“İran Almaniyada din bayrağı adı altında xüsusi işlər görür, azərbaycanlıları cəlb edir” - FAKT BUDUR!
Tarix: 14-03-2023, 08:19 | Çap et
Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Fərid Səfərlinin İranda yoxa çıxmasından (martın 4-ü) 10 gün ötür. Ancaq hələ də ondan xəbər yoxdur. Artıq məlumdur ki, Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.
Yada salaq ki, Fərid Səfərli Yena Universitetində təhsil alıb. Bir müddət əvvəl Almaniyaya praktikaya gəlmiş İran vətəndaşı olan xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib. Dostları bildirib ki, həmin xanım Türkiyəyə gəlmədiyi üçün Fərid özü İrana gedib. Ötən həftənin 5-ci günündən telefonu bağlı olub, sosial şəbəkələrdə görünməyib. Sonuncu dəfə kartı işləmədiyi üçün dostlarından ona İstanbula gəlməsi üçün bilet almalarını istəyib. Dostları da Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən verilən məlumata görə, həmin reyslə İstanbula daxil olmayıb. 5 martda Almaniyaya qayıtmalı idi. 4 martdan telefonu sönüb, xəbər yoxdur.
DİA.AZ-ın məlumatına görə, oğlundan günlərdir ki, xəbər almayan Fəridin anası Dilarə Əsgərova “Yeni Müsavat”a dedi ki, hələ də bir xəbər yoxdur: “Elə indicə Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq, İran heç bir məlumat vermir. Biz də hələ ki heç nə öyrənə bilməmişik, gözləyirik”.
Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdani gənc tələbənin siyasi səbəblərlə tutulması ehtimalının yüksək olduğunu deyib (Axar.az): “Böyük ehtimalla ortada siyasi səbəblər var. 27 yanvarda elçiliyimizə hücumdan sonra İran və Azərbaycan arasında gərginlik yaşanır. Həmçinin Azərbaycan dövləti İranın casuslarını üzə çıxardı. Yəni Azərbaycan uzun illər onlara səbirlə davranırdı, çalışırdı bu məsələyə toxunulmasın. Səfirliyimizə hücumdan sonra Azərbaycan İran casuslarını ölkədən çıxarmağa başladı. İran da buna təpki verir. İsraillə Azərbaycan arasında olan yaxınlaşma da İranı narahat edən məsələlərdəndir. Dəfələrlə İran tərəfindən buna görə hədələr gəlib”.
İranın başqa ölkənin sivil vətəndaşlarından siyasi məqsədlərlə istifadə etdiyini dilə gətirən Əmir Mərdani bildirib ki, Tehran bundan öz maraqları üçün istifadə edəcək: “İran hər zaman bu məsələlərdən öz ambisiyaları naminə yararlanıb. İranda səfərdə olan əcnəbi vətəndaşları tutaraq, onları girov kimi saxlayır ki, sonra istifadə etsin. Bu, İranın tanınmış metodlarından biridir. Bunu son zamanlarda Belçikaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya, İsveçə tətbiq edib. Çox sayda ölkələr var ki, onların vətəndaşını tutub, müzakirələrdə istifadə edib, girovları buraxmağın qarşılığında öz casuslarını o ölkələrdən geri qaytarıb. Girovlar üçün pul da alır. Yəni belə şarlatanlıq və yolkəsənlik edir. Belə görünür ki, İran azərbaycanlı tələbənin tutulmasından faydalanmaq istəyir. Fərid Səfərlinin yoxa çıxmasında şəxsi məsələ yoxdursa, böyük ehtimalla ona "casusluq" ittihamı veriləcək. Bu, İran tərəfindən normalda istifadə olunan yöntəmdir. Tutduğu şəxsin vətəndaşı olduğu ölkə ilə münasibətindən çıxış edərək ona cəza tətbiq edir".
O, İranın bununla bağlı bənzər təcrübələrindən də danışıb. Bu versiya nə dərəcədə real ola bilər? İran niyə Bakının notasına cavab vermir?
diaaz.space-ın məlumatına görə, sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əgər şəxsi zəmində baş verməyibsə, digər variant ağlabatandır: “Qız arxasınca getdiyinə görə şəxsi zəmin elementləri də ola bilər. Ola bilsin qısqanclıq zəminində qızın qohumları, yaxud nişanlısına görə nə isə ola bilər. Amma bu deyilsə, ikinci variantdır. Ona görə ki, bu ilk deyil. Dəfələrlə İran xüsusi xidmət orqanları hətta bizim tanınmış şairlərimizi Fəridlə Şəhriyarı da uzun müddət saxlamışdılar. Nəyəsə məcbur etmək istəyirdilər. Tanınmış jurnalistlərimizi də saxlayıblar, şantaj ediblər, hətta onlar aradan çıxmaq üçün razılaşıblar, amma sonradan gəlib dövlətə etiraf ediblər, cinayət məsuliyyəti daşımayıblar. Xüsusilə bilirəm ki, İran Almaniyada din bayrağı adı altında xüsusi işlər görür. Almaniyada azərbaycanlılara təsir etmək üçün başqa məzhəbdən olanları özlərinə cəlb edirlər. Oradakı azərbaycanlıları Azərbaycana qarşı çıxarmaq üçün işlər görürlər. Ola bilsin ki, Fəridə qarşı da Almaniyada yaşadığına görə bu istiqamətdə işlər görürlər ki, özlərinə məxfi əməkdaş etsinlər, Almaniyada tapşırıqları yerinə yetirsinlər. Burada daha çox məntiqli görünən versiyalardan biri İran xüsusi xidmət orqanlarının məhz azərbaycanlı olan gənclərin harada fəaliyyət göstəməsindən asılı olmayaraq onlara xidmət göstərməsinə nail olmaq cəhdləridir. Çünki bu, İranın xüsusi xidmətlərinin metodlardan biridir. Onlar üçün məxfi informasiya daşıyıcısı önəmli deyil, onlar üçün siravi insanın belə tapşırıqları yerinə yetirməsi kifayətdir. Əsasən də ideologiya ilə bağlı, misal üçün, bir evdar qadın belə çıxıb məscidin qarşısında bunlara "ağam" desin, bunlara bəs edəcək. Hətta bu istiqamətdə cəlbetmələrlə məşğuldurlar".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Fərid Səfərli barədə məlumat daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub: “Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı F.Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
|