“Rövşən Məmmədov şüşədən tikdirdiyi imarətinin pulunu bizim maaşımızdan çıxacaq” - AzTV işçilərindən etiraz
Tarix: 6-08-2021, 11:45 | Çap et
 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı, daha doğrusu, sədr Rövşən Məmmədovdan narazılıqlar bitmək bilmir. İndi də işçilər əməkhaqqlarının kəsiləcəyindən narahatdırlar.
Dominant.az-a bu barədə hazırda AzTV-nin bir neçə əməkdaşı məlumat verib. İşlərini itirə biləcəklərindən ehtiyat etdikləri üçün adlarının açıqlanmasını istəməyən əməkdaşların dediklərinə görə, son yoxlamalardan sonra QSC-də aşkarlanmış büdcə əskikləri onların əməkhaqqları ilə kompensasiya olunacaq.
“Bildiyimizə görə, büdcədə 9 milyon civarında əskiklik yaranıb. İndi həmin əksikliyi bizim maaşımızdan tutacaqlar. Maaşlarımızda kifayət qədər ciddi azalmalar olacaq. Təsəvvür edin, hazırda 700 manat maaş alan işçiyə 450 manat əməkhaqqı veriləcək. Təbii ki, bu xəbər hər birimizin əhvalını təlx edib. Nə maaş alırıq ki, hələ bir onu kəssinlər də. Aylıq maaşa baxan adamlarıq, aramızda krediti, ipotekası, banka borcu olanlar var, maaşımız kəsilərsə, vəziyyət çox acınacaqlı olacaq” – deyə şikayətçilər bildirib .
Şikayətçilər onu da qeyd ediblər ki, maaşlar kəsiləcəyi təqdirdə AzTV-də ciddi istefalar yaşanacaq: “Sədr Rövşən Məmmədov bura təyin olunanda bir həsir idi, bir məmmədnəsir, amma indi şüşədən imarəti var. Büdcəni kim yeyib, hara xərclənib, hər kəs yaxşı bilir. İndi yeyənlər qalıb kənarda, çanağı bizim başımızda sındırmaq istəyirlər. 450 manata necə ailə, uşaq saxlaya bilərik?! İşdən çıxmağa məcbur olacağıq, Rövşən Məmmədov yerdə qalan qohum-əqrəbalarını da gətirib bizim yerimizə qoyar”.
Xatırladaq ki, bir neçə gün öncə, AzTV-dən pandemiyanin və müharibənin ən qaynar vaxtı işdən uzaqlaşdırılmış Saida Vəliyeva öz “Facebook” hesabında da bu barədə məlumat paylaşmışdı, telekanal əməkdaşlarının etiraza hazırlaşdıqlqrını bildirmişdi:
“Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr Rövşən Məmmədovun özbaşınalığı davam etməkdədir. Baxmayaraq ki, üç aydan çox bir müddətdə maliyyə yoxlamaları aparılaraq, deyilənə görə, çox ciddi pozuntular aşkar edilib, amma hələki rəsmi açıqlama olmayıb. Ona görə də qeyri-müəyyənlik davam edir. Yəqin Rövşən də bu qeyri-müəyyənlikdən istifadə edərək istədiyini etməyə davam edir. Bu yaxınlarda məlumat alındı ki, Rövşən Məmmədov AzTV-də bütün redaksiyaların, şöbələrin büdcəsini azaltmaq barədə struktur rəhbərlərinə göstəriş verib. İndi AzTV-nin bütün rəhbər işçiləri çıxılmaz vəziyyətə düşüblər. Çünki hər studiyanın, departamentin, şöbənin büdcəsi təqribən 10-15 min manat azaldılıb. Belə başa düşmək olar ki, Rövşən iki il yarım zaman müddətində yeyib dağıtdıqlarının yerini sadə əməkdaşların qonorarlarını kəsməklə doldurmaq istəyir. Artıq bu aydan həmin göstərişə uyğun hesablamalar aparılacaq. Buna görə də artıq işçilərin çoxu məzuniyyətə çıxır. Təəccüblüdür, bütün bu həngamənin içində Rövşən Məmmədov yeni işçilər götürmək və ya transfer etmək qərarına gəlib. Əgər sənin acgözlüyünün, bacarıqsızlığının ucbatından büdcə dağıdılıbsa, onu doldurmaq üçün camaatın çörəyini kəsirsənsə, onda bu nə kadr siyasətidir, ay kreativ Rövşən Raqifoğlu? Yeni götürdüyün işçilər havayı işləyəcəklər? Yoxsa maaşlarını cibindən verəcəsən? Ondansa, redaksiyalarda qonorar alanların siyahısına yaxşı bax. Görəsən nəyə görə bəzi redaksiyalarda işçilərin sayı ilə qonorar alanların sayında uyğunsuzluq olub? Hər ay kimlərə və nəyə görə büdcədən pullar yazılıb? Suallar çoxdur. Hələ ki bu qədər…”.
P.S. Qarşı tərəfin cavabını da yayımlamağa hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04 |
|
|
|
| • "Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00 |
|
|
|
| • Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58 |
|
|
|
| • Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54 |
|
|
|
| • Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49 |
|
|
|
| • “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40 |
|
|
|
| • Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31 |
|
|
|
| • Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29 |
|
|
|
| • Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23 |
|
|
|
| • İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19 |
|
|
|
| • Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12 |
|
|
|
| • “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08 |
|
|
|
| • Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58 |
|
|
|
| • Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53 |
|
|
|
| • "Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50 |
|
|
|
| • Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46 |
|
|
|
| • Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35 |
|
|
|
| • "Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
| • “NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub - TƏFƏRRÜAT
Bu gün, 09:28 |
|
|
|
| • Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib - FOTO
Bu gün, 09:21 |
|
|
|
| • Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
Bu gün, 09:19 |
|
|
|
| • Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
Bu gün, 09:17 |
|
|
|
| • “Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:12 |
|
|
|
| • Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir - Belə görünür...
Bu gün, 09:10 |
|
|
|
| • Məşhur şirkət problemlə üzləşib - Səhmdarların təcili yığıncağı çağırılıb
Bu gün, 09:06 |
|
|
|
| • İcra başçıları üçün çətin sınaq - 4 mühüm tələb
Bu gün, 09:03 |
|
|
|
| • Bakı-Moskva arasında indi də logistika böhranı? - NƏ ETMƏLİ?
Bu gün, 08:58 |
|
|
|
| • Tovuzda təhsil sistemi bərbad gündə imiş - BU DA FAKT...
Bu gün, 08:57 |
|
|
|
| • Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... - Talıbovdan FƏRQLƏNMƏDİ
Bu gün, 08:54 |
|
|
|
| • Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var - ŞOK DETALLAR
Bu gün, 08:00 |
|
|
|
| • "Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA
Bu gün, 07:58 |
|
|
|
| • Prezident onlara yeni şans verdi... onlar isə... - AKTUAL
Bu gün, 07:56 |
|
|
|
| • “Azərbaycanda institusional islahatlar dərinləşir” - İNCƏLƏMƏ
Bu gün, 07:54 |
|
|
|
| • Manatın məzənnəsi haqda anons verildi - Mühüm xəbər
Bu gün, 07:52 |
|
|
|
| • “Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” – Məğlubiyyətindən xilasa doğru?
Bu gün, 07:49 |
|
|
|
| • "Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" - ETİRAZ
Bu gün, 07:47 |
|
|
|
| • Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari – Yaxın günlərdə…
Bu gün, 07:43 |
|
|
|
| • Yazar deputat xanımın təklifini yüksək dəyərləndirib - RƏY
Bu gün, 07:40 |
|
|
|
| • Artıq əmr verilib, Ukrayna ordusu geri çəkilə bilər - Getman
Bu gün, 07:38 |
|
|
|
| • “Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11 |
|
|
|
| • Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 00:08 |
|
|
|
| • Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Dünən, 18:00 |
|
|
|
| • Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Dünən, 17:57 |
|
|
|
| • Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Dünən, 17:44 |
|
|
|
| • Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Dünən, 17:39 |
|
|
|
| • Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Dünən, 17:36 |
|
|
|
| • “Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Dünən, 17:32 |
|
|
|
| • “Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Dünən, 17:28 |
|
|
|
| • 8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Dünən, 17:24 |
|
|
|
| • Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Dünən, 17:20 |
|
|
|
|