Arif Hacılı Qubad İbadoğlunu da Müsavatdan çıxara bilər
Tarix: 19-11-2014, 11:36 | Çap et
 Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayından iki aya yaxın zaman ötsə də, qarşıdurma müstəvisinə keçən narazılıqlar səngimir. Narazılara rəhbərlik edən başqanlığa keçmiş namizəd Qubad İbadoğlu partiya daxilindəki son vəziyyətlə bağlı “Meydan TV”yə müsahibə verib.
O, əvvəlcə Arif Hacılının istefalarla bağlı dəyərləndirməsini qiymətləndirib. Vurğulayıb ki, birincisi, partiya üzvlərin könüllü olaraq birləşdiyi bir qurumdur. İkincisi, partiya nizamnamə ilə idarə olunur: “Müsavat Partiyasının nizamnaməsinin 1.8-ci bəndində partiya üzvlərinin aşağıdakı hüquqları göstərilib. Bunlardan biri də hər kəsin siyasi və əməli fəaliyyət məsələlərini partiya yığıncaqlarında, mətbuat səhifələrində müzakirə etmək, tənqid etmək, təklif və rəylər verməkdir. Nizamnamədə yazılıb ki, hər bir partiya orqanını və vəzifəsindən asılı olmayaraq istənilən partiya üzvünü tənqid etməyə partiya üzvünün hüququ vardır. Eyni zamanda üzvlər bütün partiya orqanlarına müraciət etmək və cavab tələb etmək hüququna malikdirlər. Bütün bu məsələlər nizamnamə ilə tənzimlənib. Baş verənləri təhlil edəndə görəcəyik ki, qəbul edilən qərar 1.8-ci bəndinə əsasən üzvlərin hüquqlarının kobud şəkildə pozulması deməkdir. Partiya üzvü partiyanın əməli fəaliyyəti ilə bağlı mətbuat səhifələrində, yığıncaqlarda azad müzakirə aparıb tənqidlər edib təkliflərini verə bilər.
Yəni nizamnamə buna icazə verir. Amma bu hüquqla ortaya çıxan mövqeləri partiyanın siyasi xəttinə əks xətt olaraq qiymətləndirməklə üzvlərin təşkilatdan xaric olunması, yaxud digər cəzaların verilməsi partiyadaxili demokratiyanın olmaması, həm də tənqidi fikirlərə dözümsüzlüyün mövcudluğu və siyasi plüralizmin partiya daxilində tətbiq imkanlarının məhdudluğunu göstərir. Bu qərarlar nizamnaməni kobud şəkildə pozulması ilə bərabər, həm də birtərəfli qaydada aparılır. Hətta iki partiya üzvü arasında olan mübahisə ilə bağlı cəzalandırma qərarları həyata keçirildikdə bir tərəfə cəza verilsə də, digər tərəfə qarşı bu cəzalandırma vasitələrindən istifadə olunmur. Partiya nizamnaməsinin tətbiqi, nizamnamənin normaları ilə bağlı MNTK-in bizim təqdim etdiyimiz arayışa cavabda müəyyən gözləntilərimiz vardı.
Çox təəssüflər ki, partiya məclisinin və rayon təşkilatlarının bəyanatı və partiya rəhbərliyində təmsil olunanların çıxışları artıq belə qərarların nizamnamə əsasında verilmədiyini deməyə əsas verir. Bu, bir növ siyasi repressiya qərarlardır. Olanlar göstərdi ki, Müsavat Partiyası demokratik düşüncəli insanların toplandığı siyasi təsisat olsa da, avtoritar üsullarla idarə olunur. Bu da partiya daxilində narazılığın artmasına gətirib çıxarır”.
Q.İbadoğlu jurnalistin “Bu gedişatla Vurğun Əyyub və sizin də partiyadan çıxarılmağınız reallaşa bilərmi” sualını da cavablandırıb. Başqanlığa sabiq namizəd deyib ki, əgər qanun, nizamnamə yoxdursa, yaxud bu istiqamətdə müzakirələr yalnız siyasi məqsədlərə, bir qrupun maraqlarına xidmət edirsə, hər şey gözləmək mümkündür: “ Bunu həm də o məqsədlə edirlər ki, partiyada tanınmış, üzdə olan bir neçə şəxsin cəzalandırılması və partiya sıralarından xaric olunması həmin şəxslərin tərəfdarlarında müəyyən sakitlik, müəyyən dövr üçün öz iddialarından geri çəkilmə instinkti yaratsın. Yəni adamlar özlərinin də cəzalanmasından qorxaraq fəallıqlarını azaltsınlar. Yanaşma bundan ibarətdir ki, əgər 10-15 nəfər cəzalanacaqsa, bu, son nəticədə digərlərinin susmasına gətirib çıxaracaq. Burda məqsədlərdən biri digər üzvlərin susdurulmasıdır. Qarşı tərəfin sayı müzakirələrə qoşulanların sayı ilə eyni deyil. Bizim mövqeyimizi bölüşənlərin sayı qarşı tərəfdən xeyli çoxdur”. Maraqlıdır, bəs Q.İbadoğlu partiya daxilində baş verənlərə İsa Qəmbərin susqun yanaşmasını necə qiymətləndirir?
Qubad İbadoğlu bu suala cavabında bildirib: “Düşünmürəm ki, İsa bəy məsələlərdən xəbərsizdir və olanlara laqeyd yanaşır. Sadəcə, indiki məqamda öz mövqeyini təqdim etmək və onu ictimailəşdirmək məqsədəuyğun deyil, amma hesab edirəm ki, yaxın zamanda İsa bəyin bu istiqamətdə mövqeyi ilə tanış olacağıq”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Solovyov yenə Azərbaycana tərəf HÜRDÜ - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• "Rusiya görür ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: - kilsənin iştirakı kifayət etmir, odur ki..."
Bu gün, 10:59 |
|
|
|
• FHN "Azercell"lə anlaşdı
Bu gün, 10:58 |
|
|
|
• NAZİR TAPŞIRIQ VERDİ: TROLLAR HÜCUMA KEÇDİ... - NAXÇIVAN YENİDƏN DƏLİXANAYA DÖNÜB!!!
Bu gün, 10:56 |
|
|
|
• Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək
Bu gün, 10:41 |
|
|
|
• Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub - DOSYE
Bu gün, 10:33 |
|
|
|
• Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edir
Bu gün, 10:30 |
|
|
|
• 7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq - İcazə verin şübhələnək...
Bu gün, 10:20 |
|
|
|
• Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək - TƏDARÜK VAR...
Bu gün, 10:00 |
|
|
|
• Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü
Bu gün, 09:57 |
|
|
|
• “Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
Bu gün, 09:55 |
|
|
|
• İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər - İsazadə
Bu gün, 09:34 |
|
|
|
• Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi - DETALLAR
Bu gün, 09:30 |
|
|
|
• Baş prokuror Ləmbəranskini işdən çıxardı - ƏMR
Bu gün, 09:24 |
|
|
|
• “Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” - AKTUAL
Bu gün, 09:22 |
|
|
|
• Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı
Bu gün, 09:16 |
|
|
|
• Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır - ÇAĞIRIŞ
Bu gün, 09:15 |
|
|
|
• “Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:12 |
|
|
|
• Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 09:11 |
|
|
|
• Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... - GƏLİŞMƏ
Bu gün, 09:06 |
|
|
|
• Tikinti şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 09:03 |
|
|
|
• Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır - ÇÜNKİ...
Bu gün, 08:54 |
|
|
|
• Xameneyi: Döyüş başlayır - “X”
Bu gün, 08:53 |
|
|
|
• İşəgötürənlər bunu etməyə borcludur... - Ekspert danışır...
Bu gün, 08:49 |
|
|
|
• Araşın oxu İranın özünə girəcək... - BU ŞƏKKSİZDİR...
Bu gün, 08:46 |
|
|
|
• Zəngəzur dəhlizi üçün YENİ ŞANS... - HƏM DƏ...
Bu gün, 08:42 |
|
|
|
• İranla bağlı Ağ Evdə keçirilən qapalı iclas nəticəsiz yekunlaşıb
Bu gün, 08:40 |
|
|
|
• İsrail İran uranın zənginləşdirilməsi üçün istifadə olunan istehsalat obyektlərinə zərbələr endirib - "Times of Israel"
Bu gün, 08:39 |
|
|
|
• Nəcəfli də Talıbovun yolu ilə gedir... - BU DA FAKT!
Bu gün, 08:37 |
|
|
|
• İranda Azərbaycanla bağlı qərar verildi – Minlərlə insan…
Bu gün, 07:36 |
|
|
|
• ABŞ hələ də inanır ki... - “ABC News”
Bu gün, 07:26 |
|
|
|
• Çin İrana nəqliyyat təyyarələri göndərib - KİV
Bu gün, 07:09 |
|
|
|
• “Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” - NƏ ETMƏLİ?
Bu gün, 07:06 |
|
|
|
• KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
Bu gün, 07:01 |
|
|
|
• Zabratda qanunsuz tikinti... - hansı məmur icazə verib?
Bu gün, 06:55 |
|
|
|
• Məmurlarımızın diplomu SAXTA İMİŞ - Şimali Kipr mediasından ŞOK İDDİA
Bu gün, 06:44 |
|
|
|
• Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
Bu gün, 06:35 |
|
|
|
• Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var - “RR Constructions”dan qalmaqallı addım
Bu gün, 06:23 |
|
|
|
• Ağdamın quruculuğuna HARAM QATANLAR - AXI NİYƏ?..
Bu gün, 06:19 |
|
|
|
• Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır - RƏYLƏR
Bu gün, 06:10 |
|
|
|
• Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
Bu gün, 06:08 |
|
|
|
• Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər - GƏLİŞMƏ
Bu gün, 06:05 |
|
|
|
• “Bakı, cənubdakı soydaşlarımızın gələcəyini düşünən yeganə mərkəzdir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02 |
|
|
|
• Şuşa Dövlət Musiqili Dram Teatrı Xankəndində fəaliyyət göstərəcək? - “Təklifimi bəyəndilər, amma...”
Bu gün, 05:57 |
|
|
|
• Rusiya təyyarənin vurulmasını Bakıya qarşı "kart" kimi saxlayır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:54 |
|
|
|
• “Sabit tarif” modeli istehza doğurur: “Qatıq yox, balon üçün də pul verin” - BU NƏDİ BELƏ?
Bu gün, 05:52 |
|
|
|
• Xamenei bu dəfə İsraili ivrit dilində təhdid etdi - "...mərhəmətli olmayacağıq"
Bu gün, 05:48 |
|
|
|
• Husilər açıqladı: - Müharibəyə qoşuluruq!
Bu gün, 05:44 |
|
|
|
|