Erməni baş nazir səmimidirsə... .....                     Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb .....                     İranın iki raketi İordaniya və Suriyaya düşüb .....                     YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... .....                     Elşən Salahovun BATIRDIĞI XƏZƏR... .....                     II Qaregin və Petrosyan Paşinyanın hədəfində .....                     Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? .....                     "Sosial şəbəkədə aktiv deyiləm" .....                     "İranın vurulmasının konkret iki səbəbi var" .....                     İranın kamikadze dronları İsraildəki hədəfləri vurub .....                     Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı .....                     İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb .....                     Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? .....                     Ağdamda ACINACAQLI DURUM .....                     İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... .....                     Bakıda kollec direktoru vəzifədən GETDİ .....                     Azərbaycan xalqının Qurtuluş Günü .....                     38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var .....                     Neft-qaz sektorunda MAAŞ PARADOKSU .....                     İranda Mossad casuslarının maşınları ələ keçirildi .....                     Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu .....                     Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur .....                     İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb .....                     “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR .....                     "Axı bu nə məsuliyyətsizlikdir?" .....                     Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... .....                     AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... .....                     İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? .....                     Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ .....                     Revanşistlər son oyunlarını oynayır .....                     Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. .....                     SOS: İrəvan süni intellekt fabriki yaradır .....                     İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? .....                     İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində .....                     Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir .....                     “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb .....                     Ermənistan hələ də Rusiyanın qucağından düşməyib .....                     Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir .....                     Energetika sanatoriyasında enerji problemi .....                     Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? .....                 

Kəramətin "Səs” romanı ilə bağlı ÇAĞIRIŞ - "Qadağan olunmalıdır..."
Tarix: 30-01-2024, 09:53 | Çap et
Kəramətin "Səs” romanı ilə bağlı ÇAĞIRIŞ
"Kəramətin "Səs”i çıxdı”

Kəramət elə mürəkkəb adamdı ki, yaxşısını da desən səhvdi, pisini də.

Yazıçılıq elə bu nöqtədən başlayır, bu nöqtədən sürət götürüb asimana bülənd olur. "Səs” çıxanda məni qara-qara fikirlər bürüdü. Dedim, bu nə ara vaxt eləyib roman yazdı? Oxuyub başqa pəncərələrə dikilsinlər, həyat qapısını bir az düz bildikləri küçədən yox, başqa dalanlardan döysünlər deyə gün ərzində minlərlə adam feysbukda gözləyir ki, Kəramət status yazacaq.

Dedim, gedib kitabı alıb oxuyum. İşimiz-peşəmiz onsuz da oxumaqdır. Gözləməyin mənası yoxdu. Getdim gördüm oturub hər tərəfi şüşə kabinetdə. Oturmaq da demək olmaz. Şüşə kabinetdə çoyuyur, durur-oturur, oturur-durur. Dedim, ilahi, bu hansı divin ürəyidi?

20-25 dəqiqə ərzində şüşə kabinetə neçə-neçə adam gəldi. Hamısı sevgi gətirdi, kitab apardı. Arada mən elə gəlirdi ki, gələn adamların biri şüşə kabinetin qapısını açıb Kəraməti buraxacaq, Kəramət də havalanıb uçacaq, bir daha qayıtmayacaq. Amma açmadılar, adamlara Kəramət bu şüşə kabinetdə lazımdı, oturub yazsın, oxusunlar, ürəklərində desinlər ki, mən də elə bunu demək istəyirdim. Adamlara Kəramət lazımdı, Kəramətə heç kim…

Əlqərəz, kitabı aldım, bir nimçə də qarabaşaq yeyib aradan çıxdım. Kəramətçün darıxan adam onunla çox otura bilməz, elə aralıdan darıxsan yaxşıdı.

Kitab nəfis çap edilib, baxdım ki, eynəksiz də oxuya biləcəm, xoşbəxt oldum. Maşınla gələ-gələ üç-dörd dəfə açıb bir cümlə oxudum. Kəramətin cümlələri çəkicidi, ahənrübadı. Evə çatanda fikir məni götürdü, evdə oxuyum, ya işdə? Qəti qərar verdim, işdə oxuyacam. Onsuz kostyum satılmır, bir az da onun əsəbini tökərəm romana.
Səhər tezdən kitabdan siftə eləməmiş "Kulis”də yazı çıxdı qarşıma. Yazıçı Vüqar Van "Səs”dən yazıb. Tez məqaləni açıb oxudum. Kaş oxumazdım, çünki mən romanı oxuyandan sonra deyəcəyim bəzi şeyləri artıq bu yazıda görəcəkdim, gördüm də...

Kəramətlə ədəbi tanışlığım "Çöl” dən başlayıb. "Çöl”ü oxuyanda belə adamın varlığı məni narahat etdi. İstedad qədər paxıllıq çəkdiyim ikinci nəsnə yoxdur. Amma bu elə bir istedaddır ki, paxıllığın gücü çatmır, edə bilmirsən. Odur ki, Ya Allah deyib başladım.

Əvvəla onu deyim ki, əllini keçən ömrümdə bu tezliklə roman bitirməmişəm. Dil o qədər funksional, o qədər şirindi ki, kitabı yerə qoyan kimi elə bilirsən danışmağa adam tapmayacaqsan. Nəqlin dözülməz gözəlliyi adamı əldən salır.

Roman üzdən baxanda avtobioqrafik görünsə də, burda ayrı bir məsələ var. Kəramət bu romanda rus nəsrinin bizə öyrətdiyi stereotipləri sındırıb, xarakterlərin uşaqlığını, indiki halını, görünüşünü bizə göstərmir. Çünki onun bizə ötürəcəyi mətləb başqadır. O mətləb romanı bioqrafik çərçivədən çıxarır. Roman cəmiyyətə güzgü tutur, onun uşaqlığını, səhvlərini, görkəmini, xəstəliklərini anladır. Bu "diaqnoz”u həkimə vermək lazımdır ki, onu bəladan xilas eləsin. Bəs həkim kimdi, həkim romanın lap sonunda peyda olur, adı Barışdı!

İçində siyasi söhbətlər olan bədii mətnlər ədəbiyyat olmaq üçün publisistika ilə ölüm-dirim mübarizəsinə girişir. Çox vaxt publisistikanın tilişkəli dili ədəbiyyatı didib-dağıdır, şikəst edir. Kəramət bu bəlanı dəf eləməkdən ötrü özü-özünə meydan oxuyan hekayələri roman içində "Domna” ustası kimi əridib, istədiyi formaya sala bilib, publisistikaya qalib gəlib. Romanda Samitin, Xanbabanın, Cəmilənin hekayələri quru siyasi söhbətlərə bal yaxıb. Öz quyusuna düşən adama yazıçı deyirlər. Kəramət bu romanda özünə elə bir quyu qazıb ki, elə bildim sonacan çıxa bilməyəcək. Yenə köməyə Barış çatdı.

Son vaxtlar ölkəmizdə xeyli romanlar yazlıb. Bu roman streotipləri qırıb. Roman sübut etdi ki, ölkədə yazı azadlığı var, sadəcə yazıçı azadlığı yoxdu. Yazıçı özü-özündən hövüllənir.

Romandakı seçki prosesi məni maraqlandırmır. Məni maraqlandıran cəmiyyətin bu prosesə münasibətidir. Əsərdə nə qədər fərdi xarakterlər açılıb-ağardılmayıbsa, bir o qədər cəmiyyət, kütlə xarakteri qazılıb, kökləri gün üzünə çıxıb. Bu roman dədə-baba romanı deyil. Özümüz haqqındadı. Merkantil cəmiyyətin böyük məzhəkə bazarına çevrilməsi, dərdlərini satmaları, mentalitet alveri, roman boyu axıb gedir. Əsərin adındakı "səs” seçki səsi deyil, içimizə saldığımız "səs”dir. O səs ki bir gün bizi kar edəcək. Yazıçı quyusundan gələn səslərə qulaq verməsək, biz heç vaxt "səs” verə bilməyəcəyik.

Əsərdə məni qane etməyən bir məsələn də danışım. Mənə elə gəlir ki, yazıçı yazdığı mətni bəşəriyyətə pay verməlidir. Sabah-biri gün bu əsər başqa dillərə də tərcümə edilə bilər. Kəramət bir neçə yerdə Ramiz Rövşənin "qara paltarlı qadın”, "Aynur Camalın” saytı, "Aqil Abbasın filan sözü”, ifadələrini işlətməklə mətni konyuktura toruna salıb. Uqanda oxucusuna bu adlar yaddır, orda bu isimlərin gücü bizim cəmiyyətlə eyni deyil.

Mətni oxuya-oxuya sadə oxucunun bilməyəcəyi, amma ədəbiyyat adamlarının göydə tutduğu bəzi fəndlər qədərindən çoxdur. Söhbət mətni ilgəkləməkçün istifadə olunan təkrarlardan gedir.

Romandakı Cəmilə xarakteri, Cəmilə sevgisi, yüksək peşakarlıqla işlənib. Ümumiyyətlə, Kəramətin müxalif dönüşləri, hadisəni baş-ayaq etməsi özünün daxili çəkişməsindən gəlir və çox gözəldir. Əsərdə Kəramətin müəllimlə seçki alveri üstündə dialoqu var. Bu dialoq mənə Bela Tarrın "Turin atı” filmindəki hardansa peyda olun bir adamın ev yiyəsi ilə dialoqunu yadıma saldı. Yaxşı əsərlər onsuz da qohumdular.

Roman yenidir, Azərbaycan nəsrinin təzə səhifəsidir. Çox istərdim ki, bu roman qadağan ola, bəlkə, dünya bizim ədəbiyyata nəzər edə, yoxsa biz ömür boyu şüşə kabinetlərdə kitab satacağıq.

İlham Əziz Mənbə: Kulis.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni baş nazir səmimidirsə... - GƏLİŞMƏ
Bu gün, 11:42
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb - FOTO
Bu gün, 11:35
İranın iki raketi İordaniya və Suriyaya düşüb - 12-ci kanal
Bu gün, 11:27
YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... - ODUR Kİ...
Bu gün, 11:08
Elşən Salahovun BATIRDIĞI XƏZƏR... - MALƏSƏF...
Bu gün, 11:06
II Qaregin və Petrosyan Paşinyanın hədəfində - Seçkilərə qədər hər ikisi zərərsizləşdiriləcək
Bu gün, 10:55
Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? - NARAZILIQ VAR...
Bu gün, 10:50
"Sosial şəbəkədə aktiv deyiləm" - Nanə Ağamalıyeva
Bu gün, 10:38
"İranın vurulmasının konkret iki səbəbi var" - Sərdar Cəlaloğlu
Bu gün, 10:33
İranın kamikadze dronları İsraildəki hədəfləri vurub - KİV
Bu gün, 10:30
Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:29
İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb
Bu gün, 10:23
Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? - AKTUAL
Bu gün, 10:18
Ağdamda ACINACAQLI DURUM - vətəndaş HARAY ÇƏKDİ
Bu gün, 10:16
İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... - SİYAHI
Bu gün, 10:07
Bakıda kollec direktoru vəzifədən GETDİ - AÇIQLAMA
Bu gün, 10:05
Azərbaycan xalqının Qurtuluş Günü - MƏQALƏ
Bu gün, 10:01
38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var - FOTO
Bu gün, 09:51
Neft-qaz sektorunda MAAŞ PARADOKSU - ÖZƏL ŞİRKƏTLƏR AZALDIR, DÖVLƏT İSƏ ARTIRIR
Bu gün, 09:47
İranda Mossad casuslarının maşınları ələ keçirildi - İçindən nələr çıxdı?
Bu gün, 09:41
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
Bu gün, 09:39
Aİ missiyasının regiondakı varlığı Kremlin Cənubi Qafqaz planlarını pozur - FAKT BUDUR!
Bu gün, 09:36
İsrail İranın zərbələrindən dəyən ziyan barədə məlumat yayıb - TASS
Bu gün, 09:33
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
Bu gün, 09:31
"Axı bu nə məsuliyyətsizlikdir?" - ETİRAZ VAR...
Bu gün, 09:24
Bakının mərkəzi ÜFUNƏT İÇİNDƏ: Xəstəlik yayıla bilər... - NARAZILIQ VAR...
Bu gün, 09:16
AZERCELL sanki ölkəni qarışdırmağı QƏSD EDİB... - BU NƏDİ BELƏ?
Bu gün, 09:07
İran şahının törəmələri əl-ayağa NİYƏ DÜŞÜB Kİ? - Görünəni odur ki...
Bu gün, 08:54
Hər an risq altında olan neftçilər üçün MÜHÜM BİLGİ - Ekspert danışır...
Bu gün, 08:51
Revanşistlər son oyunlarını oynayır - Paşinyan onları bitirməkdə qərarlıdırmı...
Bu gün, 08:48
Bu vurhavurda Zəngəzur YADA DÜŞƏR?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
SOS: İrəvan süni intellekt fabriki yaradır - Azərbaycana TƏHDİD
Bu gün, 08:43
İran-İsrail gərginliyində BİZİ HƏDƏFƏ GƏTİRƏN KİM(LƏR)DİR? - NƏ ETMƏLİ?
Bu gün, 08:41
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb
Bu gün, 08:37
Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir - Reuters
Bu gün, 07:50
“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
Bu gün, 07:48
Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03
Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02
Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru