DİA.AZ: - Özünü "ölkənin ən böyük mobil operatoru" kimi təqdim edən "Azercell"dən şikayətlərin sayı durmadan artmaqdadır. Elə gün yoxdur ki, "Azercell"dən şikayətə rast gəlməyək. Təbii ki, bu, özbaşına baş vermir. Məhz keyfiyyətsiz xidmət və digər səbəblərr vadar eedir ki, abunəçiləri bu mobil operatordan şikayət etsinlər.
DİA.AZ olaraq növbəti vətəndaş gileyini təqdim edirik.
Bildirək ki, bu dəfə şikayətçi düşən tanınmış yazar Səfər Alışarlıdır. S.Alışarlı özünün "facebook" səhifəsində bildirir:
"5 ildir ki, Rəsulzadə qəsəbəsində klubun damından "Azərcell"in ötürücü antenasını söküblər.
5 ildir ki, 30 mindən çox əhali telefon dalğasının zəifliyindən əziyyət çəkir.
Belə xidmət olar?"
Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...