Milli Mətbuatın məzarı başında şərqi deyənlər... .....                     Əməkdar artist Yadigar Muradov vəfat edib .....                     Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib .....                     AQTA-nın bundan yəqin ki, xəbəri yoxdur... .....                     Kadrları da özü kimi işləyirdi... .....                     İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? .....                     Nizami rayonunun 'ƏZRAYILI': CƏBRAYILOV... .....                     Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur .....                     Böyük məramlar və xırda maraqlar .....                     Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü .....                     DGK Maliyyə Nazirliyinə birləşdirilir .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... .....                     "Bu görüş xüsusi əhəmiyyət daşıyır..." .....                     Tehran rejimi türk mənşəli toponimləri farslaşdırır .....                     Ermənistanın “Göyçə isteriyası” .....                     ABŞ-ın dünyada ən güclü ordusu var .....                     Bakıdan Avropaya ötürülən “donos”lar .....                     "Uşaqlıqdan demokratik mühitdə böyümüşəm" .....                     Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... .....                     "Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" .....                     Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır .....                     “Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” .....                     Universitet heyvanlar üçün 56 min manatlıq yem alır .....                     44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü .....                     Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı .....                     Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI .....                     "N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi .....                     Yol təmir edən və elektrik malları satan "tender kralı" .....                     Sahil Tahirli yeni vəzifəyə .....                     Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq .....                     “Tez-tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” .....                     Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı .....                     "Xankəndinin adını yalanlarınızla çirkləndirməyin..." .....                     "Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!" .....                     Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır" .....                     Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün... .....                     “Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır .....                     Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur .....                     Nazirlik Nuradan iki şey tələb edə bilər .....                     Paşinyan erkən seçkiyə gedir .....                 

“KredoBank”la bağlı dəhşətli faktlar üzə çıxdı - “Aqro-Star Plyus” MMC-nin “Krodo-Bank” ASC ilə hansı bağlantıları var?
Tarix: 6-11-2014, 12:57 | Çap et
“KredoBank”la bağlı dəhşətli faktlar üzə çıxdı
Ötən sayımızda dərc olunmuş yazıda “KredoBank” ASC-dən 15 milyon türk lirəsinin (Azərbaycan manatının kursu ilə təxminən 7, 5 milyon manat) Müşahidə Şurasının sədri Müşfiq Vəkilovun himayəsində olan “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə köçürülərək mənimsənilməsi ilə bağlı bəzi faktlara aydınlıq gətirilmişdi. Həmçinin qeyd edilmişdi ki, uzun müddətdir adı çəkilən bankla “Aqro-Star Plyus” MMC arasında yaşanan kredit qalmaqalına dair aşağı məhkəmə instansiyalarının qərarlarına Ali Məhkəmə 30 oktyabr 2014-cü ildə son verib. Belə ki, “KredoBank” ASC-nin Müşahidə Şurasının sədri Müşfiq Vəkilovun iddia tələbinin əsassız olduğu barədə qəti qərar verilib.

Bəs “Aqro-Star Plyus” MMC-nin “Krodo-Bank” ASC ilə hansı bağlantıları var?

Redaksiyamıza təqdim olunmuş sənədlərdən məlum olur ki, adı çəkilən və başı qalmaqallı MMC sıradan bir şirkət deyil. Həmin şirkətin Vergilər Nazirliyindən 23 may 2011-ci ildə alınmış “Dövlət Reyestrindən Çıxarış”ından məlum olur ki, adı çəkilən MMC-nin 3 payçısı olub: Ələddin Ağca oğlu Yusifov (75 pay), İlham Səməd oğlu Mustafayev (15 pay) və Səfərov Zöhrab Məmməd oğlu (10 pay).
Diqqəti çəkən isimlərdən Zöhrab Səfərovla bağlı maraqlı fakt üzə çıxır. Bu həmin Z.Səfərovdur ki, Müşfiq Vəkilova məxsus, Bakıda yerləşən (Bayılda) “KROWN-OTEL”in icraçı direktorudur. O, əvvəllər Müşfiq Vəkilovun atası İsa Vəkilovun sürücüsü işləyib və hazırda Bakının Babək prospektində yerləşən “555” adlı avtosalonun da rəhbəridir. Bundan əlavə, ötən yazıda da qeyd olunduğu kimi, 09.01.2013-cü ildə Müşfiq Vəkilov rəhbəri olduğu “KredoBank” ASC-dən “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə 15 milyon türk lirəsi köçürülərək mənimsənilmişdir. Sənədlərdən bəlli olur ki, (Türkiyə Dövlət Notariusunda təsdiqlənən köçürmə sənədinin surəti təqdim olunur) bu vəsaitin 2 milyon 250 min lirəsi Zöhrab Səfərov adlı iş adamının adına 15 faizlik pay kimi keçir.

Bəs Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi iş adamı Cavidan Hacıyevi necə həbs edib?

“Təzadlar”a daxil olmuş sənədlərdən birindən o da məlum olur ki, “KredoBank” ASC-dən “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə köçürülərək mənimsənilmiş 15 milyon türk lirəsinin taleyi ilə bağlı cinayət işi başlanılmışdır. Nəticədə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cavidan Hacıyev adlı iş adamı həbs olunmuşdur. Belə ki, Baş Prokurorluğun mətbuat xidmətinin hələ bu ilin martın 28-də yaydığı rəsmi açıqlamada bildirilirdi ki, “Bank Technique” ASC-dən (keçmiş “Texnikabank”) qanunsuz yolla 45 milyon manata yaxın kredit götürən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib : “”Bank Technique” ASC-dən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı “İnter-Alyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir”.

Bəs Cavidan Hacıyev niyə həm də “KredoBank” ASC ilə məhkəmə çəkişməsində olub?

Apardığımız araşdırmalarla başqa bir maraqlı fakt üzə çıxdı. Məlum olur ki, Cavidan Hacıyevlə “KredoBank” ASC arasında da oxşar əməliyyat baş tutub. Məsələn, yuxarıda qeyd olunduğu kimi, adı çəkilən bankdan Cavidan Hacıyevin təsisçisi olduğu “İnter-Alyans” və “Trans-Alyans” MMC-lərə 15 milyon türk lirəsi köçürülərək mənimsənilib və həmin pul vəsaiti banka qaytarılmayıb... Sonradan C.Hacıyev “KredoBank”dan yenə də külli miqdarda kredit götürüb, həmin vəsait mənimsənilib. Sonradan adı çəkilən bank Suraxanı rayon Məhkəməsində mahiyyəti üzrə iddia qaldırıb. Məhkəmə bankın iddiasını təmin edib. Lakin “Təzadlar”a məlumat verən mənbə bildirir ki, əslində, bu əməliyyatlar bank rəhbərliyi ilə Cavidan Hacıyevin birgə məqsədlərinə xidmət edib. Ona görə də bank rəhbərliyi formal olaraq belə bir məhkəmə qərarının əldə olunmasına nail olub, məqsəd diqqəti bu korrupsiya hərəkətindən yayındırmaqdır.
Onu da öyrəndik ki, Suraxanı rayon Məhkəməsinin həmin qərardadı Bakı Apellyasiya Məhkəməsində qarşı tərəfin formal şikayəti əsasında baxılıb və 11 fevral 2013-cü il tarixdə hakim Azad İmanovun sədrliyi ilə keçirilən iclasda həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılıb (İddiaçı: “KredoBank” ASC, cavabdeh: “Trans-alyans” MMC və qeyrilərinin kredit müqaviləsinin ləğv edilməsi, ipoteka müqaviləsinin etibarlı hesab edilməsi, kredit üzrə borcun ödənilməsi və digər tələblər).
Biz “Trans-Alyans” MMC-nin barəsində məlumat axtardıq. Əldə olunan məlumatlar belə oldu: “Trans-Alyans” MMC, AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs. ŞTQ Nizami İsmayılov (Qaraçuxur, ev.2).

Kredit fırıldağının sonunda görünməz əl...

Baş Prokurorluğun yuxarıda təqdim olunan rəsmi açıqlamasına bir daha diqqəti çəkmək istəyirik: “İstintaq zamanı “İnter-Alyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir”.
Hazırda istintaqın hansı qənaətə gəlməsindən məlumatsız olsaq da, bir məsələni qeyd etmək yerinə düşər ki, Cavidan Hacıyev eyni üsulla müxtəlif vaxtlarda “Bank Technique” ASC-yə qarşı dələduzluq əməli törədib. Sual yaranır: banklar, adətən kred müqaviləsi bağlanarkən vətəndaşlardan götürülən məbləğin əvəzində ən azı 3 dəfə bahalı əmlak (girov) tələb edirlər. Təsəvvür edin, əgər C.Hacıyev “Bank Technique”dən 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəyibsə, deməli, o, banka ən azı 50-60 milyon manat dəyərində girov qoymalı idi. Bəs bank rəhbərliyi doğrudanmı Cavidan Hacıyevin bu qədər manat dəyərində girov əmlakını görüb qiymətləndirmiş və akt tərtib etmişdilər? Və Cavidan Hacıyev eyni qayda ilə həm də “KredoBank” ASC-dən də krediti götürüb mənimsəmişdi. Bu bankın rəhbərliyi necə, C.Hacıyevin girov əmlakının olub-olmadığını bilirdimi?

Kredit dələduzluğu Türkiyədə kimləri ayıltdı?

Qeyd edək ki, Cavidan Hacıyevlə yanaşı, “Bank Technique” ASC-yə qarşı dələduzluq əməli törətmiş başqa bir iş adamı Rauf Kərimovun da adı keçir. Onui da C.Hacıyevlə birgə həbs ediblər. Sonradan məlum oldu ki, kredit dəluduzları Türkiyədə bu ölkənin iş adamı olan Atif Fərmandala, Hollandiya vətəndaşı Ronald Rudolfa və əslən türk olan Ərcan Cana da fırıldaq gəliblər. Məsələn, bir müddət əvvəl ölkə KİV-lərində belə məlumatlar dərc olundu ki, 2008-ci ildə A.Fərmandal və R.Rudol ortaq biznes layihəsi tərtib edərək Bodrumda istirahət evləri tikməyi planlaşdırıblar. Bodrumdakı ərazi Atif Fərmandala məxsus olub. Cavidan Hacıyev və Rauf Kərimov Bodrum təsisatının həlledici - 77 faizlik payla əsas sahiblərinə çevrilir. Amma az sonra C.Hacıyev və R.Kərimov bizneslərində “fors-major” yaşandığını Türkiyəli şəriklərinə çatdırıblar. Onlar “Bank Melli İran” və onun Türkiyədəki şöbəsini dövriyyəyə cəlb edirlər. Ekspertlər Bodruma gəlib, inşaatı 100 milyon avroya dəyərləndirib 30 milyon avroluq kredit verə biləcəklərini deyirlər. Amma bunun üçün Ərcan Canın razılığı tələb olunub. O isə Azərbaycandan olan şəriklərə güvənmədiyini deyib və müxtəlif bəhanələrlə razılıq verməkdən imtina edib. Sonda isə Ərcan Canın evinə hücum edib, onu bu sənədə imza atmamağa məcbur edirlər.
Cavidan Hacıyev və Rauf Kərimov sənədləri İran Milli Bankına verərək ilkin olaraq, 3 milyon 608 min avroluq kredit tranşını öz hesablarına köçürtdürür və İrandan Azərbaycana sement komponentinin ixracı əməliyyatını davam etdirirlər... Sonradan Türkiyə məhkəməsinin qərarına əsasən Atif Fərmandal həbs edilir, Ərcan Cana Türkiyədən çıxmaq yasaq olunur. Cavidan Hacıyev və Rauf Kərimov haqda isə axtarış elan olunur... Nəhayət, onlar bu ilin martında Azərbaycanda həbs olunurlar.
Göründüyü kimi, bu iki şəxs analoqu olmayan cinayət əməli törədərək başqalarına məxsus əmlakları (təbii ki, bankların rəhbərliyinin himayəsi ilə) girov qoyaraq kredit götürüb mənimsəyiblər.
“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Mətbuatın məzarı başında şərqi deyənlər... - MALƏSƏF...
Bu gün, 07:39
Əməkdar artist Yadigar Muradov vəfat edib
Bu gün, 07:32
Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib - "Venezolana de Televisión"
Bu gün, 07:18
AQTA-nın bundan yəqin ki, xəbəri yoxdur... - FOTOFAKT
Bu gün, 07:14
Kadrları da özü kimi işləyirdi... - yəni YARITMAZ...
Bu gün, 07:03
İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? - Məmur vətəndaşı TƏHDİD EDİR...
Bu gün, 06:51
Nizami rayonunun 'ƏZRAYILI': CƏBRAYILOV... - Kim... harda... nəyi... necə istəyirsə, edir!
Bu gün, 06:44
Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur – Xanım sahibkara, yoxsa…
Bu gün, 06:40
Böyük məramlar və xırda maraqlar - İNCƏLƏMƏ
Bu gün, 06:35
Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü - FAKT BUDUR!
Bu gün, 06:28
DGK Maliyyə Nazirliyinə birləşdirilir - Gömrük Xidməti yaradılacaq
Bu gün, 06:23
Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:21
"Bu görüş xüsusi əhəmiyyət daşıyır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 06:15
Tehran rejimi türk mənşəli toponimləri farslaşdırır - NƏ ETMƏLİ?
Bu gün, 06:09
Ermənistanın “Göyçə isteriyası” - Bakı tarixi adı çəkdi, İrəvan dəstə-dəstə mif uydurdu
Bu gün, 06:03
ABŞ-ın dünyada ən güclü ordusu var - Tramp
Bu gün, 05:58
Bakıdan Avropaya ötürülən “donos”lar - Xaricdəki blogerlərə Bakıdan sifariş gedir...
Dünən, 22:23
"Uşaqlıqdan demokratik mühitdə böyümüşəm"
Dünən, 22:15
Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - TƏFƏRRÜAT
Dünən, 22:14
"Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" - SİRRLƏR AÇILIR...
Dünən, 22:11
Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır
Dünən, 17:53
“Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” - deputat
Dünən, 17:48
Universitet heyvanlar üçün 56 min manatlıq yem alır
Dünən, 17:46
44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü
Dünən, 17:42
Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı - BİR-BİR ÜZƏ ÇIXIRLAR...
Dünən, 17:32
Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI - FOTO
Dünən, 17:25
"N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi - TƏFƏRRÜAT
Dünən, 17:17
Yol təmir edən və elektrik malları satan "tender kralı" - Bir ildə 8 müqavilə
Dünən, 17:15
Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ
Dünən, 17:08
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Dünən, 17:05
“Tez-tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” - İLLƏRİN SƏNƏTKARINDAN MÜRACİƏT
Dünən, 17:02
Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı - səbəb ABŞ sanksiyalarıdır
Dünən, 17:01
"Xankəndinin adını yalanlarınızla çirkləndirməyin..." - jurnalistdən ETİRAZ!
Dünən, 16:53
"Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!" - jurnalistdən SOS!
Dünən, 16:46
Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır" - TƏFƏRRÜAT
Dünən, 16:42
Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:38
“Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Dünən, 16:32
Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur - FOTO
Dünən, 16:28
Nazirlik Nuradan iki şey tələb edə bilər – Qalmaqallı məsələyə RƏSMİ REAKSİYA
Dünən, 16:23
Paşinyan erkən seçkiyə gedir - Vaxt yaydan yaza çəkilir
Dünən, 16:20
42 yaşlı Namiq ACIQ VERDİ - “Mənə 50 yerdən elçi düşənlər var”
Dünən, 16:17
Xam nefti hansı ölkələrə və neçəyə satırıq? - SİYAHI
Dünən, 16:12
Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət
Dünən, 16:09
Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu - FOTO
Dünən, 16:06
Əhməd Oruc insult keçirdi: vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:49
Ət bazarında böhran: Qoyun ətinin kilosu 30 manata qədər qalxacaq? - BELƏ HARA GEDİRİK...
Dünən, 15:47
Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir -ŞƏRH
Dünən, 15:44
“Macarların çoxu hakimiyyət dəyişikliyinin sərt iqtisadi tədbirlər, xaos və küçə zorakılığı gətirəcəyindən qorxur” - ONA GÖRƏ DƏ...
Dünən, 15:43
Avtomobil idxalı 17% artıb, gömrük dəyəri isə aşağı düşüb
Dünən, 15:41
Milyonçunun oğlu növbəti dəfə axtarışa verildi – aliment qaçağı
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru