Vuçiçi kim qaza gətirmişdi? .....                     Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı .....                     Dünyanın ən güclü orduları: .....                     “Amin Mərdəkanski”nin qətlinə görə .....                     Qadın onu baltalayan ərini bağışladı... .....                     "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında .....                     Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI .....                     MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu .....                     Samir Şərifov daha bir vəzifəsini .....                     Bakı ABŞ üçün niyə önəmlidir? .....                     AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb .....                     Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı .....                     Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu .....                     Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib .....                     Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib .....                     Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi .....                     Bakıda xanım müğənni vəfat edib .....                     Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür .....                     “Nə qədər cəsarətli rollar oynasam da, .....                     Putin və Pezeşkian Rusiya ilə İran arasında .....                     Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq .....                     Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib .....                     Monqolustanda nə baş verir? .....                     Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub .....                     Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                     Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır .....                     4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi .....                     Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? .....                     "İran Suriya itkisinin "ağrı-acı"sını .....                     Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir .....                     Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! .....                     Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi .....                     "Bakıya giriş ödənişli olsun" .....                     Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? .....                     "Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" .....                     Nazirlik eyni adama milyonluq tender verdi .....                     Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib .....                 

Xankəndidən Ermənistana gizli yol var - İLGİNC İDDİA
Tarix: 30-12-2022, 08:33 | Çap et
Xankəndidən Ermənistana gizli yol var
Tanınmış Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimovla hafta.az üçün bu dəfəki söhbətimizdə Laçın-Şuşa-Xankəndi yolunda artıq 3-cü həftədir ki, davam edən məlum aksiya, Rusiya “sülhməramlı” kontingentinin Şuşa-Laçın yolunu bağlı saxladığı halda ermənilərin Xankəndindən digər gizli avtomobil yoluyla Ermənistanla əlaqə saxlamaq ehtimalı, Azərbaycan dövləti Xankəndindəki Rusiya və ya Fransadan idarə olunan separatçı-terrorçu xislətli liderlərin, təşkilatçıların zərərsizləşdirilməsinə nail olacağı halda yerdə qalacaq 10-15 min erməninin Azərbaycan qanunlarına, Konstitusiyasına tabe olub-olmayacağı və s. haqda danışdıq. DİA.AZ həmin müsahibəni təqdim edir:

-Azay bəy, Laçın-Şuşa-Xankəndi yolunda artıq 3-cü həftədir ki, davam edən məlum aksiyanı necə dəyərləndirirsiz?

-O aksiyanı, orada həftələrlə duruş gətirən fədakar insanlarımızı alqışlayıram. Tələblərimiz kifayət qədər haqlı və ədalətli tələblərdir. Amma bir məsələyə diqqət çəkmək istəyirəm. Şuşadakı aksiyanın video-yayımına baxıram; iştirakçıların çoxu gənc oğlan-qızlardır, tələbələrdir... Yəni sözüm ondadır ki, o aksiyada öncə Qarabağ bölgələrinin, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın və s. hökumət və qeyri-hökumət qurumları iştirak etməlidir. Şuşa İcra Hakimiyyəti, Şuşa teatrı, Şuşa kitabxanası... Zəhmət çəksinlər kollektivlərini yığıb gedib Şuşadakı- öz doğma torpaqlarındakı aksiyaya dəstək versinlər... Prezidentin heç nə sizlərin, nə də mənim onu təbrik etməyimizə ehtiyacı yoxdur. Dövlət, xalq, Vətən üçün əməli iş lazımdır... 30 ildi hamınız demirdiniz ki, Şuşanı azad edin, gedək Şuşaya, bəs niyə getmirsiz?.. Mən özüm şəxsən lazımi qurumlara müraciət etmişəm ki, nə vaxt gərək olsa, mən də Şuşadakı aksiyaya yerindəcə dəstək verməyə hazıram...

-Xankəndində Putinin milyarder “desantı” Ruben Vardanyanın təşkilatçılığıyla ən azı 15 min erməninin iştirakıyla dekabrın 25-də Azərbaycan əleyhinə keçirilmiş son mitinqdən sonra ictimaiyyətdə bir neçə sual yarandı: Gorus-Laçın-Şuşa-Xankəndi yolu faktiki bağlı olduğu halda separatçı rejim bu sayda mitinqçini necə toplaya bildi? Və yaxud: dekabrın 21-də Vardanyan tərəfindən təyin olunmuş xuntanın yeni qondarma “səhiyyə naziri” Samvel Avetisyan Ermənistanda yaşadığı halda Xankəndinə necə gəlib çıxdı?.. Siz həmin ərazilərə həm yerli sakin, həm də keçmiş döyüşçü, hərbçi kimi yaxşı bələdsiniz. Xankəndindən Şuşa-Laçın yoluna birləşən başqa bir ehtiyat, işlək yol varmı?

-Bəli, mən həm Şuşada polis işləyəndə, həm də Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olandan sonra ətraf əraziləri qarış-qarış gəzdiyimdən o yerlərə yaxşı bələdəm... Xankəndindən Laçın istiqamətinə əsas yoldan əlavə, ümumiyyətlə, daha 2 yol çıxır. Biri ilə Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at, araba yoluydu... Digər asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yolu isə Xankəndindən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şirlan kəndindən cıxan kimi isə yol ayrıcı var; biri sağa - Laçının Arduşlu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə, şüşə kimi asfalt yola cıxmaq mümkündür. Bu marşrut isə hec bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir. Dediyimiz yolun Şuşa-Laçın-Gorus yoluna birləşdiyi həmin ərazi hal-hazırda ekoloji etirazçılarımızın dayandıqları yerdən 60 km arxadadır. Yuxarıda sadaladıqlarım, adlarını cəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və oralarda hələlik hec kim yaşamır. Və həmin ərazidən keçən yollara nə Azərbaycan ordusu, nə də “sülhməramlı”lar ciddi nəzarət edə bilir. Rus hərbçilər görsələr də, buna göz yummaları mümkündür... Bax, Arayik, Vardanyan və digərləri aksiyaçılarımızın görə bilmədiyi arxa ərazidən keçərək Xankəndindən İrəvana və əksinə, bu yolla gedib-gəlirlər. Bu yolla uzun ölçülü “TIR” tipli maşınlar hərəkət edə bilməsə də, “KaMAZ” “Ural”, “ZİL” maşınlar üçün daha uygundur. “UAZ”, salonlu “UAZ” və “CİP”, “NİVA” tipli maşınlar isə yetərincə surətlə hərəkət edə bilərlər. Və əlbəttə, ciddi ehtiyac olanda həmin yolla Xankəndinə silah-sursat da, canlı qüvvə də, yaxud mitinqdə iştirak etmək üçün Vardanyanın sponsorluğuyla Ermənistandan bir neçə günə minlərlə erməni də daşıya bilərlər...

Mən həmin yolla özümün avtomobillə hərəkət etməyimlə bağlı bir epizodu da xatırlada bilərəm. 1992-ci il mayın 10-da Turşsuya bir atlı gəldi ki, Kosalarda camaatın Şuşanın işğal olunmasından xəbəri olmayıb və qalıblar mühasirədə. Təcili oraya yollandıq və Şırlan istiqamətindən məhz dediyim yolla Kosalar sakinlərinin kənddə qalanlarını Laçın yoluna çıxararaq xilas etdik... Yəni o yolu “Qaz-66” markalı maşınla rahat gedib-gəldik... Onu da deyim ki, Kosalar camaatının digər qismi də bayaq xatırlatdığım Qırxqız dağının yanından keçən at-araba yoluyla Laçının kəndlərinə çıxaraq xilas olmuşdular...

-Ermənilərlə kifayət qədər həm dinc, həm də müharibə dövründə ünsiyyətdə olmuş, yəni onların xarakterinə bələd biri kimi necə düşünürsüz, əgər Azərbaycan dövləti Xankəndindəki Rusiya və ya Fransadan idarə olunan separatçı-terrorçu xislətli liderlərin, təşkilatçıların zərərsizləşdirilməsinə nail olsa, yerdə qalacaq 10-15 min erməni Azərbaycan qanunlarına, Konstitusiyasına tabe olub ölkə vətəndaşlığını qəbul edərək dinc yaşayarmı?

-Hesab edirəm ki, separatçı liderləri aradan götürsək də, Qarabağdakı ermənilərin bəziləri yenə də Azərbaycan qanunlarına tabe olaraq bizim vətəndaşlığı qəbul etməyə çəkinəcəklər, ya da buna birbaşa razılıq verməyəcəklər. Mən ermənilərlə uşaqlıqdan, gəncliyimdən qonşuluqda yaşadığımdam bilirəm ki, sadə, yoxsul erməni üçün torpaq hər şeydən əzizdir. Çünki erməni kəndliləri qarışqa kimi bütün yazı-yayı işləyərək bütün tədarüklərini görür və bütün qışı xımır-xımır yeyirlər. Ona görə də hesab edirəm ki, erməni kəndliləri bilsə ki, yenə sovet dövründən yaşadığı kənddə qalıb torpaqlarını sərbəst əkib-becərəcəklər, onlar məmnuniyyətlə Azərbaycan vətəndaşlığını qəbul edəcək və qanunlarına tabe olacaq. Bəlkə yalnız Xankəndində və Əsgəranın mərkəzində yaşayan beyni zəhərlənmiş hayklar bir az müqavumət göstərə, qalanları asanlıqla tabe olacaq...

Onu da deyim ki, bütün dünyada əsgər çəkməsiylə özgə torpaqlarında iz qoymuş böyük ölkələr terrorizmi pisləyir. Amma əllərinin altında on minlərlə terrorçu var, yeri gələndə öz dövlətlərinin maraqları naminə onlardan başqa dövlətlərə qarşı yararlanırlar. Biz isə nə özümüz terrorçu dövlətik, nə də terrorçu dəstələr bəsləyirik. Sadəcə, kiçik əsgəri qruplar yaradaraq Şuşanın, Xocalının, Xocavəndin və s. bizim nəzarətimizdə olmayan kəndlərini tədricən nəzarətə götürmək gərəkdir. Şuşanın özündən və Daşaltı kəndindən başqa 35-36 kəndi bizim nəzarətimizdə deyil. Məsələn, Şırlan, Zamanpəyəsi, Allahqulular və s. Hazırda həmin kəndlərdə ermənilərdən, demək olar ki, heç kəs yaşamır. Ola bilər ki, hardasa bir mal-qara, qoyun-keçi saxlayan çoban yaşasın, vəssalam. Bir sözlə, Şuşanın Sarıbaba, Ağdamın Fərrux yüksəkliklərini gözlənilmədən azad etdiyimiz kimi, biz kiçik qruplarla belə kəndlərimizə də sızıb orada mövqelərimizi, postlarımızı qurmalıyıq... Necə yənı biz İsabulağına gedə bilirik, amma cəmi 1 km məsafədəki Şırlan kəndinə gedə bilmirik?..

-Əvvəlki söhbətlərimizdən də billirik ki, siz digər hərbçi, döyüşçü yoldaşlarınızla birgə hələ Azərbaycanın Moskvaya tabe olduğu 1990-1991-ci illərdə Arkadi Manuçarov kimi separatçı milyarderləri Xankəndindəki evindən tutaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil vermisiniz. Bəs bu gün xüsusi təyinatlılarımız Qarabağda Rusiyanın himayəsi altında at oynadan Araik Arutyunyanı, Ruben Vardanyana, Vitali Balasanyanı yaxalayıb Bakıya gətirə bilərmi?

-Niyə gətirə bilmirlər ki? Əlbəttə, gətirə bilərlər. Hesab edirəm ki, əgər tapşırıq verilsə, bizim xüsusi təyinatlı qurumlarımızdakı igid oğullarımız onları asanlıqla tutub Bakıya gətirə bilərlər... Bəli, təxminən 1991-ci ilin payızında Dagliq Qarabagda "Krunq" təşkilatını maliyyələşdirən, Qarabagda mitinqlərin əsas təşkilatcilarından və sponsorlarından biri, qatı türk düşməni, bir sözlə, Qarabag ermənilərinin agsaqqalı, sovet milyarderi Manucarovu Xankəndindəki bag evindən başına torba keçirib götürdük və Əsgəran yolunda əlimizdən alınmaq şansı olmasın deyə, Laçın yolu ilə Ağdama gətirdik... Onu o vaxt Xankəndində ermənilərin girov götürdüyü Bakı Şəhər Prokurorluğu İstintaq şöbəsinin prokuroru Şükür Rzayevlə dəyişmək üçün gətirmişdik...

-Azay bəy, nəzəri olsa da belə hesab edək ki, Ukraynadakı savaşda uduzan Rusiya elə bir duruma düşdü ki, Azərbaycan ərazisindən “sülhməramlı”ları, Ermənistandan da 102-ci bazasını və sərhəd qoşunlarını tamamilə çıxardı. Sizcə, o halda da ermənilər Azərbaycanla Qarabağ, sərhəd davası aparacaq?

-Əvvəla, Rusiya Qarabağdan “sülhməramlı” kimi çıxsa da, Ermənistandan inanmıram qoşunlarını çıxarsın; ermənilərin hamısını qırarlar, amma buna imkan verməzlər... Əgər bu, baş versə, bəli, ermənilər nə Ermənistanda nə də Qarabağda bizə heç bir müqavumət göstərməyəcək və sovet dövründəki kimi qınlarına çəkilib yaşayacaqlar.. Ümid etdikləri Fransadır, o da heç vaxt Azərbaycanı, Türkiyəni qarşısına alıb bura əl uzatmaz...

Bilirsiz, hazırda yeganə yol Rusiyaya da, Ermənistana da məqamı düşdükcə qorxmadan, çəkinmədən təzyiq, basqı göstərmək, rusların öz dili ilə desək, “nayezd” etməkdir...Əvvəlki söhbətlərimizdə 1990-1991-ci illərdə Qarabağda separatçılara, terrorçulara dəstək verən Rusiya zabitlərini nə günə qoymağımız haqda danışmışıq... Onda hələ dövlətimiz yenicə formalaşırdı, ordumuz yox idi. İndi isə şükür Allaha, güclü dövlətimiz də var, ordumuz da...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Bu gün, 18:11
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Bu gün, 18:09
Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Bu gün, 18:05
“Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Bu gün, 17:57
Qadın onu baltalayan ərini bağışladı...
Bu gün, 17:52
"AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:46
Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Bu gün, 17:41
MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Bu gün, 17:33
Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Bu gün, 17:26
Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Bu gün, 17:14
AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Bu gün, 17:12
Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Bu gün, 17:07
Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Bu gün, 17:02
Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Bu gün, 16:59
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Bu gün, 16:48
Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 16:48
Bakıda xanım müğənni vəfat edib - FOTO
Bu gün, 16:32
Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Bu gün, 16:23
“Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Bu gün, 16:22
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Bu gün, 16:14
Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Bu gün, 16:12
Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Bu gün, 16:09
Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:01
Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Bu gün, 15:57
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Bu gün, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Bu gün, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Bu gün, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Bu gün, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Bu gün, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Bu gün, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Bu gün, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Bu gün, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Bu gün, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Bu gün, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Bu gün, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Bu gün, 15:02
Nazirlik eyni adama milyonluq tender verdi - İLGİNC...
Bu gün, 15:00
Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının altını üstünə çevirib – DETALLAR
Bu gün, 14:00
Ermənistan Minsk qrupundan imtina edir, ya yox? – Baş nazir aparatından ziddiyətli açıqlamalar
Bu gün, 13:42
“Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”
Bu gün, 13:37
Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31
Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22
Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20
“Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15
3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06
Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04
“Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru