Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                 

"Əli Kərimli olan yerdə heç bir inkişafdan söhbət gedə bilməz" - Razi Nurullayev
Tarix: 21-10-2015, 11:46 | Çap et
"Əli Kərimli olan yerdə heç bir inkişafdan söhbət gedə bilməz"
AXCP-nin Etimad Qurultayı tarixə çevrildi. Cəbhəçilərin yüksək fəallığı ilə keçən izdihamlı qurultay cəmiyyətə bir sıra mesajları və demokratiyaya verdiyi töhfələrlə yadda qaldı. Cəbhəçilər Əli Kərimlinin partiyanı saldığı siyasi dalandan çıxara, xalqın müxalifətə olan inamını, etimadını bərpa edə biləcəkmi? Avropa.info bu və digər suallarla bağlı AXCP sədri Razi Nurulayevin fikirlərini öyrənib. Razi bəy cəbhəçilərin 18 oktyabrda yeni tarix yazdığını deyir:

- Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı artıq bir tarixə çevrildi, biz AXCP-ni yenidən qurmuş olduq. Daha doğrusu onun saflığını, səmimiyyətini özünə qaytardıq. Təbii ki, ictimai rəy bunu qəbul etdi, çoxsaylı təbriklər aldıq. İnsanlar 15-20 il bundan öncəki siyasi ab-havanı qaytardığımıza görə də bizə təşəkkür etdilər. Ona görə də demək istəyirəm ki, biz, yeni bir tarix yazdıq deməklə heç də mübaliğəyə yol vermədik. Bu yeni tarix inşallah yaxın zamanlarda da özünün məntiqi sonluğuna çatacaq. Güclü bir partiya ortaya qoyacağıq və köhnə hərəkatçıları, cəbhəçiləri də öz yanımızda görmək istəyirik. Bu prosesin ardı kimi artıq Əli Kərimlinin yanında qalan digər saf cəbhəçilər də gəlib bizə qoşulacaqlar.

- Xalqın müxalifətə, o cümlədən AXCP-yə itən etimadını bərpa etmək mümkün olacaqmı?

- Təbii ki, Əli Kərimli dönəmindən sonra AXCP-nin nüfuzu çox zəifləyib. Onun nüfuzuna, siyasətinə çox ciddi zərbə dəyib. Apardığımız siyasət müəyyən mənada Əli Kərimlinin apardığı yarıtmaz siyasətin yaratdığı fəsadların aradan qaldırılmasına, düzgün siyasətin bərpasına yönəlib. Uğurlarımız da kifayət qədərdir. 2 ay ərzində 1200 nəfərdən artıq insanın iştirakı ilə keçirilən qurultay cəmiyyət üçün çox ciddi bir mesaj oldu. Çünki indiki zamanda 10 nəfər insanı bir yerə yığıb tədbir keçirə bilməyən partiyalar var. Bu baxımdan hesab edirəm ki, cəmiyyətin elə ilk gündən etimad qurultayına münasibəti yaxşı oldu və qurultay zamanı da bu, özünü büruzə verdi. Qurultayda gözü yaşaran insanlar var idi. Mən, hesab edirəm ki, bizim işlərimiz, səmimiyyətimiz, insanlarla təmasımız artdıqca, AXCP-yə axın çoxalacaq və onun nüfuzu da özünə qayıdacaq. Çünki biz, məhz Rəsulzadə-Elçibəy ideyaları, məfkurəsi üzərində AXCP-ni yenidən şəkilləndirmək niyyətimizi bəyan etmişik və bu yöndə iş gedir.

- Milli Şura fəaliyyətə başlayanda bu qurum Rusiyanın bir layihəsi kimi təqdim olundu. Əli Kərimlinin də burada təmsil olunması AXCP-nin Qərbdən üz çevirib Rusiyameylli siyasət yürütməsi kimi fikri gücləndirdi. Azərbaycan xalqının böyük əksriyyətini Qərbyönümlü olmasını nəzərə alsaq, bu addım xalqda AXCP-yə olan etimadı daha da zəiflətdi...

- Təbii ki, Milli Şuranın Rusiyameylli olması bu təşkilatın üzərinə qoyuldu. Mən, bununla bağlı qəti bir fikir söyləmək istəmirəm. Sadəcə, onu bilirəm ki, Milli Şura istər qərbpərəst, istərsə də Rusiyapərəst olsun heç bir fərq etməz. Əgər orada Əli Kərimli varsa, onda heç bir inkişafdan söhbət gedə bilməz. Çünki Əli Kərimli olan yerdə ancaq intriqa, dedi-qodu və başqalarını ləkələmək cəhdləri var. Bu baxımdan mən, düşünürəm ki, Milli Şuranın taleyi elə Əli Kərimli ora gələn gündən bəlli olmalı idi. Milli Şura və Əli Kərimlinin təmsil etdiyi qanad da, hər zaman qərbyönümlü siyasət yürütməyi bəyan ediblər, amma bu istiqamətdə konkret heç bir əməl yoxdur. Yalnız bəyanatlar verməklə kifayətləniblər. Amma AXCP-nin tarixində ilk dəfə olaraq biz o cəsarəti tapdıq və partiyanın nizamnaməsinə dəyişiklik etdik. Dəyişiklik də Avrointeqrasiya ilə bağlıdır. Biz ora Avrointqerasiya ilə bağlı müddəa əlavə etdik. Artıq Avropaya inteqrasiya, Azərbaycanın qərbyönümlü olması, Qərblə dostluğumuz AXCP-nin nizamnamə tələbidir. Amma Əli Kərimli bu cəsarəti özündə tapmamışdı.

- Digər partiyalarla müttəfiqlik məsələsinə necə baxırsınız. AXCP hansı partiyalarla əməkdaşlıq etmək niyyətindədir? Bundan sonra koalisiyalar, bloklar yaranarsa orada təmsil olunmaq planları varmı?

- Təbii, biz hesab edirik ki, hazırda Azərbaycanda ən güclü siyasi qurumlardan biriyik, bəlkə də ilkiyik. Bu baxımdan, biz özümüz də müəyyən siyasi bloklar yaratmaqla bağlı danışıqlar aparacağıq. Azərbaycanın inkişafına, ölkənin işıqlı gələcəyinə yönəlik bütün siyasi addımları dəstəkləyəcəyik. Bizdən kənarda yaranmış və Azərbaycanın gələcəyini düşünən, dövlətçiliyimizə, Azərbaycan insanına xidmət edə biləcək siyasi qurumlara qoşula və əməkdaşlıq edə bilərik. Hazırda bununla bağlı rəhbərlkdə danışıqlar gedir. Bu məsələ ilə bağlı bu il və gələn il ciddi qəraralar qəbul olunacaq.

- Partiyanın mitinqlərə münasibəti necədir? Bundan sonra ölkədə yaranmış hər hansı bir durumla bağlı mitinqlər təşkil etməyi düşünürsünüzmü?

- Biz, ümumiyyətlə yalançı qəhrəmanlığın əleyhinəyik. Hazırda işləyirik, bütün haqsızlıqlara və ədalətsizliyə qarşıyıq və qarşı olacağıq. Hər zaman əzilənin yanında və zülmün qarşısındayıq. Amma bununla bərabər göstəri, şou xatirinə heç bir mitinqdə iştirak etmək və elə bir mitinq düzənləmək fikrində deyilik. Xalqla işləyirik və xalqın müqavimət hərəkatını yaratmaq niyyətindəyik. Biz, buna hazır olan zaman və xalqın bizə, həmçinin siyasi proseslərə inamını bərpa edəndən, xalqın müqavimət hərəkatında iştirakına əmin olandan sonra təbii ki, siyasi aksiyalara başlayacağıq. İddiamız böyükdür. Biz, Azərbaycanda hakimiyyət dəyişikliyi və normal iqtidarın olmasını istəyirik. Azərbaycanda hakimiyyətin bir partiyanın monopoliyasından çıxarılmasında maraqlıyıq və bunda israrlıyıq. Bu baxımdan təbii ki, biz, zaman-zaman gücləndikcə, bu məsələlər öz yerini tapacaq. Hədəflərimizi də bəlli və aydın şəkildə xalqa çatdıracağıq.

- Parlament seçkilərindən sonra ölkənin əsas siyasi hadisəsi prezident seçkiləri olacaq. Bu proseslə bağlı planlarınız necədi, AXCP prezident seçkilərinə qatılacaqmı?

- Biz çox gözəl start götürmüşük. Bu gün siyasətin ölü, məhv olmuş bir zamanında 1200 nəfərdən artıq insanla, cəbhəçilərlə möhtəşəm, səsli-küylü bir qurultay keçirə bildiksə, təbii ki iddialı olmalıyıq və 2018-ci ili Azərbaycanda dəyişiklik ili kimi də qələmə vermək niyyətindəyik. Təbii ki, Prezident seçkisinə qatılacağıq. Düşünürəm ki, 2018-ci ilə qədər xalqın qırılmış inamını bərpa edərək, güclü formada qatılacağımız prezident seçkilərində xalqımıza sürpriz edəcəyik.

- Ölkədəki son durum və siyasi proseslərə münasibətiniz necədir?

- Təbii ki, hazırda ölkədə çox ciddi siyasi proseslər baş verir. Son zamanlar iqtidar dairəsində atılan addımlar, milli təhlükəsizlik nazirinin vəzifəsindən azad edilməsi, bununla bərabər bir çox insanın həbs olunması, iqtisadiyyat sahəsində ciddi problemlərin olması, bankların çökmə mərhələsinə gəlib çatması, büdcədə kifayət qədər çatışmazlıqların meydana gəlməsi, ölkədə maliyyə qıtlığı və.s siyasi-iqtisadi problemlərin carçısıdır. Bunlar da illərlə yığılan problemlərdir. Hazırki iqtidar bu problemlərə göz yumub, vaxtında həll etməyib. Eyni zamanda bu hakim qüvvənin kifayət qədər zəiflədiyinin göstəricisidir. Bu, kifayət qədər problemli idarəetmənin təzahürüdür. Bu baxımdan biz bu məsələləri çox yaxından izləyirik və hesab edirik ki, ölkədə çox ciddi siyasi islahatlara ehtiyac var ki, iqtisadi islahatların da həyata keçirilməsi mümkün olsun. Bu gün İlham Əliyev müəyyən iqtisadi problemlərin həllinə çalışır. Amma bütün bu iqtisadi problemlərin arxasında siyasi problemlər dayanır. Ona görə də, birinci islahatlar siyasi sahədə həyata keçirilməlidir ki, iqtisadi sahədə problemlər də həll olunsun. Biz, gözləyirik ki, Azərbaycan iqtisadiyyatını, siyasətini bu günə salanlar məsuliyyətə cəlb edilsinlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Bu gün, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Bu gün, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Bu gün, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru