BSU rəhbərliyində KİMLƏR QƏRAR TUTUB? - İLGİNC FAKTLAR
Tarix: 4-06-2021, 12:46 | Çap et
 Xatırladaq ki, 2019-cu ilin oktyabrında Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak etmişdi. Həmin vaxt BSU rəhbərliyinin xeyir-duası ilə atılan bu addım Azərbaycan cəmiyyətində hiddət doğurmuşdu. Müsabiqəyə qatılan Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov qəbul edərək diplomlar təqdim etmişdi. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak etmişdilər. Bu hadisə dərhal sosial şəbəkələrdə ciddi etiraza, tənqidə və qınağa tuş gəldi və tanınmış ziyalılar bu müsabiqəyə görə BSU rəhbərliyini istefaya belə səslədilər. Məsələn Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli həmin vaxt baş verən bu iki hadisəni biabırçılıq adlandıraraq: “20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində bu faciənin birbaşa təşkilatçısı, əsas cəlladı Yevgeni Primakovun şərəfinə Bakıda sərginin açılması Şəhidlərin ruhunun təhqir edilməsidir. Sərgi dərhal dayandırılmalıdır”, deyə sərt reaksiya vermişdi. Bu müsabiqəyə görə həmin vaxt BSU-nun rektoru, professor Nurlana Əliyeva ciddi qınağa tuş gəlmişdi. Biz bu hadisəni ona görə xatırlatdıq ki, bu tədbirin əsas təşkilatçısı və səbəbkarı yerinə həmin vaxt rektor ciddi tənqid olunaraq qınağa tuş gəlmişdi. Aktualxeber.az-a daxil olan məlumata görə bu tədbiri prorektor Rafiq Novruzov təşkil etsə də, heç yerdə adı hallanmayıb və necə olubsa o zaman “sudan quru çıxmağı” da bacararaq rektordan aldığı bir töhmətlə canını qurtara bilibmiş. Bu həmin Rafiq müəllimdir ki, 1998-ci ildə “Dostluq” kinoteatrı yaxınlığında 06 markalı “Jiquli” avtomobilində 12.000 dollar rüşvət alarkən tutulsa da, bir həftə sonra azadlığa çıxmağa nail ola bilibdir. Bundan əlavə keçmiş rektor Kamal Abdullanın zamanında Minskdəki M.Tank adına Minsk Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri olarkən oranın dosenti Vasili Stariçonokla əlbir olub rüşvət almasından şübhələnən rektor ölkəmizə utancverici məzmunlu məktub da ünvanlayıbmış. Onu da əlavə edək ki, bir vaxtlar rektor Nurlana Əliyevaya qarşı ermənilərlə qohumluğunun olması iddiasının da müəllifi bu şəxsdir. Məqsəd isə cəmiyyətdə ictimai qınaq yaradaraq fikir yayındırmaqdır. Əslində deyilənə görə Rafiq Novruzovun əmisi Ramiqin və bacısı Zenfiranın həyat yoldaşları ermənidir. Bu faktları redaksiyamıza təqdim edən mənbəmizin dediyinə görə, məşhur həkim olan Manaf Novruzov buna görə qızı və qardaşıyla daim küsülü olubdur. Daim işlədiyi vəzifələrdə rüşvət yığmaqla məşğul olan Rafiq Novruzovun əli indi hər yerdən üzülüb. Çünki artıq o istədiyini edə bilmir. Dürdanə Əliyeva qalmaqalından qorxuya düşən prorektor imtahanlar onlayn formatda götürüldüyündən tələbələrlə ünsiyyətdə ola bilmədiyindən rüşvəti də ala bilmir. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi tədbirlər görəcəkdir. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//      


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Bu gün, 18:04 |
|
|
|
• SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Bu gün, 18:00 |
|
|
|
• Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Bu gün, 17:52 |
|
|
|
• “Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Bu gün, 17:44 |
|
|
|
• "Neftçi" klubunun şikayəti təmin edilməyib
Bu gün, 17:21 |
|
|
|
• Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Bu gün, 17:11 |
|
|
|
• Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Bu gün, 17:06 |
|
|
|
• Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Bu gün, 16:45 |
|
|
|
• Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Bu gün, 16:40 |
|
|
|
• Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Bu gün, 16:35 |
|
|
|
• Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Bu gün, 16:26 |
|
|
|
• Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Bu gün, 16:24 |
|
|
|
• "Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Bu gün, 16:21 |
|
|
|
• “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Bu gün, 16:12 |
|
|
|
• İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Bu gün, 16:04 |
|
|
|
• Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Bu gün, 15:53 |
|
|
|
• İbrahim Kalın Suriyaya gedib
Bu gün, 15:50 |
|
|
|
• "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:48 |
|
|
|
• Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Bu gün, 15:44 |
|
|
|
• “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 13:09 |
|
|
|
• Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Bu gün, 13:06 |
|
|
|
• “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Bu gün, 13:05 |
|
|
|
• Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Bu gün, 12:59 |
|
|
|
• Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Bu gün, 12:58 |
|
|
|
• Paşinyandan müxalifətə erkən seçki şoku
Bu gün, 12:55 |
|
|
|
• İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Bu gün, 12:53 |
|
|
|
• “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
• Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Bu gün, 12:25 |
|
|
|
• “Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 12:24 |
|
|
|
• MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Bu gün, 12:10 |
|
|
|
• 23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Bu gün, 12:05 |
|
|
|
• Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Bu gün, 12:00 |
|
|
|
• Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54 |
|
|
|
• Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51 |
|
|
|
• Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47 |
|
|
|
• Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41 |
|
|
|
• Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34 |
|
|
|
• İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32 |
|
|
|
• Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29 |
|
|
|
• Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27 |
|
|
|
• "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23 |
|
|
|
• Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17 |
|
|
|
• Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01 |
|
|
|
• "Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58 |
|
|
|
• Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56 |
|
|
|
• Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54 |
|
|
|
• “Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52 |
|
|
|
• "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47 |
|
|
|
• Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46 |
|
|
|
|