“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                     Paytaxtda “at oynadan” MTK-lar .....                     Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar .....                     Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu .....                     İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir .....                     Daha bir ekspert Əmrullayevi TOPA TUTDU .....                 

Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Tarix: Bu gün, 11:59 | Çap et

Ötən həftə Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iki ölkənin sərhədyanı ərazilərində - Sünik (Zəngəzur) vilayətinin cənub rayonlarında və Zəngilan rayonunda görüşüblər.

Bu barədə “Azadlıq” radiosunun yazılı sorğusuna cavab olaraq Ermənistan Baş nazirin müavini MherQriqoryanın ofisi məlumat verib.Nümayəndə heyətlərinə Ermənistan və Azərbaycan Dövlət Sərhədinin Demarkasiyası və Təhlükəsizliyi Komissiyasının, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.

Baş nazirin müavininin dəftərxanası növbəti iclasın nə vaxt, harada olacağı və gündəliyi ilə bağlı suala dəqiq cavab verməyib. Bu məsələnin hələ də müzakirə olunduğunu bildirib. “Azadlıq”, həmçinin Vaşinqtonda Zəngəzur yolu ilə bağlı əldə olunan razılaşmanı nəzərə alaraq, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının ilin əvvəlində elan edildiyi kimi Tavuşdan deyil, Zəngəzurdan davam etməsinin mümkün olub-olmadığını soruşub. Baş nazirin müavini bu suala birbaşa cavab verməyib, bir daha bu məsələnin müzakirə olunduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də Şahin Mustafayevlə MherQriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətləri Azərbaycan və Ermənistan ərazilərinə qarşılıqlı səfərlər ediblər. Ermənistan Xarici İşlər Nazirliyi yaydığı məlumatda qeyd edilir ki, bu il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, tərəflər kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə sərhəd xəttinin müvafiq hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, o cümlədən zəruri infrastrukturun bərpası, tikintisi və onların həyata keçirilməsi müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

Xatırladaq ki, 2024-cü ilin aprel ayında delimitasiya və demarkasiya işlərinin sərhədin şimal hissəsində, yəni Qazax-Tavuş istiqamətində aparılması barədə razılaşma əldə olunub. Lakin komissiyaların prosesi sərhədin cənub hissəsinə keçirməsi çox güman ki, “Tramp marşrutu”nun açılması istiqamətində ABŞ ilə Ermənistan və Azərbaycan arasında müzakirələrə başlanılması ilə bağlıdır.

Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-tranzit əlaqələrinin açılması şərti sərhədin məhz cənub istiqamətində delimitasiya və demarkasiya işlərinə tez bir zamanda başlanılmasını zəruri edir. Bu baxımdan, görünür, Azərbaycan və Ermənistan delimitasiya prosesini Zəngilan-Mehri istiqamətində davam etdirməyi razılaşdırıb. Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu və qərbi Zəngəzurdan keçən avtomobil yolunun ilkin mərhələdə bərpası, sonra isə işə salınması sərhədin müəyyənləşdirilməsinizərurui edir.

Çünki Zəngəzur dəhlizindən həm də üçüncü ölkələrə məxsus yüklər tranzit ərazi kimi daşınacaq. Azərbaycandan fərqli olaraq, digər ölkələrin vətəndaşları, nəqliyyat vasitələri və malları hər iki istiqamətdə sərhəd-buraxılış və gömrük yoxlamasından keçməlidir. Bu səbəbdən, Zəngilan-Mehri sərhədində delimitasiya və demarkasiyası məsələsi ön plana keçib. Lakin delimitasiya işlərinin yalnız kommunikasiyaların açılması və infrastrukturun bərpası məqsədi daşıdığını söyləmək olmaz. Çünki 1920-ci ildə bolşeviklər Zəngəzur mahalını qanunsuz olaraq Ermənistana verməklə Azərbaycan ərazisini iki hissəyə bölüb.

SSRİ dövründə Zəngilan, Qubadlı rayonlarının, Şərur-Dərələyəz mahalının bir sıra əraziləri Ermənistana bağışlanıb. Delimitasiya prosesinin Sovet dövrü xəritələri əsasında aparılacağını nəzərə alsaq, həmin ərazilərin qaytarılması məsələsi gündəmə gəlir. Məsələn, Nüvədi kəndi delimitasiya zamanı Zəngilan rayonuna qaytarılmalıdır. Ona görə də sərhədlərin müəyyənləşməsi ilə bağlı işlərin qısa müddətdə yekunlaşacağı inandırıcı görünmür.

Müşfiq Abdulla
"Cebheinfo.az"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru