İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                     “Music Gallery” müştərini necə süründürür? .....                     "Neftçi" klubunun şikayəti təmin edilməyib .....                     Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... .....                     Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib .....                     Keçmiş səfirin qızına cinayət işi açıldı .....                     Ağazaryan Sərkisyanın planı barədə: .....                     Bakının yeni missiyası... .....                     Dövlət qurumunun tenderi .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir .....                     "Qalmışam əlacsız vəziyyətdə..." .....                     “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” .....                     İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb .....                     Azərbaycanlı deputatı kimlər sıxışdırır? .....                     Mərhum generalın işində hökm oxundu .....                     İbrahim Kalın Suriyaya gedib .....                     "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" .....                     Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib .....                     “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib .....                     “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir .....                     Məşhur müğənnilər arasında qalmaqal böyüyür .....                     Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” .....                     Paşinyandan müxalifətə erkən seçki şoku .....                     İrəvanda “artsax nümayəndəliyi”: .....                     “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi .....                     Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər .....                     “Azərenerji”nin 24 milyon manatlıq tenderini .....                     MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib .....                     23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi .....                     Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... .....                     Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə .....                     Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur .....                     Əbdül Xalidlə bağlı ŞOK İDDİA .....                     Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     İran “Mossad agenti”ni dar ağacına göndərdi .....                     Kişi 7-ci mərtəbədən yıxılıb öldü .....                 

"İlahi, ölkəmizdə nə qədər xain var" - deputat
Tarix: 24-12-2022, 08:44 | Çap et
"İlahi, ölkəmizdə nə qədər xain var"
Laçın-Xankəndi yolundakı aksiyanın əsas hədəfi gün kimi aydın. Ermənilərin onu qəsdən təhrif edib humanitar amilə kökləməsi təbiidir. Çünki qarşımızdakı əxlaqsız, heç bir bəşəri dəyər tanımayan məkrli bir düşmən. Bizə qarşı daima qərəzi, kini bitib-tükənməyən, saxtakar, ikinci yüz ildir beynəlxalq birliyi öz “timsah göz yaşları” ilə çaşdırmağa çalışan sırtıq və riyakar bir toplum.

Ancaq əfsus ki, bəzən “sapı özümüzdən olan balta”lar da düşmənin bizə qarşı əsassız iddialarına bilərəkdən və ya bilməyərəkdən zəmin yaradır, “erməni dəyirmanı”na su tökürlər.

Məsələn, siyasi şərhçi Azər Qasımlı Azadlıq Radiosuna deyib ki, Laçın-Xankəndi yolunda etiraz aksiyasının sülh prosesinə heç bir müsbət təsiri yoxdur: “Hətta sülh prosesini tamamilə dağıdan bir aksiyadır. Bu aksiyanın Azərbaycanın milli maraqlarına heç bir aidiyyəti və gözlə görüləcək hər hansı dividendi yoxdur”.

Onun iddiasına görə, Azərbaycanın maraqları onda təmin olunardı ki, həqiqi sülh prosesi başlayardı və bu, Rusiyanın iştirakı olmadan davam etdirilərdi: “Amma belə bir aksiyalar olursa və Laçın dəhlizi qapadılırsa (dəhliz qapadılmayıb, sadəcə, ermənilərin ondan cinayətkar məqsədlər üçün istifadəsinə imkan verilmir! - red.), təbii ki, orada sülhməramlı kontingentə daha çox ehtiyac duyulmağa başlayır. Qarabağda olan ermənilərin Rusiyaya ehtiyacı daha çox olur. Ermənistanda millətçilər, Rusiyaya bağlı olan siyasətçilər bəyan edir ki, Rusiya sülhməramlıları olmasa, Azərbaycan hücum edəcək, humanitar böhran yaradacaq. Buna da rəvac verən aksiyanı təşkil etməklə Azərbaycan iqtidarı oldu. Başqa heç bir nailiyyət yoxdur”.

Belə çıxır, Azərbaycan dövləti separatçı kriminal elementlərin sərvətlərimizi rahatca talamasına, ekologiyamızı məhv eləməsinə, ərazimizdə qanunsuz ordu qurmasına göz yummağa davam eləməli idi ki, nədi-nədi 10 noyabr sənədi var?

Qeyd edək ki, bənzər iddialarla vaxtaşırı erməni siyasiləri və ekspertlər də çıxış edirlər.

Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Laçın yolunda aksiyanı Azərbaycan xalqı keçirir: “Əslində bu da sülhə, birlikdə yaşamağa çağırışı özündə ehtiva edən aksiyadır. Azərbaycan vətəndaşı olan erməni əhaliyə dəfələrlə çağırış edilib ki, gəlin bölgənin ekologiyasını birlikdə qoruyaq. Xalqın dinc aksiyasına özünə azərbaycanlı deyən şəxs qara yaxmamalıdır, bu aksiyanı gözdən salmamalıdır.

Milli məsələdə belə xainlik edənlərin ortaya çıxması insanda heyrət yaradır. Nə qədər milli hisslərdən uzaq olmalısan ki, öz millətinin haqq mübarizəsinə qarşı çıxasan. Bunun satqınlıqdan, xalqına, dövlətinə qarşı xəyanətdən başqa adı yoxdur. Azərbaycan dövlətini, xalqını sülh istəməyən, sülhü pozan adlandırmaq üçün ya gərək kor, kar olmalısan, ya da bu xalqın düşməni, bu xalqın düşməninin əlaltısı. Milli satqınlar məgər görmürlər ki, Azərbaycan 44 günlük müharibədə də, sonrakı keçən müddətdə də daim sülh çağırışları edib?! Azərbaycan qalib tərəf, üstün tərəf olmasına baxmayaraq Ermənistana barış əlini uzadır. Sülh istəməyən, barış üçün uzanan əli geri çevirən isə Ermənistandır.

Ermənistan sülh danışıqlarından faktiki olaraq imtina edir. Sülh danışıqlarının davamı olaraq dekabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirilməli idi. Nikol Paşinyan bu görüşdə iştirakdan rəsmən imtina etdi. Dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada görüşməli idilər. Ermənistan hakimiyyəti bu görüşdən də imtina etdi. Təkcə bu ay ərzində baş verən bu iki fakt kimin sülhə qarşı olduğunu, kimin sülh prosesini dağıtdığını göstərmirmi?! Hər şeyin bu qədər aydın olmasına baxmayaraq özünü azərbaycanlı adlandıran kimlərinsə Azərbaycanı sülh danışıqlarını dağıtmaqda günahlandırması Ermənistanın maraqlarına xidmət etməkdir. Düşmən marağına xidmət edənlərə qarşı isə qanunun ən sərt dili ilə davranılmalıdır".

Deputat Razi Nurullayev də Laçın-Xankəndi yolunda aksiyaları lağa qoyanları xain adlandırıb: “İlahi, ölkəmizdə nə qədər xain var. Bəziləri aksiyanı lağa qoyur. Ermənilərə sətiraltı və açıq dəstəklərini göstərirlər. Bu xainlikdir. Əgər imkanları olsa o yolu iflic edərlər. Kimin cürəti var Azərbaycanı qınasın? Təklif edirəm ki, bu cür şəxslər istintaqa cəlb olunsun. Biz Birinci Qarabağ müharibəsində 25 min, Ikincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin. Çox şeydə güzəşt olar, amma vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz”.

Politoloq Yeganə Hacıyeva qeyd etdi ki, Şuşa-Xankəndi yolunda davam edən etirazların fonunda qlobal erməni mediası və QHT şəbəkəsi, onların bəzi azərbaycanlıların da daxil olduqları uzantıları hərəkətə gətərilib: “Aksiyanın gözdən salınması, insanların aksiyaya qatılmaq aktivliyinə zərbə vurmaq üçün ən müxtəlif formada çirkin təbliğat aparılır, açıqlamalar, bəyanatlar verilir. ABŞ-da, Avropada, hətta Cənubi Amerikada belə Azərbaycan əleyhinə dezinformasiya və prosesin təhrif edilməsi ilə kampaniyalar aparılır. Beynəlxalq təşkilatlardakı Azərbaycan əleyhinə aparılan ciddi işlərin fonunda, hətta ənənəvi müttəfiqimiz sayılan dövlətlərin hökumətlərindəki hind, erməni, Soros şəbəkəsinin təsiri ilə nəzərəçarpacaq qədər dəyişən mövqeyi məyusluq yaradır.

Belə həssas zamanda ölkədə Azərbaycan cəmiyyətinin diqqətini bu proseslərdən yayındırmaq, diqqəti sərhəddən daxilə çəkmək cəhdləri də izlənməkdədir. Bir cümlədə izah etsəm, sosial və ənənəvi mediada regionlararası münasibətlərin korlanmasına hesablanmış, təhrik elementli gündəm də formalaşdırılır. Yəni təkcə Laçın yolundakı aksiyanı gözdən salmaq, guya bu aksiyanın zərərli olduğunu iddia etməklə kifayətlənmirlər..."

Etibar SEYİDAĞA,Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Bu gün, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Bu gün, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Bu gün, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Bu gün, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Bu gün, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Bu gün, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Bu gün, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Bu gün, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Bu gün, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Bu gün, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Bu gün, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Bu gün, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Bu gün, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Bu gün, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Bu gün, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Bu gün, 16:04
Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Bu gün, 15:53
İbrahim Kalın Suriyaya gedib
Bu gün, 15:50
"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:48
Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Bu gün, 15:44
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Bu gün, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Bu gün, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Bu gün, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Bu gün, 12:58
Paşinyandan müxalifətə erkən seçki şoku
Bu gün, 12:55
İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Bu gün, 12:53
“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Bu gün, 12:29
Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Bu gün, 12:25
“Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 12:24
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Bu gün, 12:10
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Bu gün, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Bu gün, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47
Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34
İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32
Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29
Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23
Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17
Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01
"Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58
Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56
Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54
“Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52
"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47
Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru