Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                     Əliuzun məmurların qandallanması .....                     Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                     Jurnalist Ağaddin Babayev vəfat edib .....                     EKSPERTLİK MƏRƏZİ... .....                     Rövşən Nəcəf təcili müdaxilə etməzsə... .....                     Oğluna güvənən direktorun yeni macəraları .....                     Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? .....                     Azərbaycana yay fəsli daxil olub .....                     İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? .....                     Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA .....                     "Diplom almaq çətinləşdirilməlidir" .....                     Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? .....                     Olmayan nəticəyə yatırılan milyonlar .....                     Neftçala təhsili kimə həvalə olunub? .....                     Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                 

İsgəndər Həmidov "Yeni Müsavat" qəzetinə tərəf durdu... - “Müxalifəti 20 il “Yeni Müsavat” qəzeti saxladı”
Tarix: 24-07-2015, 09:36 | Çap et
İsgəndər Həmidov "Yeni Müsavat" qəzetinə tərəf durdu...
Sabiq daxili işlər naziri, Azərbaycan Milli Demokrat Bozqurd Partiyasının sədri İsgəndər Həmidov “Yeni Müsavat”a geniş müsahibə verib. Partiya sədri söhbətimizdə bir sıra aktual məsələlərlə bağlı danışıb. Kəlbəcər girovları, Qarabağın taleyi, parlament seçkiləri, prezidentin baş redaktorumuzu təltif etməsi ətrafında yaşanan ajiotaj və digər məsələlərdən bəhs edən söhbətimizi təqdim edirik.


- İsgəndər bəy, Şuşada saxlanılan Kəlbəcər girovları növbəti dəfə əfv ərizəsi yazmaqdan imtina edib, yəqin xəbəriniz var...

- Təbii ki, xəbərim var. Mən Dilqəmi də, Şahbazı da, rəhmətlik Həsəni də çox yaxından tanıyırdım. Özü də girov götürüləndən çox-çox qabaqdan... Onların fəaliyyətindən, gedib-gəlməklərindən də xəbərim var idi. Əfv ərizəsi onların həyatını xilas edə bilər. Amma mən inanıram ki, onlar heç zaman əfv ərizəsi yazmayacaqlar. Bilirsən niyə? Ən azı ona görə ki, ondan qondarma respublikanın qondarma məhkəməsini də, prokurorluğunu da tanıyarlar, işğala da qanunilik donu geyindirmiş olarlar. Onlar mərdi-mərdanə oğlanlardır, bilirdilər hara gedirlər, onları nə gözləyir, nə ola bilər... Onların əfv ərizəsini yazmamasını mən alqışlayıram. Amma digər tərəfdən də böyük narahatlığım var. Əgər xatırlayırsansa, səninlə bir il öncə etdiyimiz söhbətdə demişdim, onları elə hala salacaqlar ki, fiziki durumu çox pis olacaq. İndi mən onların şəkillərinə baxıram, Dilqəmi görürəm, ürəyim ağrıyır, dağ boyda oğlan nə hala düşüb... Ancaq yenə də onların əfv ərizəsi yazmamasını alqışlayıram. Mən onlarla fəxr edirəm. Yenə də bütün kəlbəcərlilərə müraciət edirəm. Kəlbəcərlilər elə etməlidirlər ki, Dilqəmin, Şahbazın və rəhmətlik Həsənin ailəsi heç bir çətinlik görməsin. Bildiyimə görə, hökumət tərəfindən də onlara yardım olunur, hətta Dilqəmin ailəsinə ev də veriblər. Mən bunu da alqışlayıram.

- Bugünlərdə bir xəbər yayıldı ki, ermənilər Qarabağ savaşında itkin düşənlərin araşdırılması üçün Azərbaycan tərəfi ilə danışıqlara hazırdır. 4 mindən artıq soydaşımız girov və itkin düşmüş sayılır. Bu mənada ermənilərlə belə bir ortaq fəaliyyətə başlamağı faydalı sayırsınızmı?

- Təbii ki. Daşaltı əməliyyatında itkin düşən qəhrəman oğullarımız, Kəlbəcərdə, Murovda qarın altında qalan çoxsaylı igidlərimizlə bağlı həqiqətlər üzə çıxarıla bilər. Yəqin ki, itkinlərimizin çoxu artıq həyatda yoxdur, amma sağ qalanları da var. Mən danışıqların tərəfdarıyam. Amma onların məzarlarının tapılması, meyitlərin müəyyənləşdirilib qaytarılması ağır məsələdir.

- Qarabağ ətrafındakı gəlişmələri, intensiv danışıqları, “sülhməramlılar”ın yerləşdirilməsi barədə təkliflər haqda nə deyə bilərsiniz?

- Mən bu məsələyə çox pis baxıram. 20 il bundan qabaq dediyim sözün üstündəyəm ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir. Ötən 20 ildə onlar nə veriblər? Sülhməramlı qoşunlar gəlib harada yerləşəcək? Təhlükə də burdadır.

“Sülhməramlı”lar Azərbaycanın Qarabağ bölgəsində yerləşəcək, bu da Dağlıq Qarabağın de-fakto “müstəqilliyi” deməkdir. Ona görə də mən onun qəti əleyhinəyəm. Əgər sülhməramlılar gəlib Ermənistan-Azərbaycan sərhədində yerləşsə, mən bunu alqışlayaram. Amma bu qüvvələri Dağlıq Qarabağda, atəşkəs xəttində yerləşdirmək istəyirlər. Bu, çox təhlükəli bir tendensiyadır. Ona görə də Azərbaycan hakimiyyəti özündə cəsarət tapıb hərbi əməliyyatlara başlamalıdır. Mən əminəm ki, sülhməramlı qoşunları təmas xəttinə buraxmaq olmaz, bu, çox təhlükəli oyundur.

- Bəlkə Ermənistanın hərbi müttəfiqi elə hərbi əməliyyatların başlamasını gözləyir ki, Azərbaycana sarsıdıcı zərbə vursun?

- Xeyr. Ermənilərin müttəfiqi elə Azərbaycanın da müttəfiqidir. Azərbaycan çalışmalıdır BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Həmin 4 qətnamədə işğal olunmuş ərazilər əksini tapıb. Azərbaycanın mövqeyi bu olmalıdır ki, niyə Əfqanıstan, yaxud İraqla bağlı qətnamə çıxarılan kimi orada hərbi əməliyyatlar dərhal həyata keçirilir, amma Azərbaycan öz ərazisini azad edə bilmir? Fikrimcə, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl istiqamətində hərbi əməliyyatlar olsa, heç kəs müdaxilə etməyəcək.

- Yəni siz Rusiya təhlükəsinə ciddi yanaşmırsınız?

- Rusiya təhlükəsi həmişə olub, var və olacaq. Amma reallıq odur ki, Azərbaycan hakimiyyəti də Rusiya ilə xeyli yaxınlaşıb. Mən istəməzdim belə olsun, amma belədir.

Rusiya Ağdam, Füzuli, Qubadlı əməliyyatına müdaxilə etməyəcək. Əməliyyatlar, Əsgəran, Kəlbəcər, Laçın tərəfdə olsa, müdaxilə edə bilər. Çünki Rusiyanın ən böyük bazalarından biri də Ermənistanda yerləşir. Ancaq bütün təhlükələrə baxmayaraq, biz özümüzdə cəsarət tapıb torpaqlarımızı azad etməliyik. Sülh və danışıq yolu ilə bəlkə də bir neçə rayon azad oluna bilər. Amma onun əvəzinə biz ermənilərə nə verəcəyik və nə vəd edəcəyik, bax, bu, təhlükədir. Onlar 20 ildən çoxdur ki, deyirlər 5 rayonu qaytarırıq, Dağlıq Qarabağ, üstəgəl, Laçın, Kəlbəcər dəhliz olmaqla, “müstəqil respublika” kimi tanıyaq. Bu təhlükələrə görə qətiyyən sülhməramlıların gətirilməsinə razılaşmaq və bununla bağlı danışıqlara getmək olmaz! Daha neçə il danışıq olar?

- Bir tərəfdən torpaqların geri qaytarılacağı barədə şayiələr yayılır, digər tərəfdən də Ermənistandan Dağlıq Qarabağa ikinci yol çəkilir...

- Ermənilər Kəlbəcər istiqamətindən də yol çəkiblər, Laçından da. Şahbazgilin kasetində də Kəlbəcər yolu var. Ermənistanla Dağlıq Qarabağın arasında yaxşı infrastruktur qurublar.

- Bu, ermənilərin torpaqları qaytarmaq niyyətində olmadığını təsdiqləmirmi?

- Bəs necə? Kəlbəcərdə onların qəbiristanlıqları var, 4-5 “milli qəhrəmanlarını” orda basdırıblar. Ümumiyyətlə, Laçın və Kəlbəcər haqqında heç söhbət yoxdur. Danışıqlarda qarşılıqlı güzəşt söhbəti var ha, o bizdən ötrü qəbuledilməzdir. Qətiyyən ona getmək olmaz, qarşılıqlı güzəştdən söhbət gedə bilməz! Bütün Azərbaycan torpaqlarından söhbət gedə bilər.

- Rusiyalı milyarder Sterliqov Şuşaya köçüb və ordan Azərbaycanı hədələyir. Bu faktla əlaqədar nə deyə bilərsiniz?

- Təkcə Sterliqovla bağlı yox, ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz şəkildə köçən adamların hamısı haqqında cinayət işi qaldırılmalıdır, məhkəmənin qərarı ilə onları İnterpol axtarışına vermək lazımdır. Çünki onlar Azərbaycan sərhədlərini pozub, Azərbaycan dövlətindən xəbərsiz ərazilərimizə soxulublar. Bu mənada Sterliqov barəsində cinayət işinin qaldırılmasını təqdir edirəm. Elə bir mühit yaranmalıdır ki, onların ayağının altında torpaq yansın. Rus milyarder başa düşməlidir ki, onun Qarabağa qoyacağı sərmayə batacaq. Ona görə də deyirəm ki, hərbi əməliyyatlara başlamaq lazımdır.

- Ancaq hərbi əməliyyatlara, Vətən müharibəsinə başlamaq üçün ölkə daxilindəki mühitin də önəmi böyükdür. Mühit bunu diktə edirmi?

- Müxalifətçilərin hamısı deyir ki, əgər Azərbaycan ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlara başlasa, o halda müxalifət yoxdur, vahid Azərbaycan xalqı var və yalnız vahid mövqedən çıxış edəcəyik. Mən söhbət etdiyim insanları nəzərdə tuturam: Müsavatı, İsa bəyi, özümüzü, sizi deyirəm. Hamımız bu qənaətdəyik ki, hərbi əməliyyatlar başlasa, siyasi fəaliyyəti dayandırmalı, hamı orduya kömək etməlidir. Edəcəyik də. Ancaq əsas məsələlər iqtidardan asılıdır. İqtidar müxalifəti yığıb qapalı müşavirədə söhbət edə, razılaşma memorandumu imzalaya bilər.

- İsgəndər bəy, baş redaktorumuz Rauf Arifoğlunun “Əməkdar jurnalist” adı alması siz tərəfdən gözlənilməz olmadı ki? Yeri gəlmişkən, baş redaktora qarşı elə müxalif düşərgədən səslənən tənqidlər haqda nə deyə bilərsiniz?

- Dostumuz Rauf bəyin zəhmətinin müqabilində ona kiçik də olsa, imtiyaz verilməsini təqdir edirəm və Rauf bəyi təbrik edirəm. Rauf bəy əslində bu mükafatı 20 il bundan qabaq qazanıb. Əgər iqtidar “Şərəf”, “Şöhrət” ordeni versəydi, mən yenə də bunu alqışlayardım. Müxalifətin əksər üzvlərinə deyirəm ki, bir şeyi yadda saxlasınlar ki, müxalifəti 20 il Rauf bəyin rəhbərlik etdiyi “Yeni Müsavat” qəzeti saxladı. Bunu heç kəs unutmamalıdır.

Hər bir həbsdə yatıb-çıxan insanların boynunda Rauf bəyin haqqı var. Mənim gedən söhbətlərdən xəbərim var, desəm ki, xəbərim yoxdur, qeyri-səmimilik olar. Mən səmimi qəlblə Rauf bəyi təbrik edirəm. Belə çıxır ki, Rauf bəy həmişə döyülməli, söyülməli, tutulmalı idi? Bilmirəm insanlar niyə belə fikirləşir ki, elə döyüləndə, söyüləndə yaxşıdır? O, kifayət qədər həbsdə də yatıb, əzilib də, ona qarşı təpkilər də olub. Mən ürəkdən təbrik etməklə bərabər, dostumuza uzun ömür, cansağlığı arzulayıram. Elə hesab edirəm ki, ona “Əməkdar jurnalist” adı vermək Rauf bəyin gördüyü böyük işlərin qabağında kiçik bir hədiyyədir. Görünür, iqtidar da başa düşür ki, müxalifətlə dialoq daha yaxşıdır, nəinki onu döyüb həbs etmək, türmələrə atıb çürütmək.

- Demokratik düşərgədəki aqressiyanın səbəbi nədir? Dünənə qədər bir yerdə olan şəxslər indi niyə hər şeyi unudub hansısa uğurları nifrətlə qarşılayırlar?

-Vallah, bir-birinə qarşı olan aqressiyanı mən başa düşə bilmirəm. Hədəf qalıb qıraqda, bütün mübarizə bir-birinə yönəlib. Bu, mənə çatmır. Biz nəyi bölə bilmirik, nə ilə barışa bilmirik, bu da mənə çatmır. Məncə, insanlar içindəki hikkəni, “mən” sözünü boğub “biz” sözünə keçsə, hamımız bir yerdə ola bilərik.

- Bəy, xüsusilə də qarşıdan gələn parlament seçkiləri birliyi tələb edir. Ancaq vəziyyət əksini deyir...

- Biz çox istərdik belə olsun. Milli Düşüncə Mərkəzi artıq seçkilərə gedəcəyi barədə qərar verib. Bildiyimə görə, Müsavat Partiyasının da qərarı var. Hansı partiyalar gedir, onlara da müvəffəqiyyətlər. Seçkilərə getməyənlərə də uğur olsun. Biz seçkilərə ona görə getmirik ki, seçilək. Seçkilərə ona görə gedirik ki, demokratik ab-havanı dəyişək, insanların seçmək hüququnu bərpa edək. Kim demokratik yolla qələbə qazanarsa, biz onları təbrik etməyə, əlini sıxmağa hazırıq. Amma demokratik seçki tərəfdarıyıq. Həm də sözümüzü camaata çatdırmaq istəyirik. Bilirsiniz ki, bütün qapılar üzümüzə bağlıdır, qəzet oxucuları çox azdır, televiziyanın efirinə çıxışımız məhdudlaşdırılıb. Ona görə biz demokratik mühiti, seçicilərimizin hüququnu bərpa etməkdən, seçicilərimizə inam qazandırmaqdan ötrü parlament seçkilərinə gedəcəyik.

- Sirr deyilsə, hansı dairəni seçəcəksiniz?

- Mənim fikrim Kəlbəcər seçki dairəsindəndir. Kəlbəcər də, Ağdam da, Füzuli də, ümumiyyətlə, Azərbaycanın bütün bölgələri mənə əzizdir. Ancaq ərazisi işğal altında olan rayonların birindən qatılmaq istəyirəm, ona görə də hələlik Kəlbəcəri seçmişəm. Qeydiyyata alınıb-alınmayacağım artıq hakimiyyətdən, seçki komissiyasından asılıdır. Qeydiyyata alınmasam da, heç nə dəyişilmir, yenə də antidemokratik seçki, həmin təpkilərdir, sadəcə seçki görüntüsü yaratmaqdır. Demokratik seçki mühitinin yaradılması üçün iqtidar-müxalifət dialoquna da ehtiyac yoxdur. Sadəcə, cəsarət tapıb demək lazımdır ki, seçkilərə buraxırıq, kim artıq səs toplasa, gəlsin parlamentə, fəaliyyət göstərsin.

Bayaq hərbi əməliyyatlardan danışdıq. Əgər hakimiyyət hərbi əməliyyatlara başlamaq istəyirsə, ilk növbədə ölkədə demokratik mühit yaratmalıdır. Həmçinin qohumbazlıq, tayfabazlıq, korrupsiya, rüşvətxorluq, inhisarçılıq, dövlət büdcəsini mənimsəmə faktları aradan götürülməlidir. Bunlar aradan qaldırılandan sonra xalqın məhəbbətini qazanıb hərbi əməliyyatlara başlamaq lazımdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru