AQTA-nın bundan yəqin ki, xəbəri yoxdur... .....                     Kadrları da özü kimi işləyirdi... .....                     İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? .....                     Nizami rayonunun 'ƏZRAYILI': CƏBRAYILOV... .....                     Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur .....                     Böyük məramlar və xırda maraqlar .....                     Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü .....                     DGK Maliyyə Nazirliyinə birləşdirilir .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... .....                     "Bu görüş xüsusi əhəmiyyət daşıyır..." .....                     Tehran rejimi türk mənşəli toponimləri farslaşdırır .....                     Ermənistanın “Göyçə isteriyası” .....                     ABŞ-ın dünyada ən güclü ordusu var .....                     Bakıdan Avropaya ötürülən “donos”lar .....                     "Uşaqlıqdan demokratik mühitdə böyümüşəm" .....                     Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... .....                     "Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" .....                     Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır .....                     “Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” .....                     Universitet heyvanlar üçün 56 min manatlıq yem alır .....                     44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü .....                     Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı .....                     Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI .....                     "N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi .....                     Yol təmir edən və elektrik malları satan "tender kralı" .....                     Sahil Tahirli yeni vəzifəyə .....                     Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq .....                     “Tez-tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” .....                     Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı .....                     "Xankəndinin adını yalanlarınızla çirkləndirməyin..." .....                     "Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!" .....                     Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır" .....                     Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün... .....                     “Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır .....                     Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur .....                     Nazirlik Nuradan iki şey tələb edə bilər .....                     Paşinyan erkən seçkiyə gedir .....                     42 yaşlı Namiq ACIQ VERDİ .....                     Xam nefti hansı ölkələrə və neçəyə satırıq? .....                     Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə .....                 

Dövlət xəstəxanasındakı “dilənçilik”, borca salan özəl klinikalar... - Hippokratın gorunu çatladanlar...
Tarix: 23-10-2014, 13:35 | Çap et
Dövlət xəstəxanasındakı “dilənçilik”, borca salan özəl klinikalar...
“Atam qəflətən insult keçirmişdi. Evimizə yaxın olan Sabunçu xəstəxanasına apardıq. Təcili tibbi müdaxiləyə ehtiyacı olan atam ortalıqda qaldı. Həkimlər hər hansı yardım üçün barmaqlarını da tərpətmədilər, bir-birinin üstünə atdılar. Ailə üzvlərim qışqır-bağır saldı, “hörmət” edəcəyimizi dedik. Amma faydası olmadı. Dedilər, “gözləyin, tələsməyin”. Ağır xəstəmizi yaxınlıqdakı özəl xəstəxanalardan birinə apardıq. Bəlkə də belə cəld tərpənməsəydik, atamı itirmişdik.” Emil adlı şəxs dövlət xəstəxanalarının laqeydliyindən şikayətlənir. Onun sözlərinə görə, özəl xəstəxanalarda xidmət pullu olduğundan, həkimlər işlərinə məsuliyyətlə yanaşırlar. Pasiyent, xəstə yaxınları isə daha rahat olur. Əlbəttə ki, cib pulla dolu olanda özəl xəstəxana daha sərfəlidir. Hazırda ölkədə özəl xəstəxanaların sayı durmadan çoxalır. Bu artım isə təbii ki, hələ klinikaların peşəkarlığı, keyfiyyətli xidməti demək deyil. Bütün hallarda özəl xəstəxanaların qiymətləri baş gicəlləndirir. Amma buna baxmayaraq, borc-xərc də olsa, kim xəstəsinin rahatlığını, dövlət xəstəxanasındakı “dilənçilik”dən, pul söhbətlərindən qurtulmaq istəyirsə, yolunu oradan salmağa məcburdur.

Dövlət xəstəxanaları necə işləyir?

2008-ci il fevralın 1-dən səhiyyə nazirinin əmrinə əsasən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Bu, sadəcə, sözdə və sənəddə belədir. İndi dövlət xəstəxanasına daxil olanda hər yerdə “xidmət pulsuzdur” yazılsa da, xəstənin ən azı 10 manatı çıxır. Həkimin cibinə pul basılmasa, növbəti dəfə həmin həkimin qəbuluna çətin düşə bilərsən. Yenə də həkimlərimizi təqsirləndirmək istəməzdik, bu da bir başqa mövzudur. Amma maaşın azlığı, xəstəyə laqeydlik üçün əsas verə bilməz. Misal üçün, dövlət poliklinikalarının birində olarkən İradə adlı xanım deyir ki, qanda şəkər analizi üçün lobaranta pul vermədiyindən “şəkərli” cavabı alıb. Qorxuya düşən xanım növbəti dəfə verdiyi pullu analizinin cavabı isə “tam sağlam” olub. Bax, beləcə pul üçün xəstələrin taleyi ilə oynayan tibb işçiləri də var. Özəl xəstəxanaların bir üstünlüyü də ondadır ki, ora müasir tibbi avadanlıqlarla təhciz olunub. Doğrudur, son illər dövlət xəstəxanaları da təmir olunub, avadanlıqları var. Amma yenə də xəstələr özəl klinikalara getməklə daha rahat olacaqlarını düşünürlər. “Özəl xəstəxanalarda tibbi fəaliyyət” haqqında

Azərbaycan Respublikasının müvafiq qanunu var. 1999-cu ildə qəbul olunmuş bu qanunun 19 maddəsində hər məsələ əksini tapsa da, reallıq başqa “dildə danışır.”

Özəl klinikaların qiymətləri xəstəyə müalicə yox, çarəsizlik bəxş edir…

Özəl xəstəxanalardakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Xüsusilə ürək əməliyyatları orta hesabla 2000-8000 manat arasında dəyişir. Doğuş şöbəsindəki qiymətlər isə normal doğuşda 600-1000 manatla, qeysəriyyə kəsiyi əməliyyatı isə 1200-2000 manatla ölçülür. Qanın ümumi müayinələri orta hesabla 15-40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə 60-140 manatdır. Son zamanlar dəb halını alan plastik əməliyyatlar da özəl xəstəxanaların xidmətləri sırasındadır. Ən geniş yayılan rinoplastika( burunun korreksiyası) əməliyyatıdır ki, bu da 1500-2500 manat arasında dəyişir. Təkcə xəstə qəbulu, məsləhət özəl klinikalarda 30-50 manata başa gəlir. Xəstəni qəbul edən həkim əcnəbi və ya elmi dərəcəlidirsə, bu qiymət hətta 150 manata qədər artır. Bunun müalicəsi, sonrası da var hələ. Əksər hallarda xəstəni qəbul edən həkim onu yersiz müayinələrə, analizlərə, USM və s. aparatlardan keçməyə göndərir. Hər müayinəyə 30-50 manatdan ödəyən xəstəyə bir orqanın ağrımasına görə diaqnoz qoyulması orta hesabla azı 150 manatadək başa gələ bilər. Hələ, kompüter tomoqrafiyası, hepatit C-nin yoxlanması və s. bu kimi mürəkkəb müayinələri demirik. Müayinə və diaqnostikalardan sonra firma dərmanlarına yazılan reseptlərə xərclənən pullar da başqa bir araşdırmanın mövzusudur. Bütün bu mənzərədən məlum olur ki, Azərbaycanda sağalmaq üçün xeyli pul xərcləməlisən. Təəssüf ki, çox halda çarəsiz pasiyentlər bu səbəbdən evini belə satmalı, banklardan kreditlə borc götürmək məcburiyyətində qalırlar.

Tibb müəsisələrində istehlakçı hüquqlarının müdafiəsi komisiyyasının sədri Əhməd Rəhmanov məsələnin başqa tərəfini şərh edir. “Bilirsiz də, dövlət xəstəxanalarında olan həkimləri də qınamalı deyil. Misal üçün, rentgenoloqa dövlət 20 plyonka verir, bu isə yetmədikdə həkim cibindən pul verib almalı olur. Yaxud endokrinoloq dövlətin məhdud sayda bahalı dərmanını kimə verəcəyini bilmir. Özəl xəstəxanalarda isə həkim qəbul etdiyi xəstədən dərmanları öz apteklərindən almağı təkid edir. Bizim dövlət xəstəxanalarında işləyən həkimlərin çoxu özəl klinika ilə əməkdaşlıq etmək məcburiyyətindədir. Çox vaxt həkim və ya cərrah müayinə və əməliyyatlarını da orada etməyə həvəslidir. Çünki orada konkret tibbi xidmət haqları var. Həmin həkim də bilir ki, xəstənin pulunun 30-50%-i sözsüz ona çatacaq. Bütün bu hallara baxmayaraq, dövlət xəstəxanaları təcrübədə qabaqcıldır. Misal üçün, dövlət xəstəxanasında açıq travmatoloji əməliyyatlarda osteomilit ağırlaşması zamanı yaraların sağalma faizi daha yüksəkdir. Əlimdə bir fakt da var. Sabunçu xəstəxanasında cərrahlar əməliyyata öz pulu ilə aldığı alətlərlə gəlirlər. Cərrah neyləsin, dövlət vermir, köhnə alətlərlə də işləyə bilməz axı. Bundan xəbər tutan ora gələrmi?”

Yerli özəl xəstəxanaların gəlirinin bir hissəsi orada işləyən və dəvət olunmuş əcnəbi həkimlərdən əldə olunur. Hətta, bu sahəyə nəzarət məsələsi də havada qalıb. Səhiyyə Nazirliyi bu işə diqqət göstərdiyini desə də, dəfələrlə pasiyent narazılıqlarına rast gəlmişik. Hətta, səhiyyə naziri Oqtay Şirəliyev öz çıxışında əcnəbi həkimlərin bizim xəstələr üzərində təcrübə keçirdiyi fikrini də söyləmişdi. Nazir onların fəaliyyətinin qanuna zidd olduğunu bəyan etsə də, bu gün ən çox da tele-radio kanallarında açıq-aydın xarici mütəxəssislər haqqında elanları eşidirik. Bəs bu qanunsuzluğa göz yuman elə nazirliyin özu deyilmi?

Gəlin, qüvvədə olan qanunlarımıza diqqət edək. Əcnəbi həkimlərin ölkəmizdə işləməsi “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla, Nazirlər Kabinetinin müvafiq qərarı, Səhiyyə Nazirliyinin göztərişləri ilə, eləcə də “Reklam haqqında” qanunla tənzimlənir. Hüquqşünas Cavid Heydərov deyir ki, Nazirlər Kabinetinin “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlərin təsdiq edilməsi haqqında” 7 noyabr, 2001-ci il tarixli, 176 saylı qərarı var. “Bundan əlavə, Nazirlər Kabinetinin 12 yanvar, 1999-cu il tarixli “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 5 saylı qərarı var. Həmin qərarlara əsasən, xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər yalnız Səhiyyə Nazirliyinin şəhadətnaməsi ilə tibbi fəaliyyət göstərə bilərlər. Nazirlikdə 2007-ci ilin noyabrında bu işə nəzarətlə bağlı komissiya da yaradılıb. Nazirlər Kabinetinin əmrinə əsasən, həmin komissiya araşdırma aparandan sonra şəhadətnamə təqdim etməlidir. Əks halda Səhiyyə Nazirliyinin 13.12.2006-cı il tarixli əmri var. Həmin əmrdə lisenziyasız fəaliyyət göstərən klinikalara qarşı inzibati cəzalar müəyyənləşdirilib. Qanunsuz tibbi fəaliyyət göstərən klinikalar üstəlik xaricdən əcnəbi mütəxəssis dəvət edirlərsə, o zaman məsuliyyət artır.”

Məlum məsələdir ki, ölkəyə gələn əcnəbi həkimlərin, cərrahların çoxu qısa müddət ərzində burada işləyirlər. Onların pasiyentlərinin sonrakı taleyi necə olur? Axı bəzən müalicə, əməliyyatsonrası müayinələr uzun zaman alır. Hüquqşünas bu məsələyə də aydınlıq gətirir: “Azərbaycana dəvət edilmiş əcnəbi həkimlər Azərbaycan vətəndaşının sağlamlığına zərər vurduğu halda dəymiş zərər “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 57-ci maddəsinə əsasən ödənilməlidir. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.”

Əcnəbi həkimlər məsuliyyətdən necə yayınırlar?

Məsələnin dərinliyinə getsək, xarici mütəxəssisin ölkədə fəaliyyəti üçün uzunmüddətli araşdırma getməlidir. Belə ki, xaricdən mütəxəssis dəvət etmək istəyən klinikalar həmin həkimin diplomunu Təhsil Nazirliyinə təqdim etməlidir. Təhsil Nazirliyinin araşdırma və arayışından sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, xüsusilə də Dövlət Miqrasiya Xidmətinə məlumat verilməlidir. Həmin qurumlardan xarici mütəxəssisin Azərbaycanda uçota alınması və fəaliyyətinə icazə alınmalıdır. Bundan sonra Səhiyyə Nazirliyinin komissiyası tərəfindən həkim kimi fəaliyyət göstərməsinə icazəsi olduğuna dair şəhadətnamə verilir. Çətin ki, hər əcnəbi həkim üçün bu qədər “zəhmət” çəkilsin. Sübhəsiz ki, özəl klinikalar məsələni tezbazar həll etmək üçün qeyri-qanuni yollara da əl atırlar. Bu isə hamıya məlumdur. Fakt odur ki, indiyədək əcnəbi həkimlərə qarşı məhkəmə iddiası qaldırıldığını eşitməmişik. Bəzən əcnəbi həkimlərin xidmətindən narazı qalıb şikayət edənləri də aidiyyəti dövlət orqanları В«eşitməyibВ». Səhiyyə Nazirliyi əcnəbi həkimlərdən şikayətlər olduğunu desə də, həkimləri məhkəməyə vermə və pasiyent hüquqlarının təminatı ənənəsi formalaşmadığından qanunsuz işləyən əcnəbi həkimlərin cəzalandırılılmasına da rast gəlinmir.

Misal üçün, bir neçə il əvvəl özəl xəstəxanaların birində iranlı həkimin xəstələrə qeyri-qanuni dərman satması faktı vardı. Amma həkim ölkəsinə qaçdığından, araşdırma da dayandırıldı. Elə mütəxəssislərin fikrincə də, xaricdən dəvət edilən həkimlər müalicə etdikləri xəstələrin sonrakı sağlamlığına cavabdehlik daşımırlar. Bir-iki günlük səfərləri ilə xəstə toplayan belə həkimlər üçün pasiyentin sonrası maraqlı deyil. Əsas qazanc əldə etməkdir. Bir fakt da var ki, belə “mütəxəssislər”in çoxu ölkəyə ya internet vasitəsilə, ya da təsadüfi tanışlıqla dəvət edilir. Hətta, onların çox hissəsi ölkəsində işsiz, fəaliyyətindən uzaqlaşdırılan, cəzalı həkimlər də olur. Nəticədə isə yenə bizim xəstələr zərər çəkirlər.
\\ analitik.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AQTA-nın bundan yəqin ki, xəbəri yoxdur... - FOTOFAKT
Bu gün, 07:14
Kadrları da özü kimi işləyirdi... - yəni YARITMAZ...
Bu gün, 07:03
İmişli icra hakimiyyətində NƏ BAŞ VERİR? - Məmur vətəndaşı TƏHDİD EDİR...
Bu gün, 06:51
Nizami rayonunun 'ƏZRAYILI': CƏBRAYILOV... - Kim... harda... nəyi... necə istəyirsə, edir!
Bu gün, 06:44
Valeh Qaraşovun müqavilə bağladığı 18 günlük MMC kimə məxsusdur – Xanım sahibkara, yoxsa…
Bu gün, 06:40
Böyük məramlar və xırda maraqlar - İNCƏLƏMƏ
Bu gün, 06:35
Emin Əmrullayev pis-yaxşı, illərdir oturuşmuş sistemi çökdürdü - FAKT BUDUR!
Bu gün, 06:28
DGK Maliyyə Nazirliyinə birləşdirilir - Gömrük Xidməti yaradılacaq
Bu gün, 06:23
Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:21
"Bu görüş xüsusi əhəmiyyət daşıyır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 06:15
Tehran rejimi türk mənşəli toponimləri farslaşdırır - NƏ ETMƏLİ?
Bu gün, 06:09
Ermənistanın “Göyçə isteriyası” - Bakı tarixi adı çəkdi, İrəvan dəstə-dəstə mif uydurdu
Bu gün, 06:03
ABŞ-ın dünyada ən güclü ordusu var - Tramp
Bu gün, 05:58
Bakıdan Avropaya ötürülən “donos”lar - Xaricdəki blogerlərə Bakıdan sifariş gedir...
Dünən, 22:23
"Uşaqlıqdan demokratik mühitdə böyümüşəm"
Dünən, 22:15
Bakıda lüks həyat, milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - TƏFƏRRÜAT
Dünən, 22:14
"Mən onlara deyirdim ki, Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq" - SİRRLƏR AÇILIR...
Dünən, 22:11
Azərbaycanda eyni şəxsin 5 şirkəti bağlanır
Dünən, 17:53
“Aygün Bəylər də kişi paltarı geyinirdi, heç ona deyən vardı ki, niyə geyinirsən?!” - deputat
Dünən, 17:48
Universitet heyvanlar üçün 56 min manatlıq yem alır
Dünən, 17:46
44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü
Dünən, 17:42
Daha bir icra başçısının Ramiz Mehdiyevə villa bağışlaması ortaya çıxdı - BİR-BİR ÜZƏ ÇIXIRLAR...
Dünən, 17:32
Bakıda yerli istehsal kərə yağı 35 manata qədər BAHALAŞDI - FOTO
Dünən, 17:25
"N 1"in sahibinin tanışı mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi - TƏFƏRRÜAT
Dünən, 17:17
Yol təmir edən və elektrik malları satan "tender kralı" - Bir ildə 8 müqavilə
Dünən, 17:15
Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ
Dünən, 17:08
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Dünən, 17:05
“Tez-tez komaya düşürəm, işsizəm, gedib karxanda daş da ataram, nazirlikdən xahiş edirəm ki...” - İLLƏRİN SƏNƏTKARINDAN MÜRACİƏT
Dünən, 17:02
Azərbaycanda LUKOIL yanacaqdoldurma məntəqələri kartla ödənişi dayandırdı - səbəb ABŞ sanksiyalarıdır
Dünən, 17:01
"Xankəndinin adını yalanlarınızla çirkləndirməyin..." - jurnalistdən ETİRAZ!
Dünən, 16:53
"Bu yolda nəqliyyatın vəziyyəti daha da pisləşib!" - jurnalistdən SOS!
Dünən, 16:46
Kənd sakinlərini təhqir edən bələdiyyə sədri: "Hamısı montajdır" - TƏFƏRRÜAT
Dünən, 16:42
Naxçıvanın səhiyyə naziri haqda ŞOK: Baldızının iti üçün... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:38
“Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Dünən, 16:32
Bu foto AYNA-nın rüşvətxorluğunun sübutudur - FOTO
Dünən, 16:28
Nazirlik Nuradan iki şey tələb edə bilər – Qalmaqallı məsələyə RƏSMİ REAKSİYA
Dünən, 16:23
Paşinyan erkən seçkiyə gedir - Vaxt yaydan yaza çəkilir
Dünən, 16:20
42 yaşlı Namiq ACIQ VERDİ - “Mənə 50 yerdən elçi düşənlər var”
Dünən, 16:17
Xam nefti hansı ölkələrə və neçəyə satırıq? - SİYAHI
Dünən, 16:12
Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət
Dünən, 16:09
Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu - FOTO
Dünən, 16:06
Əhməd Oruc insult keçirdi: vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 15:49
Ət bazarında böhran: Qoyun ətinin kilosu 30 manata qədər qalxacaq? - BELƏ HARA GEDİRİK...
Dünən, 15:47
Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir -ŞƏRH
Dünən, 15:44
“Macarların çoxu hakimiyyət dəyişikliyinin sərt iqtisadi tədbirlər, xaos və küçə zorakılığı gətirəcəyindən qorxur” - ONA GÖRƏ DƏ...
Dünən, 15:43
Avtomobil idxalı 17% artıb, gömrük dəyəri isə aşağı düşüb
Dünən, 15:41
Milyonçunun oğlu növbəti dəfə axtarışa verildi – aliment qaçağı
Dünən, 15:36
Sabiq nazir oğlunun Moskvadakı şirkəti 16 milyon zərər edib - DETALLAR
Dünən, 15:27
Coşqunun gəlinliklə səhnəyə çıxması müzakirə yaratdı – Deputatdan ETİRAZ
Dünən, 15:11
Yüksək "komendant pulu" narazılıq doğurur - “Milyardlarla manat nəzarətsiz toplanır”
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru