İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb .....                     Dollarla bağlı kritik durum: vəziyyət dəyişir .....                     SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... .....                     Gəmidə çalışanlar üçün VACİB BİLGİ .....                     Naxçıvan banklarında ARTIM İDDİASI... .....                     ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ .....                     Tramp zərbədən öncə hər kəsi belə aldadıb... .....                     ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib .....                     Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ .....                     "Azəriqaz"da saxta imtahan, yoxsa... .....                     1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... .....                     “N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... .....                     Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi .....                     Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… .....                     Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub .....                     "İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                 

Oqtay Şirəliyevin səhiyyəsi onları Azərbaycandan qaçaq salır... - Qardaş Türkiyədə isə naxçıvanlılar daha böyük zülümlə üz-üzə qalırlar...
Tarix: 24-05-2019, 13:00 | Çap et
Oqtay Şirəliyevin səhiyyəsi onları Azərbaycandan qaçaq salır...
“Hürriyyət”də Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyətindən dəfələrlə yazmışıq. Amma nə qədər yazsaq da vəziyyət dəyişmir ki, dəyişmir. Bu sahədə keçirilən bütün islahatlara rəğmən rüşvətxorluq, həkim və tibb personalının səriştəsizliyi ucbatından demək olar ki, hər gün azyaşlı uşaqların, yenicə doğulmuş körpələrin və hamilə qadınların həyatını itirməsi gündəmin ən çox müzakirə olunan mövzuları olaraq qalmaqdadır.

Bu arada milli səhiyyəmizə güvəni olmadığından müayinə və müalicə məqsədi ilə xarici dövlətlərə, xüsusilə də qardaş Türkiyə ilə, qonşu İrana üz tutan ölkə vətəndaşlarının sayı günbəgün artır. Bu isə həm dövlətimizin beynəlxalq aləmdə nüfuzuna xələl gətirir, həm də ölkədən külli miqdarda valyuta axınına səbəb olur.

Dəyəri 1 manatlıq xidmətin qarşılığında naxçıvanlılardan 3 manat tələb edən insafsız işbazlar “bir dövlət, iki millət olduğumuzu” əsla önəmsəmirlər

İllərdir blokada şəraitində yaşayan Naxçıvanda isə vəziyyət daha acınacaqlıdır. Naxçıvan Muxtar Respublikasının sakinləri elementar tibbi yardım ala bilmədiklərindən, məcbur qalıb borc-xərclə ya İrana, ya da Türkiyəyə üz tutmalı olur. Onlar üçün adıçəkilən ölkələrə getmək Bakıya gəlib çatmaqdan daha rahat və ucuz başa gəlir.

Amma bu işin bir əmması var. Müalicə üçün əsasən qardaş dövlət Türkiyənin Ərzurum şəhərinə üz tutan Naxçıvan sakinlərini orda “ağac qabığı” kimi soyurlar.

Hətta Suriya qaçqınlarına da naxçıvanlılardan qat-qat artıq hörmətlə yanaşılır, güzəştlər edilir

Qapısındakı mal-qaranı satıb, borc-xərc edib çox zaman kritik vəziyyətdə qardaş dövlətə pənah gətirən naxçıvanlı soydaşlarımızın çarəsiz vəziyyətindən yararlanan üzdəniraq səhiyyə qulluqçuları onlara “qiymət oxuyur”, onsuz da xəstəlikdən bükülən bellərini tamamilə qırırlar. Dəyəri 1 manatlıq xidmətin qarşılığında naxçıvanlılardan 3 manat tələb edən insafsız işbazlar “bir dövlət, iki millət olduğumuzu” əsla önəmsəmirlər.

Naxçıvan sakinləri dəfələrlə Türkiyədəki Naxçıvan Konsulluğuna şikayət məktubları ilə müraciət etdiklərini, amma müraciətlərinin cavabsız qaldığını bildirirlər

Ən qəribəsi isə odur ki, yalnız naxçıvanlılara bu cür münasibət göstərilir. Digər ölkələrdən gələn türksoylu xalqların nümayəndələri Türkiyə vətəndaşlarından fərqləndirilmir. Hətta Suriya qaçqınlarına da naxçıvanlılardan qat-qat artıq hörmətlə yanaşılır, güzəştlər edilir.

Bizə müraciət edən Naxçıvan sakinləri dəfələrlə Türkiyədəki Naxçıvan Konsulluğuna şikayət məktubları ilə müraciət etdiklərini, amma müraciətlərinin cavabsız qaldığını bildirirlər.

Son ümid yeri olan qoyun-quzusunu satıb şəfa tapmaq məqsədi ilə Ərzuruma gedən naxçıvanlılardan biri danışır ki, 3 günə ona düz 48 sistem köçürülməsi təyin edilibmiş. Bir sistemin qiyməti 125 Tl-dir (təxminən 40 manat), 48 sistem isə xəstəyə 1920 manata başa gələcəkdi. Amma o qədər mayenin qısa müddətdə xəstə, halsız bədənə köçürülməsinin mümkünsüzlüyünü anlayan soydaşımız xəstəxanadan faktura tələb edib. Uzun çək-çevirdən sonra faktura xəstəyə təqdim edilib və məlum olub ki, ona 48 yox, cəmi 4-5 sistem köçürülüb. Sayıqlıq göstərən soydaşımız xəstəxanadan pulun qalığını ala bilib. Amma bu istisnadır. Əksər xəstələr işbazların qurbanı olur.

Ərzurum klinikalarında çalışan həkimlər etiraf edir ki, naxçıvanlı xəstələrə yardım etmək istərdilər, amma adlarına fetoçu damğası vurularaq hökumətə qarşı təxribat törətməkdə ittiham ediləcəklərindən qorxduqları üçün bunu edə bilmirlər. Çünki işbazların maliyyə qaynaqlarının kəsilməsinə səbəb olacaq bu addımın onlar tərəfindən cavabsız qalmayacağını bilirlər.

Türkiyə işbazları Azərbaycanı neft ölkəsi saydıqlarına görə Azərbaycandan, özəlliklə də Naxçıvandan gələn xəstələri milyonçu hesab edirlər

Türkiyənin keçmiş səhiyyə naziri, hazırda Türkiyə Baş nazirinin müavini əslən Ərzurumdan olan Rəcəb Akdağ vilayətdəki səhiyyə sisteminə nəzarət edir, bu sahədəki bütün neqativ halların əsas səbəbkarı da məhz adıçəkilən şəxsdir.

Türkiyə işbazları Azərbaycanı neft ölkəsi saydıqlarına görə Azərbaycandan, özəlliklə də Naxçıvandan gələn pasientləri milyonçu hesab edirlər. Amma unudurlar ki, milyonçular dünyanın tanınmış, bahalı klinikalarında müalicə alırlar. Ərzuruma gedənlərsə yetim-yesirdir. Türkiyə müsəlman dövləti olduğu üçün yetim haqqının yeyilməsinin necə böyük bir günah olduğunu bilməlidir. Biz inanmırıq ki, Ərdoğan rəhbərlik etdiyi hakimiyyətdə yetim haqqını yeyən məmurların təmsil olunmasına göz yumacaq...

Millət vəkili Kamil Aydın: “...Atatürkün “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərinizdə saxlayaraq, əlinizdən gələni edin” vəsiyyəti də yerinə yetirilmiş olacaq”

Qeyd edək ki, ötən il Türkiyə mətbuatında “Naxşıvana sağlıq müjdəsi” başlıqlı yazı dərc edilmişdi. Həmin yazıda Ərzurum millət vəkili, MHP sədrinin müavini, professor Kamil Aydının Atatürk Universitetinin Araşdırma Xəstəxanasına səfəri zamanı tibb müəssisəsinin rəhbərliyi ilə danışıqlar əsnasında qaldırılan “Naxçıvan vətəndaşlarının səhiyyə xidməti sahəsində xaricdən asılı olduqları” məsələsinin Məclisdə həll olunmasına nail olduğu bildirilmişdi. Millət vəkili Kamil Aydınla görüş zamanı xəstəxana rəhbərliyi, Naxçıvan vətəndaşlarının səhiyyə xidmətləri üçün Türkiyəni seçdiklərini, lakin Türkiyədə onlara göstərilən səhiyyə xidmətləri üçün ödədikləri vəsaitin digər xarici vətəndaşlarla eyni olduğunu bildirmişdilər.

Azərbaycandan və Naxçıvandan gələnlərin Türkiyə vətəndaşlarının ödədikləri vəsaitdən üçqat artıq ödəniş elədikləri üçün bəzən başqa ölkələrə üstünlük verdiklərini bildirən xəstəxana rəhbərliyi, problemin həlli üçün MHP millət vəkilindən dəstək istəmişdi.

Andiçmə mərasimindən sonra dövlət ənənəsi olaraq, ilk xarici səfərini Azərbaycana edən prezident R.T.Ərdoğan Aydının səyləri nəticəsində məsələni gündəliyə salmışdı.

Prezidentin 10 iyul tarixində Azərbaycana səfəri zamanı onu müşayət edən MHP sədr müavini və Ərzurumdan millət vəkili seçilmiş professor Kamil Aydın təyyarədə söhbət əsnasında prezident Ərdoğana məsələ barəsində məlumat vermiş, Ərzuruma Naxçıvan və Azərbaycandan müalicəyə gələnlərin olduğunu xatırladaraq demişdi: “Lakin müalicə haqları bizim vətəndaşlarımızla müqayisədə üçqat artıqdır. Məsələ səhiyyə turizmi baxımından həll edilsə, cənab Əliyev ilə görüşdə gündəmə gətirilsə, hər iki ölkə üçün müsbət bir irəliləyiş olar”.

Kamil Aydın prezident Ərdoğana Naxçıvan vətəndaşlarına türk vətəndaşları ilə eyni tariflərlə səhiyyə xidməti göstərilməsi imkanı yaratmasını təklif etmişdi: “Bu, həm regionun səhiyyə turizmi və iqtisadiyyatını canlandıracaq, həm də Naxçıvanla Türkiyə arasındakı münasibətləri daha da inkişaf etdirərək qardaşlığımızı möhkəmləndirəcəkdir. Aratürkün “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərinizdə saxlayaraq, əlinizdən gələni edin” vəsiyyəti də yerinə yetirilmiş olacaq”.

Təəssüf ki, sözügedən məsələ yalnız söhbət olaraq qaldı, öz qanuni həllini tapmadı. Görünür, bunda kimlərinsə ciddi marağı vardı

Aydının təklifinə müsbət yanaşan prezident Ərdoğan problemin həlli üçün təminat verərək, Azərbaycan prezidenti cənab İ. Əliyev ilə birgə mətbuat konfransında məsələni gündəmə gətirmişdi.

Amma çox təəssüf ki, sözügedən məsələ yalnız söhbət olaraq qaldı, öz qanuni həllini tapmadı. Görünür, bunda kimlərinsə ciddi marağı vardı.

Bu gün də vəziyyət eynidir. Naxçıvanlı soydaşlarımız müayinə. müalicə, əməliyyat üçün real qiymətin 3 qatını ödəməli olur. Bu isə onsuz da səfalət içində yaşayan naxçıvanlıları tamamilə var-yoxdan çıxarır.

Bu gün naxçıvanlı soydaşlarımız qardaş Türkiyədə haqsızlıqla qarşılaşırsa, Ərdoğan hakimiyyətinin o zamankı CHP hökumətindən nə fərqi var?

Biz hər zaman Türkiyəni böyük qardaşımız saymışıq, düşmən əhatəsində olan, demək olar ki, Azərbaycandan təcrid olunmuş qədim türk torpağı Naxçıvanımızın yeganə pənahı Türkiyədir. İllər öncə Türkiyə prezidenti Ərdoğan İkinci Dünya Savaşı dönəmində baş verən bir olayı misal çəkərək, o vaxtın hakim partiyası olan CHP-ni kəskin tənqid atəşinə tutmuşdu. Ölkə başçısı CHP-ni Stalinin zülmündən qaçaraq Türkiyəyə pənah gətirən Azərbaycan türklərini ölümə verməkdə ittiham etmişdi.

Amma bütün bu deyilənlərə baxmayaraq, qardaş Türkiyəyə güvənimiz sonsuzdur. İnanırıq ki, ən tez zamanda sözügedən problemlər öz həllini tapacaq, Türkiyə hökuməti Naxçıvan sakinlərinin də güzəştli səhiyyə xidmətindən istifadə etmələrini təmin edəcək.

Hurriyyet.org

P.S. Türkiyənin Azərbaycandakı səfirliyinin sözügedən məsələyə münasibətini öyrənməyə çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03
SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57
Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44
Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40
ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23
ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16
Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ - İLGİNC İDDİA
Bu gün, 07:13
"Azəriqaz"da saxta imtahan, yoxsa... - Kütləvi ixtisarlar başlayıb
Bu gün, 07:00
1 saylı Dəri-Zöhrəvi Dispanserdə SAXTA ƏLİLLİK... - İTTİHAM VAR...
Bu gün, 06:49
“N1” çörəyini yedi: ÖLÜMDƏN QAYITDI... - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Sevinc Orucovanın “Son zəng” üçün pul yılğması təsdiqləndi - "Pul yığmaq barədə şikayət etsəniz..."
Bu gün, 06:36
Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda… - AKTUAL
Bu gün, 06:23
Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub - ABŞ-nin İrana hücumunun təfərrüatı
Bu gün, 06:19
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Dünən, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Dünən, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Dünən, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
21-06-2025, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
21-06-2025, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
21-06-2025, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru