“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                 

Dörd kənddən əlavə işğal altına qalan ərazi - “Qazançı”...
Tarix: 12-03-2024, 08:42 | Çap et
Dörd kənddən əlavə işğal altına qalan ərazi
Qazax rayonunun işğal altındakı yeddi kəndinin dördünün ilkin mərhələdə qaytarılması ilə bağlı rəsmi Bakının tələbləri yerinə yetirilməsə, Azərbaycan hərbi əməliyyatlara başlaya bilər.

Çünki 1990-cı ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş səkkiz kənd Azərbaycanın suveren əraziləridir. Rəsmi İrəvan həmin yaşayış məntəqələrindən qoşunlarını çıxartmasa, Azərbaycanın güc yolu ilə əraziləri azad etmək hüququ var.

Qeyd edək ki, bu barədə ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev iki ay öncə yerli telekanallara müsahibəsində açıqlama verib.

Dövlət başçısı bildirmişdi ki, Azərbaycan tərəfi Ermənistana birinci mərhələdə Qazax rayonunun anklav olmayan dörd kəndini qaytarmağı təklif edib. Söhbət Qazax rayonunun Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanıs Ayrım kəndlərindən gedir.

Azərbaycana məxsus dörd anklav kəndin qaytarılmasına isə növbəti mərhələdə baxılacaq. Bunlar Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Sədərək rayonunun Kərki kəndləridir.

Xatırladaq ki, bu il yanvar ayının 4-də Ermənistan Xarici İşlər Nazirliyinin sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycana təkliflər göndərdiyinə dair məlumatlar var. Öz növbəsində, Azərbaycan həmin sənədin redaktə olunmuş variantını Ermənistana göndərib. Lakin Ermənistan son iki ayda Azərbaycanın tələblərini yerinə yetirməyib.

Ona görə də Azərbaycan Baş nazirinin müavini, Sərhədlərin Delmitasiyası və Demarkasiyası üzrə dövlət komissiyasının sədri Şahin Mustafayevin xidmətindən martın 9-da verilən açıqlama Ermənistana xəbərdarlıq kimi başa düşülə bilər.

“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq”.

Baş nazir Nikol Paşinyanın Ermənistan parlamentinin hakimi “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları ilə keçirdiyi görüşdə adıçəkilən kəndlərin Azərbaycana aid olduğunu və onları geri qaytarmağın vacibliyindən danışdığı bildirilir.

İclasda xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. Yəni Ermənistanın dörd kəndi Azərbaycana qaytaracağına dair siqnallar ötürülür. Ancaq Ermənistan bu məsələdə hələ də manipulyasiya edir. Son vaxtlar Azərbaycanın guya Ermənistanın 31 kəndinin ərazisinin Azərbaycan Ordusunun nəzarətində olduğuna dair paşinyan hökumətinin iddiaları hələ də işğal altındakı kəndləri qaytarmaqdan yayınmağa hesablanıb.

Bununla da Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürür. Belə ki, Ermənistan həm 8 kəndin ilhaqına nail olmaq, həm də şərti sərhəddə yerləşən və Azərbaycana məxsus strateji yüksəkliklərə iddiasını həyata keçirmək istəyir.

Hətta Ermənistan 4 kəndi qaytarsa belə, anklav vəziyyətdə olan digər dörd kəndi qaytarmaq niyyətində görünmür. Nikol Paşinyan rəhbərlik etdiyi hökumətin ötən il noyabrın 20-də keçirilən iclasında yeddi yaşayış məntəqəsinin qaytarılmasının mümkünlüyündən danışsa da “Kərki kəndinin verilməsindən söhbət gedə bilməz” - deyə Azərbaycana qarşı rəsmən ərazi iddiasını elan etmişdi.

Yəni Ermənistan bəzən Gədəbəy rayonunun Başkənd kəndinə iddia etməklə, son vaxtlar isə “31 kənd” məsələsini gündəmə gətirməklə bu problemi ərazi mübadiləsi çərçivəsində həll etməyə çalışır.

Halbuki, işğal altındakı ərazilər anklav və ya qeyri-anklav olmasına baxmayaraq, qeyd-şərtsiz azad edilməlidir. Ona görə də Ermənistanın prosesi gərginləşdirməsi Azərbaycan Ordusunun güc tətbiqindən istifadə yolu ilə əraziləri azad etməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı əraziləri 8 kəndlə yekunlaşmır. Ermənistan Qazax rayonunun anklav olmayan dörd kəndinin ərazisinə daxil olan “Qazançı” dağı və onun ətrafındakı yüksəkliləri də Azərbaycana qaytarmalıdır.

Çünki həmin yüksəkliklər Bağanıs Ayrım kəndi və Quşçu Ayrım kəndləri arasında yerləşir. Ermənistan ordusu adıçəlkilən yüksəklikləri 1999-cu ilin yanvar ayında işğal edib. Ermənilər bu mövqelərədən Quşçu Ayrım kəndini və Məzəm kəndinə gedən yolu atəş altında saxlayır.

“Qazançı” dağı və digər yüksəkliklər həmçinin, Aşağı Əskipara kəndinə də yaxındır. Ona görə də Quşçu Ayrım kəndinin ətrafındakı yüksəkliklər dörd kəndlə bərabər Azərbaycana qaytarılmalıdır. Əks təqdirdə, Bağanıs Ayrım və Aşağı Əskipara kəndləri Azərbaycana qaytarılsa da, strateji mövqelər Ermənistan ordusunun nəzarətində qalacaq.

Bu isə Quşçu Ayrım, Bağanıs Ayrım və Aşağı Əskipara kəndləri ilə əlaqəni çətinləşdirəcək. Ermənistan isə delimitasiya və demarkasiya prosesində bundan istifadə edərək həmin əraziləri özündə saxlamağa cəhd edə bilər. Bu da öz növbəsində, Bağınıs Ayrım və Quşçu Ayrım kəndlərinin anklav vəziyyətə düşməsi deməkdir.

Oxşar vəziyyət Kərki kəndində də müşahidə olunur. Ermənistan Kərki kəndini Sədərək rayonu ilə birləşdirən “Kərkinin düzü” adlı ərazini və orada yerləşən yüksəkliyi işğal altında saxlayır.

Ümumiyyətlə, 1928-ci ilə qədər tərtib olunmuş bütün xəritələrdə Kərki kəndi anklav vəziyyətdə deyil. Yalnız 1928-ci ildə rayonların yaradılmasına başladıqdan sonra Şərur-Dərələyəz mahalının torpaqları kimi, Kərki kəndinin ərazisi də qanunsuz olaraq Ermənistan SSR-ə verilib.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1938-ci il 5 may tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verilib. Yalnız bundan sonra kəndin Naxçıvan MR-dan ayrı vəziyyətə düşüb. Ona görə də Ermənistan “Kərkinin düzü” adlanan ərazini də geri qaytarmalıdır.

Hazırda Ermənistan 8 kəndi və ətraf yüksəklikləri işğal altında saxlamaqla Azərbaycanın 86,6 min kv.km. ərazi bütövlüyünü tanıdığına dair 1991-ci il Alma-Ata, 2022-ci il Praqa və 2023-cü il Brüssel bəyannamələrini pozmuş olur.

Bu isə Ermənistanın həmin razılaşmalardan birtərəfli qaydada imtina etməsi deməkdir. Belə olan təqdirdə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanıdığı barədə ikitərəfli qaydada imzalanmış Praqa və və Brüssel bəyannamələrindən imtina etmək hüququ var.

Müşfiq Abdulla
“Cebhe.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru