"Sahil S-İnşaat" işi niyə çözülmür .....                     “Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... .....                     Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" .....                     “Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” .....                     Qadının bu halda işləməsi qadağandır... .....                     “Atama görə gecə ilə evimizi satdım” .....                     "JEK"lərin xidmət haqqı toplaması qanunidir? .....                     Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ .....                     Ermənistanın OYUNBAZ KATALİKOSU... .....                     Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? .....                     “Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb .....                     Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı .....                     OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu .....                     Naxçıvanda dərdini kimə deyəsən... .....                     Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? .....                     Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir .....                     Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi .....                     Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST .....                     Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat .....                     İşəgötürən BUNA MƏCBURDUR... .....                     Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR .....                     Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır .....                     Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır .....                     Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar .....                     Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi .....                     8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? .....                     `Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... .....                     “Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” .....                     10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı .....                     "Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" .....                     "Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." .....                     “Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” .....                     ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? .....                     ABŞ-İran müharibəsi olarsa... .....                     Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? .....                     "Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" .....                     Dövlət qurumu 9 000 qış gödəkçəsi alır .....                     44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar .....                     Pullarını falçılara qapdıranlar... .....                     Zaur Mikayılov 8 milyonu hara xərclədi? .....                 

“Azərbaycanda Eldar Namazov adda siyasi lider heç zaman olmayacaq” - Əli Əliyev
Tarix: 5-02-2014, 14:53 | Çap et
“Azərbaycanda Eldar Namazov adda siyasi lider heç zaman olmayacaq”
Müsavat Partiyasının qurultayının keçirilməsi bir neçə dəfə təxirə salınıb. Hər dəfə də partiya funksionerləri bunu müvafiq yer ayırılmaması ilə əlaqələndiriblər. Lakin müstəqil ekspertlər bu məsələnin yer ilə bağlı olmadığını bildiriblər. İddia edilib ki, Müsavat başqanı İsa Qəmbərin növbəti dəfə partiya sədri seçilmək şansı olmadığından, o, bilərəkdən qurultayın keçirilməsini qeyri-müəyyən vaxta kimi təxirə salıb. Ancaq bu günlərdə İsa Qəmbərin növbəti dəfə namizəd olmayacağı barədə fikir bildirməsi, qurultay məsələsini yenidən gündəmə gətirib. Müsavat Partiyasının qurultay hazırlığı, müxalifət daxilində yeni koalisiyanın yaranması, Eldar Namazovun ana müxalifət lideri olmaq iddiası və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev cavablandırır.

- Əli bəy, Sizcə Müsavat Partiyasında bu günə qədər qurultayın təxirə salması nə ilə əlaqədar olub?
- Müsavat Partiyasının rəhbərliyində oturuşmuş İsa Qəmbər bu postu itirmək istəmir. Etiraf etmək lazımdır ki, Müsavatın sıralarında xeyli təcrübəli siyasətçi olsa da, öz siyasi miqyasına görə, o, daha üstün fiqurdur. Nizamnamə pozuntusu da o səbəblə əlaqədardır. Yəni, Müsavat praqmatik çıxış edərək, öz Nizamnaməsinə zidd olaraq, partiya başqanını hələlik vəzifəsində saxlayır. Yəni partiya maraqları nöqteyi-nəzərindən belə edirlər.

- Artıq İ.Qəmbər partiyasının qurultayında növbəti dəfə namizəd olmayacağını bəyan edib. Ardınca isə xəbərlər yayılıb ki, eks-prezident Əbülfəz Elçibəy iqtidarının üç fiquru – sabiqlərdən spiker İsa Qəmbər, baş nazir Pənah Hüseyn, daxili işlər naziri İsgəndər Həmidov yeni koalisiya yaradırlar. Başqanın növbəti son qərarı bununla bağlı ola bilərmi?
- Müsavat Partiyasının son addımları 2015-ci ilin parlament seçkiləri ilə bilavasitə bağlıdır. Milli Şuradan uzaqlaşandan sonra İsa Qəmbərin yeni format axtarışında olması, yeni konfiqurasiyanın formalaşması təbii haldır. Eks daxili işlər naziri İsgəndər Həmidov da mətbuata açıqlamasında yeni koalisiyanın yaradılmasını təkzib etməyib. Ona görə də İsa Qəmbərin son qərarının bu koalisiyanın yaranması ilə bağlantısı istisna deyil.

- Bu formatda yeni koalisiyanın Azərbaycan cəmiyyətində, xüsusən də müxalifətdə özünə yer tapması inandırıcıdırmı?
- Prezident seçkiləri ərəfəsində 1992-1993-cü illərdə hakimiyyətdə təmsil olunan qüvvələr bir araya gələ bildilər. Orada demək olar ki, başqa siyasi yönümün, başqa siyasi mərhələnin şəxsləri və təşkilatları yox idi. İndi isə parlament seçkiləri mərhələsidir. Bu, tamamilə fərqli situasiya yaradır. Ona görə də İsa Qəmbər öz rəhbərliyi ilə yeni konfiqurasiyanın formalaşmasına cəhd edəcək. Müxalifətdaxili proseslərlə bağlı bu koalisiyanın gələcəyinə nikbin baxmaq olar. Amma Azərbaycan hakimiyyətinə müxalifət daxili hər hansı konfiqurasiya ilə güc gəlmək çətin olacaq. Xüsusən də əgər bu konfiqurasiyalar müxalifət daxili qruplardan ibarət olacaqlarsa. Əgər belə konfiqurasiyaların yaradılması narazı elektoratı da parçalayacaqsa, o zaman hər hansı uğurdan danışmağa dəyməz.

- Müsavat Partiyasının ardınca Eldar Namazov da Milli Şuradan ayrılıb. Ehtimal edilir ki, o, bu qərarını ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdən, diplomatdan aldığı təlimatlardan sonra atıb.
- Məndə elə bir fakt yoxdur. Ancaq bu adam bir qədər fərqli şəxsdir. Eldar Namazov cəmiyyətdə daha çox politoloq kimi tanınır. O, Milli Şura formalaşan dövrdə “kilid” insan rolunu oynadı. Baxmayaraq ki, o dövrdə heç bir təşkilatı yox idi, Müsavat və AXCP kimi oturuşmuş partiya rəhbərlərini öz səviyyəsinə endirə bildi. Bu, onun bacarığından irəli gəlir. Lakin Eldar Namazov fərd olaraq ciddi və xarizmatik insan deyil. Onda siyasi liderə xas olan bir çox keyfiyyətlər yoxdur. Bu səbəbdən onun yaradacağı hər hansı bir qurumun uğur qazanmasına inamım yoxdur. Hesab edirəm ki, ABŞ və digər Qərb dövlətlərinin zaman-zaman buraxdığı bu tipli şayiələr Eldar Namazova hər hansı dvident gətirməyəcək. Ona da inanmıram ki, ABŞ kimi oturuşmuş, Azərbaycanda maraqları olan bir dövlət təşkilati-strukturu olmayan, siyasi liderlik imkanları məhdud bir insana “stavka” etsin.

- AXC və Müsavat partiyalarının qarşılıqlı ittihamları, liderlərin bir-birini gözdən salması fonunda Eldar Namazova məxsus “EL” Hərəkatının təşkilatlanması, ana müxalifət partiyasına çevrilməsi mümkündürmü?
- Bu, cəfəngiyatdır. Azərbaycanda o adda siyasi lider heç zaman olmayacaq.

- “EL” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin mətbuat üzərindən ünvanınıza ittihamlar səsləndirməsinə səbəb nədir?
- Əvvəla onu qeyd edim ki, adıçəkilən məxluqla mənim hər hansı əlaqəm olmayıb. Sadəcə, son günlər onun açıqlamalarına baxıram, görürəm ki, tamamilə əlaqəsi olmayan mövqedən çıxış edir. Müsahibələrimin birində Eldar Namazov və “EL” Hərəkatı haqqında mövqe ifadə etmişəm. Bu zaman tamamilə etik çərçivədə, yalnız siyasi cəhətdən təhlil aparıb “EL” Hərəkatının Eldar Namazovdan ibarət olmasını, siyasi güc mahiyyəti kəsb etmədiyini qeyd etmişəm. Mənim özümün də gözləmədiyim halda bu şəxs Azərbaycan kişisinə yaraşmayan, çox kəskin ifadələrlə mənə qarşı fikir bildirib. Hətta belə sözlərə görə qanun çərçivəsində həmin şəxsin cəzalandırılması da mümkündür. Nə bu məxluqla, nə də onun təmsil etdiyi təşkilatla bağlı mənim hər hansı narahatlığım yoxdur. Digər tərəfdən, mən ixtisasca həkiməm və 20 ildir Azərbaycan Dövlət Tibb Universitetinin müəllimiyəm. Həkimliyə yaxın olan bir şəxs kimi onu deyə bilərəm ki, Eldəniz Quliyevin psixi və tərbiyə problemi var. O ki, qaldı Milli Şura məsələsinə, mən hələ ilk vaxtlardan bu qurumu Rusiyanın layihəsi adlandırmışam. Bunu da gizli deyil, aşkar şəkildə etmişəm. Hətta aprel ayında beynəlxalq görüşlərin birində, konkret olaraq ABŞ Dövlət katibinin köməkçisi ilə görüşdə də bu barədə fikrimi bildirərkən, həmin tədbirdə iştirak edən Eldar Namazov da dediklərimi başının hərəkəti ilə təsdiq edib. O zaman Milli Şura hələ mövcud deyildi. Ancaq Rusiyanın planları göz önündə idi. Hətta Rusiya o zaman Azərbaycanda dövlət çevrilişi etmək barədə düşünürdü. Bunun əlamətləri sezilməkdə idi. Bizim partiya da Milli Şura layihəsinin Kremlə bağlı olduqca təhlükəli oyun olduğunu bəyan edirdi. Əgər Milli Şuranın formalaşmasından bir müddət sonra bu qurumdan ayrılanların arqumentlərinə fikir versəniz, onlar da bizim əvvəllər söylədiyimiz fikirləri söyləyirdilər. Buna misal kimi, Müsavat Partiyasının başqanı İsa Qəmbər, İcra Aparatının rəhbəri Arif Hacılı, “Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat üzvü Rauf Arifoğlu və başqalarının rəylərini göstərmək olar. Sonuncu dəfə isə Eldar Namazov Milli Şuradan ayrılmaqla belə bir rəyin doğru olduğunu təsdiqləyib. Belə olan halda VİP sədrinin mövqeyinin top-tüfənglə qarşılanmasını başa düşə bilmirəm.

- Siz və partiyanız özünü müxalifətçi kimi göstərməkdə, əslində isə ətrafınıza küçə uşaqlarını yığaraq müxalifətə zərbə vurmaqda, Milli Şuraya qarşı kampaniya aparmaqda ittiham olunursunuz. Bununla bağlı fikriniz nədir?
- Bizim mövqeyimiz milli maraqlara söykənən siyasi mövqedir. Biz heç zaman razı olmarıq ki, Azərbaycanın dövlət müstəqilliyi yenidən Rusiyanın əsarəti altına keçsin. Ola bilsin kimlərsə Milli Şura kimi layihələrdən əllərini qızdırır, pul qazanırlar. Biz də onların qarşısını almaqla qəzəbə düçar olmuşuq. Hesab edirəm ki, Eldəniz Quliyevin bizə qarşı sərgilədiyi mövqe də onun psixi və mədəniyyət problemləri ilə yanaşı, həm də pul qazanmasına mane olmağımızla bağlıdır. İstisna deyil ki, gələcəkdə də onlar belə layihələrə qoşulsunlar. Mətbuat üzərindən artıq məlum olur ki, Abbas Abbasov Rusiyada yenidən fəallaşıb. Ukraynada Qərb və Rusiya qarşıdurması da göz önündədir. Ukraynadakı proseslər yekunlaşandan sonra Rusiyanın diqqəti yenidən Azərbaycana yönələcək. Belə ərəfədə başqa ölkələrin casus şəbəkəsinin üzvü olan Eldəniz Quliyev kimi adamların milli mövqeyi müdafiə edən partiya sədrlərinə hücum etməsi gözləniləndir. Əgər bu məsələ ciddi araşdırılsa, görəcəksiniz ki, Eldəniz Quliyevin hərəkətləri tamamilə qeyri-adekvatdır. Mənim üç kəlməmin müqabilində o, açıq-aşkar təhqirə keçib. O tərzdə danışığı isə mən nə özümə, nə də partiyamda təmsil olunan digər şəxslərə yaraşdırmıram. Müavinlərimə də tapşırmışam ki, Eldəniz Quliyevin səviyyəsinə enməsinlər. Çünki onun leksikonu vağzalda insanlara “xidmət” göstərən qadının leksikonuna uyğundur. Biz bu səviyyəyə enə bilmərik. Ancaq hüquq müstəvisində Eldəniz Quliyevin cavabı veriləcək. Gələcəkdə də kim Azərbaycanın dövlət müstəqilliyinə qarşı çıxacaqsa, ilk növbədə bizi qarşısında görəcək. Bu məsələdə heç bir halda güzəştə getmək olmaz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
Bu gün, 11:00
“Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 10:56
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" ev dustaqlığına buraxılmayıb
Bu gün, 10:52
“Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” -Fədayə Laçın
Bu gün, 10:49
Qadının bu halda işləməsi qadağandır... - Ekspert danışır...
Bu gün, 10:43
“Atama görə gecə ilə evimizi satdım” – Yaşar Nurinin qızından ETİRAF
Bu gün, 10:37
"JEK"lərin xidmət haqqı toplaması qanunidir? - AKTUAL
Bu gün, 10:31
Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 10:21
Ermənistanın OYUNBAZ KATALİKOSU... - KİV
Bu gün, 10:18
Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
Bu gün, 10:14
“Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb
Bu gün, 10:08
Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı – Anası günahkarları bağışladı...
Bu gün, 10:00
OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu
Bu gün, 09:55
Naxçıvanda dərdini kimə deyəsən... - BİLMİRSƏN...
Bu gün, 09:47
Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? - “Hraparak”
Bu gün, 09:34
Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir - Paşinyan
Bu gün, 09:29
Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi - Paylaşımını sildi
Bu gün, 09:27
Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST - SƏBƏB
Bu gün, 09:21
Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat - VERGİ BORCU VAR
Bu gün, 09:17
İşəgötürən BUNA MƏCBURDUR... - Ekspert danışır...
Bu gün, 09:14
Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR - FAKT BUDUR!
Bu gün, 09:10
Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır - MƏHKƏMƏ
Bu gün, 08:59
Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır - DETALLAR
Bu gün, 08:57
Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar - Kristi Noem
Bu gün, 08:55
Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 08:49
8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? – PLAN AÇILDI
Bu gün, 08:36
`Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:31
“Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” - Mərhum sənətkarın qızı
Bu gün, 08:20
10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı – Ali Məhkəmədən son qərar
Bu gün, 08:18
"Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" - keçmiş deputatdan NÖVBƏTİ İTTİHAMLAR
Bu gün, 08:15
"Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." - NARAZILIQ VAR...
Bu gün, 08:10
“Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” -skuterin vurduğu aktrisa
Bu gün, 08:01
ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? - FP
Bu gün, 07:01
ABŞ-İran müharibəsi olarsa... - ŞƏRH
Bu gün, 06:59
Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? - MÜHÜM
Bu gün, 06:38
"Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" - deputat
Bu gün, 06:34
Dövlət qurumu 9 000 qış gödəkçəsi alır - TENDER, ŞƏRTLƏR
Bu gün, 04:14
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar - DAHA BİR ETİRAZ...
Bu gün, 04:06
Pullarını falçılara qapdıranlar... - NƏ ETMƏLİ?
Bu gün, 03:47
Zaur Mikayılov 8 milyonu hara xərclədi? - Ramana-Maştağa yolunu "yedilər"
Bu gün, 03:40
Kiyev üçün yeni hədəflər - GƏLİŞMƏ
Bu gün, 03:33
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? - AKTUAL
Bu gün, 03:30
"Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 03:23
Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi – Qərar təsdiqlənib
Bu gün, 03:19
Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA - "Bu məsələ ilə bağlı..."
Bu gün, 03:16
"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? - AKTUAL
Dünən, 18:05
Dolların kursu dəyişəcək? - EKSPERT AÇIQLADI
Dünən, 18:02
Böyük güclərin Cənubi Qafqazda qarşıdurması - Yeni mərhələ başlayır!
Dünən, 17:58
"Artıq nələrim var, unutmuşam"
Dünən, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru