20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                 

"Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədrliyindən kənarlaşdırılması islahat deyilmi?" - deputat
Tarix: 27-03-2024, 08:42 | Çap et
"Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədrliyindən kənarlaşdırılması islahat deyilmi?"
Dünyanın müxtəlif beynəlxalq təşkilatları 2023-cü ilin yekunlarına dair müxtəlif ölkələrdə insan haqları və medianın durumu ilə bağlı hesabatlar yayıb.

Həmin hesabatların Azərbaycanla bağlı bölümündə ölkəmizdəki vəziyyət tənqid olunur.

Son zamanlar baş verən həbslər də Azərbaycanla Avropa İttifaqı və ABŞ arasında da gərginlik yaradıb.

Ancaq Azərbaycan hökuməti insan haqları ilə bağlı tənqidləri ciddiyə almır.

Elə Avropa Şurasının İnsan Hüquqları Üzrə Ali Komissarı Dunya Miyatoviç də son bəyanatında hökumətin çağırışlara əhəmiyyət vermədiyini deyib.

Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya müsahibəsində beynəlxalq qurumların iddialarına dair sualları cavablandırıb.

–Naqif bəy, yəqin ki, dünyanın nüfuzlu təşkilatlarının 2023-cü illə bağlı hesabatlarındakı tənqidləri oxumusunuz. Niyə, Konstitusiyasına “hüquqi”, “demokratik” və “dünyəvi” bir dövlət yazılan, Avropa Şurasının üzvü olan bir ölkədə bu qədər problemlər var?

– Əlbəttə, mən bu hesabatlarla tanışam. Amma orada oxuduqlarım məni heç zaman təəccübləndirmir. Mən sizə səmimi deyim ki, illər öncə tələbə olarkən belə bu cür hesabatları görürdüm. Bizim üçün gözlənilməz bir məsələ yoxdur. Sadəcə tarixlər dəyişdirilməklə eyni hesabatlar yayılır. Bu, ABŞ-ın Dövlət Departamentinə də aiddir. Baxmayaraq ki, ötən illərdə Azərbaycan böyük bir yol keçib. Ölkəmizdə qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılıb. Ciddi siyasi-iqtisadi islahatlar aparılıb. Amma mən şahidi olmadım ki, həmin hesabatlarda mütərəqqi adımlardan biri də vurğulansın.

O təşkilatlar illərdir ki, Azərbaycana qarşı fəaliyyət göstərir. Onların iç üzü elə Qarabağ məsələsində də ortaya çıxdı. İşğalı pisləmək əvəzinə Azərbaycanı ittiham etdilər ki, niyə öz ərazi bütövlüyünüzü təmin etmisiniz.

– Amma Avropa ölkələri və əksər təşkilatlar Azərbaycanın ərazi bötüvlüyünə şübhə etməyib. Hətta Azərbaycan hökumətinin kəskin tənqidçisi olan AŞ PA üzvü Frank Şvabe belə bunu etiraf edir…

– Azərbaycanın ərazi bötülvüyü BMT tərəfindən tanınır. Onlar dolayısı yolla, hərəkətləri ilə ermənilərə açıq dəstəkləri ilə ölkəmizin suverenliyinə qarşı çıxır. Məsələn, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, amma Ermənistanı silahlandırırlar. Azərbaycana münasibətdə səmimiyyət yoxdur.

Cənab Prezident də bunu bəyan edib. Son çıxışlarında da Prezident bildirdi ki, Cənubi Qafqazın üç ölkəsi arasında ayrı-seçkilik edilir.

Bizdə insan haqları ilə bağlı fərdi məsələləri ölkə əleyhinə kampaniyaya çevirirlər. Biz bunu yaxşı görürük.

– Etiraf edək ki, dediyiniz Cənubi Qafqaz ölkələrində məhkəmə-hüquq sistemi bizdən daha mükəmməldir. Elə Avropa Məhkəməsinin hesabatlarında da görünür ki, Avropa Şurasına üzv ölkələrdə Azərbaycandan daxil olan şikayətlərin sayı Gürcüstan və Ermənistandan xeyli artıqdır. Bugün ölkədə siyasi məhbusların sayı durmadan artmaqdadır. Axı, bunlar bizim reallıqlardır.

– Azərbaycanda məhkəmə-hüquq islahatları üçün addımlar atılıb. Bu proses yenə də davam etdirilir. Bir neçə ay əvvəl Ədliyyə nazirinin Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsindən kənarlaşdırılmasının şahidi olduq. Bu, islahat deyilmi? Nədən həmin təşkilatlar bunu təqdir etmədi və görməzdən gəldi?

Baxmayaraq ki, buna görə həmişə bizi tənqid edirdilər ki, Ədliyyə nazirinin şura sədri olması məhkəmə müstəqilliyinə təhdiddir.

Son zamanlar diqqət etmisnizsə, müxtəlif məhkəmə orqanlarında bəraət hökmlərinin sayı nə qədər artıb. Elə bir ay olmur ki, biz Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmünün şahidi olmayaq. Bu, məhkəmələrin müstəqilliyindən irəli gələn hallardır. Məhkəmələr müstəqildir ki, istintaq orqanının ittihamını ləğv edir və vətəndaş bəraət alır.

Siyasi məhbus məsələsinə gəlincə, son zamanlar müxtəlif şəxslərin həbsinə görə Azərbaycana qarşı ağır ittihamlar var. Hesab edirəm ki, bu məsələlərə səbrlə, təmkinlə yanaşmaq lazımdır. Qaçaqmalçılıq qanunla cinayət məsuliyyəti yaradır. Hər bir fəaliyyət qanuna əsaslanmalıdır. Əməliyyat-istintaq orqanları müəyyən edib ki, qanunsuz yolla qrantlar alınıb və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib.

Əgər bu şəxslər ofislər icarəyə götürübsə, bir neçə şəxsə əmək haqqı veribsə, demək ortada maliyyə olub. İstintaq orqanı da bu maliyyənin mənbəyini araşdırmalıdır. Yekun məhkəmə hökmü olmadan bu cür ağır ittihamlar yolverilməzdir. Bəzi çağırışlara mənfi reaksiyamızın isə səbəbi var. Biz də problemləri görürük və inkar etmirik. Amma bunların həlli üçün tələb, təhdid dili ilə danışmaq doğru deyil. Bunlar tövsiyyələr formasında olmalıdır. Azərbaycanda insan hüquq və əsas azadlıqları ilə bağlı qanunlar qəbul olunarkən Venesiya Komissiyasının tövsiyyələrinə istinad olunur.

– Növbəti ay AŞ PA-nın payız sessiyası işinə başlayacaq. Azərbaycan bu qurumla münasibətləri düzəltmək barədə düşünürmü? Vəziyyət dəyişə bilərmi və bizim deputat heyətimizin AŞPA-nın sessiyasında iştirakına yenidən baxıla bilərmi?

-Vəziyyəti düzəltmək AŞ PA-dan asılıdır. Azərbaycanın deputat heyətinə qarşı qərəzli , haqsız mövqe sərgilənib. Münasibətləri qaydaya salmaq onlardan asılıdır. Onlar səhvlərini düzəldərsə, Azərbaycan nümayəndə heyəti yenidən quruma qayıda bilər. Əgər bizə qarşı qərəzli münasibət davam edəcəksə, Avropa Şurasına verdiyimiz üzvlük haqqından tutmuş, Avropa Məhkəməsinin yurisdiksiyasından da çıxa bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru