"İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" .....                     Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq .....                     ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm .....                     İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb .....                     Zelenski ilə görüşə hazıram .....                     İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib .....                     Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib .....                     İsrail İranın dövlət televiziyasına sızdı .....                     İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib .....                     BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib .....                     Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                     Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: .....                     ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... .....                     İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .....                     Trampın İran planı nədir? .....                     Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş .....                     Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR .....                     Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI .....                     Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır .....                     Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF .....                     Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? .....                     Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz .....                     Qonşuda müharibə və Azərbaycan reallığı .....                     İran İsraillə münaqişədə qalib gələcək .....                     Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var .....                     Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib .....                     Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu .....                     İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi .....                 

Masallı rayon icra hakimiyyətinin başçısı 65 yaşlı qadından nə istəyir? - Rafil Hüseynovdan müdhiş haqsızlıq
Tarix: 13-10-2014, 14:08 | Çap et
Masallı rayon icra hakimiyyətinin başçısı 65 yaşlı qadından nə istəyir?
DİA.AZ: - Masallı rayon sakinlərinin şikayətlərinə və sözünü deyə bilməyən bir çox vətəndaşların fikirlərinə əsaslanaraq hazırlanmış və hər həftənin ikinci günü rayonun icra başçısı Rafil Hüseynovun qəbuluna düşmək ümidilə bura gələn yüzlərlə sakini narahat edən problemlərdən bəhs edən materiallar görəsən aidiyyatı olan orqanların diqqətini cəlb edə bilirmi? Yaşından asılı olmayaraq icra hakimiyyətinin qarşısında qəbul üçün ümidsizlik içərisində növbə gözləyən vətəndaşlarımızı, qəbuldan çıxan kasıb əhalinin göz yaşlarını görmək heç də ürəkaçan mənzərə deyil. Görəsən bir soruşan tapılacaqmı ki, 65 yaşlı qəddi bükülmüş bir ananı bura xahişə gəlməyə nə məcbur edib? Yəqin ki, tapılacaq. Amma bunun nə zaman olacağını kim bilir? Bizim isə əlimizdən gələn budur ki, şikayətçilərin fikirlərini qəzetimiz vasitəsilə yuxarı instansiyaların diqqətinə çatdıraq. Bu dəfə də Masallı rayon sakini Abbasova Gülsurə Əlirza qızına olunan haqsızlıqları qələmə almışıq. Daha doğrusu bu material Gülsurə ananın adından onun öz oğlu Nicat Abbasov tərəfindən hazırlanıb. Amma əslində bunun işin mahiyyətinə heç bir aidiyyatı yoxdur. Təki materialı oxuyub, bu işə bir əncam çəkən tapılsın...

DİA.AZ bildirir ki, Nicat Abbasov anası Gülsurə xanımın adından yazır:

“Ölkə prezidentimiz cənab İlham Əliyev öz xalqını sevir və xalqının rifahı üçün əlindən gələn hər bir köməkliyi göstərir. Hər bir məmura, rəhbər işçiyə də dönə-dönə tapşırır ki, çalışdıqları sahədən asılı olmayaraq, hər zaman xalqın mənafeyini qorusunlar. Sevindirici haldır ki, bütün rayonlarda abadlıq, quruculuq işlərinin görülməsi günü-gündən vüsətlənir. Lakin bu gün Masallıda həmin bu işlər sakinlərin rifahı naminə deyil, rayon rəhbərlərinin varlanması və eyni zamanda da ölkə rəhbərliyinə nə vasitə ilə olur-olsun hesabat verilmək məqsədilə görülür. Cənab İlham Əliyev deyib ki, “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Mülk, ev, bir də hər hansı bir tikili sökülərsə, vətəndaş incidilmədən ona dəyən zərər ödənilməlidir. Hər nə ediriksə xalqımızın mənafeyi üçün, rifahının yaxşılaşdırılması üçün edirik, edəcəyik”. Bəs bu sözlərin müqabilində Rafil Hüseynov nə edir? Yol çəkilməsi adı ilə vətəndaşlardan rüşvət toplayır. İmkansızlıqdan bu rüşvəti verə bilməyənlərin isə mülkünü dağıdır, viran qoyur. Mənim rəhmətlik qaynatamdan rəhmətlik yoldaşıma və ondan da mənə, oğluma, gəlinimə və iki nəvəmə miras qalmış 6 sot mülkiyyətimdə olan torpaq üzərində dükanım var. Bunu sənədlərim də təsdiq edir ki, torpaq mənə mirasdır. 1992-ci il dekabr ayında yoldaşım rəhmətə gedəndən sonra, güzəranımızı təmin etmək üçün 1993-cü ilin may ayında dükan tikib qardaşımla işlətməyə başladım. 2005-ci ildə Masallı rayonuna Qəzənfər Ağayev RİH başçısı təyin olunanda, rayonda bütün dükan sahiblərinə göstəriş verdi ki, dukanlar yenidən qurulmalı və rayona gözəl görkəm verməsi üçün səliqəli olmalıdır. Düzəldilməyən dükanlar söküləcək. Mən də məcburiyyətdən banka girərək, boğazımızdan kəsərək və fəhləliyinə qədər özüm və oğlum edərək, 2010-cu ilin iyun ayında nəhayət ki, dükanı təmir edib gözəl görünüşlü mağaza vəziyyətinə gətirdik. Hələ də banklardan götürdüyüm vəsaitin faizlərini dükanın gəliri ilə bir təhər ödəyib, ailəmizin də dolanışığını təmin edib yaşayırdıq. Qəzənfər Ağayev başçı olan vaxt qəbulunda oldum və ondan tikiliyə görə sərəncam istədim. O da mənə sərəncam verə bilməyəcəyini dedi. Söylədi ki, sən dükanı indi tikməmisən və sənin həyətyanı sahəndə olduğundan sərəncam verə bilmərəm. Mən çıxarış almaq üçün Cəlilabad Rayonu Reyster İdarəsinə müraciət etdikdə, mənim adıma olan JN-305 A saylı torpaq şəhadətnaməsinin cizgizisi səhvən ayrı torpaqda göstərildiyindən çıxarış verə bilməyəcəklərini bildirərək, mənə Masallı Məhkəməsinə müraciət etməyi məsləhət gördülər. 2011-ci il 25 yanvarda məhkəmə qətnamə verərək torpaq, üzərində olan 5 otaqlı ev və 70 kv.m olan dükanı mənim adıma təsdiq edərək qərar çıxardı. Sonra mən Cəlilabad Rayon Reyster İdarəsinə çıxarış üçün müraciət etdikdə məndən 5000 AZN pul istədilər. Mən də bu pulu verə bilmədim və beləliklə çıxarış da ala bilmədim.

Bu ilin əvvəllərində Masallı rayonunda yol genişləndirilməsi və tikintisi ilə bağlı mənə bildirdilər ki, sənin dükanın sökülməlidir. Mən də sənədlərimi götürüb rayon icra hakimiyyətinə getdim ki, torpağa, evə və dükana aid olan sənədlərimi göstərim. Ordan mənə bildirdilər ki, sənin sənədlərin qanunsuzdur dükan sökülməlidir, icazəsiz tikilidir. Mənə miras qalmış torpaq üzərində 1993-cü ilin may ayında tikdiyim dükan necə icazəsiz tikili kimi ola bilər? Mənim adıma olan torpaq üstə tikdiyim dükan icazəsiz tikilidirsə, bu 21 il ərzində neçə icra başçısı təyin olunub və heç biri icazəsiz tikili olduğunu demədən, indi icazəsiz tikili kimi sökülməlidir? Abadlaşma ilə əlaqədar olaraq sökülməlidirsə, onda mənə dəyən zərər necə olsun? Mənə icra nümayəndəliyindən məktub göndərdilər ki, sənin dükanının pilləkəni plana düşür, sökülməlidir. Mən bununla razı oldum və pilləkəni söküb, ayrı istiqamətdən qoyaram dedikdə, üstümə hücum edib qışqırdılar ki, dükan sökülməlidir, başçı belə deyib, vəssalam. Bildirdim ki, axı cənab prezidentimiz öz çıxışlarında yerli icra orqanlarına çatdırır ki, bizim vəzifəmiz insanların rifahının yaxşılaşdırılması üçün düzgün xidmət etməkdir. Bundan sonra Rafil Hüseynov və işçiləri mənim həyətimə gələrək: “sən razılıq ver dükanın bir metrini sökək və olduğu kimi də təmir etdirəcəyik” - deyə söz verdilər. Mən razı olmadıqda başçı dedi ki, sənin əlində olan qətnaməni ləğv etdirmək üçün Apellyasiya məhkəməsinə müraciət edəcəyəm və qətnaməni də ləğv etdirəcəyəm.

2014-cü ilin aprel ayıda məni məhkəməyə verdilər. Mənə də Apellyasiya məhkəməsindən məktub gəldi ki, verilən qətnamə qüvvəsində qalır, heç bir əsası olmadan şikayət olunub icra hakimiyyəti tərəfindən. Sonra mənə dəfələrlə xəbər etdilər ki, razılaş dükanın bir metrini söküb özümüz də düzəldəcəyik. Mən də səmimiyyətimizdən, başçının müavinlərinin şirin vədlərinə inandığımdan razı oldum. Amma bu günə qədər hec bir təmir işi aparılmayıb. Artıq dükan qəza vəziyyətində olduğuna görə 2014-cü ilin sentyabr ayında mən yenə də başçının qəbuluna getdim. Mənə yüksək səslə: “get özün düzəlt, yoxsa səni verərəm məhkəməyə, qərarını ləğv edərəm” deyərək, əlini stola çırpdı. Mən: “məhkəmə qərarı qüvəsində saxladı” dedikdə isə, cavab verdi ki, boş şeydi, hər şey mənim əlimdədir, ləğv etdirərəm bu dəqiqə, məhkəmə də mən deyənləri deyəcək. Sonra məni təkrar Şirvan şəhər Apellyasiya məhkəməsinə verdiyindən: “get məhkəmədə qərar bilinəcək”-dedi. Nəhayyət Rafil Hüseynov istədiyini edib məhkəmədən güc yolu ilə (özlərinin dediyi kimi hakimlərə rüşvət verməklə), 29 sentyabr 2014-cü ildə qətnamənin ləğvinə qərar aldı. Özünün dediyi kimi , öz xeyrinə. Bu da bizim Şirvan “ədalət məhkəməsi”...

Indi özlərini daha da güclü göstərib, haqsız olaraq mənim dükanımın sökülməsini tələb edir. Niyə? Camaat görsün ki, başçı sözündə duran işgüzar insandır? Bu haqsızlıq deyilmi bizə qarşı? Nə istəyir Rafil Hüseynov? Bərdə rayonunun sakini gəlib məni ata-baba torpaqlarımızdan çıxarıb, qovub hara göndərəcək? O bizi məcburi köçkün, yoxsa didərgin etmək istəyir? Yoxsa bütün bu sualların cavabı kimi, barışıq olaraq rüşvətmi istəyir mən təqaüdçü qadından? Hazırda dükanımız darmadağın edilib, yağan yağışlar oranı pis vəziyyətə qoyub. Buna görə çəkdiyim maddi əzab bir yana, mənəvi əzaba kim cavabdeh olacaq?

Bu gün Masallıda Dövlət başçımız cənab İlham Əliyevin göstərişinə, tapşırıqlarına əməl olunmur, insanlar incidilir, məmurlar vəzifələrindən sui-istifadə etməklə haqlarımızı tapdalayırlar. Mən, 65 yaşlı anaya və ailəmə göstərilən təzyiqlərə izin verməyin, xahiş edirəm mənə köməklik göstərəsiniz.

Böyük hörmət və ehtiramla:
Abbasova Gülsurə Əlirza qızının adından oğlu Nicat Abbasov.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" - ETİRAZ
Bu gün, 06:35
Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq – SƏBƏB
Bu gün, 06:32
ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm - Tramp
Bu gün, 06:30
İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb - "Mehr"
Bu gün, 06:28
Zelenski ilə görüşə hazıram - Putin
Bu gün, 06:26
İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib
Bu gün, 06:23
Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib - İran Moskvadan hərbi yardım istəməyib
Bu gün, 06:22
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır
Bu gün, 00:00
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
Dünən, 23:58
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Dünən, 21:25
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünən, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Dünən, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Dünən, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Dünən, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Dünən, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Dünən, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Dünən, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Dünən, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Dünən, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Dünən, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Dünən, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Dünən, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Dünən, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Dünən, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Dünən, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Dünən, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Dünən, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Dünən, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Dünən, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Dünən, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Dünən, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Dünən, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Dünən, 16:13
Ermənistan Zəngəzur dəhliz ilə bağlı təkbaşına qərar verə bilməz - Bakı tələblərində israrlıdır
Dünən, 16:08
Qonşuda müharibə və Azərbaycan reallığı – Xüsusi təhlil
Dünən, 16:04
İran İsraillə münaqişədə qalib gələcək - Xameneyi
Dünən, 16:03
Rusiyada Ermənistana qarşı hibrid fəaliyyətlərlə məşğul olan müəyyən dairələr var - Paşinyan
Dünən, 15:59
Anar Məmmədovun Londondakı KFC restoranları 2 ildən sonra gəlir əldə edib – Hesabat
Dünən, 15:58
Tədbiri yarımçıq icra edən şirkət bu dəfə nazirliyin 2,6 milyonluq tenderini uddu - QANUN HƏRLƏYƏN KİMDİR Kİ...
Dünən, 15:55
İran öz vətəndaşlarına TƏCİLİ XƏBƏRDARLIQ etdi - Son dəfə...
Dünən, 15:52
Dövlət Komitəsinin 226 min manatlıq tenderi - LƏĞV OLUNDU
Dünən, 15:36
Şah oğlunun müraciəti və xalqların arzusu: - Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi
Dünən, 15:32
Vaşinqton Tehrandan nə istəyir? - Yaxın Şərqdə müharibənin kölgəsində böyük hesablaşma
Dünən, 15:30
Pişiyə dönmüş İranın miyoltusunu eşidəcəyikmi? - HƏQİQƏTƏNDƏMİ?
Dünən, 15:21
“Bravo” barəsində qiymət məsələsinə görə yenidən iş qaldırılıb
Dünən, 13:10
Azərbaycana qiyməti 586 manat olan tibbi maskanı kim gətirib? - İLGİNC
Dünən, 13:07
17 ildə büdcəni belə talayıblar... - TƏFƏRRÜAT
Dünən, 13:04
Nifaq salmaq istəyən nökərlərə qardaşlıq MESAJI
Dünən, 13:02
“Ailəmə Tehrandan çıxın deyə yalvardım, amma bacarmadım” – BBC jurnalistinin şəxsi dramı
Dünən, 12:58
“Ən pis sülh, müharibədən yaxşıdır”... - "Regionda diplomatiya əvəzinə silahlar işlədilir"
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru