“Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!” - Hacı Məmmədovun bacısı jurnalistləri qınadı
Tarix: 11-12-2017, 11:24 | Çap et
 Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilsə də, ailə üzvləri qəbir yerinin gizlin saxlanılmasına qərar verib. Modern.az qəbir yerinin hansı səbəbdən gizlin saxlanmasına aydınlıq gətirməsi üçün mərhumun bacısı Arifə Məmmədova ilə əlaqə saxlayıb.
A.Məmmədova saytımıza qardaşının qəbirinin heç kimə lazım olmadığını deyib. O, üzünü Hacı Məmmədovun məzarını axtarmaqla məşğul olan, bu haqda sosial şəbəkələrdə rəy yazan, məsələni lağlağı obyektinə çevirən jurnalistlərə tutaraq, onları qınayıb: “Neyləyirsiz axı Hacının qəbirinin yerini? Tapıb nə edəcəksiniz?”. A.Məmmədova “bəlkə kimsə qəbiri ziyarətə gedəcək, niyə gizlədirsiniz” sualın cavab olaraq, bunun inandırıcı olmadığını bildirib:
“Kimdir onun qəbirini ziyarətə gedən? Kim cürət edib gedəcək ki? Əl çəkin, günlərdir telefonlarım susmur, özüm açmıram. Qəbirin yerini açıqlamaq istəmirəm, ona görə də telefonlara cavab vermirəm”. H.Məmmədovun bacısı “qəbirin dağıdılmasındanmı narahatsız” sualına “bəli, narahatam, ona görə də açıqlamıram. Siz də daha soruşmayın. Onsuz da bilənlər bilir”, - deyərək telefonu qapadıb.
Qeyd edək ki, dekabrın 3-də H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb. H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40 |
|
|
|
• Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35 |
|
|
|
• Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32 |
|
|
|
• Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30 |
|
|
|
• Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34 |
|
|
|
• Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32 |
|
|
|
• Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28 |
|
|
|
• Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24 |
|
|
|
• Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53 |
|
|
|
• "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Dünən, 02:51 |
|
|
|
• Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Dünən, 02:49 |
|
|
|
• AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Dünən, 02:45 |
|
|
|
• Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
16-08-2025, 13:17 |
|
|
|
• İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
16-08-2025, 13:12 |
|
|
|
• Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
16-08-2025, 13:03 |
|
|
|
• Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
16-08-2025, 13:00 |
|
|
|
• Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
16-08-2025, 12:41 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
16-08-2025, 12:38 |
|
|
|
• DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
16-08-2025, 12:37 |
|
|
|
• Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
16-08-2025, 12:26 |
|
|
|
• Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
16-08-2025, 12:17 |
|
|
|
• Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
16-08-2025, 12:13 |
|
|
|
• Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
16-08-2025, 12:00 |
|
|
|
• Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
16-08-2025, 11:57 |
|
|
|
• AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
16-08-2025, 11:53 |
|
|
|
• Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
16-08-2025, 11:51 |
|
|
|
• Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
16-08-2025, 11:48 |
|
|
|
• “CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
16-08-2025, 11:43 |
|
|
|
• İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
16-08-2025, 11:33 |
|
|
|
• Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
16-08-2025, 11:29 |
|
|
|
• Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
16-08-2025, 11:25 |
|
|
|
• "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
16-08-2025, 11:23 |
|
|
|
• Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
16-08-2025, 11:17 |
|
|
|
• Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
16-08-2025, 11:14 |
|
|
|
• Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
16-08-2025, 11:08 |
|
|
|
• Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
16-08-2025, 11:03 |
|
|
|
• “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
16-08-2025, 10:56 |
|
|
|
• Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
16-08-2025, 10:43 |
|
|
|
• Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
16-08-2025, 10:36 |
|
|
|
• Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
16-08-2025, 10:01 |
|
|
|
• “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
16-08-2025, 09:59 |
|
|
|
• Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
16-08-2025, 09:47 |
|
|
|
• Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
16-08-2025, 09:33 |
|
|
|
• “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
16-08-2025, 09:30 |
|
|
|
• Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
16-08-2025, 09:27 |
|
|
|
• Ayvazyanın GERİ ZƏKASI...
16-08-2025, 09:19 |
|
|
|
• Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
16-08-2025, 09:13 |
|
|
|
• “Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
16-08-2025, 09:02 |
|
|
|
• Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
16-08-2025, 08:48 |
|
|
|
• Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
16-08-2025, 08:39 |
|
|
|
|