Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib .....                     "Belə absurd qərar olar?" .....                     Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir .....                     ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib .....                     Paşinyan Azərbaycandan .....                     Ukraynanı üç hissəyə bölürlər .....                     Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır .....                     Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb .....                     “Putin istədiyini aldı” .....                     ABŞ-ın "aslan qırığı" taktikası .....                     İrandan Ermənistana daha bir jest .....                     Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq .....                     “5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” .....                     Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi .....                     Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır .....                     “SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub .....                     "Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." .....                     Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ .....                     Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub .....                     "Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" .....                     Azərbaycanda dərs saatları dəyişdirilir? .....                     “İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... .....                     Xalq artistindən televiziyalara müraciət: .....                     Tanınmış iş adamı Fuad Allahverdiyevdən xəbər var .....                     “İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir” .....                     Anti-Azərbaycan qüvvələrin kabusu .....                     Qafqazda “son döyüş” başlayır .....                     Məktəb direktoru işdən çıxarıldı .....                     “Umid Babek Operating Company”də YENİ TƏYİNAT .....                     Yeni dövrün QATİLLƏRİ: Kosmetoloqlar... .....                     "Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir" .....                     Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... .....                     Universitetlərə qeydiyyat bu gün başa çatır .....                     Ukrayna Timur Yunusovu beynəlxalq axtarışa verdi .....                     Göyçayda bələdiyyə sədri ÖZBAŞINA QALIB... .....                     Bağça müdirəsi uşaqların ərzağını oğurlayarkən yaxalandı VƏ... .....                     İran bizimlə ədavətdən iqtisadi ziyan da çəkib... .....                     Səhiyyəmiz GÜL AÇIR: Əməliyyat masasında qeyri-etik RƏQS-ŞOU .....                     "Pulunuz heyifdir... əsəbləriniz də həmçinin..." .....                     Baş nazir buna NECƏ NAİL OLACAQ? .....                 

MÜXALİFƏTİN “AVROVİZİYA” PLANI VAR
Tarix: 16-05-2012, 13:19 | Çap et
MÜXALİFƏTİN “AVROVİZİYA” PLANI VAR

YARIŞMA VAXTI DURUM GƏRGİNLƏŞƏCƏK

Azərbaycanda “Avroviziya - 2012” mahnı müsabiqəsinin keçirilməsinə iki həftədən az vaxt qalıb. Bakıda rəsmi hazırlıqlar başa çatır. Amma bu hadisəyə təkcə Azərbaycan hakimiyyəti hazırlaşmır. Vətəndaş cəmiyyəti fəalları da səylə işləyir.

Son üç ayda Azərbaycanda təşkil edilən “Demokratiya naminə oxu” kampaniyasının fəalları Avropa ölkələrinin ictimaiyyətini məcburi köçürmədən tutmuş jurnalistlərin həbsinə qədər Azərbaycanda insan haqlarının pozulması faktları barədə məlumatlandırmaq üçün Böyük Britaniya, Fransa, Belçika, Almaniya, Hollandiya, Avstriya və İsveçrədə olublar.

Bu informasiya kampaniyası iki azərbaycanlı ifaçı “Avroviziya - 2011”müsabiqəsində qələbə qazanaraq növbəti müsabiqənin Bakıda keçirilməsini təmin edəndən sonra başlayıb. Kampaniyanın özəyi dörd ictimai təşkilatdan (İnsan Haqları Klubu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Sülh və Demokratiya İnstitutu və Siyasi Azadlıqları Müdafiə Alyansı) ibarətdir. Ümumilikdə kampaniyaya 30-dək yerli QHT və 15 beynəlxalq hüquq müdafiəsi təşkilatı qoşulub.

"Kampaniya iri beynəlxalq tədbiri Azərbaycanda demokratiyanın inkişafı üçün alət kimi istifadə edərək yeni dinamika yaradıb", – deyə İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirir.

"Azərbaycan heç vaxt beynəlxalq KİV-in diqqətini bu qədər cəlb etməyib", – deyə o, əlavə edir.

İnformasiya kampaniyasına “Azad Avropa/Azadlıq” radiosu və EurasiaNet.org-da işləyən və jurnalist araşdırmaları üzrə ixtisaslaşan Xədicə İsmayılovanın məqalələr seriyası impuls verib. O, öz yazılarında prezident İlham Əliyevin ailəsinin müxtəlif işgüzar müəssisələrlə şübhəli əəlaqələrinə diqqət yönəldib.

Bu yazıların sonuncularından olan və 9 mayda “Azad Avropa/Azadlıq” radiosunda verilən yazıda qeyd edilir ki, mahnı müsabiqəsinə hazırlığa hamilik edən birinci ledi Mehriban Əliyeva və onu iki qızı Leyla və Arzu “Avroviziya - 2012” mahnı müsabiqəsinin keçiriləcəyi 25 min yerlik və 134 mln dollara başa gələn Kristal zalın tikintisində işləyən Azencotikinti şirkətinin sahibidirlər. Prezident Administrasiyası bu yazıya hələ reaksiya verməyib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru, “Demokratiya naminə oxu” kampaniyasının ilhamvericilərindən olan Emin Hüseynov hesab edir ki, bu yazı “məmurların “Avroviziya”dan təkcə ölkənin imici üçün yox, öz şəxsi maraqları üçün istifadə etdiklərinə daha bir dolayı sübutdur”.

Əliyev Administrasiyası Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı deyilənləri qulaqardına vurur, bəzənsə beynəlxalq tənqidçilərə kəskin cavab verir.

“Avroviziya” müsabiqəsinin əsas təşkilatçısı olan Avropa Yayım İttifaqı bildirir ki, bu tədbir "qeyri-siyasidir", amma "söz və informasiya azadlığı prinsiplərinə" sadiqliyini də vurğulayır.

Məlumat verildiyinə görə, mayın 2-də “Demokratiya naminə oxu” kampaniyasının iştirakçılarının çoxsaylı xahişləri nəticəsində Avropa Yayım İttifaqı Cenevrdədə Azərbaycanın vəzifəli şəxslərinin və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə Azərbaycanda söz azadlığı problemini müzakirəsi üçün görüş keçirib. Emin Hüseynovun sözlərinə görə, görüşdə “qızğın debatlar” olub, amma fikir ayrılığı həllini tapmayıb.

Mayın 8-də Azərbaycan ərazisində hakimiyyətin iki tanınmış tənqidçisi Rəsul Cəfərov və Emin Hüseynov Bakı Dövlət Universitetinin hüquq fakültəsindən xaric ediliblər. "Universitet rəhbərliyi bizə bildirdi ki, xaric edilmişik və məşğələlərə gələ bilmərik, – deyə Emin Hüseynov bildirir, - Heç bir konkret izah verilmir, amma şübhə etmirəm ki, səbəb “Demokratiya naminə oxu” kampaniyasında iştirakımdır”

BDU təmsilçiləri bu məsələni EurasiaNet.org-da müzakirə etməyə razılıq verməyiblər. Cəfərov və Hüseynovun tələbə statusu haqqında şərh almaq üçün Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovla da əlaqə saxlaya bilmədik. Buna qədər o, EurasiaNet.org-a müsahibəsində demişdi ki, "Avroviziya” müsabiqəsini siyasiləşdirmək cəhdləri" doğru deyil.

"Cenevrədə görüş zamanı onları inandırmağa çalışdım ki, Azərbaycanda söz və vətəndaş azadlığının vəziyyəti Avropa ölkələrindəkindən pis deyil, – deyə o, iclas iştirakçılarını nəzərdə tutaraq bildirib. – Jurnalistlərin qətli və onlara təzyiqlər hər bir ölkədə olur".

Həsənovun sözlərinə görə, Azərbaycana təzyiq etmək üçün Avropa Yayım İttifaqına "güclü təsir edilir".

Emin Hüseynov hesab edir ki, İttifaq Cenevrədəki debatı “quş qoymaq üçün” keçirib. "Avropa Yayım İttifaqının bütün bəyanatları deklarativ xarakter daşıyır və [Azərbaycan hakimiyyətinin] problemi həll etməsi üçün heç bir tələb qoyulmur", – deyə o vurğulayır.

İki düşərgə arasında gərginlik “Avroviziya” mahnı müsabiqəsinə start veriləndən sonra, yəqin ki, güclənəcək. Azərbaycan müxalifəti müsabiqə vaxtı üçün fəaliyyət planı hazırlayıb: "İctimai Palata" müsabiqə iştirakçıları üçün "alternativ informasiya mərkəzi" yaradacaq. Bundan başqa, hərəkatın fəalları "Siyasi məhbuslara azadlıq!" yazılan köynəklər geyəcək, mayın 26-da “Avroviziya”nın finalına hazırlıq zamanı Bakının mərkəzində gəzəcəklər.

Yüzlərlə başqa fəal “Avroviziya” biletləri ilə müsabiqə proqramı zamanı həmin şüarı səsləndirəcəklər, deyə AXCP-nin sədr müavini Həsən Kərimov bildirib.

Azərbaycanın hüquq mühafizə orqanları da fəaliyyət planı hazırlayıblar. Daxili işlər nazirinin müavini Oruc Zalov hökumətyönlü ANS telekanalına müsahibəsində deyib ki, mahnı müsabiqəsi günlərində Bakı polisi gücləndirilmiş rejimdə işləyəcək və “Avroviziya” müsabiqəsi keçirilən yerin ətrafında bir neçə qat dövrə təşkil ediləcək.

Eurasianet.org: Şahin Abbasov, müstəqil jurnalist










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Bu gün, 11:42
"Belə absurd qərar olar?" - ETİRAZ
Bu gün, 11:40
Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Bu gün, 11:27
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Bu gün, 11:18
Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Bu gün, 11:15
Ukraynanı üç hissəyə bölürlər - KİV
Bu gün, 11:13
Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 11:08
Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - KREML BAŞINI TAM İTİRİB...
Bu gün, 11:06
“Putin istədiyini aldı” - Zelenski
Bu gün, 11:01
ABŞ-ın "aslan qırığı" taktikası - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
İrandan Ermənistana daha bir jest - FOTO
Bu gün, 10:57
Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 10:55
“5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” – Vəziroğlu İFŞA ETDİ
Bu gün, 10:52
Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi - SƏBƏB?
Bu gün, 10:46
Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır - KİV
Bu gün, 10:45
“SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub - 14 il...
Bu gün, 10:43
"Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." - Alim Qasımov
Bu gün, 10:42
Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ - TƏFƏRRÜAT
Bu gün, 10:37
Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:31
"Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" - Əkrəm Əylisli
Bu gün, 10:30
Azərbaycanda dərs saatları dəyişdirilir? – MÜHÜM AÇIQLAMA
Bu gün, 10:26
“İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... - BU DƏFƏ...
Bu gün, 10:19
Xalq artistindən televiziyalara müraciət: - “Məni tez-tez efirə dəvət etməyin”
Bu gün, 10:12
Tanınmış iş adamı Fuad Allahverdiyevdən xəbər var - NARAZIDIR...
Bu gün, 10:07
“İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir” - Keçmiş səfir
Bu gün, 10:01
Anti-Azərbaycan qüvvələrin kabusu - İNCƏLƏMƏ
Bu gün, 09:57
Qafqazda “son döyüş” başlayır – Ermənistan qalib çıxa bilər
Bu gün, 09:42
Məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 09:40
“Umid Babek Operating Company”də YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:36
Yeni dövrün QATİLLƏRİ: Kosmetoloqlar... - ÇALIŞIN Kİ...
Bu gün, 09:34
"Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir" - deputat
Bu gün, 09:31
Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
Bu gün, 09:26
Universitetlərə qeydiyyat bu gün başa çatır - DİQQƏT!
Bu gün, 09:19
Ukrayna Timur Yunusovu beynəlxalq axtarışa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:16
Göyçayda bələdiyyə sədri ÖZBAŞINA QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bağça müdirəsi uşaqların ərzağını oğurlayarkən yaxalandı VƏ... - TƏFƏRRÜAT
Bu gün, 09:09
İran bizimlə ədavətdən iqtisadi ziyan da çəkib... - Özləri deyir...
Bu gün, 09:04
Səhiyyəmiz GÜL AÇIR: Əməliyyat masasında qeyri-etik RƏQS-ŞOU - BU NƏDİ BELƏ?
Bu gün, 09:00
"Pulunuz heyifdir... əsəbləriniz də həmçinin..." - GİLEY
Bu gün, 08:53
Baş nazir buna NECƏ NAİL OLACAQ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:43
"Bunların əlindən neçə nəfər intihar edib" - BU NƏDİ BELƏ?
Bu gün, 08:34
Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib - KİV
Bu gün, 06:20
Bakı bulvarında təhlükə: sudan çıxarıldı, sakinlər təşvişə düşdü - NƏ BAŞ VERİR?
Bu gün, 06:18
Azərbaycanla bağlı qərar bu maşında verilib? - AKTUAL
Dünən, 18:08
"Tanımayanın sözü mənim yolumu dəyişməz"
Dünən, 18:06
Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! - Mir Şahinin YAZISI
Dünən, 17:49
Azərbaycandan sonra növbə Özbəkistanındır - Rusiya dayanmayacaq...
Dünən, 17:47
Azərbaycanda ət niyə bahalaşır? - Mühüm səbəblər
Dünən, 17:43
"O hər zaman mənim qəlbimdə yaşayır"
Dünən, 12:37
Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru