"Belə görünür, bu dəfə cinayətin izlərini itirmək Kremlin başqa bir əlaltısı Tokayevə tapşırılıb. Elə olmasaydı, dünənki mətbuat konfransında Qazaxıstanın nəqliyyat naziri qəzaya səbəb kimi ekipajın idarəetməyə nəzarəti itirdiyini deyib, bunun nədən, hansı amillərin təsirindən baş verdiyi barədə susmazdı..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış ekspert Ərəstun Oruclu çıxış edib. O daha sonra əlavə edib: "Elə olmasaydı, Qazaxıstanın nəqliyyat naziri mətbuat konfransında təyyarədə olan çoxsaylı zədələr haqda bir kəlmə də danışmayıb, salonda guya oksigen balonunun partlaması və bunun nəticəsində sərnişinlərin huşunu itirməsi barədə həyasız yalan sırımağa çalışmazdı. Elə olmasaydı Qazaxıstan polisi qəza baş verən kimi hadisəni çəkib yayan blogeri saxta "polisə müqavimət" ittihamı ilə saxlamazdı. Halbuki dünyanın əksər aparıcı informasiya resursları elə bu gün də əsasən onun yaydığı kadrlara istinad edir. Elə olmasaydı Qazaxıstan hökuməti ilk saatlardan Azərbaycan və Rusiya mütəxəssislərinin təhqiqata yalnız müşahidəçi qismində buraxılacağını bildirməzdi. Ağıllı sxem qurublar öz aləmlərində, amma görək haraya qədər gedəcəklər..."