Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb .....                     Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... .....                     Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” .....                     “İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” .....                     "Atamın vəziyyəti yaxşı deyil" .....                     Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır .....                     "Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan .....                     "Nə qədər canım yanırsa yansın..." .....                     Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək .....                     Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? .....                     "Zərif Mahud”un səhmdarları toplanır .....                     Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi .....                     Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür .....                     Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU .....                     Bu deputat danışmır, ancaq şəkil çəkdirir .....                     "Günlərlə su üzünə həsrət qalırıq..." .....                     Şölədən SƏRT REAKSİYA .....                     Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır .....                     Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... .....                     “Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... .....                     Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq .....                     Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir .....                     Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb .....                     İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada .....                     Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? .....                     “İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir .....                     Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... .....                     Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu .....                     "Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" .....                     Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər .....                     Muxtar Babayevin yerinə KADR TAPILMIR? .....                     "Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" .....                     “NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub .....                     Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib .....                     Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb .....                     Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib .....                     “Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək .....                     Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir .....                     Məşhur şirkət problemlə üzləşib .....                     İcra başçıları üçün çətin sınaq .....                 

“Bu adamlar məhkəməni saymırlar...” - QALMAQAL
Tarix: 7-07-2021, 11:27 | Çap et
“Bu adamlar məhkəməni saymırlar...”
Sabah - iyulun 8-də Sabunçu Rayon Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyevin Milli Məclisin hazırkı deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadə, deputatın atası, eks-deputat Hacı Qalib Salahzadə və digər şəxslərə qarşı iddiası üzrə məhkəmə prosesi davam etdiriləcək.

Ötən məhkəmə açıq elan edilsə də, faktiki olaraq qapalı keçirilib. İclasda iştirak etmək üçün Sabunçu Rayon Məhkəməsinin binasına gələn jurnalistlər zala buraxılmayıblar. Bundan başqa, hakim növbəti iclasın iyulun 22-də keçiriləcəyi elan edib. Mətbuat da bu haqda xəbər yazıb. Bundan sonra məhkəmə iclasının vaxtı iyulun 8-nə dəyişdirilib. İddiaçı Seymur Quliyev deyir ki, Qalib Salahzadə Sabunçu Rayon Məhkəməsinə “öz evinə gəlirmiş kimi” gəlib-gedir.

İyunun 24-də məhkəmə iclasına Qalib Salahzadə, onun deputat oğlu Əliabbas Salahzadə, gəlini Xatirə Allahşükür qızı və digəriləri qatılmayıblar: “Bu adamlar özlərini qanundan üstün sayırlar. Prezident deyir ki, hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Hacı Qalib Salahzadə, onun oğlu, gəlini və əqrəbası nə bilir, nə də eşitmək istəyirlər. Qalib Salahzadə mənim, qonşum Nurid Əliyevin evlərimizi talan edib, sındırıb, torpaqlarımızı zəbt edəndə deputat idi.

Bu gün onun deputat kreslosunda oğlu Əliabbas Salahzadə oturub. Mənim zəbt olunan torpağım Hacı Qalibin gəlini Xatirə Allahşükür qızının adına keçirilib. Sabunçu Rayon Məhkəməsində dəfələrlə şikayətimə baxılıb, hər dəfə də Qalib Salahzadənin və onun ailə üzvlərinin xeyrinə qətnamə çıxarılıb. Hər dəfə də yuxarı instansiyalar həmin qanunsuz qətnamələri ləğv edib. Azərbaycanın ən üst məhkəmə qurumu - Konstitusiya Məhkəməsinin əlimdə qərarı var ki, Bilgəh qəsəbəsində zəbt edilən torpaq mənim özəl mülkiyyətimdir. Amma illərdir mən öz özəl torpağıma gedə bilmirəm. Bu adamlar məhkəməni saymırlar. Hacı Qalib ötən məhkəmə prosesi zamanı Sabunçu Rayon Məhkəməsinin binasına gəlib, amma məhkəmə zalına daxil olmadı. Hakimdən səbəbini soruşdum, dedi ki, rəsmi çağırış göndərmişik, gəlməyiblər. Ona görə də hakimdən xahiş etdim ki, bu adamların məhkəmədə iştirakları təmin edilsin".

Seymur Quliyevə məxsus Bilgəh qəsəbəsində 20 sot torpaq sahəsi zəbt olunub, içindəki 2 və 3 mərtəbəli evlər talan edilib və özülünə qədər sökülüb. Bu işdə cavabdehlər Milli Məclisin deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Salahzadə və atası, keçmiş deputat Qalib Salahzadədir. Ötən məhkəmə iclasına Qalib Salahzadə, oğlu Əliabbas Salahzadə, gəlini Xatirə Allahşükür qızı prosesə qatılmayıblar. Qalib Salahzadənin vəkili bunu onların məhkəməyə çağırış vərəqələrinin almamaları ilə izah edib.

Seymur Quliyev 2003-cü ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin, orada tikdirdiyi evlərin zəbt olunması, sökülməsi, əlində mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğu halda, həmin ərazinin son illər avtodayanacaq kimi istifadə olunması haqda danışıb. İddiaçı bildirib ki, son 10 ildə bu problemlərlə əlaqədar dəfələrlə məhkəmə çəkişmələri olub. Əlində onun haqlı olduğunu sübut edən 13 fərqli məhkəmə qərarı var. O, vurğulayıb ki, qeyd olunan ərazidə onlar yaşadıqları halda, Xatirə Salahzadənin adına çıxarış alınıb: “Halbuki həmin vaxt 10 il idi orada biz yaşayırdıq. Əlimizdə də öz ”kupçamız" var idi. Uzun məhkəmə çəkişmələrindən sonra məhkəmədə biz haqlı olduğumuzu sübut elədik. Buna baxmayaraq, Qalib Salahzadə qoçu kimi bizi ev paltarlarımızda yaşadığımız evdən çıxartdırdı. Evlərimi sökdürdü. Evimdəki əşyaları, uşaqlarımın oyuncaqlarını, hər şeyimi daşıyıb apardılar..."

Ötən məhkəmədə Qalib Salahzadənin vəkili deyib ki, müvəkkili Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub. Buna görə də iddiaya baxışın dayandırılmasını istəyib. Vəkil bildirib ki, Seymur Quliyevə məxsus torpaq sahəsi iddiada göstərilən ərazidə deyil.

Seymur Quliyev isə bildirib ki, qarşı tərəf yalan danışır, onun torpaq sahəsinin koordinatları var, torpağı da Qalib Salahzadə tərəfindən qəsb olunub, torpağı üzərindəki əmlaklar varvarcasına dağıdılıb, talan edilib. Bundan sonra quru torpaq sahəsi gəlini Xatirə Allahşükür qızının adına rəsmiləşdirilib.

Seymur Quliyev bildirib ki, qarşı tərəfin yalanları alt-üst etmək üçün əlində dövlət qurumları tərəfindən kifayət qədər qanuni və əsaslı sənədlər var: “Qalib Salahzadə Hacı Məmmədova dönüb. Hacı Məmmədov hər dəfə məhkəməsində mənim şahidlərim var deyirdi, araşdıranda da məlum olurdu ki, şahid kimi adını çəkdiyi şəxs illər əvvəldən rəhmətə gedib. Hacı Qalib Salahzadə də hər dəfə mənim sənədim var deyib vaxt uzadır. Araşdıranda da məlum olur ki, sənəd saxtadır. İntəhası, Baş Prokurorluq onun saxta sənədləri ilə bağlı cinayət işi başlamaqdan yayınır. Onu rəsmən müdafiə edirlər. Üstəlik, məhkəməyə də təqdim etdiyim sənədləri it-bata salırlar. Sonuncu məhkəmədə məlum oldu ki, işin içində olduqca vacib, Hacı Qalib Salahzadənin yalanları alt-üst edən torpağın koordinatları haqda məlumat olan sənədləri iş materiallarından götürüblər. Mən iddia etmirəm ki, sənədlər Sabunçu Məhkəməsindən oğurlanıb, amma fakt bu idi ki, məhkəməyə təqdim etdiyim sənədlərin əhəmiyyətli hissəsi iş materialları arasından götürülüb. ”Bunu kim edib" sualını hakimə də verdim, cavab verə bilmədi. Mən ədliyyə naziri Fikrət Məmmədova, Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasova mətbuat vasitəsi ilə rəsmi şəkildə müraciət edirəm: sənədlərin yoxa çıxarılması məsələsi araşdırılsın və açıq məhkəmə prosesində jurnalistlərin iştirakı təmin olunsun".

İddiaçı Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə (indiki Qələbə) küçəsi, 21-ci döngədə yerləşən və ona məxsus olan 2 saylı evin və torpağının boşaldılması, dağıdılmış daşınmaz əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, bağ sahəsinə gedən yolun açılması, torpaq üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının götürülməsi vəzifəsinin cavabdehlərin üzərilərinə qoyulmasını, vurulmuş mənəvi ziyanin 2 milyon manat və maddi zərərin əvəzi kimi (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) üç milyon manat cavabdehlərdən pul tutulmasını istəyir.

Habelə xüsusi mülkiyyətimdə olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsinə görə beş il ərzində əldə edilmiş 450 min manat, daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalara görə (stol-stullar, mebel, soyuducu, qabyuyan, kondisionerlər, televizor və digər ev eşyaları) 96 min manat təzminat istəyir.

Hakim qərarını iyulun 22-də elan edəcək.

Seymur Quliyevin şikayəti əsasında DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələrilə cinayət işi başlanıb, Qalib Salahzadə dindirilib. İstintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var. Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etidirilsin.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. O vaxtdan da cinayət işinin icraatı dayandırılıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:14
Qazax səhiyyəsi ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 12:13
Sürətlə bahalaşan YUMURTA: “Qiymətlər daha da artacaq” - BELƏ HARA GEDİRİK?
Bu gün, 12:04
“İşdən çıxan icra başçılarından birinə tapşırsınlar, 5-6 milyon versin, kinonu yoluna qoyaq” - Şeyx Əbdül
Bu gün, 11:59
"Atamın vəziyyəti yaxşı deyil"
Bu gün, 11:52
Bakı metrosu İstanbul metrosundan 586 minlik məsləhət alır - İLGİNC
Bu gün, 11:50
"Şərurlu İsfəndiyar"ın məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb
Bu gün, 11:48
"Nə qədər canım yanırsa yansın..."
Bu gün, 11:46
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Bu gün, 11:43
Vəzifə verilən şəxslərə niyə nifrət edirlər? - Təzə təyinatlar, köhnə travmalar..
Bu gün, 11:41
"Zərif Mahud”un səhmdarları toplanır
Bu gün, 11:39
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
Bu gün, 11:35
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür - MƏQALƏ
Bu gün, 11:32
Ruslar Azərbaycan səfirliyinin yerləşdiyi ərazini RAKETLƏ VURDU - Zelenski AÇIQLADI
Bu gün, 11:25
Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR
Bu gün, 11:04
"Günlərlə su üzünə həsrət qalırıq..." - MÜRACİƏT...
Bu gün, 11:00
Şölədən SƏRT REAKSİYA - “İndi ayıbı prioritetə çeviriblər”
Bu gün, 10:58
Yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranziti üzrə marşrut hazırdır - Paşinyan
Bu gün, 10:54
Fuad Nəcəflinin ardından İLK O GEDƏCƏK... - İDDİA
Bu gün, 10:49
“Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
Bu gün, 10:40
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 10:31
Baş nazir revanşistlərə vaxt qazandırmaq istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 10:29
Naşirlər bir-birinə nifrət edir, bunu da nazirlik yaradıb – Nigar Köçərli
Bu gün, 10:23
İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO
Bu gün, 10:19
Ramiz Mehdiyev işi..: NİYƏ LƏNGİYİR? - AÇIQLAMA
Bu gün, 10:12
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
Bu gün, 10:08
Deyəsən, Təhsil Nazirliyində TENDER HƏRLƏYƏN YOXDUR... - Daha bir fakt...
Bu gün, 09:58
Yersiz zarafat, nalayiq ifadələr fəhlə yoldaşının ölümünə səbəb oldu - QƏRAR
Bu gün, 09:53
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Ukraynadakı müharibə 2026-cı ilin iyununda başa çata bilər - Buşun köməkçisi
Bu gün, 09:46
Muxtar Babayevin yerinə KADR TAPILMIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:35
"Maaş 50 manat, qiymətlər isə 100 faiz qalxır" - ETİRAZ
Bu gün, 09:31
“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub - TƏFƏRRÜAT
Bu gün, 09:28
Londonda "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı keçirilib - FOTO
Bu gün, 09:21
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
Bu gün, 09:19
Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
Bu gün, 09:17
“Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:12
Ermənistan hökuməti bu məsələdə cəmiyyətdən təzyiqlərlə üzləşir - Belə görünür...
Bu gün, 09:10
Məşhur şirkət problemlə üzləşib - Səhmdarların təcili yığıncağı çağırılıb
Bu gün, 09:06
İcra başçıları üçün çətin sınaq - 4 mühüm tələb
Bu gün, 09:03
Bakı-Moskva arasında indi də logistika böhranı? - NƏ ETMƏLİ?
Bu gün, 08:58
Tovuzda təhsil sistemi bərbad gündə imiş - BU DA FAKT...
Bu gün, 08:57
Fuad Ncəfli də özünə xanlıq qurmaq istəyirdi... - Talıbovdan FƏRQLƏNMƏDİ
Bu gün, 08:54
Naxçıvanda duz istehsalının dayanmasında Vasif Talıbovun əli var - ŞOK DETALLAR
Bu gün, 08:00
"Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA
Bu gün, 07:58
Prezident onlara yeni şans verdi... onlar isə... - AKTUAL
Bu gün, 07:56
“Azərbaycanda institusional islahatlar dərinləşir” - İNCƏLƏMƏ
Bu gün, 07:54
Manatın məzənnəsi haqda anons verildi - Mühüm xəbər
Bu gün, 07:52
“Qarabağ Ermənistanın boğazına bağlanan ip idi” – Məğlubiyyətindən xilasa doğru?
Bu gün, 07:49
"Bilirsiniz, biz yavaş-yavaş hansı dövrə gedirik?" - ETİRAZ
Bu gün, 07:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru