Ərdoğan Kiyevə səfər edəcək .....                     İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal .....                     İran “Müdafiə Şurası”nı niyə yaradıb? .....                     Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... .....                     Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir .....                     İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik .....                     "Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb .....                     Səhiyyə Nazirliyində yeni təyinat .....                     Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... .....                     Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? .....                     “Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” .....                     Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, .....                     Mərkəzi Bankın valyuta ehtiyatları .....                     Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq .....                     Bakının bəyanatı Zatulini qəzəbləndirdi .....                     Eyni adama məxsus iki şirkət bağlanır .....                     Prezident Əliyev Rusiyaya buna görə cavab verdi .....                     Reklamdan gələn pullar hara gedir? .....                     Naxçıvan Ali Məclisinin nəşriyyatı .....                     Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi .....                     Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ .....                     "Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" .....                     Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır .....                     İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti .....                     Vahid Məhkəmə Portalında növbəti çətinlik .....                     Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb .....                     Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı .....                     Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq .....                     Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj .....                     Rusiya-NATO gərginliyi VƏ... .....                     Rusiyadan Bakıya sıçrayan təhlükə .....                     Biz harda nə qədərik? .....                     “Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək .....                     Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək .....                     "Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" .....                     `Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR .....                     Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? .....                     Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib .....                     Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır .....                 

Deputatın XUDMANİ TROL ŞƏBƏKƏSİ... - Yetənə yetir...
Tarix: 20-10-2021, 11:31 | Çap et
Deputatın XUDMANİ TROL ŞƏBƏKƏSİ...
“Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı illərdir ən ciddi narazılıqlar sosial şəbəkələrdə yayılır. Bu mağazalar şəbəkəsinin xidmətlərindən istifadə edənlər köhnə, artıq istifadə olunmuş məhsulların (telefon, noutbuk, məişət texnikası və s.) təmir edilərək, yeni adıyla satılmasından, yaxud zəmanət verdikləri məhsullara yiyə çıxmamasından, kreditləşmə zamanı pozuntulardan daim şikayətçidirlər.

Azərbaycanda “Kontakt Home” qədər ən sərt şəkildə narazılıq edilən və tənqid olunan şəbəkə yoxdur. Quql axtarış sistemindən istifadə etməklə, bu mağazalar yarıtmaz fəaliyyəti haqda tam təsəvvür əldə etmək mümkündür.

“Kontakt Home” son günlər “kredit fırıldağı” ilə gündəmə gəlib. İddia edilir ki, kredit vaxtı çatan vətəndaşa “sistem maneəsi” yaradılır, onun şifrəsi dəyişdirilir və borcluya bu haqda məlumat verilmir. Nəticədə kreditin vaxtında ödənilməsinə maneə yaradılmaqla, əlavə faiz ödənilməsi üçün zəmin hazırlanır.

Dünyada istənilən normal qurum, biznes, xüsusilə satış fəaliyyəti həyata keçirən əxlaqlı şirkət dərhal araşdırma aparmalı, prosesi incəliyinə qədər aydınlaşdırmalı və ictimaiyyətə doğru-dürüst bilgi verməli idi. Çünki bu, şirkətin nüfuzuna ciddi şəkildə zərbə vurur.

Ancaq “Kontakt Home” ittiham və bu ittihamları təsdiqləyən faktlarla bağlı “ənənəsinə” sadiq qalaraq, heç bir açıqlama yaymadı.

Şirkətin qeyri-rəsmi rəhbəri olan millət vəkili Elnur Allahverdiyevin şəxsi əlaqələri və vəzifəsinin ona verdiyi üstünlüklər səbəbindən mağazalar şəbəkəsi ictimai və rəsmi qurumların yoxlamasından da kənarda qalır, proses davam edir, mağazalar şəbəkəsinin yeni “mərkəzləri” açılır, reklam olunur və daha kimlərsə, xəbərsizlər tora salınır.

Amma əlbəttə ki, mağazalar şəbəkəsi haqda səsləndirilən tənqidlər öz bəhrəsini verməyə bilməz və bunu qurumun rəhbərləri də bilirlər. Buna görə də artıq yeni fəaliyyət növü tapıblar. Məsələn, troll şəbəkəsi.

Ötən gün tarixçi alim, dosent Zaur Əliyevin paylaşdığı və medianın tirajladığı məsələ ilə bağlı da trollarını aktivləşdiriblər. “Prosta Neftcalali” nikli bir sürü troll bu məlumatlara qarşı öz düşüncələrinə görə kampaniya aparıb, “Kontakt Home”un “nüfuzunu” qorumağa çalışır. Qondarma profillərdən “Kontakt Home” təriflənir, tənqidləri səsləndirənlər ən ağır sözlərlə təhqir edilir.

Bu şərhləri yazanların başında məhz millət vəkilinin özünün dayandığını ehtimal etmək üçün xeyli şübhələr də var. Bir insanın hansısa mağazadan şikayətinə digəri niyə söyüş, təhqir və alçaldıcı ifadələrlə cavab verib, “Kontakt Home”un müdafiəsinə qalxmalıdır? Demək, söyüş səviyyəsinə qədər “canıyanan” olmaq lazımdır, bu isə şübhələri millət vəkilinin və yaxın ətrafının üzərinə daşıyır.

“Kontakt Home”ni müdafiə edib, təhqirlər yağdıranların profillərinə göz atanda hər şey üzə çıxır: saxta foto, saxta imza, aylarla paylaşım edilməyən səhifələr, bir sözlə, feyk, trol…

Əgər Elnur Allahverdiyevə kimlərsə bu saxta profillərlə onun və şirkətinin nüfuzunu qoruduğunu deyirsə, yalan deyir və millət vəkilini ələ salır. Çünki indi virtualda olanların əksəriyyəti çox yaxşı bilir troll nədir, hansı profillər feykdir, onların arxasında kim və necə dayanır.

Millət vəkili əmin ola bilər ki, bu saxta niklərin arxasında durub, tənqidçiləri və ittihamçıları təhqir edən şəbəkə yalnız “Kontakt Home”a və onun sahibinə nifrət qazandırır, onun “işgüzar nüfuzunu” bu cür qorumağa girişənlər rəhbərlərini yalnız baltalayırlar. Çünki millət vəkilinin trollar saxladığı, narazı insanlara qarşı ən ağır söyüşlərdən istifadə etdiyi, əhalinin yanında olmaq əvəzinə onların şikayətini bu cür əxlaqdankənar söyüşlərlə geri çevirdiyi haqda təsəvvürlər yaranır.

Hər bir halda bunun qayğısına millət vəkili özü qalmalıdır. Günlərin birində bu təhqirlərin əvəzini o trollar yox, E.Allahverdiyev özü verməli olacaq.
//AXAR.AZ//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan Kiyevə səfər edəcək
Bu gün, 11:41
İrandan Azərbaycana gətirilən “Lacoste” ayaqqabıları ilə bağlı qalmaqal - Məhkəmə qərar verdi
Bu gün, 11:36
İran “Müdafiə Şurası”nı niyə yaradıb? – ŞƏRH
Bu gün, 11:28
Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ... - Partiya sədrlərinin yay tətili
Bu gün, 11:24
Rusiya Ukrayna aeroportunu dronlar bazasına çevirir
Bu gün, 11:22
İrandan təxribatçı iddiaya təkzib: Azərbaycanı ittiham etməmişik - TƏFƏRRÜAT
Bu gün, 11:20
"Naxçıvan Enerji" dövlət qeydiyyatına alınıb
Bu gün, 11:03
Səhiyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 11:02
Saleh müəllimin BƏRDƏ YEYİNTİSİ... - İTTİHAM VAR...
Bu gün, 10:55
Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN: Soydaşlarımızı nə GÖZLƏYİR? - AKTUAL
Bu gün, 10:49
“Məni erməni çökdürə bilmədi, Biləsuvar gömrüyünün rəisi isə...” - Biləsuvarın gömrük rəisi camaatın ərzağını yığır
Bu gün, 10:47
Salyan Rayon Mərkəzi Xəstəxanası 60 ədəd SSD, 8 ədəd printerə 10 min manat xərcləmək istədi, Agentlik “stop” qoydu
Bu gün, 10:40
Mərkəzi Bankın valyuta ehtiyatları 575 milyon dollar azalıb
Bu gün, 10:29
Səhiyyənin Təminat Mərkəzi keçmiş nazirin şirkətindən 3.8 milyonluq dərman alacaq - TƏFƏRRÜAT
Bu gün, 10:27
Bakının bəyanatı Zatulini qəzəbləndirdi - “Qəbul etməyəcəyik”
Bu gün, 10:20
Eyni adama məxsus iki şirkət bağlanır
Bu gün, 10:19
Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama
Bu gün, 10:17
Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA
Bu gün, 10:14
Naxçıvan Ali Məclisinin nəşriyyatı yüksək məbləğdə borca düşüb
Bu gün, 10:11
Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB
Bu gün, 10:09
Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ - “Eptal Group” MMC ilə şübhəli müqavilə: 776 min manata...
Bu gün, 10:04
"Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" - ETİRAZ
Bu gün, 10:02
Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:00
İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Bu gün, 09:54
Vahid Məhkəmə Portalında növbəti çətinlik - BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR
Bu gün, 09:48
Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44
Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41
Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq - TƏFƏRRÜAT
Bu gün, 09:36
Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj – Elə bir prosesə start verilir ki…
Bu gün, 09:30
Rusiya-NATO gərginliyi VƏ... - AKTUAL
Bu gün, 09:28
Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər
Bu gün, 09:05
Biz harda nə qədərik?
Bu gün, 09:03
“Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək - TOPLANTI
Bu gün, 08:59
Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək
Bu gün, 08:52
"Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" - NARAZILIQ VAR...
Bu gün, 08:49
`Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR - GİLEY
Bu gün, 08:35
Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:23
Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib - “Fox Business”
Bu gün, 08:16
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
"İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru