“Anam ateist olmağımdan çox həyəcan keçirirdi” - Pənah Hüseyn
Tarix: 23-11-2015, 10:36 | Çap et
Modern.az saytının “Siyasətçi və din” rubrikasının növbəti müsahibi keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir. Onunla söhbəti təqdim edirik:
- Pənah bəy, SSRİ təhsil sistemindən çıxmısınız, amma indi dindarsınız. Yəni elmi ateizm heç sizin fikirlərinizə təsir etməmişdi?
- Səmimi danışacağam. Mən yeniyetmə və gənclik illərimdə ateist olmuşam. Təxminən keçən əsrin 80-ci illərinin sonunda, 90-cı illərin əvvəllərində fikir, dünyagörüş, mənəvi aləmimdə dəyişiklik oldu.
- Düşüncənizdə dönüş nöqtəsi yaradan nə oldu?
- Ola bilsin ki, uzun müddət daxilimdə gedən ruhi dəyişiklərdən və ya mənə məlum olmayan hansısa bir mənəvi-psixoli səbəbdən indi dindaram, müsəlmanam, İslam dininə etiqad edirəm. İndi mötədil dindaram. Vacib ibadətləri imkan daxilində həyata keçirirəm. Oruc tutub, namaz qılıram.
- Yəqin ki, mötədil dindar olduğunuz kimi, o vaxtlar da elə mötədil ateist olmusunuz. Yoxsa belə deyil?
- Xeyr. Mən radikal, mübariz, davakar ateist olmuşam.
- Bəs niyə dinə qarşı radikal mövqedə idiniz?
- Bir çox məsələlər var ki, onun səbəbini başa düşmək olmur. O vaxt dini, dindarlığı insanlığın bəlalarının əsas səbəbi kimi görürdüm. Ona görə də, özümü hamıdan, xüsusən dindarlardan üstün görürdüm.
- Ailəniz necə, dindar idimi?
- Ailəm dindar olub.
- Ateist olmağınız onlarda hər hansı bir mənəvi narahatlıq yaratmırdı ki?
- Rəhmətlik anam mənim ateist olmağımdan çox həyəcan keçirirdi. Mən belə şeylər danışanda neçə dəfə üzünü cırıb, sifəti qana boyanıb. Mən də gülürdüm. Allah günahımdan keçsin, anam da məni bağışlasın.
- Pənah bəy, dindar olsanız da, Həcc ziyarətinə getməməsiniz. Nə zaman müsəlman dünyasında müqəddəs hesab edilən bu ziyarəti gerçəkləşdirmək istəyirsiniz?
- Həcc ziyarətində olmaq mənim ən böyük arzularımdan biridir. Allah nə zaman qismət etsə, onda Həcc ziyarətində olacam, inşaallah.
- İlk dəfə “Quran”ı nə vaxt oxudunuz?
- Universitet illərində. İlk dəfə “Quran”ın məzmunu ilə rus dilində tanış olmuşam. Təəssüf ki, ərəbcə bilmirəm. Sonralar “Quran”ı Azərbaycan, türk, rus, ingilis dillərində də oxumuşam.
- Başqa səmavi kitabları da oxumusunuz?
- Səmavi hesab olunan bütün kitablarla, ümumiyyətlə bütün böyük dini abidələr hesab olunan kitabları oxumuşam. “Bibliya” stolüstü kitablarımdandır. Həqiqətən səmavi zövq verir. Müsəlman etiqadına görə, səmavi sayılmayan dini kitablarla da tanışam. Buddistlərin, tibetlilərin, mayyalıların inanclarını öyrənmişəm. Nəzərə alın ki, mən universitet təhsilli tarixçiyəm. Etnologiyanı öyrənmişəm. Elmi ixtisasım da dini və milli olanın qarşılıqlı əlaqəsi mövzusu olub. Mən demək olar ki, istər ibtidai icma quruluşundakı, istərsə də müasir sivilizasiyalı xalqların, mədəniyyətlərin ən azı rus dilində bütün dini kitabları ilə tanışam. Həm də dinə qarşı olan, aqnostik ədəbiyyata da bələdəm. İndi də oxuyuram. Plotini, (Platonla qarışdırmayaq), Nitsşenin “Antixrist”ini, Axundovun “Kəmalüddövlə məktubları”nı, Yunqun “Alximiyası”nı oxumuşam.
- Səmavi kitablarda hansı fərqləri sezmisiniz?
- “Quran”a münasibətim həm də irrasionaldır, həm də ilahi olana münasibətdir. Hər hiss etdiyimi anlaya bilmirəm və buna heç çalışmıram da. Digərlərinə daha çox idraki, rasional yanaşıram. Möhtəşəm mədəniyət hadisəsi kimi, insanın möhtəşəmliyi kimi. Bu kitablarda həm rasional şüurla dərk olunan məsələlər, həm də ruhi-psixoloji məqamlar var. Azərbaycan xalqının mədəni inkişafı üçün düşünürəm ki, bizim təhsil sistemimizdə dünya dinlərinin, o cümlədən səmavi kitabların sivilizasiya dəyərləri və mədəniyyət kimi öyrənilməsinin böyük, həyati əhəmiyyəti var. Dinin, din tarixinin, xüsusən İslam tarixi və mədəniyyətinin elm, mədəniyyət, tarix olaraq öyrənilməsini cəmiyyətin inkişafı üçün zəruri hesab edirəm.
- Bəzi ilahiyyatçılar iddia edirlər ki, İslam dini təriqətlərə qarşıdır, məzhəblərin olması dinə ziddir. Siz də belə düşünürsünüz?
- Bu məsələ Allahın hikmətlərindəndir. Hər dində, onlarla təriqət, məzhəb var, hər tərqətin də öz cərəyanları var. Ümumiyyətlə təriqətsiz, məzhəbsiz din yoxdur. Az qalır deyəm ki, təriqətlər dinin mövcudluq formasıdır. Ancaq bilirəm ki, bu doğru deyil. Hədislər var. Ayələrdən birində “bunlardan biri haqdır” deyilir. Şiəliyin özündə 20-dən çox qol var. Bu niyə belədir? Bu, ancaq Allahın sona qədər izah edə biləcəyi bir məsələdir.
- Özünüzü hansı təriqətdən hesab edirsiniz?
- İslamam. Məhəmməd ümmətiyəm. Valideynlərim şiə olub. Ulu nənəm sünni olub. Məni də mötədil şiə adlandıra bilərsiniz. O mənada ki, “Əhli-Beyt”ə məhəbbətim var. Peyğəmbərin əmanəti kimi. Mən müsəlman ümmətini vahid vəhdətdə qəbul edirəm. Təriqətlərin olmasını fakt kimi qəbul etsəm də, bölücülüyü böyük bəla hesab edirəm.
Həqiqi dindar olan şiəni məzhəbçilikdən təmizlə, əhli-sünə görəcəksən, həqiqi dindar olan əhli- sünnəni təmizlə şiə görəcəksən. Həqiqi şiə peyğəmbərin bütün əshabələrinə hörmətlə, bərabər yanaşır, sünni də “Əhli-Beyt”i sevir.
- Pənah bəy, İslam dünyasında nə qədər dinin siyasətdən ayrı olduğunu desələr də, bunun əksini görməmək mümkün deyil. Dinlə siyasət ayrı olmalıdır, yoxsa vəhdətdə?
- Bu əbədi müzakirə olunan məsələlərdən biridir. Məncə, siyasət və din məsələsində orta bir hədd tapılmalıdır. Mən bunun tərəfdarıyam. Mən öz siyasi baxışlarımı İslam demokratiyası kimi adlandırıram. Yəni məndə hardasa siyasət və dinin yaxınlaşdırılması var. Ancaq mən istəmirəm ki, bu rəsmi dövlət ideologiyası kimi başa düşülsün. O baxımdan Azərbaycan Konstitusiyasında din-dövlət məsələlərini optimala yaxın hesab edirəm. Hərçənd ki, daim rəsmi ruhaniyyətdən siyasət üçün istifadə olunması hallarına rast gəlirik. Əslində, belə şeylər həmişə olub. Bir qayda olaraq, tarixdə rəsmi ruhaniyyət rəsmi siyasətə qulluq edib. Bunun əksinə çox az rast gəlmək olur.
- Rəsmi ruhaniyyət deyərkən, tam əminəm ki, Qafqaz Müsəlmanları İdarəsini nəzərdə tutdunuz. Sizcə, bu idarənin predmetini sırf dini motivlərə köklənən bir fəaliyyət hesab etmək olarmı?
- İstər sovet dönəmində, istər Ayaz Mütəllibovun, istər Əbülfəz Elçibəyin, istər Heydər Əliyevin hakimiyyəti dövrlərində, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri hacı Allahşükür Paşazadə qaldı. Elə indiki hakimiyyət zamanında da eyni statusdadır. Yəni onu bütün hakimiyyətlər üçün əvəzsiz edən nəsə var... Bir-biri ilə münasibətləri mürəkkəb və birmənalı olmayan hakimiyyətlərin dövründə, eyni şəxs Azərbaycanda və Qafqazda rəsmi ruhaniliyinin rəhbəri kimi qalıbsa, deməli burada nəsə var. Deməli, heç bir hakimiyyət cənab şeyx, hacı Alahşükür Paşazadədən yaxşısını tapa bilməyib.
- Nəsə intonasiyanızda və mimikalarınızda ironiya əlamətləri var idi...
- Qətiyyən. Mən dediyim faktın sadəcə nəzərə alınmasını və bu mövzunun elə burada bitməsini təklif edirəm.
- Sizə düşüncənizdə bir dindar kimi nələr haramdır?
- Dinin haram buyurduqlarını haram sayıram. Qüdrətim çatacağı qədər haramlara yol verməməyə çalışıram. Bunu hamı üçün özü və Allah arasında olan məsələ hesab edirəm. Dini qadağaların hüquqa gətirilməsini doğru saymıram. Dindarın etməli olduğu odur ki, haram buyurulan şeylərin ziyanları barədə maarifləndirici çıxışlar etsin.
- Bəzi insanlar, pirlərə, ocaqlara bel bağlayır, oradan kömək gözləyirlər. Yəqin ki, siz də inanırsınız belə şeylərə.
- (Gülümsəyir). Pirlərə, ocaqlara fərqli tənqidi münasibət bildirən kimi, adamı vəhhabilikdə ittiham edirlər. Əlbəttə ki, mən öz inanclarımı yuxarıda qeyd etdim. Vəhhabilik adlandırılana da münasibətim birmənalıdır. Nə deyirlərsə desinlər, onlar özlərini digər müsılmanlardan üstün tutmaqla doğru yolda deyillər. Sualınıza gəldikdə isə... Səcdə Allahadır. Şəfa mənbəyi Allahdır və Allaha xatir də istənməlidir. Pirə, ocağa, müqəddəslərə inamı o həddə qədər mümkün hesab edirəm ki, bu əsas olana zidd olmasın. Sizə açıq deyim ki, ifrat pir, ocaq, ağac və s kimi yerlərə etiqadlara ehtiyatla yanaşıram. Bu yerlər Allaha olan inamı kənara qoyursa, bunun əleyhinəyəm, qoymrsa qəbul ediləndir.
- Ateist dostlarınız varmı?
- Dost bir qədər fərqli anlayışdır. Mənim dost adına deyə biləcəyim yüzlərlə insan yoxdur. Hazırkı dostlarımın içərisində ateist olanlarını xatırlaya bilmirəm.
- Bayaq dediniz ki, bir zamanlar ateist olmusunuz. İndinin özündə ateist olanlara nə çağırış edərdiniz?
- Dua edirəm ki, Allah ateistlərin qəlbinin möhürünü götürsün. Ancaq Allahın özü ateistlərə kömək ola bilər. Bizdən isə deməkdir, dua etməkdir.
- Bəs ateistlərin o biri dünyada cəza alacağına inanırsınız?
- Bunu Allahdan başqa heç kim bilməz. Bu işlərə baş vurmağın tərəfdarı deyiləm.
- Gənclik illərinizdə dindar olmadığınıza görə içki də içirdinizmi?
- İçkini hələ ateist olanda tərgitmişəm.
- İddia olunur ki, Azərbaycanda radikal dindarlığı himayə edənlər arasında məmurlar, nazirlər də var. Belə bir şey mümkündürmü?
- İstisna etmək olmaz. Bu, din formasında çıxış edən beynəlxalq şəbəkələrin uzantıları da ola bilər.
- Sonda nə demək istərdiniz?
-Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|