"YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq” - SƏRT CAVAB
Tarix: 15-09-2014, 16:45 | Çap et
 “Parçalanan, ziddiyyətlər yaşayan kimdir, haradadır? Bilirsiniz ki, bu gün müxalifətin daxilində gedən prosesləri cəmiyyətə tamamilə başqa cür təqdim etmək üçün onların başbilənləri başlayırlar Yeni Azərbaycan Partiyası haqqında qeyri-real fikirlər danışmağa”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov radikal müxalifətin ruporu olan mətbuatda YAP-da ziddiyyətlərin mövcudluğu barədə səsləndirilən iddialara münasibət bildirərkən deyib. Siyavuş Novruzov vurğulayıb ki, hazırda YAP-ın sıravisindən tutmuş rəhbər şəxslərinədək hər kəs mütəşəkkil qaydada fəaliyyətini davam etdirməkdədir: “Bu gün YAP-da təmsil olunan 630 minin 630 mini də bir yerdədir! Həm onun Siyasi Şurası, həm İdarə Heyəti, hər bir partiya üzvü və hər bir rayon, şəhər təşkilatı mütəşəkkil qaydada fəaliyyətini uğurla davam etdirməkdədir”. YAP rəsmisi qeyd etdiyinə görə, belə iddianı irəli sürənlər 20 ildən artıqdır ki, eyni fikirləri zaman-zaman ortaya atıblar, halbuki bu fikirlərin heç birinin məntiqi, mənası olmayıb: “Çünki YAP özülü təmiz və möhkəm qoyulan bir partiyadır. Təməli ümummilli liderimiz Heydər Əliyev kimi dahi bir şəxsiyyət tərəfindən qoyulan bir partiyadır. Əgər təməl möhkəmdirsə, onun üzərində qurulan təşkilat da əlbəttə ki, möhkəm olur. Lakin bizim partiyaya qarşı sözügedən iddialarda bulunanların təşkilatları çürük təməl üzərində qurulub. Ona görə də yavaş-yavaş dağlıb getməkdədir. Bunlardan fərqli olaraq, bu gün YAP-da qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq gedir, bu istiqamətdə ciddi iş aparılır”. Siyavuş Novruzov o cümlədən bildirib ki, əslində, YAP haqqında ortaya uğursuz fikirlər atanların özləri parçalanmaya məruz qaldıqları üçün həmin bu hallarını cəmiyyətdən, ictimai rəydən gizlətməyə çalışırlar: “Belə iddiaları irəli sürənlər həm də öz parçalanmalarını xalqdan gizlətməyə cəhd edirlər. Təbii ki, bu belədir. Bu gün Müsavatda qurultayöncəsi baş verənlər göz qarşısındadır. AXCP adlı qurum artıq yox səviyyəsindədir. Digərləri də həmin vəziyyətdədirlər. Onların heç birində nə partiya anlayışı, nə də ki, partiya sistemi ümumiyyətlə, yoxdur. Yəni beş-on nəfərin bu partiyaları özləri üçün maliyyə mənbəyi, siyasi divident vasitəsi kimi istifadə etmək cəhdindən başqa ortada heç nə yoxdur. Bu baxımdan, onlar istər-istəməz YAP haqqında belə fikirlər söyləməyə, iddialarla çıxış etməyə çalışacaqlar. Amma bunun heç bir mənası yoxdur. Çünki YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq”. Millət vəkili müxalifətçilərin onun açıqlamalarından narahat olmalarına da münasibət bildirib. YAP rəsmisi bununla bağlı qeyd edib ki, onun fikirləri doğru və düz olduğu üçün açıqlamaları müxalifət liderlərini narahat edir: “Mən həmişə düz olanı deyirəm, ona görə də ciddi şəkildə narahat olmağa başlayırlar”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan bu tarixdə Türkiyəyə gedəcək - İDDİA
Bu gün, 12:01 |
|
|
|
• Ərdoğan İranı niyə dəstəkləyir? - “Regnum”
Bu gün, 11:58 |
|
|
|
• Bakıda vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir
Bu gün, 11:52 |
|
|
|
• BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat - BUNDAN SONRA...
Bu gün, 11:45 |
|
|
|
• Yaxın Şərqdə pozulan hüquq: İsrail-İran müharibəsində yaxşı və pis ssenari - NƏ BAŞ VERİR?
Bu gün, 11:28 |
|
|
|
• İranın bundan sonraya NƏ QƏDƏR GÜCÜ QALIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:23 |
|
|
|
• Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək
Bu gün, 11:20 |
|
|
|
• Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə... -MÜRACİƏT
Bu gün, 11:12 |
|
|
|
• ABŞ və İran arasında danışıqların yeni raundunun bu həftə keçirilməsi mümkündür - KİV
Bu gün, 11:09 |
|
|
|
• Naxçıvanda səhiyyə islahatları: Həkimlər işsiz, xəstələr həkimsiz qalıb... - BU NƏDİ BELƏ?
Bu gün, 11:04 |
|
|
|
• Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb – Minimum əməkhaqqından aşağı düşüb
Bu gün, 11:01 |
|
|
|
• Azərbaycanın təhlükəsizliyi bu qədər MÜHÜMDÜR! - FOTOFAKT!
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan: qlobal xaosda stabillik simvolu - FAKT BUDUR!
Bu gün, 10:55 |
|
|
|
• 21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib - SİYAHI
Bu gün, 10:53 |
|
|
|
• İşə düzəltmək adı altında 42 min manat ələ keçirməkdə ittiham edilən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 10:52 |
|
|
|
• İran buna görə gecə hücum edir - Səbəbi açıqlandı
Bu gün, 10:41 |
|
|
|
• Mobil Babayev vəfat etdi
Bu gün, 10:39 |
|
|
|
• Fətullah Gülənin əmisi oğlu saxlanıldı
Bu gün, 10:37 |
|
|
|
• Hüseyn Abdullayevin anası yenidən Prezidentə müraciət etdi - "Ricamız ondan ibarətdir ki..."
Bu gün, 10:24 |
|
|
|
• Rüşvətdə təqsirləndirilən Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin məhkəməsində məcburi gətirilmə qərarı çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• SON ZƏNG... yoxsa gəncliyimizin aqibəti üçün ƏCƏL ZƏNGİ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:17 |
|
|
|
• Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur? - İTTİHAM VAR...
Bu gün, 10:14 |
|
|
|
• Xamenei İsrailə qarşı CİHAD ELAN EDƏCƏK? - görünəni odur ki...
Bu gün, 10:05 |
|
|
|
• "Bu günə kimi hələ də "paltar pulu"mu ala biməmişəm" - NARAZILIQ VAR...
Bu gün, 10:00 |
|
|
|
• Vasif Talıbovun yaratdığı Fond LƏĞV EDİLDİ
Bu gün, 09:57 |
|
|
|
• İranla müharibə İsrailə gündəlik 725 milyon dollara başa gəlir - CNN
Bu gün, 09:53 |
|
|
|
• Vaşinqton Tehranla danışıqlara tələsir - “The New York Times”
Bu gün, 09:33 |
|
|
|
• Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR? - NƏ ETMƏLİ?
Bu gün, 09:22 |
|
|
|
• "Məktəbdən tutmuş universitetə qədər oxşar mühitdir" - deputat
Bu gün, 09:21 |
|
|
|
• “Traxtor”dan Trampa cavab: “Biz türklər...” - Tehranda 15 milyona yaxın insan yaşayır...
Bu gün, 09:15 |
|
|
|
• "İpək Yolu " MMC-nin 447 min manatdan çox VERGİ BORCU VAR - DETALLAR
Bu gün, 09:13 |
|
|
|
• İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır? - İNCƏLƏMƏ
Bu gün, 09:12 |
|
|
|
• Hacılar qayıdır: Heç qorxmadıq, çox rahat səfər oldu - REPORTAJ
Bu gün, 09:05 |
|
|
|
• “Ağsu Konserv-1” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:00 |
|
|
|
• ADY-nin İnfrastruktur Departamentində qalmaqal - Xanım əməkdaşın səhhəti pisləşdi.
Bu gün, 08:56 |
|
|
|
• Səmra Hüseynovanın "qurd qalmaqalı"na görə restoran işçiləri qovuldu - "... sizdən üzr istəyirik"
Bu gün, 08:48 |
|
|
|
• Türkiyə barışıq masası üçün bu dəfə ideal ünvan deyil - ÇÜNKİ...
Bu gün, 08:43 |
|
|
|
• Hansı gəlirləriniz gəlir vergisindən AZADDIR... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• "Təəssüf ki, bu zavod yalnız paytaxt Bakıya xidmət edir..." - NHM-dən İLGİNC HESABAT
Bu gün, 08:36 |
|
|
|
• Vens və Vitkoff İran nümayəndələri ilə görüşə bilər - İrandan isə...
Bu gün, 07:25 |
|
|
|
• Maaş və pensiyalarla bağlı vacib xəbər: Artım ola bilər - AÇIQLAMA
Bu gün, 07:21 |
|
|
|
• Pasient Nigar Məmmədovanın səhvindən ölüb? - TƏFƏRRÜAT
Bu gün, 07:14 |
|
|
|
• "Orxan Mürsəlov mülkümü dağıtdırdı…" - Gədəbəydə ÖZBAŞINALIQ
Bu gün, 07:10 |
|
|
|
• Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi - MƏMUR İMİŞ...
Bu gün, 07:07 |
|
|
|
• Şəkidə bu təhsil ocağı bazar kimi idarə olunur... - İTTİHAM VAR...
Bu gün, 07:01 |
|
|
|
• Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR - DİQQƏT
Bu gün, 06:55 |
|
|
|
• DİM-in pedaqoji heyətini sertifikasiyadan keçirək - ÇAĞIRIŞ
Bu gün, 06:53 |
|
|
|
• "Bu Rusiya rəhbərliyinin mövqeyi kimi qəbul edilir" - partiya sədri
Bu gün, 06:50 |
|
|
|
• Şəhid ailəsi Prezidentdən kömək istədi - "...ödəyə bilmirəm"
Bu gün, 06:47 |
|
|
|
• Rəqəmsal pul və köhnə tələlər: Asan qazancın arxasında nə gizlənir? - NƏ BAŞ VERİR?
Bu gün, 06:37 |
|
|
|
|