"Elman Rüstəmov manat kimi şahmatımızı da böyrü üstə qoydu" - Ekspert
Tarix: 14-09-2016, 11:50 | Çap et
 "Yaxşı ki, Olimpiadaya ermənilər gəlməmişdi, bizim bütün komandalarımızı qabaqlasaydılar, lap biabırçılıq olacaqdı. Onlar, bir qayda olaraq, bizdən daha yüksək yerlər tutur".
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri ekspert Əkrəm Həsənov Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanlı komandaların yaxşı nəticə göstərə bilməməsinə münasibət bildirərkən deyib.
Əkrəm Həsənov Azərbaycanın Şahmat Olimpiadasındakı uğursuzluğundan bəhs edib: "Digər ölkələrdən fərqli olaraq, Azərbaycan ev sahibi kimi həm kişilər, həm də qadınlar arasındakı yarışda 3 komanda ilə təmsil olunurdu. Lakin 6 komandamızın heç biri medal qazana bilməyib. Kişi komandalarımız 180 komanda arasında müvafiq olaraq 12-ci, 26-cı və 49-cu yerləri, qadın komandalarımız isə 140 komanda arasında 8-ci, 30-cu və 32-ci yerləri tutub.
"Yaxşı ki, Olimpiadaya ermənilər gəlməmişdi, bizim bütün komandalarımızı qabaqlasaydılar, lap biabırçılıq olacaqdı. Onlar, bir qayda olaraq, bizdən daha yüksək yerlər tutur. Hətta 3 dəfə qızıl (sonuncu dəfə 2012-ci ildə Türkiyədə keçirilən Olimpiadada), 3 dəfə də bürünc medal sahibləri olublar. Biz isə heç vaxt medal qazana bilməmişik (hətta Özbəkistan da bir dəfə kişilər arasında gümüş medal, Gürcüstan isə qadınlar arasında 4 dəfə qızıl, 1 dəfə gümüş və 2 dəfə bürünc medal qazanıb). Ümid Bakı Olimpiadasına idi ki, bəlkə doğma divarlar kömək oldu. Amma yenə də alınmadı. Halbuki, vaxtilə Azərbaycan şahmat ölkəsi olaraq bu sahədə nəinki Ermənistandan üstün idi, ümumiyyətlə dünya liderləri sırasında idi. Dünya şahmatçılarının ilk onluğuna 2, bəzən isə 3 şahmatçımız daxil idi (hazırda heç bir nəfər də yoxdur!). Lakin Şahmat Federasiyasına Elman Rüstəmov rəhbərlik etməyə başlayandan bu sahədə geriləmə başladı. Səbəb nədir? Niyə 30 il əvvəl Kasparovu dünya çempionu zirvəsinə çatdırmış Azərbaycan bu gün belə acizdir? Əslində, ötən illər ərzində şahmatın inkişafına Azərbaycan qədər pul qoyan ölkə olmayıb. Elman Rüstəmovun “icbari-könüllü” çağırışı ilə banklarımız şahmata və şahmatçılarımıza xeyli pul xərcləyib. Lakin bu pullar ağılla və obyektiv meyarlara əsasən xərclənməyib. Ölkə iqtisadiyyatımıza da milyardlarla pul gəlmişdi, amma nə oldu? Qohulmuq-tanışlıq üzərində qurulmuş bərbad idarəetmə, korrupsiya, savadsızlıq və s. hamısını yedi".
Əkrəm Həsənovun sözlərinə görə, şahmatda da digər sahələrdəki vəziyyət yaşanır: "Əlbəttə, şahmat idmandır və son nəticədə hər şey şahmatçılarımızın istedadından asılır. Lakin istedadları da yetişdirmək, inkişaf etdirmək, həvəsləndirmək, kömək etmək lazımdır. Başqa sahələrdən fərqli olaraq, idmanda şəxsi münasibətlər müstəvisində qabağa çəkilməyin acı nəticələri özünü daha tez və açıq-aşkar göstərir. Ötən illər ərzində ölkəmizdə yeni istedadlı şahmatçılar yetişməyib. Əksinə, istedadlı şahmatçılar sıxışdırılıb. Ən bariz nümunə 2014-cü ildə itirdiyimiz fitri istedada malik olan gənc şahmatçımız Vüqar Həşimovdur (Allah rəhmət eləsin!). İndi onu fəxrlə yad edənlər, xatirəsinə hər il beynəlxalq turnir keçirənlər sağlığında Vüqara kömək etmirdilər, halbuki məhz onun sayəsində yığmamız 2009-cu ildə Avropa çempionu olmuşdu. Vüqar özü deyirdi ki, “Mənə kömək sıfır dərəcəsindədir”. Elman Rüstəmov isə Həşimov haqqında belə deyirdi: “Biz onun addımlarını pisləyirik. Yəqin ki, nə vaxtsa rastlaşacağıq və qaranlıq suallara cavab istəniləcək... Vüqar Həşimov ulduz xəstəliyinə tutulub... Bizim onu əvəz edəcək kifayət qədər istedadlı gənclərimiz var". Hanı həmin gənclər? Əvəz edə bilən tapıldımı? Xeyr! Şahmatımızın acınacaqlı vəziyyəti göz qabağındadır. Elman Rüstəmov bank sistemi və manat kimi şahmatımızı da böyrü üstə qoydu".
Ekspertin fikrincə, Rüstəmovun Şahmat Federasiyasına rəhbərlik etməsi qanunsuzdur: "Belə ki, Mərkəzi Bank haqqında Qanunumuzun 21.10-cu maddəsində yazılıb: “İdarə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola bilməz və ictimai birliklərdə vəzifə tuta bilməzlər”. Şahmat Federasiyası isə məhz ictimai birlikdir. Etdiyi əməllərə görə getmək istəmirsə, heç olmasa qanun pozuntusuna son qoymaq üçün istefa versin"!


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03 |
|
|
|
• Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00 |
|
|
|
• Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51 |
|
|
|
• "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49 |
|
|
|
• Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48 |
|
|
|
• Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45 |
|
|
|
• İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40 |
|
|
|
• Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28 |
|
|
|
• Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20 |
|
|
|
• Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17 |
|
|
|
• "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07 |
|
|
|
• Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43 |
|
|
|
• Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41 |
|
|
|
• Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28 |
|
|
|
• Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23 |
|
|
|
• Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16 |
|
|
|
• Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08 |
|
|
|
• “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03 |
|
|
|
• Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57 |
|
|
|
• Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50 |
|
|
|
• ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47 |
|
|
|
• Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39 |
|
|
|
• İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36 |
|
|
|
• Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31 |
|
|
|
• ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29 |
|
|
|
• “İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24 |
|
|
|
• 160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19 |
|
|
|
• Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08 |
|
|
|
• Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00 |
|
|
|
• "Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59 |
|
|
|
• Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54 |
|
|
|
• Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44 |
|
|
|
• Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42 |
|
|
|
• Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40 |
|
|
|
• Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22 |
|
|
|
• 24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19 |
|
|
|
• 'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15 |
|
|
|
• "Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03 |
|
|
|
• "Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00 |
|
|
|
• Gömrüyün itləri AC QALACAQ - Tender ləğv olundu
Bu gün, 06:54 |
|
|
|
• Şəhriyar Laçınov dövlətə şərik gedir - BU DA FAKT...
Bu gün, 06:51 |
|
|
|
• Tovuzda kollec direktoru ittiham olunur... - BU NƏDİ BELƏ?
Bu gün, 06:45 |
|
|
|
• Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş - həbs olunublar
Bu gün, 06:38 |
|
|
|
• “Amerikanın Səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır - Tramp
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
Bu gün, 00:08 |
|
|
|
• Banklarda nağd pul çatışmazlığı yaranıb?
Dünən, 18:04 |
|
|
|
• "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 18:00 |
|
|
|
• 240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
|