Gürcüstandakı Azərbaycanın ANA DİLİ PROBLEMİ - Əgər belə davam edərsə...
Tarix: 16-01-2018, 11:55 | Çap et
 Bu gün Gürcüstanda rəsmi rəqəmlərə görə 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır. Qonşu ölkədə yaşayan soydaşlarımız zamanla müxtəlif problemlərlə üzləşir ki, onlardan biri də təhsillə bağlıdır.
Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən məsələ ilə bağlı Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubovla söhbətləşib. Konqres sədrinin dediyinə görə, son 5-6 ilədək Gürcüstan azərbaycanlılarının təhsildə əsas problemi yaşadığı ölkənin dilini bilməməsi ilə bağlı olsa da, bu məsələ demək olar ki, aradan qalxmaq üzrədir.
"Müstəqilliyin ilk 20 ili keçid dövrünə düşdüyü üçün, nədən nəyə, hardan haraya, nə zaman keçirik, bilən yox idi. Təhsil sistemi qaydaya salınmamışdı. Milli azlıqların təhsili ilə bağlı konkret proqram yox idi. Gürcüstan azərbaycanlılarının isə ana dilinə bağlılığı yüksək olduğundan gürcü dili arxa plana keçmişdi" — müsahibiz bildirib.
"Hazırda isə məktəblərdə gürcü dili sürətləndirilmiş şəkildə öyədilir, əhalinin əksəriyyəti övladlarının yaşadığı ölkənin dilini öyrənməsində maraqlıdır. Əvvəllər hər il 4-5 nəfər ali məktəblərə qəbul olurdusa, son illərdə isə Gürcüstan universitetlərində onların sayı minlərlə ölçülür" — o, əlavə edib.
H.Yusubovun sözlərinə görə, Gürcüstanda artıq 10 ildir ki, milli azlıqlarla bağlı "4+1" dövlət proqramı hazırlanıb: "Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillərində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilir. Bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcücə davam etdirirlər. Mənim də şəxsən iştirakımla hazırlanan bu proqramın tətbiqi ilə 3 mindən artıq azərbaycanlı Gürcüstan universitetlərinin diplomunu alıb".
Konqres sədri təəssüflə bildirib ki, əvvəllər gürcüstanlı rəsmilər azərbaycanlıların dövlət işlərində azlığını gürcü dilini bilməmələri ilə əlaqələndirirdilərsə, son dövrlər bu dildə ali məktəb bitirən soydaşlarımızın sayının çoxalmasına baxmayaraq, bu sahədə heç bir artım olmayıb.
Hüseyn Yusubov təhsillə bağlı ən böyük problemin hazırda ana dilli təhsillə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, Gürcüstanda Azərbaycan dilli təhsili heç bir qurum ləğv etməyəcək, lakin ana dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxaracaq.
"Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadr meydana çıxmır. Hətta artıq bir çox kəndlərdə müəllim çatışmazlığı ilə bağlı ilk siqnallar gəlir" — həmsöhbətimiz vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan universitetlərində Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur: "Azərbaycan təhsil müəssisələrinə isə borçalılılar qəbul ola bilmirlər. Bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin buradan gedən azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər".
"Lakin universitetə qəbul olduqdan sonra xarici vətəndaş olduqları əsas gətirilərək ən yüksək bal yığsa belə, yalnız ödənişli təhsil ala bilirlər. Bunun da nəticəsi olaraq Gürcüstan azərbaycanlıları Azərbaycanın universitetlərində, demək olar ki, təmsil olunmurlar" — GAK sədri qeyd edib.
Hüseyn Yusubov Sputnik Azərbaycan vasitəsilə Azərbaycanın aidiyyatı qurumlarına səslənərək Gürcüstan azərbaycanlılarının ana dilində ali təhsil ala bilməsi üçün birgə dövlət proqramı hazırlamağı, ana dilində təhsilin başı üzərini almış təhlükəni aradan qaldırmağa diqqət ayrılmasını istəyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıdan Avropaya ötürülən “donos”lar - Xaricdəki blogerlərə Bakıdan sifariş gedir...
Dünən, 22:23 |
|
|
|
| • "Uşaqlıqdan demokratik mühitdə böyümüşəm"
Dünən, 22:15 |
|
|
|
| • Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - TƏFƏRRÜAT
Dünən, 22:14 |
|
|
|
| • "Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" - SİRRLƏR AÇILIR...
Dünən, 22:11 |
|
|
|
| • Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır
Dünən, 17:53 |
|
|
|
| • “Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” - deputat
Dünən, 17:48 |
|
|
|
| • Universitet heyvanlar üçün 56 min manatlıq yem alır
Dünən, 17:46 |
|
|
|
| • 44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü
Dünən, 17:42 |
|
|
|
| • Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı - BİR-BİR ÜZƏ ÇIXIRLAR...
Dünən, 17:32 |
|
|
|
| • Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI - FOTO
Dünən, 17:25 |
|
|
|
| • "N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
| • Yol təmir edən və elektrik malları satan "tender kralı" - Bir ildə 8 müqavilə
Dünən, 17:15 |
|
|
|
| • Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ
Dünən, 17:08 |
|
|
|
| • Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Dünən, 17:05 |
|
|
|
| • “Tez-tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” - İLLƏRİN SƏNƏTKARINDAN MÜRACİƏT
Dünən, 17:02 |
|
|
|
| • Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı - səbəb ABŞ sanksiyalarıdır
Dünən, 17:01 |
|
|
|
| • "Xankəndinin adını yalanlarınızla çirkləndirməyin..." - jurnalistdən ETİRAZ!
Dünən, 16:53 |
|
|
|
| • "Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!" - jurnalistdən SOS!
Dünən, 16:46 |
|
|
|
| • Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır" - TƏFƏRRÜAT
Dünən, 16:42 |
|
|
|
| • Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:38 |
|
|
|
| • “Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Dünən, 16:32 |
|
|
|
| • Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur - FOTO
Dünən, 16:28 |
|
|
|
| • Nazirlik Nuradan iki şey tələb edə bilər – Qalmaqallı məsələyə RƏSMİ REAKSİYA
Dünən, 16:23 |
|
|
|
| • Paşinyan erkən seçkiyə gedir - Vaxt yaydan yaza çəkilir
Dünən, 16:20 |
|
|
|
| • 42 yaşlı Namiq ACIQ VERDİ - “Mənə 50 yerdən elçi düşənlər var”
Dünən, 16:17 |
|
|
|
| • Xam nefti hansı ölkələrə və neçəyə satırıq? - SİYAHI
Dünən, 16:12 |
|
|
|
| • Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət
Dünən, 16:09 |
|
|
|
| • Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu - FOTO
Dünən, 16:06 |
|
|
|
| • Əhməd Oruc insult keçirdi: vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:49 |
|
|
|
| • Ət bazarında böhran: Qoyun ətinin kilosu 30 manata qədər qalxacaq? - BELƏ HARA GEDİRİK...
Dünən, 15:47 |
|
|
|
| • Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir -ŞƏRH
Dünən, 15:44 |
|
|
|
| • “Macarların çoxu hakimiyyət dəyişikliyinin sərt iqtisadi tədbirlər, xaos və küçə zorakılığı gətirəcəyindən qorxur” - ONA GÖRƏ DƏ...
Dünən, 15:43 |
|
|
|
| • Avtomobil idxalı 17% artıb, gömrük dəyəri isə aşağı düşüb
Dünən, 15:41 |
|
|
|
| • Milyonçunun oğlu növbəti dəfə axtarışa verildi – aliment qaçağı
Dünən, 15:36 |
|
|
|
| • Sabiq nazir oğlunun Moskvadakı şirkəti 16 milyon zərər edib - DETALLAR
Dünən, 15:27 |
|
|
|
| • Coşqunun gəlinliklə səhnəyə çıxması müzakirə yaratdı – Deputatdan ETİRAZ
Dünən, 15:11 |
|
|
|
| • Yüksək "komendant pulu" narazılıq doğurur - “Milyardlarla manat nəzarətsiz toplanır”
Dünən, 15:07 |
|
|
|
| • "Xəbər gəldi ki, Adil ölüb" - Bakıdakı kütləvi davanın iştirakçısı DANIŞDI
Dünən, 15:06 |
|
|
|
| • “Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi” - CAVAB
Dünən, 15:02 |
|
|
|
| • Karapetyanın şirkəti “Ermənistan elektrik şəbəkələri”ni idarə etməkdən məhrum edilib - İrəvandan Kremlə ZƏRBƏ
Dünən, 15:00 |
|
|
|
| • Burda sertifikatı ləğv edilmiş həkimlər meydan sulayır... - İTTİHAM VAR...
Dünən, 14:58 |
|
|
|
| • İcra hakimiyyətində dava: Vəzifəli şəxs başçının müavininə hücum etdi - "İcra başçısının müavini Z.Əliyev mənə..."
Dünən, 14:55 |
|
|
|
| • Fransa Ukraynaya "Rafale" qırıcıları və SAMP/T HHM sistemləri verəcək - “Unian“
Dünən, 14:51 |
|
|
|
| • Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb - TƏFƏRRÜAT
Dünən, 14:50 |
|
|
|
| • Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
Dünən, 14:47 |
|
|
|
| • Kəlbəcərin azad edilməsindən 5 il ötür - MƏQALƏ
Dünən, 14:45 |
|
|
|
| • Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 14:44 |
|
|
|
| • Bayrağımıza qarşı yanlışlıqlar seriyası DAVAM EDİR...
Dünən, 11:59 |
|
|
|
| • Arif Rəhimzadə: YAP Ramiz Mehdiyevlə bağlı qərarı bu vaxt verəcək - Hakim partiya TƏLƏSMİR...
Dünən, 11:45 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir? - AÇIQLAMA
Dünən, 11:39 |
|
|
|
|