Yeli Dövlət Statistika Komitəsinin məlumatına görə, Naxçıvan Muxtar Resp8ublikasının banklarındakı əmanətlər son beş ayda 10 Milyon manat artıb.
"DİA-AZ" bildirir ki, bu absurd hesabat MR sakinləri tərəfindən elə ilk elandaca məsxərəyə qoyulmağa başlayıb. Sosial şəbəkələrdə "Sizcə bu əmanətlər kimlərin pulları hesabına artıb?" deyə sual edən "Gündəlik Naxçıvan" səhifəsində isə istifadəçilər maraqlı rəylərtini paylaşıblar və aydın olur ki, ya rəqəmlər həddən artıq şişirdilib, ya da həqiqətdirsə, bu artımda sıravı xalqın iştirak payı sıfır həddindədir.
Yerli əhalinin əksəriyyəti əmanətlərinin olmadığını, əksinə banklara borclu olduqlarını bildir. Yəni anlaşılan odur ki, yuxarıda qeyd etdiyimiz iki versiyadan biri qüvvədədir və hər iki versiya həm də ona əsas yaradır ki, bu artım Naxçıvan MR sakinlərinin yaşam keyfiyyəti göstəricisi kimi əhəmiyyət daşımır.