“MTN-də Samir Şərifovun əleyhinə ifadə almaq istəyiblər” - Əhəd Abıyev
Tarix: 29-12-2016, 11:33 | Çap et
 Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ikinci dəstə generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının cinayət işləri üzrə məhkəmə prosesi başlamaq ərəfəsindədir. “Qafqazinfo”nun cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, bu qruplaşmanın cinayət əməllərinin sahibkarlıqdan dövlət strukturlarına qədər uzandığı bəlli olub.
Belə ki, 2014-cü ildə dövlət büdcəsindən Daşkəsən rayon icra hakimiyyətinə ayrılan pula MTN generalları “qonublar”. Onlar icra hakimiyyətinin memarını idarəyə aparıb maliyyə naziri Samir Şərifovun əleyhinə ifadə verməyə məcbur ediblər.
Bunu istintaqa şahid qismində ifadə verən rayonun icra başçısı Əhəd Abıyev deyib.
Ə.Abıyev bildirib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb:
“Həmin pul Nazirlər Kabinetinin qərarı əsasında Maliyyə Nazirliyinin əmri ilə ayrılmışdı. Tikinti işlərinin görülməsi üçün açıq tender keçirildi və “Dizayn Construction” MMC tenderdə qalib gəldi. Əvvəllər də Daşkəsəndə təbii fəlakət nəticəsində ziyan dəyən yaşayış evlərinin və sosial obyektlərin təmirini həyata keçirən bu şirkətə yarım milyon manat ödənilib.
Sentyabrın 17-də ayrılan vəsait şirkətin hesabına köçürülüb. Şifahi razılığa gəldik ki, icra hakimiyyətinin memarı Elman Məmmədov inşaat materiallarının alınması üçün pulun bir hissəsini çıxarsın. Elmana tapşırdım ki, yük dolu maşınlar saat 16-ya kimi Dərnəgüldə onu gözləyəcəklər. Həmin vaxt pulu ödəsin və maşınları rayona yola salsın. Saat 4-də Elmana neçə dəfə zəng etdim, zəng çatmadı, narahat oldum. Evindən də, şirkətdən də bir xəbər öyrənə bilmədim. Yarım saat sonra şirkətdən bir nəfər zəng edib Elman Məmmədovun MTN tərəfindən tutulduğunu dedi. Dərhal Bakıya gəldim, saat 20 radələrində MTN-nin binasının qarşında idim. Özümü təqdim etdim, amma məni içəri buraxmadılar, yarım saat sonra dedilər ki, Elman burdadı. Məni içəri buraxmadıqları üçün əsəbləşib kobud danışdım, onu kimin tutduğunu soruşdum. Dedilər 4-cü İdarənin əməkdaşları tutub.
Öz tanışlarımdan idarə rəisi Sübahir Qurbanovun nömrəsini tapıb zəng etdim. Ondan Elmanı dərhal buraxmalarını tələb etdim, Sübahir Qurbanov isə hay-küy saldığıma görə narazılıq edib, sakit olmağımı tələb etdi. Dedim ki, Elman buraxılmayana qədər heç yerə getməyəcəyəm. Sonra nazir Eldar Mahmudovun məni qəbul etməsini istədim, ona da icazə vermədilər.
“AGbank”ın sahibi Çingiz Əsədullayevə zəng etdim, o da kömək edə bilməyəcəyini dedi. Gecə saat 24 radələrində Elman Məmmədvu buraxdılar, çıxanda gördüm ki, qollarında qandal izi var. Elman dedi ki, MTN-in icra hakimiyyəti tərəfindən görülən bütün işlərdən məlumatı var. O dedi ki, izahat verərkən pul vəsaitinin ələ keçirilməsində maliyyə naziri Samir Şərifovun və mənim iştirakımın olduğunu yazmasını tələb ediblər, lakin bundan imtina edib. Elmanı və onunla işləyən əməkdaşları həbs edəcəkləri ilə hədələyib 1 milyon manat pul tələb ediblər.
Eldar Mahmudov “Əhəd Abıyevlə işiniz olmasın” dedi
Elman Məmmədovu mənə təhvil verən MTN əməkdaşı dedi ki, sabah saat 10-da Eldar Mahmudov məni qəbul edəcək. Biz Elmanın üzərində olan və onların ələ keçirdiyi pulu tələb etdik, rədd cavabı verdilər. Səhərisi gün Eldar Mahmudovla görüşdüm, söhbət başlayan kimi o, mənim söyüş söyməyimdən narazı olduğumu dedi. Mən də “söyüş söymüşəm, çünki əməkdaşlarınız quldurluq edib pul ələ keçirirlər” dedim. Bundan sonra söhbətimiz sülh şəraitində davam etdi. Nazirə hər şeyi, bizdən 1 milyon pul tələb edildiyini dedim.
Bundan sonra Eldar Mahmudov daxili telefonla kiməsə zəng edərək “Əhəd Abıyevlə işiniz olmasın” dedi. Sonra məni yola saldı, amma Elmandan aldıqları 680 min manatı qaytarmadılar. Bizə yola sala əməkdaşdan pulları tələb etdim, o bizə “sizə hörmət edirik, ona görə də 1 milyon manatı almırıq. Elmandan alınan pulların geri qaytarılması isə mümkün deyil” dedi. Məcbur olub tikinti işlərini öz pulumuzla gördük”.
Qeyd edək ki, MTN-in bu dəstəsinin işi Bakı Hərbi Məhkəməsinə göndərilib. İş məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib. Hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 18:28 |
|
|
|
• Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Bu gün, 18:25 |
|
|
|
• Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 18:10 |
|
|
|
• Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Bu gün, 18:08 |
|
|
|
• “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Bu gün, 18:03 |
|
|
|
• Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Bu gün, 17:59 |
|
|
|
• "Buna susa, göz yuma bilmərəm"
Bu gün, 17:54 |
|
|
|
• Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Bu gün, 17:52 |
|
|
|
• İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Bu gün, 17:48 |
|
|
|
• İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Bu gün, 17:44 |
|
|
|
• Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Bu gün, 17:39 |
|
|
|
• Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Bu gün, 17:33 |
|
|
|
• “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Bu gün, 17:31 |
|
|
|
• Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Bu gün, 17:23 |
|
|
|
• Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Bu gün, 17:20 |
|
|
|
• Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 17:18 |
|
|
|
• Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Bu gün, 17:13 |
|
|
|
• Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Bu gün, 17:10 |
|
|
|
• Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Bu gün, 17:07 |
|
|
|
• "Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Bu gün, 15:44 |
|
|
|
• Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Bu gün, 15:39 |
|
|
|
• Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Bu gün, 15:35 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Bu gün, 15:33 |
|
|
|
• Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:23 |
|
|
|
• Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Bu gün, 15:22 |
|
|
|
• Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Bu gün, 15:18 |
|
|
|
• İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Bu gün, 15:12 |
|
|
|
• Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? – ASTROLOQDAN PROQNOZ
Bu gün, 15:08 |
|
|
|
• Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub - FOTO
Bu gün, 15:05 |
|
|
|
• Bakı 127 illik plana razılaşdı: şifrələr açılır – Türk dünyasında həyəcan
Bu gün, 14:47 |
|
|
|
• İrəvana 2 “ev tapşırığı”: - Müşahidə Missiyası gəldiyi yerə qayıdır
Bu gün, 14:43 |
|
|
|
• Bahalı təhsil, şəffaf olmayan hesablar - Universitetlərdə narazılıq böyüyür
Bu gün, 14:37 |
|
|
|
• Azərbaycan, Ermənistan və Gürcüstanda BYD neçəyə satılır? - TƏFƏRRÜAT
Bu gün, 14:31 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxardı - ƏMR
Bu gün, 14:28 |
|
|
|
• Onlayn xidmət budursa... - GİLEY
Bu gün, 14:20 |
|
|
|
• Paşinyan Antonio Koşta ilə Minsk qrupunun ləğvini MÜZAKİRƏ ETDİ
Bu gün, 14:09 |
|
|
|
• “ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” – “Qazaxıstan, Qırğızıstan diri heyvan ixracını dayandırıb”
Bu gün, 13:06 |
|
|
|
• Bir generalın təhdidi, yüz generalın cavabı – NATO və Kreml arasında “Kalininqrad döyüşü”
Bu gün, 13:00 |
|
|
|
• Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı
Bu gün, 12:56 |
|
|
|
• Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir – Regionu hansı təhlükələr gözləyir?
Bu gün, 12:48 |
|
|
|
• Məhbus jurnalistdən məktub var: -"Cənab Prezidentlə fəxr edirik"
Bu gün, 12:44 |
|
|
|
• “20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar
Bu gün, 12:42 |
|
|
|
• Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib - “Kommersant”
Bu gün, 12:37 |
|
|
|
• Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq - TENDERLƏR QAZANDI
Bu gün, 12:28 |
|
|
|
• Donetskdə şiddətli döyüş: - “Azov” hücuma keçdi
Bu gün, 12:26 |
|
|
|
• Barəsində cinayət işi açılan Aytən Səfərovadan AÇIQLAMA: - “Bunun arxasında hansısa qüvvələr dayanıb”
Bu gün, 12:24 |
|
|
|
• Agentlik MDB ölkələrində yol şouları təşkil edəcək - TENDERİN QALİBİ AÇIQLANDI
Bu gün, 12:20 |
|
|
|
• Paşinyan da “türk Pezeşkian”ı deyir - ŞƏRH
Bu gün, 12:18 |
|
|
|
• Komitə ötən il “olmayıb” deyirdi, bu il “olub” deyir – Azərbaycanda “Aİ-95” istehsal edilib?
Bu gün, 12:14 |
|
|
|
• Paşinyan məzuniyyətə getdi
Bu gün, 12:11 |
|
|
|
|