Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                 

Paşinyan və dəstəsi Moskvaya qarşı: - İrəvan nə istəyir?
Tarix: 5-03-2024, 11:06 | Çap et
Paşinyan və dəstəsi Moskvaya qarşı:
Rəsmi Moskva son 33 ildə ilk dəfə olaraq Ermənistana sərt xəbərldarlıq edərək ikitərəfli münasibətlərdə "bir çox məqamlara yenidən baxa biləcəyini" deyib və bunu "İrəvanın Rusiyanın düşmənləri ilə dostluğuna cavab olacağını" açıqlayıb.

Rusiya gün keçdikcə ondan daha da uzaqlaşmağa çalışan Ermənistanı "konkret seçim etməyə" çağırır.

Ermənistan rəhbərliyi Moskvanın sərt xəbərdarlıqlarına, ultimatumlarına və çağırışlarına cavab olaraq "artıq gec olduğunu, seçimin edildiyini" vurğulayır.

Üstəlik, rəsmi İrəvan bəyan edir ki, SSRİ dağılandan sonra əsas hami, havadar və strateji müttəfiq qismində Rusiyanın seçilməsi ermənilərin ən böyük, strateji səhvi olub.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan sonra ölkəsinin təhlükəsizlik qarantının və əsas tərəfdaşının Rusiya yox, Qərb olacağını sürəkli bəyan edir.

Rusiya ilə Ermənistanın qarşılıqlı münasibətlərində artıq yeni reallıq formalaşır. Tərəflər etiraf etmək istəməsələr də, belədir.

Proseslərin batinindən bəhs edəcəyik, amma zahir artıq göz qabağındadır.

Son təzahür Türkiynənin Antalya şəhərində keçirilən ənənəni Beynəlxalq Diplomatik Forumda oldu.

Rusiyanın XİN başçısı Sergey Lavrov bir qayda olaraq belə tədbirlərdə Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşür, danışıqlar aparırdı. Amma Antalyada o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı nümayişkaranə şəkildə "görməyərək" Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşdü.

Halbuki Lavrovla Mirzoyan arasında görüş Rusiya-Ermənistan əlaqələrindəki mövcud gərginliyin səviyyəsini aşağı salar, bir sıra məsələlərdəki suallara aydınlıq gətirə bilərdi.

Forum üç gün davam etdi, amma S.Lavrov erməni həmkarı ilə danışıq üçün 10 dəqiqə vaxt ayırmadı.

Səbəblər məlumdur və onların arasında ən başlıcası Ermənistan rəhbərliyinin mövqeyidir.

Rusiyanın ermənilərdən tələbi MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün "dondurulması" ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına aydınlıq gətirilməsidir.

Taleyin ironiyasına bax ki, KTMT-də sədr ölkə indi məhz Ermənistandır.

Təhlükəsizliyinin təminatçısı və xarici çağırışlarla təhdidlərin qarşısının alınmasında qarant kimi görmək istədiyi KTMT-dən son dörd ildə "real mövqe gözləməyin mənasız olduğunu" vurğulayan Ermənistan isteblişmenti artıq açıq şəkildə bildirir ki, Moskva, sən demə, İrəvana xəyanət edib.

Ermənilər vurğulayırlar ki, onlar artıq yeni geosiyasi və diplomatik inkişafın, habelə təhlükəsizliyin təminatı strategiyasını seçiblər.

Həmin strategiyada Rusiyaya yer olmadığı təkrarlanır.

Məsələn, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib: "Az qala bütün - siyasi, iqtisadi, hərbi-siyasi, elmi və s. - istiqamətlərdə Ermənistan Rusiyadan böyük asılılıqda idi və bu, ümumi təhlükəsizlik konsepsiyamızın tərkib hissəsi idi. 2020-ci ildə, İkinci Qarabağ Müharibəsi başlayanda həmin sistemin işləmədiyini görəndə təhlükəsizliyimizin təminatı üçün alternativlər aramağa başladıq".

Onun sözlərinə görə, Rusiya və KTMT "Ermənistana kömək etməkdən boyun qaçıranda" Ermənistan-Rusiya münasibətləri sistemi çökdü: "2020-ci ilədək Ermənistanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığının 96 faizi Rusiyanın payına düşürdü. 2021-ci ildən başlayaraq Ermənistan müxtəlik ölkələrlə milyardlarla dollarlıq müqavilələr bağladı. Həmin hərbi-texniki əməkdaşlıq anlaşmalarında Rusiyanın payı 10 faiz təşkil edir. Payın 96 faizdən 10 fiazə düşməsi Rusiyanın seçimi olub".

A.Qriqoryanın sözlərinə görə, hazırda Ermənistan təhlükəsizliyinin təminatı il bağlı məsələlərdə əsas tərəfdaşı qismində Fransanın görür.

"Fransa bizə ən müasir silah və hərbi texnika verir. Belə məsələlər sakitlyi sevir. Təbii ki, Fransadan aldığımız hər şeyi açıqlaya bilmərik", - A.Qriqoryan Rusiyaya daha bir messic ünvanlayıb.

Onun açıqlamasındakı bir məqam isə Ermənistanın indiki rəhbərliyinin ikiüzlülüyünü, patoloji yalançılığınını və siyasəti klounada ilə səhv salmalarını bariz şəkildə göstərib.

"Rusiyanın Ermənistan iqtisadiyyatına son vaxtlarda sərmayə qoyuluşları da ifrat dərəcədə azalıb. Belə ki, ötən ilin nəticələrinə görə, Birləşmiş Ərəb Əmirlikləri 250 milyon dollarlıq sərmayə ilə Ermənistana ən çox investisiya yatıran ölkə oldu. İkinci yerdə kiçik Lüksemburqdur. Rusiya 50 milyon dollardan da az sərmayə ilə 3-cü yerdədir", - A.Qriqoryan deyib.

Onun sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın, habelə parlamentin spikeri Alen Simonyanın və XİN başçısı Alen Simonyanın bəyanatlarının leytmotivlərini təkrarlayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Ermənistan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə" olması statistik ekvilibristika, oyunbazlıqdır.

Ukraynada başladığı hərbi əməliyyatlardan sonra Qərbin çoxsaylı və ağır sanksiyaları ilə üzləşən Rusiya iqtisadiyyatını böhrandan qurtarmaq üçün sanksiyalardan yayınmağın yollarını aramağa başladı. Həmin yollardan biri də Qərbin sanksiyalara qoşulmamış ölkələrdə şirkətlər təsis edərək paralel ixraca başlamaq və Rusiyanın tələbat duyduğu məhsulları, texnikanı, texnologiyanı və s. əldə etməkdi.

BƏƏ də Rusiya şirkətlərinin sanksiyaların tətbiqindən sonra yüzlərlə səhmdar cəmiyyət, şirkət, agentlik, assosiasiya, LLC və s. yaratdığı ölkələr arasında ilk yerlərdən birini tutur.

Daha sonra Rusiya şirkətləri eyni modeli Ermənistanda tətbiq etdilər. Həmin sxemə əsasən, Ermənistan vətəndaşlığı olan şəxslər çox qısa müddətdə şirkət qurur, onu öz adına rəsmiləşdirir, daha sonra BƏƏ ilə "sərmayə kapitalı əsasında" birgə müəssisə, şirkət və s. yaradır, Qərbdən alınan məhsul, texnologiya və malları BƏƏ-yə, oradan Ermənistana və sonucda Rusiyaya daşıyırlar.

Kağız üzərində BƏƏ şirkətləri Ermənistan iqtisadiyyatına sərmayə yatırırlar, reallıqda isə Rusiya şirkətləri BƏƏ-də yaratdıqları strukturlar vasitəsilə Qərb-BƏƏ-Ermənistan-Rusiya istiqamətində əməliyyatlar keçirirək sanksiyalardan yayınırlar.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya ilə bağlı son bəyanatları da məntiqdən çox kənar, populizm və siyasi demaqogiya sayıla biləcək açıqlamalardır.

Məsələn, o, bəyan edib ki, sən demə, Moskva İrəvanı “Rusiya və Belarusun ittifaq dövlətinə qoşulmağa vadar etməyə çalışıb”.

Sözün açığı, A.Simonyanın nə demək istədiyi bəlli deyil. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan devrilərsə və onun yerinə Rusiyanın təlimatları ilə davranacaq marionetkanın hakimiyyətə gələcəyi təqdirdə belə, Ermənistanın hansısa formada Rusiya-Belarus İttifaqına qatılması mümkün deyil.

Səbəblər az deyil və onların arasında ilk yerləri V.Putinlə A.Lukaşenkonun Ermənistanı hasnı dövlət qismində qəbul etdikləri, Ermənistanla “İttifaq Dövləti” arasındakı məsafə, Moskva və Minskin reallıq hissini itirmədiklərinə görə Cənubi Qafqazdakı proseslərə belə kobud müdaxiləyə yol verməyəcəkləri kimi məqamlar var.

Ermənistanın Rusiyadan uzaqlaşması davam edir. Amma hələlik proses sürətli deyil - Moskva və İrəvan arasında çoxsaylı, genişmiqyaslı və dərin iqtisadi əlaqələr var.

Nikol Paşinyan hakimiyyəti Qərbdən, xüsusilə də Fransadan aldığı bütün göstərişlərə rəğmən, indi həmin əlaqələri kəsmək üçün zəruri potensiala, imkanlara və siyasi iradəyə malik deyil.

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru