"Bakı - Qroznı marşurutu ilə reysi həyata keçirən Azərbaycanın Azal Hava Yollarına məxsus təyyarənin Qroznı üzərində Rusiyanın HHM sistemi tərəfindən vurulması qətiyyən şübhə doğurmur". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı çıxış edib. O daha sonra bildirib: "Rusiyanın hərbi siyasi rəhbərliyi baş verən cinayətə məsuliyyətlə yanaşmalı, mülki təyyarəni hədəfə alanları, təyyarənin Rusiya ərazisinə enməsinə qadağa qoyanları cinayət məsuliyyətinə cəlb etməli və Azərbaycan xalqından rəsmi olaraq üzr istəməlidir. Dövlətimizin müvafiq qurumları Azərbaycan - Rusiya hava reyslərinə Rusiya tərəfindən rəsmi və etibarlı təhlükəsizlik zamanəti verilməsini tələb etməli və bu haqlı tələb yerinə yetirilənədək Azərbaycan - Rusiya və Rusiya - Azərbaycan hava reyslərini qadagan etməlidir..."