Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? .....                     "Ehtiyatlı olun, aldanmayın" .....                     Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF .....                     Vaşinqton və London “gizli seçki” keçiriblər? .....                     “PetMall” baytarlıq klinikasından şikayət .....                     Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? .....                     Tiktoker "Roşka" intihara cəhd edib .....                     “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub .....                     Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil .....                     "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et" .....                     Rusiya benzin ixracına qadağa qoydu: .....                     Rusiyada şovinizm yüksək həddə çatıb .....                     İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb .....                     Bağça müdiri 2300 manat rüşvət aldı .....                     "Moskva İrana arxalanır" .....                     Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı .....                     Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin .....                     "Aqrarkredit" BOKT-a sözçü təyin olunub .....                     Universitetlərin ilkin adlarını saxlamaq lazım idi .....                     Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir .....                     Allahverdi Yolçuyev yenə corab satacaq? .....                     Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı .....                     3 ildən bir forma dəyişməsi: .....                     Sülhü “baltalayan” əllər: .....                     İranda mühüm iclas: Azərbaycanla münasibətlər... .....                     Fransanın “qətnamə oyunu”: .....                     Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb .....                     Bakıda ağlasığmaz RESTORAN HESABI... .....                     Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi .....                     MİDA-nın mənfəəti 3 dəfə azalıb .....                     UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb .....                     Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... .....                     Prokuror etiraz etdi, iş geri qaytarıldı .....                     Tarixi pisliyə imza atanların yeni məkri .....                     SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? .....                     Ağ rəng qara ləkə götürməz.. .....                     İsrailin yeni səfiri bu gün Bakıya gələcək .....                     Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar .....                     Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR .....                     Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu .....                 

Daşkəsəndə yeni Zənginləşdirmə zavodu, Göygöldə Pellet və HBI zavodları inşa ediləcək
Tarix: 26-01-2024, 12:54 | Çap et
Daşkəsəndə yeni Zənginləşdirmə zavodu, Göygöldə Pellet və HBI zavodları inşa ediləcək
“AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən “Daşkəsən” dəmir filizi sahəsinin istismarına hazırlıq işləri uğurla davam etdirilir.

Qeyd edək ki, 1860-1870-ci illərdə kəşf olunan Cənubi Qafqazın ən böyük qara metal filizi yataqları kompleksində hasilat işlərinə SSRİ dövründə başlanılıb. Bu məqsədlə 1945-ci ildə Daşkəsən Filiz İdarəsi yaradılıb. Layihəyə uyğun olaraq 1954-cü ildən istehsal edilən dəmir konsentratı dəmiryolu vasitəsilə Gürcüstanın Rustavi şəhərində yerləşən polad istehsalı müəssisəsinə çatdırılırdı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra vaxtilə ittifaq respublikaları arasında formalaşdırılmış istehsal zənciri qopduğu üçün dəmir filizinin hasilatında da fasilələr yaranıb. 1994-cü ildən 2017-ci ilədək sahədə istismar işləri qismən aparılıb.

“Daşkəsən” dəmir filizi yataqlarının istismarında yeni mərhələ

2020-ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar işlər “AzerGold” QSC-yə həvalə edilib. Layihə ilə əlaqədar törəmə şirkət qismində təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən istismara hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə ilkin mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları üzrə mineral ehtiyatların qiymətləndirilməsi üçün tədqiqatlar aparılıb. Nəticədə hər iki yataq üzrə yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla, Daşkəsən dəmir filizi sahəsində bütün yataqlar üzrə filiz ehtiyatlarının ümumi kütləsi 309,16 milyon tona çatdırılıb. Sözügedən yataqlar üzrə hazırlanan 21 illik istismar planına uyğun olaraq 2022-ci ilin iyun ayında “Cənub-şərq” mədənində üstaçma və hasilat işlərinə başlanılıb. Ötən dövr ərzində Cənub-şərq mədəni üzrə 6,5 milyon ton üstaçma işi, 1,8 milyon ton filiz ehtiyatının toplanmasına nail olunub.

Bununla belə, “Cənub-şərq” və “Şimal-qərb” mədənlərində iqtisadi səmərə ilə çıxarılabilən mineral ehtiyatların yenidən artımına və istismar müddətinin 23-27 ilə çatdırılmasına nail olmaq üçün müvafiq təhlillər aparılır. Bu məqsədlə həyata keçirilmiş buruqqazma işləri nəticəsində əldə edilmiş nümunələrin geokimyəvi analizi icra edilib. Növbəti addım olaraq artıma nail olmaq məqsədi ilə mineral ehtiyatların həcminin yenidən qiymətləndirilməsi və mədənlər üzrə yeni istismar planının hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulur.

Yeni istehsal zəncirinin qurulması

Sözügedən mədənlərin iqtisadi səmərəli və dayanıqlı istismarının təmin edilməsi məqsədilə layihə üzrə icra strategiyanın hazırlanması beynəlxalq təcrübəli və nüfuzlu məsləhətçi “Boston Consulting Group” şirkəti tərəfindən həyata keçirilib. Aparılmış təhlillər layihə çərçivəsində mərhələli istehsal prosesinin qurulmasını optimal həll yolu olaraq müəyyən edib. Qeyd edilən həll yolu çərçivəsində son məhsul olaraq dəmir filizindən polad sənayesində istifadə olunan yüksək keyfiyyətli – 95 % dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – Hot Briquetted Iron) istehsalı qərara alınıb.

Qeyd edək ki, “Daşkəsən” dəmir filizi yataqlarında filizli süxurlarının tərkibindəki dəmirin nisbətən aşağı olması (ortalama 40 %) bu filizlərin zənginləşdirilərək minimum 67 %-ə çatdırılmasını zəruri edir. Bu məqsədlə istehsal zəncirinin ilkin mərhələsi olaraq dəmir konsentratının istehsalı məqsədilə Zənginləşdirmə zavodunun inşası nəzərdə tutulub. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra aralıq məhsul olan pellet 95 % dəmir tərkibli HBI məhsulunun istehsalı üçün HBI zavoduna yönəldiləcək.

Layihə çərçivəsində Zənginləşdirmə zavodunun Daşkəsəndə, SSRİ dövründə mədən yaxınlığında qurulmuş, hazırda istehsal üçün yararsız olan Filizsaflaşdırma kombinatının ərazisində inşası nəzərdə tutulub. Dağlıq relyefə malik rayonda Pellet və HBI zavodlarının qurulması üçün uyğun ərazinin olmaması, həmçinin yaşayış sahələrindən kənarda müəssisənin fəaliyyəti üçün zəruri enerji mənbələri (elektrik, qaz), son məhsulun polad istehsalçılarına çatdırılması üçün logistik imkanların məhdud olması bu 2 zavodun ətraf ərazilərdə qurulmasını labüd edib. Nəticədə Pellet və HBI zavodlarının Göygöl rayonunda inşasına qərar verilib.

Ötən dövrlərdə “Daşkəsən” yataqlarında istehsal edilən konsentrat növbəti təyinat məntəqəsinə kanat və dəmir yolu vasitəsilə nəql edilsə də, müasir dövrdə iqtisadi və ekoloji baxımından bu metod bir o qədər səmərəli hesab edilmir. Bu səbəbdən Zənginləşdirmə və Pellet zavodları arasında 45 km məsafədə yükdaşıma əlaqəsinin Şlam boru xətti vasitəsilə aparılması nəzərdə tutulub.

Beləliklə, layihəyə uyğun olaraq, qarşıdakı dövrdə istehsal zəncirinin formalaşdırılması ilə illik 3-3,2 milyon ton filiz hasilatı, bu filizdən 1,3 milyon ton konsentrat və pellet, və nəhayət son məhsul olaraq ~0,9 milyon ton HBI xammalının istehsalı və satışı nəzərdə tutulub.

Hazırda layihə çərçivəsində yüksək keyfiyyətli dəmir xammalının istehsalı prosesinin laboratoriya şəraitində sınaqlaşdırılması uğurla həyata keçirilib. Sınaqlar nəticəsində 67 % dəmir tərkibli konsentratın, daha sonra konsentratdan pellet məhsulunun istehsal edilməsinə nail olunub, növbəti mərhələ üzrə sınaq işləri davam etdirilir.

Müasir ekoloji tələblərə uyğun texnologiyanın tətbiqi

Zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyalar nəzərə alınıb. HBI texnologiyası klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60 %-dək azaldılmasına imkan yaradır. Bu texnologiya həm də gələcəkdə istehsal prosesində hidrogenə keçid etməyə, beləliklə də “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi imkanı yaradacaq. Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların ekoloji statusunu möhkəmləndirmək mümkün olacaq.

Layihəyə xarici investorun cəlb edilməsi

Qeyd edək ki, “Boston Consulting Group” şirkətinin hesablamalarına görə, layihənin investisiya dəyəri 1,7 milyard manat qiymətləndirilib. Dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7,5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır. Həmçinin ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, minlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfənin verilməsi gözlənilir.

Müsbət iqtisadi və sosial təsirləri ilə yanaşı, burada hasil edilən filiz süxurlarında ortalama dəmir tərkibinin nisbətən aşağı olması, ölkəmizin okean sularına birbaşa çıxışının olmaması və digər faktorlar layihəni müəyyən qədər mürəkkəbləşdirsə də, layihəyə xarici investorlar tərəfindən kifayət qədər maraq göstərilir. Bu xüsusda “AzerGold” QSC tərəfindən layihənin yüksək investisiya dəyəri nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təmin ediləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23
"Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21
Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19
Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Dünən, 18:03
“PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Dünən, 18:01
Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Dünən, 17:57
Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 17:45
“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Dünən, 17:38
Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Dünən, 17:36
"Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Dünən, 17:31
Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Dünən, 17:18
Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Dünən, 17:09
İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Dünən, 17:07
Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Dünən, 17:05
"Moskva İrana arxalanır" - Yermak
Dünən, 17:00
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Dünən, 16:58
Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Dünən, 16:45
"Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Dünən, 16:43
Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Dünən, 16:40
Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Dünən, 16:37
Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Dünən, 16:28
Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Dünən, 16:24
3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Dünən, 16:22
Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Dünən, 16:19
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Dünən, 16:03
Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Dünən, 16:01
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Dünən, 15:56
Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:53
Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Dünən, 15:44
MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Dünən, 15:38
UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Dünən, 15:35
Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Dünən, 15:33
Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Dünən, 15:19
Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Dünən, 15:12
SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Dünən, 14:59
Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Dünən, 14:13
İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Dünən, 13:39
Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Dünən, 13:37
Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Dünən, 13:30
Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Dünən, 13:18
İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Dünən, 13:13
Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Dünən, 13:07
Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Dünən, 13:05
Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Dünən, 13:02
"Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Dünən, 12:40
Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Dünən, 12:19
“Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Dünən, 12:16
Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Dünən, 12:09
Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Dünən, 12:05
Jurnalistə ağır itki üz verib
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru