləri, Bərpa olunan enerji, Su ehtiyatları və Yaşıl konsepsiyanı əks etdirirdi, mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla təqdim edilirdi. Onu da deyim ki, ölkəmiz 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılması barədə öhdəlik götürüb. Eyni zamanda işğaldan azad edilən ərazilər karbon neytrallığı zonası elan olunub. Çıxışlar zamanı da bildirildi ki, Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Tək bu il ərzində 2 milyon müxtəlif cinsli ağaclar əkilib. İlin sonuna qədər bu rəqəmin 3 milyona çatdırılması planlaşdırılır. Bu, gələcəkdə Azərbaycanın karbon emissiyalarının azaldılmasına böyük töhfə olacaq. Bütün bu fəaliyyət və təqdim olunan məlumatlar, görünən reallıq əlbəttə ki, beynəlxalq aləmdə bizi təbiətin, eko-sistemin mühafizəsi istiqamətində əməli addımlar atan ölkə kimi tanıdır. COP29 dünya səviyyəli bir tədbirdir. Bunu da inkar etmək olmaz ki, son 1 ildə, bu beynəlxalq tədbirin Azərbaycanda keçiriləcəyinə qərar veriləndən sonra ölkəmiz dünyanın diqqət mərkəzindədir. Hətta bəzən qınaqlar da səslənir ki, neft istehsal edən ölkə niyə COP29-a ev sahibliyi etməlidir? Ötən il BƏƏ-də keçirildi, bu il Azərbaycanda. Mən şəxsən əksini düşünürəm. Hesab edirəm ki, məhz neft istehsalçısı, ixracatçısı olan ölkədə bu cür qlobal tədbirin keçirilməsinin özü müsbət haldır. Bu, dünyanın energetika gələcəyini göstərir. Onu göstərir ki, hətta neft istehsalçısı olsaq da, biz gələcəyimizi alternativ enerjidə görürük. Bu baxımdan çox vacib tədbirdir. Çoxlu sayda - 50-60 min qonaq gələcək. COP29-da daha çox alternativ enerji, “yaşıl iqlim” layihələrinin maliyyələşmə məsələlərinin müzakirələri aparılacaq. Paris razılaşmalarının nəticələrinə, öhdəliklərin yerinə yetirilməsinə nəzər salınacaq. Azərbaycan belə bir tədbirə ev sahibliyi etməklə həm də böyük siyasi uğura imza atır. Hər kəs buna sevinməlidir. Və çalışmalıyıq ki, hər birimiz bi qlobal tədbirin iştirakçısı olaq. İstər fərdi şəkildə, istərsə də vətəndaş cəmiyyəti olaraq ölkəmizi müsbət tərəfdən tanıdaq, bura gələnlər də gözəl bir ölkəyə, nümunəvi bir ölkəyə gəldiklərini fərq etsinlər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZAL-ın qəzaya uğramış təyyarəsinin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq
Bu gün, 12:11 |
|
|
|
• Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:10 |
|
|
|
• Qazaxıstan aviaşirkəti Astanadan Yekaterinburqa uçuşları dayandırıb - KİV
Bu gün, 12:09 |
|
|
|
• Ölkə yas içində... “XƏZƏR” Universitetində VUR ÇATDASIN... ÇAL OYNASIN!.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:05 |
|
|
|
• Kadırovun təklifindən Bakı imtina etdi - PA-dan AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
• “İpək Yolu Sığorta”nın yeni strukturu təsdiqlənəcək
Bu gün, 11:57 |
|
|
|
• Qroznı və Mahaçqala hava limanları fəaliyyətini dayandırdı -FOTOLENT
Bu gün, 11:44 |
|
|
|
• Bacarırsınızsa, Ukrayna dronları ilə baş edin... - ŞƏRƏFSİZ YIĞINI...
Bu gün, 11:37 |
|
|
|
• Azərbaycan təyyarəsi BELƏ vurulub – ŞOK DETALLAR
Bu gün, 11:32 |
|
|
|
• 300 saylı məktəbdə də BAZAR AÇIBLAR... - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:28 |
|
|
|
• BU QƏDƏR SADƏ: Hər şagird 10 manatdan gətirsin... şənbə-bazar evdə qalsın! - Daha bir TƏHSİL PİŞTAXTASI...
Bu gün, 11:22 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Bu gün, 11:12 |
|
|
|
• “Aqrarkredit” QSC-nin “Libra” MMC-yə qarşı MİN OYUNU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:11 |
|
|
|
• "COVİD" bəhanəsilə Putinin yanına getməyən Paşinyandan PAYLAŞIM... - "İşə gedirik"
Bu gün, 11:04 |
|
|
|
• Türkiyəli məşhur astroloq təyyarəmizin vurulacağını DEYİBMİŞ... - Həm də bir neçə saat əvvəl
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub - Baş Kəşfiyyat İdarəsinin rəisi
Bu gün, 10:57 |
|
|
|
• Bakıdan sürpriz həmlə: Qazaxıstan və Kremlin "təyyarə oyunu" pozuldu - AKTUAL
Bu gün, 10:45 |
|
|
|
• Antiinhisar xidməti Mərkəzi Bankın tenderini – LƏĞV EDİB
Bu gün, 10:39 |
|
|
|
• İlhamə Elşadqızı ağır ittihamla həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:35 |
|
|
|
• "Bu şirkətdən bir şey almaq istəyirsinizsə..." - GİLEY
Bu gün, 10:29 |
|
|
|
• Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
Bu gün, 10:23 |
|
|
|
• "Rusiya Azərbaycan xalqından ÜZR İSTƏMƏLİDİR..." - Fəzail Ağamalıdan ÇAĞIRIŞ
Bu gün, 10:09 |
|
|
|
• Hadrutun xarici elektrik təchizatı yenilənir - 700 min manat ayrıldı
Bu gün, 10:00 |
|
|
|
• `ŞİRVANŞAH`IN TORPAQ HOQQABAZLIĞI... - 13 hektar ərazini bu yolla...
Bu gün, 09:50 |
|
|
|
• Deputatlar bu tarixdə tətilə ÇIXIR
Bu gün, 09:45 |
|
|
|
• Kəmalədin Qafarovun AH-NALƏLİ QAZANC ÜNVANI... - ONKOLOGİYA İNHİSARÇILIĞI...
Bu gün, 09:42 |
|
|
|
• ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35 |
|
|
|
• "Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33 |
|
|
|
• 2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26 |
|
|
|
• Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25 |
|
|
|
• Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19 |
|
|
|
• MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17 |
|
|
|
• Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09 |
|
|
|
• Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08 |
|
|
|
• Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04 |
|
|
|
• Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03 |
|
|
|
• "İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53 |
|
|
|
• KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48 |
|
|
|
• Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43 |
|
|
|
• 2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40 |
|
|
|
• Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37 |
|
|
|
• Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34 |
|
|
|
• Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22 |
|
|
|
• “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08 |
|
|
|
• 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04 |
|
|
|
• Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
• Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54 |
|
|
|
• Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
|