"Vəsait ayrılmasa, etiraz edəcəyik" .....                     Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib .....                     “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” .....                     Texniki nasazlıq, yoxsa... .....                     Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu .....                     Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu .....                     "Əməliyyatdan sonra qorxulu görünürdüm" .....                     Kürdəmirə yeni icra başçısı təyin edilib .....                     Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI .....                     Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib .....                     Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib .....                     Göygölün icra başçısı vəzifəsindən azad edilib .....                     Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ .....                     Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi .....                     “Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” .....                     Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... .....                     Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib .....                     Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb .....                     Ermənistan Moskvanı kənara itələyir .....                     Bu icra başçısı vəzifəsindən azad edildi .....                     Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı .....                     "BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." .....                     DSMF 4 ədəd pikap tipli avtomobil alır .....                     Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil .....                     Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur .....                     Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? .....                     Günel Bəhramqızı şöbə rəisi təyin edildi .....                     Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir .....                     “Dedi ki, sakinlər məni öldürür, pulu ver” .....                     Xalq artistimizdən təqdirəlayiq JEST: .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi .....                     Türk ekspertlərdən iddialar .....                     Milli Məclisdə büdcə müzakirələri davam edir .....                     Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi .....                     "Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür .....                     ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır .....                     "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir .....                 

“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Tarix: 27-12-2024, 07:08 | Çap et
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır”
"DİA-AZ" Globalinfo.az-a istinadla Azərbaycan Prezidentinin İctimaiyyətlə Əlaqələr bölməsinin sabiq rəhbəri, BMT İnkişaf Proqramının Azərbaycanda Ekoloji Layihələrinin sabiq rəhbəri, müstəqil ekspert Çingiz Məmmədovla müsahibəni təqdim edir:

-Çingiz bəy, 2024-cü ilin əvvəlində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirdi. Lakin baş tutmadı. Ermənistan növbəti ildə müxtəlif bəhanələrlə prosesi ləngidə bilərmi?

-Mən 2024-cü ilin əvvəlində də iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı nikbin deyildim. Əsas səbəb isə Ermənistanın Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməməsi idi. Bu yaxınlarda Prezident İlham Əliyev də açıqlamasında bu nüansları qeyd etdi. Hazırda Ermənistanın mövqeyində dəyişiklik görünmür. Rəsmi İrəvan sözügedən şərtləri qəbul etməyənə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması gözlənilən deyil.

-Azərbaycanın Ermənistandan əsas tələbi konstitusiyada dəyişiklikliyin edilməsi idi. Rəsmi Bakı bu olmadan sülh sazişinin imzalanmasının mümkünsüzlüyünü dəfələrlə deyib. Hansı halda Nikol Paşinyan Ermənistan konstitusiyasında olan ərazi iddiasının çıxarılması üçün referenduma gedər?

-Ermənistan konstitusiyasında dəyişiklik edilməsini zəruri edən iki səbəb var: hüquqi və mənəvi-psixoloji. Hüquqi baxımdan əgər bir ölkənin konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiası varsa, iki ölkə arasında sülh müqaviləsi imzalana bilməz. Ermənistan Konstitusiya Məhkəməsinin “bu məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmadığı” barədə səsləndirdiyi fikirlər tamamilə yanlışdır. Beynəlxalq aləm suveren dövlətlərdən ibarətdir. Onların əsas sənədi isə konstitusiyadır. Heç bir daxili və ya beynəlxalq sənəd konstitusiyadan üstün ola bilməz. Bu, beynəlxalq hüququn əlifbasıdır. Bir sözlə, Ermənistan konstitusiyasında ərazi iddiasından əl çəkməyəcəkcə, Azərbaycanla imzalanacaq hər hansı sülh müqaviləsinin hüquqi qüvvəsi olmayacaq. Yeni gələn hakimiyyət bu sənədi konstitusiyaya uyğun olmadığı üçün ləğv edə bilər.

Digər tərəfdən hətta imzalanmış hər-hansı sənəd belə sülhün təminatçısı deyil. Çünki dövlətlər öz imzaladıqları sənədləri belə pozurlar. Bunu son zamanlar beynəlxalq aləmdə tez-tez görürük. Yeganə sülh təminatçısı Ermənistanda revanşizmin olmamasıdır. Yəni davamlı sülh üçün erməni xalqının böyük hissəsi revanşizmdən əl çəkməlidir. Konstitusiyada dəyişiklik isə referendum vasitəsilə mümkündür. Əhalinin böyük hissəsi bunun lehinə səs verərsə, həm konstitusiyada dəyişiklik mümkün olacaq, həm də Ermənistan cəmiyyətində revanşizm ehtimalı xeyli azalacaq.

-Bu ilin aprel ayında Qazaxın anklav olmayan 4 kəndi Azərbaycana qaytarıldı. Naxçıvanın Kərki kəndi və Qazaxın anklav olan kəndləri ilə bağlı isə hələ də qeyri-müəyyənlik qalır. Onların da qaytarılması mümkündürmü?

-Kərki kəndi çox strateji əhəmiyyətə malikdir. Çünki məhz Zəngəzurda Naxçıvanla Azərbaycanın digər ərazilərinin böyük hissəsi arasındakı əsas yolda yerləşir. Ona görə də Ermənistan Kərkinin Azərbaycana qaytarılmasına müqavimət göstərir. Rəsmi Bakı Kərkinin geri qaytarılması məsələsində təkid etməlidir.

-Yaxın Şərqdə gərginlik davam edir, eləcə də Rusiya-Ukrayna müharibəsi 3 ilə yaxındır dayanmır. Bunların hansının yeni ildə dayandırılması daha realdır?

– Yeni ilin əsas hadisəsi ABŞ-da yeni administrasiyanın işə başlaması olacaq. Rəsmi Vaşinqtonun üç böyük problemi var. Bunlardan birincisi və ABŞ üçün ən önəmlisi Çinlə dünya hegemonluğu uğrunda rəqabətdir. Amma hazırda orada qan tökülmür. Siz qeyd etdiyiniz digər iki münaqişə ocağı ABŞ-ın diqqət və resursunu Çinlə rəqabətdən yayındırır. Ona görə ABŞ bu iki ocağı söndürməkdə maraqlıdır ki, bütün gücünü Çinlə mübarizəyə yönəldə bilsin.

Yaxın Şərq 1948-ci ildə İsrail yaranandan gərgin vəziyyətdədir. İsrail lobbisi ABŞ-da çox güclüdür. Onun maraqları naminə ABŞ Yaxın Şərqdə İsraili dəstəkləməkdə davam edəcək, buna görə bu bölgədə sülhə nail olmaq çox çətindir. Yaxın Şərqlə müqayisədə Rusiya-Ukrayna müharibəsinin dondurulması mənə daha ehtimallı görünür. Buna görə çox güman ki, yeni ABŞ administrasiyası ilk növbədə Ukrayna müharibəsini dayandırmağa çalışacaq.

-Suriyada 53 ildən sonra Bəşər Əsəd rejiminin süqutu böyük səs-küyə səbəb oldu. Suriyada baş verənləri necə dəyərləndirirsiniz? Bu günlərdə İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. İki lider razılaşıb ki, Suriyanın bərpasında Azərbaycan da iştirak etsin. Bunun geopolitik mənası, anlamı nədir? Azərbaycan Yaxın Şərqdə təmsil olunmaq imkanı qazanır?

-Suriya rejimi zəif hakimiyyət idi. Çünki xalqa arxalanmırdı. Amma prosesdə əsas rolu hakimiyyətdəki boşluq oynadı. 2011-ci ildə Suriyada başlamış proseslər 2015-16-cı ildə Rusiya və İranın Bəşər Əsəd hakimiyyətini dəstəkləməsi hesabına status-kvo ilə tamamlandı. Hazırda Rusiyanın başının Ukraynaya qarışması, İranın da İsrailin, yəni, ABŞ-ın zərbələri və daxili səbəblərdən zəifləməsi Bəşər Əsədin hakimiyyətini laxlatdı. Nəticədə o, hakimiyyəti təhvil verməli oldu. Sözsüz ki, burada əsas rollardan birini Türkiyə oynadı. Rəsmi Ankara Suriyanın ərazi bütövlüyünün saxlanması şərti ilə burada yeni hakimiyyətin qurulmasına çalışır. Azərbaycan bu işdə Türkiyəyə yardımcı ola bilər. Prezidentlərin telefon danışığında da məhz bu məsələ müzakirə edilib. Azərbaycanın Türkiyəni dəstəkləməsi Yaxın Şərqdə rəsmi Ankaranın təsirini daha da gücləndirir. Deməli, Azərbaycanın da Yaxın Şərqə təsiri var.

-Suriyadan baş verən hadisələrdən sonra İranın da eyni vəziyyəti yaşaya biləcəyindən bəhs edilir. Bu mümkündürmü?

-Suriyada baş vermiş hadisələrdən sonra İsrailin və onu dəstəkləyən ABŞ-ın diqqəti İrandadır. İran hazırda İsrailin əsas hədəfidir. Onlar rəsmi Tehranda hakimiyyət dəyişikliyini istəyər. Amma bunun nə dərəcədə real olduğunu nəzərə almalıyıq. Suriya ilə müqayisədə İranın bir neçə fərqli cəhəti var.

İndiki İran Qacar dövlətinin varisidir. Yeri gəlmişkən, Qacar dövlətinin digər varisi Azərbaycan Respublikasıdır. Avropanın müstəmləkə dövründə cəmi iki müsəlman dövləti – Osmanlı imperiyası və Qacarlar nominal müstəqilliyini qoruyub saxlaya bilmişdi. Ona görə də İranın uzunmüddətli dövlətçilik ənənəsi, daha sonra 90 milyona yaxın əhalisi var. Özü üçün kifayət edəcək qədər iqtisadi potensiala malikdir. Ona görə də Suriyada baş verənləri İranda təkrarlamaq asan məsələ deyil.

-Digər məsələ İrana qarşı Qərbin gözlənilən sanksiyalarıdır. Rusiyaya olduğu kimi, rəsmi Tehrana da sanksiyaların tətbiq ediləcəyi gözlənilir? İran buna tab gətirə biləcək?

– İrana qarşı sanksiyalar elə islam inqilabından sonra tətbiq edilib. Əlbəttə, yeni sanksiyalar da mümkündür. Sanksiyaların məqsədi bir növ hakimiyyəti zəiflədib, əhalini hakimiyyətdən narazı vəziyyətə s almaqdır. İranda sosial məsələlərdə problemlər var. Elektrik enerjisində fasilələr yaranır, pensiya və maaşlarda ləngimələr olur, yerli valyuta zəifləyib və s.

Lakin İrandakı sosial vəziyyətin hakimiyyət dəyişikliyinə gətirə biləcək qədər gərgin olduğunu düşünmürəm. Çünki İran Çinə və digər ölkələrə öz enerji daşıyıcılarını satır və satacaq. Bu gəlirlər sosial gərginliyi müəyyən səddi keçməməyə kömək edər. Kənd təsərrüfatı da kifayət qədər inkişaf edib. Zənnimcə, İrana qarşı daha çox etnik separatizmdən istifadə etməyə çalışacaqlar. Bu, sosial çətinliklərlə birlikdə ciddi təhlükəyə çevrilə bilər.

-Rusiya-Ukrayna müharibəsinə də toxunmaq istəyərdim. 2025-ci ildə bu müharibənin taleyi necə olacaq? Tərəflər arasında sülh sazişi, hansısa anlaşma mümkün görünürmü? Ukraynanın bölünməsi realdırmı?

– Rusiya-Ukrayna müharibəsi hər iki dövlətin gücünü azaldır. 10 milyona yaxın ukraynalı ölkəni tərk edib. Təxminən bir milyona yaxın insan ya həlak olub, ya da ağır yaralanıb. Çox güman ki, Rusiya tərəfində də rəqəmlər eynidir. Hər iki ölkə müəyyən şərtlər altında münaqişənin dayandırılmasında maraqlıdır. Bu müharibənin təsirini təəssüf ki, biz də hiss edirik.

Rusiya Ukraynanın NATO-ya üzv olmamasında təkid edəcək. Krım yarımadası daxil olmaqla, ələ keçirdiyi ərazilərin onda qalmasını, Qərbin tətbiq etdiyi sanksiyaların aradan götürülməsini istəyəcək. Bu şərtlər də Ukrayna üçün qəbuledilməzdir. Ona görə də iki ölkə arasında sülh müqaviləsinin deyil, atəşkəsin imzalanması mümkündür. Qüvvələrin yerləşdiyi xətt boyu atəşkəs elan edilir və döyüşlər dayandırılır. Təxminən 1994-cü ildə Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəsə bənzəyir.

Belə bir atəşkəsin imzalanması Ukraynanın bölünməsi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər. Çünki Ukrayna nə Krımı, nə də öz şərqində yerləşən 4 vilayəti idarə etməyəcək.

-ABŞ-da yeni seçilmiş prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra müharibəni dayandıracağına böyük ümidlər var idi. Lakin son vaxtlar bunun əksi istiqamətində xəbərlər yayılır…

– Rusiya və Ukrayna arasında hər hansı bir razılaşma onların həm bir-biri ilə qüvvə nisbətinin, həm də beynəlxalq aləmdə gedən proseslərin nəticəsidir. Bayden administrasiyasının Tramp administrasiyası ilə əvəz olunması Ukrayna-Rusiya münaqişəsinə təsir göstərən amil hesab olunur. Donald Trampın seçki öncəsi verdiyi vədlər daxili auditoriyaya yönəlmişdi.

O, seçildiyi andan bir gün sonra münaqişəni dayandıracağını bəyan etmişdi. Lakin seçilməsindən ay yarım vaxt keçsə də müharibə hələ də davam edir. Doğrudur, Tramp əlindəki imkanlardan Rusiya və Ukraynaya təsir göstərə bilər. Bu resursların atəşkəsə kifayət edib-etməyəcəyi isə sual doğurur. Hesab edirəm ki, atəşkəs mümkündür. Bundan sonra uzun danışıqlar başlayacaq. Bizim Ermənistanla 35 il çəkmiş danışıqlar kimi. Onların nə ilə nəticələnəcəyi hər iki dövlətin daxilində, həm də qlobal miqyasda baş verəcək hadisələrdən asılı olacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Bu gün, 14:22
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Bu gün, 14:17
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Bu gün, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Bu gün, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Bu gün, 14:02
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54
"Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52
Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47
Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43
Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:41
Göygölün icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 13:39
Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ - SƏRƏNCAM
Bu gün, 13:35
Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi - SƏRƏNCAM
Bu gün, 13:31
“Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” - VİDEO
Bu gün, 13:27
Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... - İLGİNC İDDİALAR
Bu gün, 13:19
Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib
Bu gün, 13:11
Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb
Bu gün, 13:10
Ermənistan Moskvanı kənara itələyir - Kiyevdən bahalı taxıl alır, fərqi Brüssel ödəsin deyir
Bu gün, 13:06
Bu icra başçısı vəzifəsindən azad edildi - DEYİLƏNƏ GÖRƏ...
Bu gün, 13:04
Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı - ÖZÜNÜ DOĞRULTMADI
Bu gün, 12:54
"BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." - NARAZILIQ VAR...
Bu gün, 12:49
DSMF 4 ədəd pikap tipli avtomobil alır – 227 min manat ödəniləcək
Bu gün, 12:44
Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil - Paşinyan CAVAB VERDİ
Bu gün, 12:42
Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur - MƏHKƏMƏ
Bu gün, 12:39
Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:36
Günel Bəhramqızı şöbə rəisi təyin edildi - ÖZÜ AÇIQLADI
Bu gün, 12:35
Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir - SVR
Bu gün, 12:33
“Dedi ki, sakinlər məni öldürür, pulu ver” – Eyni mənzil çoxlarına belə satılırmış
Bu gün, 12:31
Xalq artistimizdən təqdirəlayiq JEST: - "Orada 20 hərbiçimiz şəhid olub"
Bu gün, 12:27
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:24
2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi - Paşinyan
Bu gün, 12:21
Türk ekspertlərdən iddialar - Toqquşma, təxribat və ya hücum...
Bu gün, 11:34
Milli Məclisdə büdcə müzakirələri davam edir
Bu gün, 11:28
Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26
"Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24
Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20
ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19
"Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18
Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14
Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04
Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03
Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53
SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47
Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41
“Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39
İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37
Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28
Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru