Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar .....                     DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... .....                     "Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" .....                     Xamenei kanalizasiyada gizlənir: .....                     Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... .....                     "Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." .....                     Futbolun gələcəyi haqqında düşünən yoxdur: .....                     Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? .....                     "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" .....                     Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? .....                     İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? .....                     Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır .....                     Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi .....                     Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb .....                     Qusar təhsilinin ÜZQARASI... .....                     Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır .....                     Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” .....                     Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış .....                     Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI .....                     Bakı və Moskvanı Ərdoğan barışdıracaq? .....                     Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? .....                     1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? .....                     ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb .....                     Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR .....                     "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" .....                     Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb .....                     Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? .....                     "Sertifikasiya imtahanı test formatında keçirilməsin" .....                     Ölkəni titrədən generallar hazırda hardadır? .....                     Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... .....                     ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi .....                     TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR .....                     UNEC-in nəzdində daha bir özbaşınalıq .....                     Bu gün Aşuradır .....                     "Xəzər axşamı"nda dəyişiklik .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib .....                     Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək .....                     "Bir evdə yaşayırıq" .....                     Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... .....                 

"Elə faktlar deyərəm ki, Allahı tanıyan adam onu qəbul eləməz" - Şeyxə qarşı yeni ittihamlar
Tarix: 16-12-2015, 09:14 | Çap et
"Elə faktlar deyərəm ki, Allahı tanıyan adam onu qəbul eləməz"
ADP sədri Sərdar Cəlaloğlunun bir həftə öncə “Yeni Müsavat”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin ləğvinin vacibliyini bəyan etməsi cəmiyyətdə ciddi müzakirələrə yol açıb.

S.Cəlaloğlunu haqlı hesab eləyənlər də, QMİ-nin Azərbaycan dövlətinə lazım olduğunu, bu qurumun ləğvi tələbinin təxribatçı hərəkət olduğunu düşünənlər də var. Məsələn, hakim YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov QMİ-nin ləğvini istəyənləri təxribatçı adlandırıb.

Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Şeyx Allahşükür Paşazadənin şəxsinə qarşı heç bir qərəzi və düşmənçiliyi yoxdur: “Təkcə prokurorluq QMİ-nin maliyyə işlərini yoxlasa ortaya çıxar ki, nələr var. Düşmənçiliyim olsa, o faktları mətbuata açıqlayaram və Azərbaycanda Allaha inanan heç kəs şeyxə inanmaz. Sadəcə, demişəm və deyirəm ki, bir adam ticarətlə məşğul olursa, dinlə məşğul olmamalıdır, dinlə, elmlə məşğul olursa ticarətlə məşğul olmamalıdır. Bu fikir niyə düşmənçilik və ya təxribat kimi qələmə verilməlidir? Şeyx öz çıxışlarının birində demişdi ki, mən 30 ildir vicdanın nə olduğunu bilmirəm. Vicdan özü din deməkdir, dində olmaq deməkdir. Deməli, şeyx özü etiraf edir ki, mən dində olmağın nə demək olduğunu bilmirəm. Bunu mən ona böhtan atmıram. Adam öz dili ilə deyir ki, mən 30 ildir bilmirəm vicdan nə olan şeydir. O, ümumiyyətlə, cümə namazı-filan da qılıb eləmir. Bir çox hallarda heç bayram namazlarına da gəlmir. Çox nadir hallarda namazda olur”.

S.Cəlaloğlu QMİ və şeyxlə bağlı mövqeyinə görə heç kimdən qorxmadığını da vurğuladı: “Allahdan qorxan adam heç nədən qorxmaz. Allahdan qorxmayan adam hər şeydən qorxar. Mən Allahdan qorxuram, ona görə də xalqım və dövlətim üçün xeyirli olan hər bir məsələnin üzərinə getməkdən qorxmuram. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan Konstitusiyasına görə, Azərbaycanda yalnız Azərbaycan vətəndaşlarının üzvü olduğu təşkilatlar yaradıla və fəaliyyət göstərə bilər. Qafqaz Müsəlmanları İdarəsi isə adından da görünür ki, Azərbaycanın vətəndaşı olmayan digər Qafqaz xalqlarının da təşkilatıdır. Belə çıxır ki, məsələn, Dağıstanda olan çeçenlərin də hansısa dini sahədə hərəkətinə görə məsuliyyəti Allahşükür Paşazadə daşıyır. Halbuki Allahşükür Paşazadənin Rusiya vətəndaşları üzərində hər bir təsiri, hər hansı bir ideoloji iş aparması Rusiya qanunlarına görə də, Azərbaycanın qanunlarına görə də qadağandır. Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatıdır.

Necə olur ki, Azərbaycanda heç bir QHT dövlət protokolunda yer tutmur, amma QMİ dövlət protokolunda rəsmi yer tutur, bir çox hallarda hətta parlament sədrindən də qabaqda durur? Bu vəziyyətin özü anormal durumdur. İslam dinində icma prinsipi var. 20-30 nəfər yığışıb bir məscid tikir və öz aralarında ən çox inandıqları adamı önə verirlər və həmin adam pişnamaz olur. İslamın ümumi məsələlərinə gəlincə, Quranda da deyilir ki, gərək sizin öz aranızdan alimlər çıxsın və Qurandakı mürəkkəb məsələləri xalqa izah eləsin. Həmin şəxslər isə Quranda şeyx adlanmır, alim adlanır. Həmin alimlər Quranla yanaşı, elmləri də bilməlidir. Mən hazırda Qurana 10 cildlik izah yazıram. Fəlsəfəni, fizikanı, kimyanı, astronomiyanı bilməsəm, Quranı izah eləyə bilmərəm.

İslam dini ədalətsizliyə müxalifət kimi yaradılıb. Quranda neçə yerdə buyurulur ki, nahaqqa, ədalətsizliyə müxalif olun. Hələ biz QMİ-nin nəyəsə müxalif olduğunu, hansısa ədalətsizliyə müxalif olduğunu görməmişik. Məscid bağlanır, QMİ susur, azana qadağalar qoyulur, QMİ susur, məktəbə hicabla getmək qadağan olunur, QMİ susur, müxtəlif zümrədən olan insanlara haqsız davranışlar baş verir, QMİ səsini çıxarmır. Bunun özü göstərir ki, QMİ heç Quranın əsas əmrlərini yerinə yetirmir”.

ADP sədri dedi ki, bu günə kimi ona şeyxdən heç bir mesaj, xəbərdarlıq, hədə-filan gəlməyib: “Çünki birincisi, mən qərəzli deyiləm. İkincisi, mən şeyxin özünün də xeyrinə danışıram”.

QMİ-nin ləğvini tələb edənlərin təxribatçı adlandırılmasına gəlincə, S.Cəlaloğlu bildirdi ki, Siyavuş Novruzovun dindən başı çıxmır, dini bilmir, ona görə də belə danışır: “Mən faktları, qanunları göstərərək QMİ və şeyx barədə məlum fikirlərimi ortaya qoymuşam. Siyavuş Novruzov buyursun, mənim arqumentlərimin yanlış olduğunu faktlarla, qanuna əsaslanmaqla desin. Görüm mənim arqumentlərimin əsassız olduğunu sübuta yetirə biləcəkmi? Yoxsa ki, indi mənim dediyim fikirlərə qarşı arqument tapa bilməyib, sadəcə, havaya ”bu fikirlər təxribatdır" sözünü söyləmək mənasızdır. Dünyada bir milyard yarım müsəlman var. Yalnız Azərbaycanda İslamın bu cür üsul-idarəçiliyi həyata keçirilir.

Nardaranda insan tələfatına səbəb olan yanlış hərəkət olub. Əgər QMİ din sahəsində indiyə qədər olan insidentlərə, xoşagəlməz hadisələrə görə cavabdehlik daşımayıb. Onda sual olunur ki, bu İdarə nəyə cavabdehlik daşıyır?! Nardaran hadisələrinə görə cinayət işi həm də QMİ-nin əleyhinə qaldırılmalıdır. Ona görə ki, dinə nəzarət QMİ-yə verilib. Bu ölkədə İŞİD özünə tərəfdar toplayır, nurçular tərəfdar toplayır, Yevangelistlər tərəfdar toplayır, Məhəbbət Kilsəsi gəlib tərəfdar toplayır, buddistlər gəlib tərəfdar toplayır və xalq getdikcə bu cür yad dini təsirlərin altına düşür, QMİ məsuliyyət daşımır. O zaman bəs bu QMİ nəyə lazımdır?! Bir insanın və qurumun heç bir belə məsələlərdə məsuliyyəti yoxdursa, səlahiyyətlər ona niyə verilir?! Məsələ bu qədər aydındır. Siyavuş Novruzov kimi adamlar isə hələ də keçmiş SSRİ nostalgiyasından ayrıla bilmirlər və sovetin qalıqlarını qoruyurlar".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Bu gün, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Bu gün, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Bu gün, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Bu gün, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Bu gün, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Bu gün, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Bu gün, 10:21
Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:18
"Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır" - Özbək politoloqdan MARAQLI TƏHLİL
Bu gün, 10:13
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır? - ARAŞDIRMA
Bu gün, 10:04
İnam Kərimovun işçisi dələduz qardaşını məsuliyyətdən yayındırır? - İTTİHAM VAR...
Bu gün, 09:54
Masazırda işbaz-maklerlər Arxitektura Komitəsini saymır - Anar Quliyevin diqqətinə
Bu gün, 09:48
Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29
Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21
Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16
Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09
Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04
Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00
Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58
Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56
1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52
ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48
Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44
"Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
"Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37
Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01
ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58
TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46
Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43
UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35
Bu gün Aşuradır
Bu gün, 00:22
"Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28
Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07
"Bir evdə yaşayırıq"
Dünən, 18:04
Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53
Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48
Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36
Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34
“Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31
Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26
“Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22
Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19
Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15
İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru