Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                     ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                     Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                 

“Kimsə buna görə Şahin Mustafayevi savadsızlıqdamı ittiham edəcək?”
Tarix: 14-01-2016, 11:32 | Çap et
“Kimsə buna görə Şahin Mustafayevi savadsızlıqdamı ittiham edəcək?”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzularıyla bağlıModerator.az - ın suallarını cavablandırıb. Onunla söhbətin ikinci hissəsini təqdim edirik:

Müsahibənin əvvəlini bu linkdən oxumaq olar---http://www.diaaz.space/8/96590-qudret-hesenquliyevden-ilginc-achiqlamalar.html

-Siyasi islahat deməkdən millətin dilində islahat bitdi...

- Ölkə parlamentli respublika modelinə keçməlidir. Neçə illərdi biz bunu söyləyirik. Biz partiya olaraq bu məsələni qaldıranda nə Gürcüstanda, nə Qırğızıstanda, nə Ermənistanda heç müzakirə mövzusu da deyildi. Amma sonradan bu ölkələrin hamısı parlamentli respubnlika modelinə keçdilər. Azərbaycan hökuməti parlamentli respublika modelinə keçə bilmirsə, ən azından Ukrayna modelinə keçməliyik . Doğrudur, Ermənistanda Sərkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün islahatlara getdi, amma bu dəyişiklik gələcəkdə Ermənistanın demokratikləşməsinə yol açmış olacaq. Azərbaycan da bu prosesdən geri qalmamalıdır. Biz siyasi islahatlar məsələsində Gürcüstan və Ermənistandan geridəyik. Bizdə də bu istiqamətdə islahatlar aparılacağı təqdirdə çox qısa bir müddətdə ölkədə real inkişafa nail ola biləcəyik. Çünki ölkənin geniş potensialı var və Gürcüstanla Ermənistandan fərqli olaraq çox ciddi nəticələr əldə oluna bilər. Bu islahatları aparmaq üçün də ilkin növbədə kadr islahatlarına gedilməlidir. Yeni dünyagörüşə malik insanlar hökumətə cəlb olunmalıdır. Peşəkar mütəxəssislər QHT sektorunda da var, yəni özünün proqnozları və analitik yazıları ilə yaxşı mənada özünü təsdiq etmiş iqtisadçılar, hüquqşünaslar, digər peşə sahibləri var. Hətta siyasi baxışlarına baxmadan partiyalardan da mütəxəssislər cəlb etmək olar. Nəticədə bir milli birlik hökuməti formaslaşdırmaqla çox böyük nailiyyətlərə imza atmaq mümkündür. Hökumətin qəbul etdiyi qərarlara geniş ictimai dəstək olmalıdır. Ona görə də nə qədər ki, gec deyil, bir an belə yubanmadan həmin islahatlara başlamaq lazımdır. Iqtidar islahatlara güclü olduğu dövrdə getməlidir ki, bu addımlar təzyiqin nəticəsi kimi yozulmasın.

-Maraqlıdır, hər zaman siz bunu qabardırsınız. Yəni bu gün ölkədə baş verən 21 dekabr devalvasiyasından sonradamı Siz bu iqtidarın güclü olduğu qənaətindəsiniz?

-Bəli, mən hesab edirəm ki, hakimiyyət hələ də güclüdür və o çəkinmədən islahatlara gedə bilər. Əgər xalq kütləvi şəkildə hökumətə qarşı çıxmırsa, deməli, o hələ də güclüdür. Amma etiraz aksiyaları başlayandan sonra artıq hökumətin atdığı addımlar həmin effekti verməyəcək. Mən sizə dəfələrlə demişəm və təcrübə də göstərir ki, əgər insanlar küçələrə axışaraq hökumətdən hansısa addımların atılmasını tələb edirsə, hökumət də hansısa qərarları həmin təzyiqin altında qəbul edirsə, əksər hallarda bu gedişat ölkəni xaosa sürükləyir. Ona görə ki, bir tələbi yerinə yetiriləndə insanlar növbəti tələblə meydanlara atılırlar və bu da sonda vəziyyətin nəzarətdən çıxmasına da gətirə bilir. Amma indi hesab edirəm ki, Azərbaycan xalqının böyük hissəsi oturub səbrlə gözləyir ki, hökumət hansı addımlar atacaq, islahatlar necə aparılacaq...

-Yeri gəlmişkən, əyalətlərdən etiraz aksiyaları ilə bağlı həyəcanlı xəbərlər gəlir...

-Bu aksiyalar spontan baş verir və onu mənim nəzərdə tutduğum etiraz aksiyası ilə müqayisə etmək olmaz. Ona qalsa hətta əvvəllər neft milyardlarının ölkəyə axdığı dövrlərdə də bəzi rayonlarda bu və ya digər səbəbdən belə aksiyalar olub. Söhbət kütləvi etiraz aksiyalarından, hansısa sosial partlayışlardan gedir. Belə bir təhlükə yoxdur və inşallah heç olmayacaq da. Amma ümid edirəm ki, hökumət nəhayət çağırışlara cavab verməlidir. YAP üzvlərinin bəzilərinin söyləməsi ki, bizim müxalifətin təkliflərinə ehtiyacımız yoxdur, demokratik ölkələrdə adətən bu tipli bəyanatlar verilmir. Əksinə, müxalifətlə əməkdaşlıq edilir. Iqtidarla əməkdaşlığa hazır olan qüvvələr var, heç olmasa bu qüvvələrlə əməkdaşlıq edilməlidir. Yoxsa bu günədək hökumət onu təqib edən neqativ sterotiplərdən qurtara bilməsə vəziyyətdə dönüş olmayacaq.

-Hətta hakimiyyətin legitimliyini tanısa da ona qarşı radikal mövqedə duran qüvvələr də var ki, sanki YAP rəhbərliyi onlarla dialoqdan çəkinir. Yəni ölkənin birnci şəxsinin mütəmadi olaraq hər fürsətdə onları vətən xainləri, yırtıcı qüvvələr, antimilli ünsürlər adlandırması hakimiyyət təmsilçilərini qarşı tərəfə doğru addım atmaqdan çəkindirir.

-Əlbəttə, ölkədə birinci şəxsin iradəsindən çox şey asılıdır. Amma mən hər şeyi də birinci şəxsin adıyla bağlamağa ehtiyac görmürəm. Tutaq ki, mən hesab etmirəm ki, sabah iqtisadiyyat və sənaye naziri Vüqar Bayramovu, Rövşən Ağayevi, Azər Mehtiyevi və adını çəkmədiyim digər tanınmış iqtisadçıları dəvət edərək onların təkliflərini dinləsə, onlarla müzakirələr aparsa, bu, prezidentin qəzəbinə səbəb ola bilər. Kimsə buna görə Şahin Mustafayevi savadsızlıqda ittiham edəcək ki, bu iqtisadçıların köməyinə möhtac olub? Axı belə bir şey kimin ağlına gələ bilər ki? Dünyanın hər yerində ən ağıllı adamlar və öz işlərinin uzmanları belə yenə də maraqlı olurlar ki, müxtəlif fikirləri eşitsinlər, görsünlər və ən doğru qərarların qəbulunda bu tövsiyyələr onlara yardımçı olsun. Ona görə də dünyanın ən ağıllı adamlarının yanında kollegial qurumlar olur, xalqımızın da bir hikmətli məsəli var ki, ağıl ağıldan üstündür. Ağıllı nazir belə müzakirələrə açıq olmalıdır və oradan lazım olan təkliflərdən bəhrələnməlidir. Bu gün bizim ekser nazirlərdə bu bacarıq və uzaqgörənlik yoxdur. Bu da yoxdursa, yəni prezident görürsə ki, komandasından belə təşəbbüslər gəlmir, onun özü bu barədə göstəriş verməlidir. Parlamentin özündə də kifayət qədər peşəkarlar var. Söhbət təkcə müzakirələrin iqtisadçılarla aparılmasından getmir ki. Düşünürəm ki, partiya sədrləri ilə də bu istiqamətdə müzakirələr aparılmalıdır. Yəni necə etmək lazımdir ki, bu islahatlara həm də ictimai dəstək təmin edilsin. Unudulmamalıdır ki, ictimai dəstək olmadan heç bir təşəbbüs, heç bir islahat gözlənilən effekti verə bilməz. Məncə indi ölkədə yaranmış vəziyyəti də böhran kimi qəbul etmək doğru deyil, iqtisadiyyatda yaranmış çətinliklər kimi qəbul edilməlidir. Hökumətin qərarsızlığı kütləvi iğtişaşlara, etiraz aksiyalarına gətirib çıxaracaqsa, ölkədə idarəetmə çətinləşəcəksə, o zaman bu prosesləri böhran kimi xarakterizə etmək olar. Yəni bu gün tutaq ki, Yunanıstanda baş verənlər hələ Azərbaycanda baş verməyib və buna görə də hökumət ətrafımızda yaşananlardan nəticə çıxararaq proseslərin böhrana qədər gedib çatmasına imkan verməməlidir. Hələ nə qədər ki, bizdə belə bir iqtisadi-siyasi böhran baş verməyib, gözlənilən kadr və struktur islahatlarına gedilməlidir. Mən dəfələrlə demişəm ki, bu qədər nazirliklər nəyə lazımdır?

-Prezident müşavirədə dedi ki, struktur islahatlarına gedilməlidir.

-Zaman gedir axı. 21 dekabr devalvasiyasından 20 gün keçib, amma hökumət hələ də var-gəl edir. Etiraf edək ki, son illər Azərbaycanda hamının bu və ya digər formada hiss etdiyi ən mükəmməl və müsbət qərarı ASAN Xidmətin yaradılması olub. Ondan başqa hələlik görsənən ciddi bir dəyişiklik yoxdur. Azərbaycanda maksimum 10 - 11 nazirliyə, 3-4 komitəyə ehtiyac var. Yubanmadan özəlləşdirməyə başlanılmalıdır. Oradan gələn pulları da qeyri-neft sektoruna yönəltmək lazımdır. Eyni zamanda kimya sənayesi ilk növbədə inkişaf etdirilməlidir. Ona görə ki, özümüzün keyfiyyətli xammalımız var və neftin qiymətinin su qiymətinə olduğunu, qarşıdakı bir neçə ildə hələ bu cür aşağı qiymətin mövcud olacağını nəzərə alaraq xammalı xaricə ucuz satmaqdansa təcili olaraq kimya sənayesini dirçəltmək lazımdır. Mən dəfələrlə demişəm bu barədə ki, biz səhvən gedib Türkiyədə kimya kompleksi tikdik və 7 milyard dollar yatırdıq oraya. Mən hər zaman bu layihənin əleyhinə olmuşam ki, niyə onu Türkiyədə tikincə elə Qaradağda tikmirdik ki, on minlərlə vətəndaşımız işlə təmin edilsin? Yenə də gec deyil və mən hesab edirəm ki, təcili olaraq hətta region dövlətlərinə də ixrac edəcəyimiz keyfiyyətli yanacaq, sürtkü və motort yağları, avtomobil təkərləri, plastik borular, kauçuk təsərrüfat malları istehsal edən texnologiyaları gətirib qısa zamanda istehsala başlamalıyıq. Bu sadaladığım məhsullara hər yerdə ehtiyac var və kifayət qədər valyuta gətirən məhsullardır. Bundan əlavə kənd təsərrüfatının özündə indiki kimi kosmetik deyil, ciddi işlərə başlanılmalıdır. Təsəvvür edin, fermerlərə hektara görə subsidiyalar verilir. Rayonlarda min hektarlarla torpaq sahibi olan icra başçıları və ya onların yaxın adamları var ki, həmin torpağı nə əkmirlər, nə becərmirlər, ancaq hər hektara görə subsidiya alırlar. Sual olunur ki, niyə hektara görə verirsiniz bu subsidiyaları? Olmazmı ki, hazır məhsula görə verəsiniz? Səbəbi də hamıya bəllidir. Yoxsa guya bunların ağlına gəlmir ki, torpağın sahəsinə görə deyil, məhsulun həcminə görə subsidiya verilməsi doğru olardı? Ona görə də mən həmişə deyirəm ki, hər sahəyə uyğun mütəxəssislər qoyulmalıdır. Sizə açıq deyirəm ki, korrupsiyaya qarşı mübarizə gücləndirilsə, ancaq bu halda real nəticəyə nail olmaq mümkündür. Təsəvvür edin, hələ korrupsiyaya qarşı komissiya yaranandan təklifimiz var ki, korrupsiyanın subyekti ola biləcək vəzifəli şəxs korrupsiya komissiyasının üzvü ola bilməz. Əgər sən bir vəzifə daşıyırsansa, həmin vəzifəyə görə nə vaxtsa rüşvət ala bilərsənsə, digər korrupsiya əməlləri törətmək imkanın varsa, sənə korrupsiya cinayətlərinə görə ittiham elan oluna bilərsə, sən hansı haqla həmin komissiyaya üzv olursan? Həmin komissiyaya tam müstəqil, heç bir əlavə dövlət vəzifəsi olmayan mütəxəssislərdən təşkil olunmalıdır. Prezident müşavirədə tenderlərin nə vəziyyətdə olduğundan danışdı. Yadınızdadırsa bir dəfə bu məsələ mətbuatda da ciddi müzakirəyə səbəb oldu ki, hansısa bir məktəbi ABŞ və ya Yaponiya səfirliyi neçəyə tikib, bizim hökumət həmin məktəb kimi məktəbi neçəyə tikib. Bizimkilərin bir neçə dəfə baha qiymətə tikdikləri üzə çıxdı. Mən dəfələrlə parlamentin tribunasından da məsələ qaldırmışam ki, əgər hansısa bir rayonda xəstəxana tikmək zərurəti varsa, niyə vəsaitin hamısını büdcədən ayırıb əksəriyyətini də korrupsiya yemi edirsiniz? Şəffaf müsabiqə elan edin və sahibkarlara da açıq deyin ki, kim öz puluyla bunu tikə blər? Görsən ki, tərəddüd edirlər, soruşursan ki, yaxşı, neçə faizini sən boynuna götürürsən, qalanını dövlət sənə kredit formasında versin? Yəni bir var dövlət xəstəxana tikə, bir də var dövlət sahibkara lazımi krediti verə, sonra xəstəxana işlədikcə həmin pulu geri qaytarsın. Bu, dünyada uğurla sınaqdan keçirilmiş bir praktikadır. Bu gün Türkiyədə də belədir, Almaniyada da, Amerikada da. Biz təcili olaraq bu istiqamətdə işlər görməliyik. Amma görünən odur ki, hələ birinci devalvasiyadan keçən 10 ay ərzində həddindən artıq zaman itirilib. Heç olmasa indi bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir.

Ardı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Bu gün, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Bu gün, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Bu gün, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Bu gün, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Bu gün, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Bu gün, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Bu gün, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Bu gün, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Bu gün, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Bu gün, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Bu gün, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Bu gün, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Bu gün, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Bu gün, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Bu gün, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Bu gün, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Bu gün, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Bu gün, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru