Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                     Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR .....                     Azərbaycan 3 ölkəni “məğlub etdi” .....                     Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                     SEPAH komandanından "hazırıq" mesajı: .....                     Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır .....                     Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır .....                     Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı .....                     Bakı və İrəvan arasında gizli danışıqlar .....                     Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                     "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır" .....                     İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib .....                     Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib .....                 

Naxçıvanda ehsan necə verilir?
Tarix: 26-08-2014, 19:16 | Çap et
Naxçıvanda ehsan necə verilir?
Neçə vaxtdır ehsan mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, bütün ölkə üzrə mənzərəni dəyişmək mümkün olmayıb. Amma Naxçıvan Muxtar Respublikasında artıq bir neçə ildir yas məclislərində təkcə çay, qənd, limon və xurma verilir. “Media forum” saytı Naxçıvanda buna necə nail olunduğu ilə maraqlanıb. Məsələ ilə bağlı sayt Qafqaz Müsəlmanları İdarəsinin Naxçıvan Muxtar Respublikası üzrə qazısı Mircəfər Seyidova və Naxçıvan şəhərində yerləşən Came məscidinin axundu Nəbi Salahova müraciət edib.

Mircəfər Seyidov “Media forum”a deyib ki, sadə ehsan vermək ənənəsi muxtar respublikada 10 il əvvəldən başlanıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun atası rəhmətə gedəndə sadə, heç bir israfçılıq olmadan ehsan verildi. 10 il qabaq bu ilk addım oldu, insanlar da bunu səmimi qəbul etdi. Anladılar ki, ehsan süfrəsində təmtəraq heç kəsə xeyir gətirmir. Üç-dörd il əvvəl isə bu qaydalar muxtar respublikanın bütün ərazisinə şamil edildi, ənənə halını aldı. O vaxtdan hüzrü düşən hər kəs, istər rəsmi adam olsun, istər şirkət sahibi, istərsə də sadə vətəndaş eyni səviyyədə məclis verir”.

Naxçıvan Muxtar Respublikasının qazısı onu da qeyd edib ki, muxtar respublika ərazisindəki məscidlərdə cənazənin aparılması üçün “Mersedes” markalı avtomobillər var: “Hüzrü düşən şəxslərdən kimə bu avtomobil lazım olursa, məscidə müraciət edir, maşın ünvandan meyiti gətirir, meyit məsciddə yuyulur, aparılıb dəfn edilir. Bütün bu işlər pulsuz-parasız görülür. Dəfn üçün qəbiristanlıqda pulsuz 2,5 kvadratmetr yer ayrılır”.

Came məscidinin axundu Nəbi Salahov “Media forum”a bildirib ki, ehsan mərasimlərinin sadə formada, israfçılığa yol verilmədən təşkil edilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin Naxçıvan Muxtar Respublikası üzrə qazısının din xadimlərinə, məscid axundlarına, yas aparan mollalara müraciəti də olub: “Dinin tələblərinə əsaslanan təbliğ və izahdan sonra hər kəs buyurulana riayət etməyə başladı. Qaydalar hər yerdə qəbul olundu, minnətdarlıqla qarşılandı. Dinimiz də israfçılığı haram buyurur. Artıq neçə ildir Naxçıvan Muxtar Respublikası ərazisində ehsan süfrələri çay, qənd, limon və xurma ilə açılır, bununla da kifayətlənirik. Rəhmətə gedənin yiyəsi sadə insandır, yoxsa imkanlı, vəzifəlidir – bunun fərqi yoxdur. Qayda muxtar respublikanın hər yerinə aiddir və ona riayət olunur”.

Nəbi Salahov vurğulayıb ki, belə ənənənin oturuşması üçün camaatın əl-ələ verməsi, irəli sürülən təşəbbüsü dəstəkləməsi vacibdir: “Elə adamlar var maddi imkanı məhduddur, belə adamlar hüzrü düşəndə geniş ehsan verə bilməsə kimlərinsə qınaq obyektinə çevrilə bilər. Ona görə muxtar respublikada varlı da, kasıb da qəbul elədi ki, ehsanın bir qaydada verilməsi daha düzgündür. Buna nail olunması üçün dindarlar camaat arasında, yas mərasimlərində təbliğat aparmalıdır, fikirlərini dinin tələbləri ilə əsaslandırmalıdır. Axı dinimiz yol vermir ki, yas sahibi borc alıb ehsan mərasimi təşkil etsin.

Hazırda Naxçıvan Muxtar Respublikasında hər kəsin rəhmətə gedəni üçün eyni məclis qurulur. Varlıların da ehsan süfrəsində çay, qənd, limon və xurmadan başqa heç nə görə bilməzsiniz. Qoyulan qaydaya hamı əməl edir. Ramazan ayında isə ehsanın verilməsi iftar vaxtınadək yubadılır. Hüzrdə iştirak edən şəxs oruc tutan deyilsə, ona görə iftaradək çay içmək istəyirsə, onu gedib evində içir, çünki yas mərasimində çay ancaq iftar vaxtı verilir”.

“Naxçıvandakı ənənənin bütün ölkədə tətbiqinə nail olmaq mümkündürmü” sualına Came məscidinin axundu belə cavab verib: “İslamda insana irqinə, imkanına, kimliyinə görə fərq qoyulmur. İnsan yalnız təqvasına görə fərqlənə bilər, yaxşı insanlar, təbii ki, öndə olar. Necə ki hər kəsi ağ kəfənə tutub dəfn edirik, yas mərasimini də eyni qaydada keçirməliyik. Təklif edirik ki, bu işi hamı qəbul eləsin, qapısında yas düşəndə sadə ehsan versin”.

Qafqaz Müsəlmanları İdarəsi avqustun 26-da açıqlama yayaraq bildirib ki, yas mərasimlərində israfın əleyhinə olduğunu və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyəsini hər zaman cəmiyyətə bəyan edib: “Bu mövqe Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 2011-ci il iyulun 13-də dəbdəbəli ictimaiyyətə toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı müraciətində əksini tapıb. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir. Odur ki, mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların QMİ-nin mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edərək, bir daha bildiririk ki, bəyanatdakı mövqeyimiz birmənalıdır. Bəyanatın mətni idarənin rəsmi saytında (www.qafqazislam.com) yerləşdirilib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Dünən, 12:53
FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Dünən, 12:47
Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru