ATV NAZİM İBRAHİMOVDAN ALINIR
Tarix: 14-05-2012, 13:35 |
Çap et
ONUN QARDAŞI İŞDƏN ÇIXARILDI
“Azad Azərbaycan” Teleradio Şirkətinin rəhbərliyi dəyişdirilib. Lent.az-ın məlumatına görə, telekanalın prezidenti Tağı İbrahimov tutduğu vəzifədən azad edilib.
Telekanalın Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu Lent.az-ın bu barədə sorğusuna cavab olaraq deyib ki, bu, müxtəlif vaxtlarda yayılmış şayiənin təkrarıdı, belə bir dəyişiklik baş verməyib.
ATV-dəki mənbələrdən isə Lent.az-a bildirilib ki, bu dəqiqələrdə rəhbərlikdəki dəyişikliklə bağlı şirkətdə iclas keçirilib və Tağı İbrahimov kollektivlə xudahafizləşib.
Şirkətin vitse-prezidenti, Tağı İbrahimovun qardaşı Namiq İbrahimov isə Lent.az-ın sualına bir cümlə ilə cavab verib: "Bilmirəm kim gəlir, amma biz getdik..."
İlkin məlumatlara görə, Tağı İbrahimovun yerinə Vüqar Qaradağlı təyin olunub.
Onu da qeyd edək ki, Tağı İbrahimov Diasporla İş Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır. V.Qaradağlı isə əvvəllər "Lider" telekanalının rəhbəri olub, bir neçə il öncə vəzifəsindən kənarlaşdırılıb. O, məşhur diktor Aydın Qaradağlının oğludur.