İqbal Ağazadə Araz Əlizadəyə sərt cavab verdi - "Mənasız-mənasız danışmaqdansa"...
Tarix: 13-10-2015, 08:08 | Çap et
 Parlament seçkiləri yaxınlaşdıqca bütün dairələr üzrə deputatlığa namizədlər arasında rəqabət kəskinləşir. Elə dairələr var ki, artıq yaşanan rəqabət şəxsi düşmənçilik səviyyəsində aparılır. 35 saylı Xətai seçki dairəsində də vəziyyət krtikdir.
Həmin dairədə əsas rəqiblər 2013-cü ildə prezidentliyə namizəd olmuş şəxslər, hazırkı millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə və Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadədir. Hər iki namizəd sözün həqiqi mənasında mətbuatda söz savaşı aparırlar. Xüsusilə bu prosesdə A.Əlizadə daha fəal görünür. Ümid sədri ona cavab vermək istəməsə də, ittihamları qarşısında bəzən susqunluğu pozmağa məcbur olur. Namizəd olacağını elan etdiyi ilk gündən ASDP sədri İ.Ağazadəni əsas hədəf seçib. Mətbuatda onun ünvanına ağır ittihamlar səsləndirir. Hətta iş o yerə çatıb ki, A.Əlizadə Ümid sədrinin namizədliyinin ləğv olunması üçün dairə seçki komissiyasına (DSK) müraciət edib. O, millət vəkilini təbliğat-təşviqat kampaniyası başlamamış, seçiciləri ələ almaq üçün asfalt və yelləncəklər düzəltməkdə ittiham edib. Lakin DSK onun iddiasını təmin etməyib. ASDP sədri MSK və məhkəməyə müraciət edəcək. O, İ.Ağazadənin qardaşı İlqar Ağazadə barədə də ittiham irəli sürüb. A.Əlizadə sensasion iddia irəli sürərək, İlqar Ağazadənin oktyabrın 7-də nümayəndəsi Günel Babayevanın evinə adam göndərərək, onu hədələdiyini, evdən aparmaq istədiklərini bildirib. Göründüyü kimi, kifayət qədər ciddi ittihamdır.
Bütün bunlarla bağlı İqbal Ağazadənin fikirlərini aldıq. O, əslində, A.Əlizadə adlı bir şəxs barəsində danışmaq istəmədiyini söylədi: “Onun barəsində danışmağa vaxt sərf etmək istəmirəm. Biz hər seçicimizin qapısını döyürük, bizə səs verməsini istəyirik. Hər şeyi qanun çərçivəsində edirik. Heç kim bilə bilməz ki, o ünvanda kim yaşayır. Günel Babayeva məsələsi barədə deyirəm ki, boş-boş işlərlə məşğul olmasın, daha ciddi işlərlə məşğul olsun. Şər-böhtanlara cavab vermək istəmirəm. Mənasız-mənasız danışmaqdansa, getsin seçici ilə işləsin. Başa düşmürəm, millət vəkilliyinə namizədəm deyə, qardaşım seçki qərargahımda olmamalıdır? Kiminsə qardaşı ilə münasibətinin necə olduğunu deyə bilmərəm. Xahiş edirəm, heç kəs heç kəsi şərləməsin. Təbliğatımızı normal çərçivədə aparaq. İndiyə qədər Araz Əlizadənin ünvanına nə bir söz demişəm, nə də əks-təbliğat aparmışam. Yaşımıza, başımıza hörmət etməyi bacarmalıyıq. Bir namizəd indiyə qədər mənim etik qaydaları pozduğumu deyə bilməz. Hamıdan da xahiş edirəm ki, etik normaları pozmasınlar. Ayıbdır”.
Millət vəkili namizədliyinin ləğv edilməsi barədə A.Əlizadənin DSK-ya ünvanlandığı şikayətə də toxundu: “DSK bu məsələni araşdırıb, artıq qərarını verib. Bitmiş bir məsələdir. Bütün namizədlərə, sadəcə, Seçki Məcəlləsi xatırladılıb. Bu da DSK-nın haqqıdır. Namizədliyim nə üçün ləğv olunmalıdır? Hansı qanunu pozuram ki?”.
İ.Ağazadə ASDP sədrinin bundan sonra səsləndirəcəyi ittihamları susqunla qarşılayacağını da qeyd etdi: “Susacam. Bütün dönəmlərdə Araz Əlizadənin nə danışmağından asılı olmayaraq, susqunluq nümayiş etdirəcəm. Bütün fikirlərə hörmətlə yanaşıram. Hər kəsdən də eyni cür münasibət gözləyirəm. Heç kimə qarşı qara piar kampaniyası aparmaq fikrində deyiləm. Sadəcə, seçici ilə işləyirəm. Kimsə məni hədəf seçibsə, hansısa məqsədləri varsa, Allah fikirlərindən xeyir versin. Bunlar məni narahat edən məsələlər deyil”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Bu gün, 10:41 |
|
|
|
• Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:40 |
|
|
|
• Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
• Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Bu gün, 10:26 |
|
|
|
• ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20 |
|
|
|
• "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
• "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15 |
|
|
|
• Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11 |
|
|
|
• ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02 |
|
|
|
• "Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42 |
|
|
|
• 'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38 |
|
|
|
• Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32 |
|
|
|
• Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29 |
|
|
|
• "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24 |
|
|
|
• Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19 |
|
|
|
• Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16 |
|
|
|
• Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11 |
|
|
|
• Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40 |
|
|
|
• Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36 |
|
|
|
• Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33 |
|
|
|
• “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56 |
|
|
|
• “ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41 |
|
|
|
• Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38 |
|
|
|
• Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34 |
|
|
|
• Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19 |
|
|
|
• Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15 |
|
|
|
• İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08 |
|
|
|
• Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01 |
|
|
|
• Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
• Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57 |
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49 |
|
|
|
• Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43 |
|
|
|
• Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36 |
|
|
|
• İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29 |
|
|
|
• Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26 |
|
|
|
• ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15 |
|
|
|
|