İpoteka və Kredit Zəmanət Fondunda yeni təyinat olub .....                     Hərbçimiz intihar etdi .....                     Əməkdar artist İLK DƏFƏ AÇIQLADI .....                     Sevindik Hətəmov abadlıq işləri həyata keçirmək istədi, AMMA... .....                     Paşinyan Katolikosa qarşı: qarşıdurma savaşa çevrilir .....                     “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib” .....                     Ermənistan daha 180 kv. km ərazini Azərbaycana verir? .....                     Moskvanın DAHA BİR qəsdi: Erməni təxribatı .....                     Simonyan II Qarageni bu sözlərlə hədələdi .....                     AzTU-nun Yüksək Təhsil İnstitutuna yeni direktor təyin olunub .....                     Təzə müdir gələndən iş şərtləri ağırlaşıb, mükafatlar kəsilib... .....                     Paşinyan erməni toplumunu yeni müharibə qorxusu ilə öz tərəfinə çəkəcək .....                     İrəvandan separatçılara xəbərdarlıq: .....                     Moskvanın absurd istəyi və: .....                     “Bakı Metropoliteni”də təyinat olub .....                     Atasını güllələyib, meyitini doğrayaraq kollektora atan yeniyetməyə hökm oxunub .....                     Zaur müəllimin Tərtərdən XƏBƏRİ OLSAYDI... .....                     Ölkəmizdəki arıları oliqarxların tamahı öldürür .....                     Zaqatala fermerləri ÇIXILMAZ DURUMDA .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı yenidən şikayətini geri götürdü .....                     «Paşa Bank» pulu okeanın o tayına qoyur .....                     Paşinyanın həyat yoldaşı bu ölkəyə gedir: .....                     Azərbaycanın silahlı deputatları: Tapança gəzdirənlər KİMLƏRDİ... .....                     "Şirvan Araz Zavodu"nun 14 milyon manata yaxın vergi borcu var .....                     Putinin köməkçisi Putinin yeni Jirinovskisidir... .....                     Rusların içlərində qalan QARABAĞ YANĞISI... .....                     Əmrullayev dövründə hər cür hoqqabazlığa ŞAHİD OLDUQ... .....                     “Elə müəlliflər var ki, elə bilirlər yazdıqları quran ayəsidir, deyirlər ki, pulum var...” .....                     "İşçilərin əmək məzuniyyətinin bu növündən də istifadə etmək hüquqları var" .....                     Yüksək Texnologiyalar Parkının kotirovka sorğusu ləğv olundu .....                     Paşinyanın söydüyü II Qaregin nəhayət danışdı .....                     “Azərbaycanda təhsil elə bir hala salınıb ki...” .....                     Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir .....                     Müharibənin ilk günləri: Putin ayın 28-i nə təklif edib? .....                     Hələ bilmək olmaz, nəticədə Zəngəzur dəhlizi açılacaq, ya yox .....                     Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişiklik üçün Bakıya göndərilir .....                     Viləşçay su anbarı ilə bağlı daha bir layihə .....                     Qədim Xankəndi restoranında qiymət şoku .....                     ÇAĞIRIŞ: Burda müştəriləri aldadırlar .....                     Qarabağ qazisini SAYA SALAN YOXDUR .....                 

Sinəmizə çəkdiyimiz tüstü generalın cibini necə doldurur... - Siqaret qaçaqmalçılığının arxasındakı güc
Tarix: 14-03-2016, 11:14 | Çap et
Sinəmizə çəkdiyimiz tüstü generalın cibini necə doldurur...
"Aksiz Baş Gömrük İdarəsinin işçiləri qaçaqmal yolu ilə aksiz nişanı olmayan malları, siqaret və spirtli içkiləri alver məntəqələrinə dağıdırlar". Qaynar.info-nun verdiyi xəbərə görə, "Yenicağ" internet resursunda dərc olunan araşdırmada səslənən bu iddia kifayət qədər ciddi mətləblərdən xəbər verir. Həmin araşdırmanın altuallığını nəzərə alıb oxucularımıza təqdim edirik:

Son zamanlar Bakıda, Sumyqayıtda, Gəncədə və Azərbaycanın digər şəhərlərində üzərində aksiz nişanı olmayan siqaretlərin satışı kütləvi xarakter almağa başlayıb. Qeyd edək ki, əgər bir il əvvəl Bakıda aksizsiz siqaretlər çox az yerlərdə və gizlin satılırdısa, indi demək olar ki, siqaret satılan bütün alış-veriş məntəqələrində aksizsiz siqaretlər açıq şəkildə satılmaqdadır. Sadəcə alıcının satıcıdan aksizsiz xarici siqaret istəməsi yetərlidi. Aksizsiz satılan siqaretlər əsasən xaricdə istehsal olunan “Marlboro”, “Kent” kimi bahalı siqaretlərdi və aksizsiz siqaretlər bir qayda olaraq eyni, lakin aksizli siqaretlərdən cüzi ucuz satılır.

Bəs aksizsiz siqaretlər ölkəyə necə daxil olur və kütləvi şəkildə satışa kim tərəfindən çıxarılır. Astara Gömrük İdarəsindən şikayətçi olan vətəndaş təsadüfən siqaret qaçaqmalçılığının ustalıqla qurulmuş şəbəkəsinin üstünü açıb. Yenicag.az-a şikayətçi düşən vətəndaş sözarası Astara Gömrük İdarəsində çalışan Şövqü adlı birisinin ondan İrandan hər dəfə 15-20 blok “Marlboro”, ya da “Kent” siqareti alıb gətirməsini tapşırdığını söylədi. Siqaret qaçmaqçılığı ilə əvvəldən də maraqlandığımız üçün bu fakt bizə maraqlı gəldi və biz Astara Gömrük İdarəsində kiçik bir araşdırma aparmağa qərar verdik. Və deyək ki, araşdırmamız nəticəsində bizim belə gözləmədiyimiz maraqlı vəziyyətlə üz-üzə gəldik.

Astara Gömrük İdarəsində nə baş verir?

Qeyd edək ki, gömrük sahəsində strateji nöqtələrdən biri olan Astara Gömrük İdarəsinin rəisi təqribən 10 ay əvvəl, 13 may 2015-ci ildə dəyişdirilib. Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin əmri ilə Astara Gömrük İdarəsinə Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov təyin olunub. Bizim araşdırmamız nəticəsində məlum olub ki, Sücəddin Hüseynov gömrükdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilovun yaxın adamı kimi tanınır. Elə Sücəddin Hüseynovun strateji əhəmiyyəti ilə və qazancının çoxluğu ilə seçilən Astara Gömrük İdarəsinə rəis gətirilməsində Aksiz Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovun himayəsinin əsas rol oynadığı bildirilir.

Araşdırmamız zamanı məlum oldu ki, Ehtiram Xəlilovun himayəsində olan Sücəddin Hüseynov Astara gömrüyünə gələr-gəlməz burda öz “sistemini” formalaşdırıb və bu sistemin başına Şövqü adlı qaynını bu “sistemin” başına keçirib. İndi Astara gömrüyündə hər şey Şövqünün nəzarəti altında “fırlanır”. Astara gömrüyündə ikinci güclü adam isə Sücəddin Hüseynovun şəxsi aşpazı hesab olunur. (Sücəddin Hüseynovun həmin aşpazı hara getdiysə özüylə aparır, bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik).

Astaradan əlaqə saxladığımız onlarla şəxs bizə bildirdi ki, Şövqü Astara gömrüyündən keçən bütün mallşarı öz nəzarəti altında saxlamaqla yanaşı siqaret qaçmalçılığı ilə də məşğul olur.

Sistem isə çox sadədir. Belə ki, İran İslam Respubilkasınna gündəlik gedib gələn bir çox xırda ticarətçilərimiz Şövqünü kiçik bir şərti ilə hesablaşmaq məcburiyyətində qalıblar. Sərhədi keçən və axşama geri qayıdan yerli əhalidən Şövqü İrandan 15-20 blok siqaret gətirməyi istəyir. Bu şərtlə razılaşan hər kəs demək olar ki, problemlə üzləşmir. Çünki olar gün ərzində sərhədin o tərəfinə keçib daha ucuz qiymətə olan müxtəlif ədviyyatlar, mallar gətirirlər. Gömrük rəisinin qaynın təklifi isə onların işlərini çox asanlaşdırır. Həmçinin Şövqü siqaretin pulunu da verdiyinə görə heç kimdə ciddi narazılıq da yaratmır.

Bizimlə həmsöhbət olanlar bildirdilər İranda siqaret Azərbaycanda olduğundan iki-üç dəfə ucuzdur. Misal üçün “Marlboro” siqareti təqribən 1 dollara, “Kent” siqareti isə 0,78 dollaradır. Azərbaycanda isə həmin siqaretlər müvafiq olaraq 4 manata, 3 manata satılır. Həmin siqaretlər gömrük qeydiyyatına alınmır və birbaşa qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir.

Apardığımız araşdırma nəticəsində bəlli oldu ki, Şövqü hər gün İrandan 500 blokdan artıq siqaret keçirir. Toplanan həmin siqaretləri isə həftədə bir dəfə Bakıdan gəlib aparırlar. Təkcə Astara Gömrük İdarəsindən ölkəyə qaçaqmal yolu ilə keçirilən siqaretin satışından hər ay təqribən 200 min manat gəlir əldə edilir və bizim araşdırmamıza görə bu gəlirin təqribən 30 faizi Sücəddin Hüseynova və Şövqüyə çatır.

Siqaret qaçaqmalçılığının arxasındakı güc

Astarada apardığımız araşdırmadan belə məlum oldu ki, Şövqü öz yaxın ətrafına siqaret qaçaqmalçılığının arxasında Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilov dayandığını söyləyir. Həftədə bir dəfə İrandan gətirilən siqaretləri Bakıya aparanların da məhz Ehtiram Xəlilovun adamlarının olduğu bildirilir.

Qeyd edək ki, ölkədə aksizli malların satışına nəzarəti məhz Aksiz Baş Gömrük İdarəsi həyata keçir. Marketlərdə və qəzet köşklərində satılan aksizli malların satışışına nəzarəti həyata keçmrən bu qurum həmçinin üzərində aksiz markası olmayan malları müsadirə etmək və satışı həyata keçirən alver mənqəsini cərimələmək hüquqna malikdir. Bizim apardığımız araşdırma nəticəsində isə məlum oldu ki, məhz Aksiz Baş Gömrük İdarəsinin işçiləri qaçaqmal yolu ilə aksiz nişanı olmayan malları, siqaret və spirtli içkiləri alver məntəqələrinə dağıdırlar.

Əldə etdiyimiz məlumata görə, aksiz markası olmayan mallar, siqaret və spirtli içkilər təkcə Astara Gömrük İdarəsindən ölkəyə daxil olmur. Demək olar ki, Ehtiram Xəlilov bütün gömrük məntəqələrində aksizli malların ölkəyə daxil olmasını təşkil edir. Bu mallar isə bir qayda olaraq siqaret və spirtli içkilərdir.

Ölkəyə qaçaqmal yolu ilə daxil olan aksizsiz mallar barədə daha geniş və ətraflı araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İpoteka və Kredit Zəmanət Fondunda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:15
Hərbçimiz intihar etdi - FOTO
Bu gün, 11:08
Əməkdar artist İLK DƏFƏ AÇIQLADI - “Azərbaycanda bunu üç adam etdirmişdi, biri mən idim”
Bu gün, 11:06
Sevindik Hətəmov abadlıq işləri həyata keçirmək istədi, AMMA... - Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “stop” qoydu
Bu gün, 11:01
Paşinyan Katolikosa qarşı: qarşıdurma savaşa çevrilir - İNCƏLƏMƏ
Bu gün, 10:59
“Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib” - Sərdar Cəlaloğlu
Bu gün, 10:57
Ermənistan daha 180 kv. km ərazini Azərbaycana verir? - NƏ BAŞ VERİR?
Bu gün, 10:53
Moskvanın DAHA BİR qəsdi: Erməni təxribatı - FOTO
Bu gün, 10:49
Simonyan II Qarageni bu sözlərlə hədələdi - KİV
Bu gün, 10:46
AzTU-nun Yüksək Təhsil İnstitutuna yeni direktor təyin olunub - ƏMR
Bu gün, 10:43
Təzə müdir gələndən iş şərtləri ağırlaşıb, mükafatlar kəsilib... - NARAZILIQ VAR...
Bu gün, 10:39
Paşinyan erməni toplumunu yeni müharibə qorxusu ilə öz tərəfinə çəkəcək - RƏY
Bu gün, 10:33
İrəvandan separatçılara xəbərdarlıq: - Qərbi Zəngəzurda nəsə olsa, günah sizdə olacaq
Bu gün, 10:31
Moskvanın absurd istəyi və: - Medinskinin dili ilə Bakıya göndərilən mesajın şifrələri
Bu gün, 10:30
“Bakı Metropoliteni”də təyinat olub - ƏMR
Bu gün, 10:28
Atasını güllələyib, meyitini doğrayaraq kollektora atan yeniyetməyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 10:24
Zaur müəllimin Tərtərdən XƏBƏRİ OLSAYDI... - ŞOK FAKTLAR...
Bu gün, 10:22
Ölkəmizdəki arıları oliqarxların tamahı öldürür - TƏFƏRRÜAT
Bu gün, 10:10
Zaqatala fermerləri ÇIXILMAZ DURUMDA - Otlaqlarına nə qədər ziyan dəyib?
Bu gün, 10:02
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı yenidən şikayətini geri götürdü
Bu gün, 09:55
«Paşa Bank» pulu okeanın o tayına qoyur - ABŞ istiqrazlarına 140 milyon dollar yatırıb
Bu gün, 09:51
Paşinyanın həyat yoldaşı bu ölkəyə gedir: - Magistratura təhsili almaq üçün
Bu gün, 09:50
Azərbaycanın silahlı deputatları: Tapança gəzdirənlər KİMLƏRDİ... - SİYAHI
Bu gün, 09:44
"Şirvan Araz Zavodu"nun 14 milyon manata yaxın vergi borcu var
Bu gün, 09:37
Putinin köməkçisi Putinin yeni Jirinovskisidir... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:12
Rusların içlərində qalan QARABAĞ YANĞISI... - Onlardan olsaydı...
Bu gün, 09:04
Əmrullayev dövründə hər cür hoqqabazlığa ŞAHİD OLDUQ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:56
“Elə müəlliflər var ki, elə bilirlər yazdıqları quran ayəsidir, deyirlər ki, pulum var...”
Bu gün, 08:51
"İşçilərin əmək məzuniyyətinin bu növündən də istifadə etmək hüquqları var" - AKTUAL
Bu gün, 08:46
Yüksək Texnologiyalar Parkının kotirovka sorğusu ləğv olundu
Bu gün, 08:42
Paşinyanın söydüyü II Qaregin nəhayət danışdı - “O bizi buna məcbur edir”
Bu gün, 08:38
“Azərbaycanda təhsil elə bir hala salınıb ki...” – 14 min tələbə niyə KƏNARLAŞDIRILDI?
Bu gün, 08:37
Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir - GƏLİŞMƏ
Bu gün, 08:33
Müharibənin ilk günləri: Putin ayın 28-i nə təklif edib? – 3 ərazi itirilir…
Bu gün, 08:31
Hələ bilmək olmaz, nəticədə Zəngəzur dəhlizi açılacaq, ya yox - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:27
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişiklik üçün Bakıya göndərilir - nələr dəyişir və niyə referendum çağırılmadı?
Bu gün, 08:18
Viləşçay su anbarı ilə bağlı daha bir layihə - 1,7 milyon manat ayrıldı
Bu gün, 08:13
Qədim Xankəndi restoranında qiymət şoku - 1 stəkan dovğa 3, bir şiş kartof 8 manat!
Bu gün, 08:07
ÇAĞIRIŞ: Burda müştəriləri aldadırlar - BOYKOTA DƏVƏT...
Bu gün, 08:01
Qarabağ qazisini SAYA SALAN YOXDUR - GİLEY
Bu gün, 06:53
“Müəllim də insandır da, başqasına hədiyyə vermək olar, müəllimə yox?” - keçmiş nazirdən REAKSİYA
Bu gün, 06:47
Prezidentin "mübahisəli" köməkçisi - Bahəddin Həzi yazır...
Bu gün, 06:41
"Rədd olsun Qaregin!": Paşinyan yeni bir hərəkata başlayıb - GƏLİŞMƏ
Bu gün, 06:33
DİQQƏT: Bakıda bu binalara qazın verilişi dayandırılacaq – Həmişəlik!
Bu gün, 06:30
Əri ona xadimə ilə xəyanət edibmiş - Məşhur plastik cərrahın qətlinin şok təfərrüatı
Bu gün, 06:25
"ZLOY COFFEE"-yə cərimə kəsilib - qaydalara riayət etməyib
Bu gün, 06:21
İnşaat sektorunda AXSAMA - Görünəni odur ki...
Bu gün, 06:20
"Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər" - döyülən jurnalist DANIŞDI
Bu gün, 01:20
Naxçıvanda 10 manatlıq şirkətlə maraqlı "alış-veriş" - TƏFƏRRÜAT
Bu gün, 01:14
Qaz və işıq limiti ləğv olunur: YENİ QİYMƏTLƏR - BUNDAN SONRA...
Bu gün, 01:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru