Elmar Vəliyev Gəncə bazarını mühasirəyə alıb - Sahibkarlar acınacaqlı durumda
Tarix: 15-01-2018, 11:24 | Çap et
 Sovetlər dönəmində mərkəzi kolxoz bazarı kimi tanınan "Gəncə bazarı”nda mağaza sahibləri və icarədarları Gəncənin icra başçısı Elmar Vəliyevdən şikayətçidir. "BakuPost” xəbər verir ki, bazarda çalışanlar 2 aya yaxındır, icra hakimiyyətinin və polis əməkdaşlarının təzyiqlərindən bezara gəliblər. Belə ki, səlahiyyətli şəxslər bazara gələrək, buranın söküləcəyini, tezliklə dağıdılacağını anons edirlər. Onlar bazar işçilərinə buranı tez bir zamanda tərk etmələrini "məsləhət görür”. Buna səbəb isə icra başçısı Elmar Vəliyevin Gəncədə özünə yeni bazar açmasıdır. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Gəncədə "Grand Qafqaz” ticarət mərkəzi fəaliyyətə başlayıb. Obyekt kifayət qədər böyükdür. Onun fəaliyyətini genişləndirmək üçün isə müxtəlif planlar hazırlanıb. Bu planlardan biri və ən əsası digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olunmaqdır. Gəncə bazarında mağaza sahibi olan şəxslərdən biri (təzyiqlərdən qorxduğu üşün adının çəkilməsini istəmir – red.) saytımıza müraciət edərək bildirib ki, 10 gündür, bazar və ətrafındakı küçələrdə vəziyyət acınacaqlı hala salınıb. Bazara gələn yollar qapadılıb, sökülüb, küçələrdə isə işıq və su kəsilib. "1 ay, ay yarım əvvəl icra hakimiyyətinin işçiləri bazarda dövrə vurmağa, camaatı incitməyə başladı. Başlamışdılar deməyə ki, bazar söküləcək, dağılacaq, burdan çıxmaq lazımdır. Son 10 gündə isə təzyiqlər kəskin xarakter alıb. Hətta şayiə də yaymışdılar ki, bazarı yandıra bilərlər, dağıda bilərlər. Belə edirlər ki, camaat qorxusundan buranı tərk etsin, getsin təzə bazara ("Grand Qafqaz”ticarət mərkəzi nəzərdə tutulur – red.). Gəncə bazarı ətrafında Nizami və Vaqif küçələri var. Şəhərin ən yaxşı ticarət obyektləri buradadır. İndi də başlayıblar həmin obyektlərin icarədarlarını və sahiblərini incitməyə. Yolları qazırlar, bağlayırlar, avtobus xətlərini kəsib təzə bazara istiqamətləndiriblər. Vəziyyət çox pisdir. Bu gün gəlmişəm mağazaya, qonşu mağazanın icarədarları, sahibləri deyir ki, bəlkə çıxaq gedək? Hamının canına qorxu salıblar. Hamını incidirlər. 15 dəqiqə əvvəl elə gəlib küçədəki məhsulları təpikləyib getdilər ki, küçə satışı qadağandır. Neçə gündür Vaqif küçəsinin işıqları yanmır, suyu gəlmir. Bu boyda sahibkarların hamısının işini iflic ediblər. Günə 300-400 manat gəliri olan mağazalar neçə gündür ki, siftə belə edə bilmir. Bu gün Vaqif küçəsində bir sahibkar 25 ildir işlətdiyi, ailəsini oradan gələn gəlirlə saxladığı mağazanı bağladı. Çünki işlədə bilmədi. Su yox, işıq yox, avtobus yox... Təbii ki, bu səbəblərdən müştəri də yox. Bazarda və ətraf küçələrdə vəziyyəti o hala qoyublar ki, nəinki müştəri, heç mağazanın yiyəsi belə orada dayanmaq istəmir”, - deyə şikayətçi bildirib.
Sahibkarın sözlərinə görə, təzə bazara köçənlər var, lakin onlar məcbur olduqları üçün gediblər. Mağaza sahibi onu da əlavə edib ki, "Grand Qafqaz”da icarə haqları 400-3000 manat arasında dəyişir, lakin Gəncə bazarında bu, 2-3 dəfə ucuzdur – yəni 100-1200 manat civarındadır. Məlumata görə, "Grand Qafqaz” açılana kimi Gəncədə 3 bazar fəaliyyət göstərirmiş. Lakin yeni ticarət mərkəzi açıldıqdan sonra bazarlar 2-nin fəaliyyəti dayandırılıb və oradakı sahibkar və icarədarlardan gücləri çatanlar köçürülüb yeni bazara. İndi isə Gəncə kimi böyük şəhərdə "Grand Qafqaz”dan başqa yalnız bir bazar qalıb. O da Gəncə bazarıdır. Rayon rəhbərliyi o bazarın da bağlanmasına nail olmağa çalışır. Yəni, kimsə evinə bazarlıq etmək üçün şəhərin o başından bu başına gəlməlidir…
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən "BakuPost”un sorğusuna cavab verilib. Lakin sorğuda bazarla bağlı suallara deyil, sadəcə yollarla bağlı suala aydınlıq gətirilib. İcra hakimiyyətinin cavabını olduğu kimi təqdim edirik: "Gəncədə su təsərrüfatı və kanalizasiya sisteminin yenidən qurulması davam edir. Layihənin 4-cü mərhələsi 3 il müddətinə həyata keçirilir. Layihə çərçivəsində sovet dönəmindən qalan və istismar müddətini başa vuran müxtəlif diametrli su və kanalizasiya xətləri yenilənir. Artıq aparılan işlər şəhərin müxtəlif küçə və prospektlərində başa çatırılıb. Hazırda şəhərin Nizami prospektində (Gəncə bazarının ətrafı), Vaqif və Əttarlar küçələrində iş sürətlə davam edir. Bildirək ki, Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12 |
|
|
|
• Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04 |
|
|
|
• "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51 |
|
|
|
• "Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38 |
|
|
|
• Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35 |
|
|
|
• Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32 |
|
|
|
• Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47 |
|
|
|
• “Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44 |
|
|
|
• Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40 |
|
|
|
• Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37 |
|
|
|
• Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34 |
|
|
|
|