Bakıdan Avropaya ötürülən “donos”lar .....                     "Uşaqlıqdan demokratik mühitdə böyümüşəm" .....                     Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... .....                     "Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" .....                     Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır .....                     “Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” .....                     Universitet heyvanlar üçün 56 min manatlıq yem alır .....                     44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü .....                     Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı .....                     Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI .....                     "N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi .....                     Yol təmir edən və elektrik malları satan "tender kralı" .....                     Sahil Tahirli yeni vəzifəyə .....                     Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq .....                     “Tez-tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” .....                     Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı .....                     "Xankəndinin adını yalanlarınızla çirkləndirməyin..." .....                     "Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!" .....                     Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır" .....                     Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün... .....                     “Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır .....                     Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur .....                     Nazirlik Nuradan iki şey tələb edə bilər .....                     Paşinyan erkən seçkiyə gedir .....                     42 yaşlı Namiq ACIQ VERDİ .....                     Xam nefti hansı ölkələrə və neçəyə satırıq? .....                     Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə .....                     Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu .....                     Əhməd Oruc insult keçirdi: vəziyyəti ağırdır .....                     Ət bazarında böhran: Qoyun ətinin kilosu 30 manata qədər qalxacaq? .....                     Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir .....                     “Macarların çoxu hakimiyyət dəyişikliyinin sərt iqtisadi tədbirlər, xaos və küçə zorakılığı gətirəcəyindən qorxur” .....                     Avtomobil idxalı 17% artıb, gömrük dəyəri isə aşağı düşüb .....                     Milyonçunun oğlu növbəti dəfə axtarışa verildi .....                     Sabiq nazir oğlunun Moskvadakı şirkəti 16 milyon zərər edib .....                     Coşqunun gəlinliklə səhnəyə çıxması müzakirə yaratdı .....                     Yüksək "komendant pulu" narazılıq doğurur .....                     "Xəbər gəldi ki, Adil ölüb" .....                     “Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi” .....                     Karapetyanın şirkəti “Ermənistan elektrik şəbəkələri”ni idarə etməkdən məhrum edilib .....                 

"Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb" - GİLEY
Tarix: 16-02-2018, 11:30 | Çap et
"Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb"
Azərbaycanın Ermənistanla həmsərhəd Şınıx bölgəsinin kəndlərinin getdikcə ağırlaşan yanacaq, qazsızlıq problemi sakinləri kömək üçün bu yaxınlarda hətta müdafiə naziri, general-polkovnik Zakir Həsənova da müraciət etməyə vadar edib. Bölgənin Zamanlı və Mor-Mor kəndlərinin bir qrup sakini müdafiə nazirindən xahiş edib ki, öz nüfuzundan istifadə edərək kəndlərin uzun müddətdir düyünə düşmüş qazlaşdırma probleminin həlli barədə müvafiq strukturların qarşısında məsələ qaldırsın.

Virtualaz.org qeyd edir ki, Şınıx bölgəsinin sakinləri vaxtaşırı olaraq qazlaşdırma probleminin həll edilməsi xahişi ilə Bakıya, müxtəlif instansiyalara, o cümlədən KİV-lərə müraciətlər, məktublar, şikayətlər göndərir. Amma problem həllini tapmır və bu da strateji bölgədən əhalinin miqrasiyasına, meşələrin qırılıb tükənməsinə səbəb olur.

Sakinlərin virtualaz.org saytının elektron poçtuna göndərilmiş müraciətində göstərilir ki, bölgədə yanacaq kimi odundan istifadə edilməsi üzündən meşələr qırılıb tükənib. İş o yerə çatıb ki, hətta palıd kimi qiymətli ağac da yandırılmaq üçün kütləvi qırılır.

“Belə davam etsə bizim kəndlərdə həyat məhv olacaq, insanlar evlərini tərk edib gedəcək. Axı ilin az qala 6-7 ayının qış keçdiyi bu yerlərdə yanacaqsız necə yaşamaq olar? Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb”-bir qrup sakinin redaksiyamıza müraciətində deyilir.

Əslində Şınıx bölgəsinin qazlaşdırılması problemi hansısa məmurların prezident İlham Əliyevin illər əvvəl verdiyi göstərişi yarıtmaz həyata keçirməsi üzündən düyünə düşüb. Belə ki, prezident bu strateji bölgənin qazlaşdırılmasına dair göstərişi müvafiq strukturlara hələ 2010-cu ildə verib. 2011-ci ildə bu bölgəyə ilk dəfə daşıyıcı qaz kəməri çəkilib, lakin “Azəriqaz”ın podratçısı bölgənin irili-xırdalı 27 kəndindən cəmi 3-ü qazlaşdırılıb. Üstəlik AzTV-dən bölgənin qazlaşdırılmasının başa çatdırıldığı elan olunub. Sakinlər isə o vaxtdan bəri vaxtaşırı olaraq Bakıya şikayətlər, müraciətlər göndərməkdədir.

Bu yaxınlarda isə sakinlərin bir qrupu müdafiə nazirinə müraciət etməyə qərar verib. Onlar deyirlər ki, müdafiə naziri Zakir Həsənov cəbhənin digər istiqamətlərində olduğu kimi Şınıx bölgəsi istiqamətində yerləşən mövqelərinə də vaxtaşırı baş çəkir və əhalinin ona xüsusi hörməti, rəğbəti var. Ona görə də ümid ediblər ki, bəlkə müdafiə naziri, ona aid olmasa da, problemin həllinə kömək edə.

Şınıx bölgəsində qırılan palıd meşələri

Müraciətdə sakinlər nazirdən xahiş ediblər ki, bölgənin hərbi baxımdan strateji əhəmiyyətini nəzərə alaraq oradan əhalinin köçünü dayandırmaq üçün qazlaşdırma probleminin həlli məsələsini “Azəriqaz”ın, digər müvafiq hökumət strukturlarının qarşısında qaldırsın. Əlbətdə, sakinlər problemin birbaşa müdafiə nazirinə dəxli olmadığını da nəzərə alıblar və müraciətə görə üzrxahlıq ediblər. Sakinlərə verilən məlumata görə müdafiə naziri onların müraciətinə diqqətlə yanaşıb və araşdırılması üçün müvafiq instansiyalara yönəldib. Hələlik isə bölgədə qazlaşdırma işlərinin nə zaman başlayacağına dair xəbər-ətər yoxdur.

Gədəbəy rayon İcra Hakimiyyətindən də təsdiq edirlər ki, Şınıx bölgəsində yarımçıq dayandırılmış qazlaşdırma işlərinin tamamlanması üçün dəfələrlə SOCAR rəhbərliyi qarşısında onların tərəfindən məsələ qaldırılıb. Habelə sakinlərin çoxsaylı müraciətləri Nazirlər Kabinetinə təqdim olunub. Amma məsələ həllini tapmayıb.

İndi Şınıx sakinləri problemin nəhayət bu il həllini tapması üçün xahiş edirlər. Çünki prezident İlham Əliyev ötən ay Nazirlər Kabinetinin yığıncağında ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə qaldırılması üçün SOCAR-ın qarşısında qəti vəzifə qoyulduğunu, dövlət büdcəsindən qazlaşdırma işlərinin davam etdirilməsinə 100 milyon manat vəsait ayrıldığını bəyan edib.

Prezidentin bu çıxışı Şınıx sakinlərində böyük ümid yaradıb, amma Ermənistanla həmsərhəd bölgədə, çətin şəraitdə yaşayan əhali narahatdır ki, SOCAR və onun strukturu “Azəriqaz” qazlaşdırma planına yenə də bu kəndləri daxil etməyə bilərlər. Nəticədə onlar problemə bir daha diqqəti cəlb etmək üçün öz nümayəndələrini Bakıya- Prezident Administrasiyasına və SOCAR-a şikayətə göndərməyə hazırlaşdıqlarını deyirlər.

Bu kəndlərdən o yana düşməndir...

Çünki bir neçə il əvvəl “Azəriqaz” rəhbərliyi mətbuat qarşısında elan etmişdi ki, Şınıx kəndlərinin sakinləri onlardan qaz gözləməsinlər. Səbəb kimi isə “bölgədə yaşayanların sayının azlığı və yolların keçilməzliyi üzündən texnikanın işinin mümkün olmaması” göstərilmişdi. Hansı ki, təkcə Zamanlı və Mor-Mor kəndlərində 1200-dən çox sakin və 220-yə yaxın fərdi ev təsərrüfatı mövcuddur. Üstəlik sakinlərin bildirdiyi kimi, yolların, relyefin keçilməzliyi haqda deyilənlər də qətiyyən doğru deyil. Daşıyıcı kəmərdən həmin kəndlərə qədər cəmi 3-4 kilometr məsafə var və əslində bölgədə qazlaşdırmanı başa çatdırmaq, prezidentin hələ illər əvvəl verdiyi göstərişə əməl etmək böyük vəsait tələb etməyən işdir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdan Avropaya ötürülən “donos”lar - Xaricdəki blogerlərə Bakıdan sifariş gedir...
Bu gün, 22:23
"Uşaqlıqdan demokratik mühitdə böyümüşəm"
Bu gün, 22:15
Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - TƏFƏRRÜAT
Bu gün, 22:14
"Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" - SİRRLƏR AÇILIR...
Bu gün, 22:11
Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır
Bu gün, 17:53
“Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” - deputat
Bu gün, 17:48
Universitet heyvanlar üçün 56 min manatlıq yem alır
Bu gün, 17:46
44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü
Bu gün, 17:42
Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı - BİR-BİR ÜZƏ ÇIXIRLAR...
Bu gün, 17:32
Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI - FOTO
Bu gün, 17:25
"N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi - TƏFƏRRÜAT
Bu gün, 17:17
Yol təmir edən və elektrik malları satan "tender kralı" - Bir ildə 8 müqavilə
Bu gün, 17:15
Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 17:08
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Bu gün, 17:05
“Tez-tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” - İLLƏRİN SƏNƏTKARINDAN MÜRACİƏT
Bu gün, 17:02
Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı - səbəb ABŞ sanksiyalarıdır
Bu gün, 17:01
"Xankəndinin adını yalanlarınızla çirkləndirməyin..." - jurnalistdən ETİRAZ!
Bu gün, 16:53
"Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!" - jurnalistdən SOS!
Bu gün, 16:46
Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır" - TƏFƏRRÜAT
Bu gün, 16:42
Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:38
“Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 16:32
Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur - FOTO
Bu gün, 16:28
Nazirlik Nuradan iki şey tələb edə bilər – Qalmaqallı məsələyə RƏSMİ REAKSİYA
Bu gün, 16:23
Paşinyan erkən seçkiyə gedir - Vaxt yaydan yaza çəkilir
Bu gün, 16:20
42 yaşlı Namiq ACIQ VERDİ - “Mənə 50 yerdən elçi düşənlər var”
Bu gün, 16:17
Xam nefti hansı ölkələrə və neçəyə satırıq? - SİYAHI
Bu gün, 16:12
Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət
Bu gün, 16:09
Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu - FOTO
Bu gün, 16:06
Əhməd Oruc insult keçirdi: vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:49
Ət bazarında böhran: Qoyun ətinin kilosu 30 manata qədər qalxacaq? - BELƏ HARA GEDİRİK...
Bu gün, 15:47
Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir -ŞƏRH
Bu gün, 15:44
“Macarların çoxu hakimiyyət dəyişikliyinin sərt iqtisadi tədbirlər, xaos və küçə zorakılığı gətirəcəyindən qorxur” - ONA GÖRƏ DƏ...
Bu gün, 15:43
Avtomobil idxalı 17% artıb, gömrük dəyəri isə aşağı düşüb
Bu gün, 15:41
Milyonçunun oğlu növbəti dəfə axtarışa verildi – aliment qaçağı
Bu gün, 15:36
Sabiq nazir oğlunun Moskvadakı şirkəti 16 milyon zərər edib - DETALLAR
Bu gün, 15:27
Coşqunun gəlinliklə səhnəyə çıxması müzakirə yaratdı – Deputatdan ETİRAZ
Bu gün, 15:11
Yüksək "komendant pulu" narazılıq doğurur - “Milyardlarla manat nəzarətsiz toplanır”
Bu gün, 15:07
"Xəbər gəldi ki, Adil ölüb" - Bakıdakı kütləvi davanın iştirakçısı DANIŞDI
Bu gün, 15:06
“Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi” - CAVAB
Bu gün, 15:02
Karapetyanın şirkəti “Ermənistan elektrik şəbəkələri”ni idarə etməkdən məhrum edilib - İrəvandan Kremlə ZƏRBƏ
Bu gün, 15:00
Burda sertifikatı ləğv edilmiş həkimlər meydan sulayır... - İTTİHAM VAR...
Bu gün, 14:58
İcra hakimiyyətində dava: Vəzifəli şəxs başçının müavininə hücum etdi - "İcra başçısının müavini Z.Əliyev mənə..."
Bu gün, 14:55
Fransa Ukraynaya "Rafale" qırıcıları və SAMP/T HHM sistemləri verəcək - “Unian“
Bu gün, 14:51
Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb - TƏFƏRRÜAT
Bu gün, 14:50
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
Bu gün, 14:47
Kəlbəcərin azad edilməsindən 5 il ötür - MƏQALƏ
Bu gün, 14:45
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:44
Bayrağımıza qarşı yanlışlıqlar seriyası DAVAM EDİR...
Bu gün, 11:59
Arif Rəhimzadə: YAP Ramiz Mehdiyevlə bağlı qərarı bu vaxt verəcək - Hakim partiya TƏLƏSMİR...
Bu gün, 11:45
Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir? - AÇIQLAMA
Bu gün, 11:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru