“Uşaq Qaynar Xətti” xidmətində yenilik - Xidmətin mobil əlavəsi istifadəyə verildi
Tarix: 28-11-2016, 16:19 | Çap et
 2010-cu ildə Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib. Yeni informasiya texnologiyalarının uşaqların sağlamlığı, müdafiəsi, təhlükəsizliyi və təhsilinə dəstək verməsini təmin etmək məqsədilə internet saytlarının və smartfonlar üçün əlavələrin yaradılması və yayılması xüsusi önəm daşıdığından, Azercell belə bir əlavənin yaradılmasına ehtiyac duyub. Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Uşaq Qaynar Xətt Xidmətinin mobil əlavəsinin təqdimatı keçirilib. Mərasimdə İnsan hüquqları üzrə müvəkkil professor Elmira Süleymanova, QHT, dövlət və özəl sektorun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.Təqdimat mərasimində məlumat üçün bidirilib ki, “Uşaq Qaynar Xətti” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi bu illər ərzində “Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 15.000 - ə yaxın müraciət daxil olub. Yönləndirilən zənglərin əksəriyyəti psixoloji və emosional problemlər, ailədaxili münaqişələr, münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi ehtiyaclar və s. ilə bağlı olub. Azərbaycan “Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının qlobal şəbəkəsinin tam hüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidmətləri daxildir. Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır.
Mərasimdə eyni zamanda Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə təsis etdikləri “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatının növbəti qalibləri açıqlanıb. Bu mükafat hər il uşaq hüquqları sahəsində geniş fəaliyyət göstərən şəxslər və təşkilatların adlarını müəyyənləşdirir. Mükafatın məqsədi müxtəlif sahələrdə uşaq hüquqlarının müdafiəsi və uşaq problemlərinin həlli istiqamətində çalışan, həmin sahədə inkişafa, yaxşılığa doğru dəyişikliyə və islahatlara nail olmuş təşkilatlar və şəxslərin fəaliyyətini qiymətləndirməkdir. Bu il mükafat əldə edənlər sırasında “UNİCEF”, Milli Məclis, “Azercell Telekom MMC” və s. kimi dövlət və qeyri-dövlət təşkilatları oldu. Məlumat üçün bildirək ki, Azercell sözügedən mükafata 2006, 2007 və 2009-cu illərdə də layiq görülüb. Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələrindən, eləcə də fiziki məhdudiyyətli uşaqlardan ibarət musiqi qruplarının nömrələri izlənilib.
Qeyd edək ki, Azercell fəaliyyətinin ilk günlərindən uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün məlumatlandırma kampaniyaları hayata keçirib, habelə ictimaiyyətin bu sahədə fikir formalaşdırılmasına dəstək olub. Təsadüfi deyil ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin bir çox qismi uşaqlarla bağlıdır. "Uşaq Qaynar Xətti", Mobil Diş Klinikası, Mobil Göz Klinikası, I və II Uşaq Paralimpiya İdman Oyunları, "De! Dildən-dilə, eldən-elə" şer və hekayə müsabiqəsi, "Çək!" asfalt üzərində rəsm müsabiqəsi, "Hər uşağın ailəyə ehtiyacı var", "Onlar da hədiyyə gözləyirlər..."və s. Azercell-in uşaqların rifahına yönəldilmiş layihələridir.




|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23 |
|
|
|
• "Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21 |
|
|
|
• Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19 |
|
|
|
• Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Dünən, 18:03 |
|
|
|
• “PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Dünən, 18:01 |
|
|
|
• Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Dünən, 17:57 |
|
|
|
• Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 17:45 |
|
|
|
• “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Dünən, 17:38 |
|
|
|
• Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Dünən, 17:36 |
|
|
|
• "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Dünən, 17:31 |
|
|
|
• Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Dünən, 17:18 |
|
|
|
• Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Dünən, 17:09 |
|
|
|
• İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Dünən, 17:07 |
|
|
|
• Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Dünən, 17:05 |
|
|
|
• "Moskva İrana arxalanır" - Yermak
Dünən, 17:00 |
|
|
|
• Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Dünən, 16:58 |
|
|
|
• Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Dünən, 16:45 |
|
|
|
• "Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Dünən, 16:43 |
|
|
|
• Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Dünən, 16:40 |
|
|
|
• Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Dünən, 16:37 |
|
|
|
• Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Dünən, 16:28 |
|
|
|
• Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Dünən, 16:24 |
|
|
|
• 3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Dünən, 16:22 |
|
|
|
• Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Dünən, 16:19 |
|
|
|
• İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Dünən, 16:03 |
|
|
|
• Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Dünən, 16:01 |
|
|
|
• Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Dünən, 15:56 |
|
|
|
• Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:53 |
|
|
|
• Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Dünən, 15:44 |
|
|
|
• MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
• UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Dünən, 15:35 |
|
|
|
• Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Dünən, 15:33 |
|
|
|
• Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Dünən, 15:19 |
|
|
|
• Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Dünən, 15:12 |
|
|
|
• SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Dünən, 14:59 |
|
|
|
• Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Dünən, 14:13 |
|
|
|
• İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Dünən, 13:39 |
|
|
|
• Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Dünən, 13:37 |
|
|
|
• Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Dünən, 13:30 |
|
|
|
• Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Dünən, 13:18 |
|
|
|
• İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Dünən, 13:13 |
|
|
|
• Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Dünən, 13:07 |
|
|
|
• Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Dünən, 13:05 |
|
|
|
• Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Dünən, 13:02 |
|
|
|
• "Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Dünən, 12:40 |
|
|
|
• Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Dünən, 12:19 |
|
|
|
• “Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Dünən, 12:16 |
|
|
|
• Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Dünən, 12:09 |
|
|
|
• Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Dünən, 12:05 |
|
|
|
• Jurnalistə ağır itki üz verib
Dünən, 12:00 |
|
|
|
|