“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi .....                     Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım .....                     Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb .....                     Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... .....                     AZAL təyyarəsinin vurulma əmrini verən generalın .....                     Yazıçı Turgenyev və pozucu Putin .....                     Fermerin məhsulu sahədə ÇÜRÜYÜR .....                     Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər .....                     Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb .....                     Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi .....                     “Zəngəzur sadəcə yol deyil” .....                     "Qlisin" apteklərdə yoxa çıxıb .....                     "Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib .....                     Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir .....                     Paşinyan Putinlə siyasi “bazarlıq”da .....                     Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir .....                     Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb .....                     Yenə də `Azəriqaz`... yenə də... .....                     Agentlik 2 milyon manata anbar icarələdi .....                     Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür .....                     Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı .....                     General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” .....                     Məşğulluq Agentliyi anbar icarəyə götürür .....                     100 min evə “kupça” veriləcək: .....                     Agentlik 2 milyon manata anbar icarələdi .....                     Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb .....                     "336 manat 58 qəpik təqaüd alıram" .....                     Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi .....                     Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı .....                     Trampın “artsax” problemi .....                     Yevlaxda açıq havada film nümayiş etdirilib .....                     Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı .....                     Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... .....                     "Qışda qaz, yayda isə su kəsilir" .....                     "Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu .....                     İran bu pakistanlıları Azərbaycana yerləşdirib .....                     Bakıya görə Qusman getdi, növbə onundur... .....                     “Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır .....                     8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər .....                 

Məmurların TENDER-MENDER OYUNLARI... - İLGİNC FAKTLAR
Tarix: 14-04-2022, 12:06 | Çap et
Məmurların TENDER-MENDER OYUNLARI...
Azərbaycanda sovet dönəmindən qalma elektrik enerjisi sisteminin yenidən qurulması layihələrinin həyata keçirilməsindən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 2001-2018-ci illərdə prezidentlik etmiş Etibar Pirverdiyevin qazandıqları barədə kifayət qədər yazılıb. Onun bu sistem vasitəsi ilə əldə etdiyi milyonlarla ölçülən var-dövlət barədə də həmçinin. 2018-ci ildə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə prezident təyin olunmuş Baba Rzayev barəsində də az məlumatlar yayılmayıb. Buna qədər “Azərişıq” ASC-nin sədri olmuş Baba Rzayevin də var-dövləti milyonlarla ölçülür. Bu var-dövlətin mənbəyi isə təbii ki, dövlətdən korrupsiya yolu ilə oğurlanmışlar və oğurlananlardır. Bir sözlə, “Azərenerji” -də təkcə rəhbər dəyişikliyi baş verib, qalan hər şey olduğu kimi davam edir. Etibar Pirverdiyev köhnə elektrik enerjisi sisteminin yenidən qurulması layihələrindən oğurlayırdısa, Baba Rzayev isə işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması işlərindən oğurlayır. Təkcə azad edilmiş ərazilər deyil, həm də dəyəri milyonlarla ölçülən, bir çox bölgələrin elektrik enerji ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən də. Necə?

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 2021-ci ildə bir sıra yarımstansiyasının tikintisi və elektrikquraşdırması, yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə 8, dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 28 Açıq Tender elan olunmuşdur.

Lakin “Azərenerji” ASC-nin Tender Komissiyası elan olunmuş bu Açıq Tenderlərin nəticələri barədə məlumatları ictimaiyyətə sadəcə bildiriş yolu ilə açıqlamış, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələb etdiyi kimi, bağlanmış müqavilələr üzrə məlumatları açıq şəkildə elan etməmişdir. Biz bilmirik, bəlkə qanunda müqavilələrin gizlin saxlanılması barədə ayrıca maddələr var? Bununla bağlı qurumun Tender Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Bildiyimiz odur ki, sözügedən qanunu 10-cu maddəsinə görə tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti ictimaiyyətə açıqlanmalıdır. Amma görün “Azərenerji” ASC-nin Tender Komissiyası hansı yollara əl atır.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23.12.2021-ci tarixində elan edilmiş 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən müsabiqədə “Azərelektrik Tikinti Quraşdırma” MMC , 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 500 kV-luq “Samux-Qardabani” Hava Xəttində yenidənqurma və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 110 kV-luq ikidövrəli “110/35/10 kV-luq “Kəlbəcər” Yarımstansiyası – 110/35/10 kV-luq “Qorçu” Yarım stansiyası” arası Hava Xəttinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, 110 kV-luq ikidövrəli “Böyükşor Yarımstansiyası – Binəqədi Yarımstansiyası” arası Elektrik Verilişi Xətlərinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Electro İndustries” QSC, 220 kV-luq 2-ci “Zabrat” Hava Xəttinin giriş-çıxış sxemi ilə “Böyükşor” Yarımstansiyasına, 220 kV-luq 4-cü “Zabrat” Hava Xəttinin giriş-çıxış sxemi ilə “Qala” Yarımstansiyasına, 110 kV-luq 2-ci “Maştağa” Hava Xəttinin giriş-çıxış sxemi ilə 220 kV-luq “Zabrat” Yarımstansiyasına qoşulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Elektrikquraşdırma” Müəssisəsi, 110 kV-luq 1-ci və 2-ci “Şəmkir” Elektrik Verilişi Xətlərinin giriş-çıxış sxemi ilə “Gəncə-2” Yarımstansiyasına qoşulması və 330 kV-luq 1-ci “Goranboy” Hava Xəttinin tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, “Şimal” Elektrik Stansiyasında yeni su soyutma estakadasının tikintisi və istismara verilməsi işlərinin satın alınmaları üzrə “BCC Group” MMC, “Bakı-3” Elektrik Yarımstansiyasının İdarəetmə mərkəzinin tikintisi işlərinin satın alınmaları üzrə “Azconstruction” QSC, 330/110/10 kV-luq В«AğcabədiВ» Yarımstansiyanın yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 330/230/110/35/10 kV-luq В«İmişliВ» yarımstansiyanın yenidən qurulması və istismara verilməsi işlərinin satın alınmaları üzrə “Electro İndustries” QSC müsabiqələrin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilatlarla müvafiq satınalma müqaviləsinin imzalanmıası barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 08.04.2022-ci il tarixdə açıqlanmışdır.

“Azərenerji” ASC tərəfindən 17 noyabr 2021-ci il tarixində elan edilmiş 330/110/10kV-luq “Gəncə” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması, 110/35/10 kV-luq “Laçın (Qorçu)” Yarımstansiyasının tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “Electro industries” QSC, “Azconstruction” QSC şirkətləri qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilatlarla müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 09.02.2022-ci il tarixdə açıqlanmışdır.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 oktyabr 2021-ci il tarixində elan edilmiş 110/35/10 kV-luq “Masallı” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “LİGHT CİTY” QSC , 110/35/10 kV-luq “Ucar” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/10 kV-luq “Yevlax” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/6 kV-luq “Salyan” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Gidromaşservis” QSC şirkətləri tenderlərin qalibi müəyyən edilmişlər.Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 30.12.2021-ci il tarixdə açıqlanmışdır

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 oktyabr 2021-ci il tarixində elan edilmiş 110/35/6 kV-luq “Puta” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “Azconstruction” QSC, 110/35/6 kV-luq “Zığ” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/6 kV-luq “205 saylı” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Electro İndustries” QSC tenderlərin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilatlar ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 30.12.2021-ci il tarixdə açıqlanmışdır.

“Azərenerji” ASC tərəfindən 01 iyun 2021-ci il tarixində elan edilmiş “Qarabağ Regional Elektrik Şəbəkə” MMC-nin İnzibati və yardımçı təsərrüfat binalarının layihələndirilərək tikintisi işlərinin satın alınması, 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması və 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV-luq yarımstansiyaya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması işləri üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderlərdə “Farcon” QSC,“ Electro İndustries” QSC, “AZCONSTRUCTİON” QSC şirkətləri ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 12.08.2021-ci il tarixdə açıqlanmışdır. “Azərenerji” ASC tərəfindən 01 iyun 2021-ci il tarixində elan edilmiş “Qarabağ REŞ” üzrə istifadə olunacaq müxtəlif növ naqil və kabellərin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “Gatdigital” QSC qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 26.06.2021-ci il tarixdə açıqlanmışdır.

AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 may 2021-ci il tarixində elan edilmiş üzrə Kəlbəcər rayonunda “Lev-4 KSES”-in yenidən qurulması işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “FARCON” QSC qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 01.07.2021-ci il tarixdə açıqlanmışdır.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 17 may 2021-ci il tarixində elan edilmiş “Xındırıstan” YS – “Ağdam” YS arası 110kV-luq iki dövrəli EVX-nin tikintisi işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “Electro İndustries” QSC, 110/35/10 kV-luq “Ağdam-2” Yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “AZCONSTRUCTİON” QSC, 110/35/10 kV-luq “Ağdam-1” Yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Electro İndustries” QSC tenderlərin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 09.06.2021-ci il tarixdə açıqlanmışdır.

Qeyd etmək istərdik ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası keçirmiş olduğu bir çox aşağı qiymətli Açıq Tenderlərin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına məlumatlar yerləşdirilib. Lakin nədənsə təkliflər sorğusu üsulu ilə və dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan Açıq Tenderlər üzrə bağlanmış müqavilələrdə görülən xidmətlərə ayrılmış vəsatlər barədə məlumatları açıqlamamışdır. Burada məqsəd nə ola bilər? Nə üçün dəyəri yüz minlərlə qiymətləndirilən tenderlər üzrə bağlanan müqavilələrdə ayrılan vəsaitlər açıqlanır, amma dəyəri milyonlarla ölçülən tenderlər üzrə ayrılan vəsaitlər açıqlanmır, gizlədilir. Xüsusilə qeyd etmək istərdik ki, nəinki 2021-ci ildə, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası tərəfindən əvvəlki illərdə də keçirilmiş dəyəri milyonlarla ölçülən bir çox Açıq Tenderlərin nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Bu da keçirilmiş tender prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bundan əlavə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası daim bir neçə şirkətə də üstünlük vermişdir. Qalib olan şirkətlərin tenderlərin sayına görə siyahısı belədir: “Azconstruction” QSC 8, “Electro İndustries” QSC 7, “Azərelektrik Tikinti Quraşdırma” MMC 4, “Azenco” ASC 3, “Farcon” QSC 2, “Gatdigital”, “Gidromaşservis” QSC, “LİGHT CİTY” QSC, “BCC Group” MMC, “Elektrikquraşdırma” Müəssisəsi 1 açıq tenderin qalibi olmuşlar. Növbəti yazıda bu şirkətlərin “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevə nə qədər yaxın olduğuna dair bir sıra gizlinlərə aydınlıq gətirməyə çalışacağıq.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Bu gün, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Bu gün, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Bu gün, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Bu gün, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Bu gün, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Bu gün, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Bu gün, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Bu gün, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Bu gün, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Bu gün, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Bu gün, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Bu gün, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Bu gün, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Bu gün, 16:42
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir - TƏFƏRRÜAT
Bu gün, 16:36
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb - AÇIQLAMA
Bu gün, 16:34
Yenə də `Azəriqaz`... yenə də... - BU NƏDİ BELƏ?
Bu gün, 16:25
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Bu gün, 16:15
Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür - BU FAKTDIR...
Bu gün, 16:10
Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı
Bu gün, 16:08
General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” – Müharibə 2034-ə qədər davam edə bilər
Bu gün, 16:01
Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək
Bu gün, 15:59
100 min evə “kupça” veriləcək: - Bəs qalan 400 min?
Bu gün, 15:18
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Bu gün, 15:15
Bu tək “Turan Tovuz”luq məsələ deyil, “Traktor”da qəti addım atmayıb - ŞƏRH
Bu gün, 15:11
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyor
Bu gün, 15:06
Azərbaycanda fəaliyyət göstərən Çin şirkəti 50 mini ödəmədi - Nazirlik cərimələdi
Bu gün, 15:00
Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı - Əsas adam idi
Bu gün, 14:48
Trampın “artsax” problemi – “Vaşinqton bataqlığı” qurudulmayınca...
Bu gün, 14:41
Yevlaxda açıq havada film nümayiş etdirilib - FOTO
Bu gün, 14:34
Ofisiant kriminal aləmə aid mahnı sifarişi edən sərxoş müştərini bıçaqladı
Bu gün, 13:09
Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... - GİLEY
Bu gün, 13:07
"Qışda qaz, yayda isə su kəsilir" - ETİRAZ
Bu gün, 13:04
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
Bu gün, 13:02
İran bu pakistanlıları Azərbaycana yerləşdirib - Sensasiya
Bu gün, 12:58
Bakıya görə Qusman getdi, növbə onundur... - KT
Bu gün, 12:55
“Aztelekom” MMC-nin şikayəti əsasında bu şirkətə qarşı araşdırma aparılır
Bu gün, 12:48
8 ayın şirkəti 6 universitetlə 661 minlik müqavilə imzalayıb – Tendersiz
Bu gün, 12:45
Özlərini vəzifəli şəxs kimi təqdim edib 712 minlik dələduzluq etmişdilər - HÖKM OXUNDU
Bu gün, 12:43
FHN-də işə düzəlmək istəyən 8 nəfər aldadılıb - 80 minlik dələduzluq
Bu gün, 12:39
Paşinyanın Rusiya səfərinin əsas məqsədi: - Moskvanın “damarını” yoxlayacaq, sonra da...
Bu gün, 12:30
Yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvlərinin cəzaları azaldıldı
Bu gün, 12:27
Ailələr ANLAŞMALI DAĞILIR... - Ekspertdən İLGİNC AÇIQLAMA
Bu gün, 12:17
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Vətəndaşla dövləti üz-üzə qoyan qurum: Elm və Təhsil Agentliyi... - AXI NİYƏ?
Bu gün, 12:09
Trampın ABŞ hərbçilərini Qafqaza göndərmək niyyəti… – Patrik Uolş gizlinləri açdı
Bu gün, 12:01
“Referans” adı mübahisə doğurdu – ARAŞDIRMA APARILIR
Bu gün, 11:49
Daha bir fırıldaqçı satış şəbəkəsi... - GİLEY
Bu gün, 11:44
Bakıda bağçalara növbəyə yazılma prosesinə start verilib - DİQQƏT!
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru