![DAHA BİR XƏBƏR PORTALINI HAKERLƏR DAĞITDI DAHA BİR XƏBƏR PORTALINI HAKERLƏR DAĞITDI](/uploads/posts/2012-06/1338881638_pia.az_.jpg)
ÖLKƏNİN KİBERÇƏTİRİ ARTIQ HAKERLƏRİN ƏLİNDƏ OYUNCAĞA ÇEVRİLİB
DİA.AZ: - Ölkənin tanınmış xəbər portallarından olan «Poliqon» İnformasiya Agentliyinin pia.az internet saytı dağıdılıb. Dünən axşam saatlarından haker hücumuna məruz qalan portalın rəhbərliyi hələlik saytın bərpası ilə məşğuldurlar.
Bununla əlaqədar DİA.AZ-a açıqlama verən «Poliqon»un şefi Azər Qaramanlının sözlərinə görə, onlar hücum edənlərin kimlikləri barədə dəqiq məlumata malik deyillər: «Güman yerimiz çoxdur. PİA.AZ çoxlarının bostanına daş atıb».
Bir neçə saata portalın işinin bərpa olunacağını bildirən Azər Qaramanlı oxucuları səbirli olmağa çağırdı.