Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                     "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb .....                     ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” .....                     "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" .....                     Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ .....                     Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? .....                     Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? .....                     Günbəgün bahalaşan dərman bazarı... .....                     “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” .....                     Məmləkətin 'Azercell' boyda dərdi... .....                     Bu qanunsuzluq aradan qalxmasa... .....                     Təhsil problemini həll etməli olanlar... .....                     Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... .....                     Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? .....                     "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" .....                     Bahalı geyimi ilə xalqa qarışmaq istədi... .....                     Barışa vurulacaq MÖHÜR... .....                     "Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" .....                     Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram .....                     Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                     “Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir .....                     Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub .....                     Ermənistan qadınlardan ibarət ordu qurur .....                     Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? .....                     Dövlət qurumu 200 milyon manatlıq ərazi alır .....                 

“Şərtlərin dəyişməsi açıqlaması sağlam məntiqə ziddir” - Rusiya nə demək İSTƏYİR?
Tarix: 17-07-2023, 08:21 | Çap et
“Şərtlərin dəyişməsi açıqlaması sağlam məntiqə ziddir”
Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin (Charles Michel) vasitəçiliyi ilə görüşü keçirildiyi bir zamanda Rusiya XİN bəyanatla çıxış etdi.

Qərb platformalarında Azərbaycan və Ermənistan arasında danışıqlar keçirilərkən Rusiya XİN-in bəyanatlarla çıxış etməsi artıq ənənə halı alıb.

“Rusiya XİN-in bəyanatı məyusluq doğurur”

İyulun 15-də verilən bəyanatda isə rəsmi Moskvanın məramı bir sıra suallar doğurub. Belə ki, bəyanatda qeyd edilir ki, Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıması bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi şərtlərini kəskin olaraq dəyişdirib.

“Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, amma bu, Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin 9 noyabr (10 noyabr – red.) 2020-ci il bəyanatının imzalandığı zaman baza şərtlərini, o cümlədən bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi şərtini kəskin olaraq dəyişib”, – bəyanatda deyilir.

Rusiyanın belə bir addımı Azərbaycan tərəfindən cavabsız qalmayıb və ölkənin Xarici İşlər Nazirliyi adıçəkilən bəyanatı şərh edib.

Həmin şərhdə Rusiya XİN-in məlum bəyanatının anlaşılmazlıq və məyusluq doğurduğu qeyd edilib.

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir”, – şərhdə deyilir.

Azərbaycan XİN bəyan edib ki, Rusiya XİN-in Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə əraziləri işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.

“Rusiya Qarabağ erməniləri ilə əlaqədar məsuliyyəti üzərindən atmaq istəyir”

Məsələni Meydan TV üçün şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Rusiya XİN-in bəyanatının əsas məqsədi odur ki, Qarabağ erməniləri ilə əlaqədar məsuliyyəti üzərindən atmaq istəyir.

“Çünki nə üçtərərfli bəyanatda, nə digərlərində sülhməramlı kontingentin Qarabağ ermənilərinin zəmanətçisi kimi hər hansı bir funksiyası yox idi. Halbuki, Ermənistan rəhbərliyi və Rusiyadan olan ranqlı siyasətçilər son 2 il yarımda belə fikirlər irəli sürürdülər ki, sülhməramlılar yerli erməni əhalini qorumaq üçün yerləşdirilib”, – o deyib.

Fərhad Məmmədov xatırladıb ki, əslində bütün sənədlərə əsasən sülhməramlılar atəşkəsin həyata keçirilməsinə nəzarət etməlidir. Onun fikrincə, Rusiya XİN demək istəyir ki, Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı Rusiyanın üzərində öhdəlik yoxdur.

Bununla belə, politoloq vurğulayıb ki, Azərbaycan rəhbərliyi 10 noyabrdan dərhal sonra Qarabağın Azərbaycanın daxili işi olduğunu bildirib, üçtərəfli formata ehtiyacın olmadığını dedi. Onun fikrincə, Moskva dəfələrlə hər iki tərəfdən mandatla bağlı razılıq almaq istəyib.

“Ermənistanın hərbi-siyasi rəhbərliyi hətta siyasi həyasızlıqla mandatla bağlı sənəd imzaladıqlarını, amma Bakının bundan imtina etdiyini deyib. Belə olan halda Rusiya buna çox çalışdı, amma Azərbaycan müəyyən addımlar atdı və nəticədə Rusiya bugünkü bəyanatı verdi”, – Fərhad Məmmədov deyib.

“Şərtlərin dəyişməsi açıqlaması sağlam məntiqə ziddir”

İsveçrədə mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov isə hesab edir ki, Rusiya növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır.

“Ümumiyyətlə, üçtərəfli bəyanatda bu mövzu haqda bir kəlmə də yoxdur. Ona görə şərtlərin dəyişməsi açıqlaması sağlam məntiqə ziddir”, – Rauf Mirqədirov deyib.

O hesab edir ki, əslində, Rusiya növbəti dəfə Ermənistandakı müvafiq qüvvələrə bir mesaj göndərir ki, Paşinyan Avropa Birliyinin və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Moskva ilə Yerevan arasındakı münasibətlərə çox ciddi zərbə vurur.

Siyasi icmalçının fikrincə, Rusiya XİN-in bəyanatı Ermənistana və qismən də Azərbaycana qarşı şantaj xarakteri daşıyır.

Rauf Mirqədirov düşünür ki, Rusiya XİN-in bəyanatının bugünlərdə meydana gəlməsinin daha ciddi səbəbi var.

“Türkiyədə seçkilərdən sonra Ərdoğanın xarici siyasətində zorən də olsa, ciddi dönüş yaranıb. Hazırda Ankara Avropa ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Çünki iqtisadi böhran və zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ucuz kreditlər lazımdır. Ona görə Ərdoğan Rusiya qoşunlarının Qarabağdan çıxarılmasını, İsveçin NATO-ya üzvlüyünün mümkünlüyünü gündəmə gətirdi”, – o vurğulayıb.

Rauf Mirqədirov qeyd edib ki, bu mənada Rusiya XİN-in bəyanatının bu gün yayılması Ermənistanın xarici siyasətinin dəyişdirilməsinə və Moskvanın regionda mövqelərinin gücləndirilməsinə cəhddir.

“Hesab edirəm ki, Bakı da müdrik siyasət yeritməyə cəhd edəcək. Ən azı Azərbaycan rəhbərliyi kifayət qədər xarici siyasət yeridə biləcək”, – siyasi icmalçı deyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32
"Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27
Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski
Bu gün, 06:19
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Dünən, 15:54
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
Dünən, 15:49
Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Dünən, 15:45
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Dünən, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Dünən, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru