"Yaradıcı insan üçün diqqət önəmlidir" .....                     “Azərterminalkompleks” Birliyinin tenderi ləğv edildi .....                     Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? .....                     Bu şirkətin İdarə Heyətinin sədri işdən çıxdı .....                     Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı .....                     Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib .....                     "Bu şirkətin sahibi kimdir, axı?" .....                     Maliyyə Nazirliyinin jurnalı bağlanır .....                     Azərbaycanın mebel şirkəti səhmdarlarını .....                     Bakıda həkim iş başında qəfildən vəfat etdi .....                     “Tərtər Kəndkimya” ATSC-nin rəhbərliyi seçiləcək .....                     Aİ Paşinyanın “qələmini qırdı” .....                     Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... .....                     Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... .....                     Şərurun baş həkimi rəsmən özbaşına qalıb... .....                     8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi .....                     Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur .....                     Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı .....                     Azərbaycanda uniforma biznesi .....                     Bakıda ƏMLAK ÇEKİ DAVASI .....                     ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib .....                     "Adıma VÖEN açdırmışdılar..." .....                     "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" .....                     Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir .....                     İranda Bakıya görə “müharibə” başladı .....                     Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır .....                     Oğlu deputatlığa namizəd idi... .....                     “Belə bir layihə ətrafında fikirləşməyə dəyər” .....                     "Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" .....                     Xarici agentlər qədər təhlükəli işbaz məmurlar .....                     "Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" .....                     Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU .....                     Bu ixtisasları seçməyin .....                     Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? .....                     Gəncə icra hakimiyyətinin YALANI .....                     "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar .....                     Politoloqun məhkəməsində kriptovalyuta söhbəti .....                     Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın .....                     Rusiya Gümrü bazasına silah daşıyır .....                     Elmar Məmmədyarov Rusiya agentidir? .....                 

İndiki aksiyalar Topxana hadisələrini xatırladır - Etibar Məmmədov
Tarix: 16-12-2022, 08:40 | Çap et
İndiki aksiyalar Topxana hadisələrini xatırladır
Milli İstiqlal Partiyasının lideri, Milli Azadlıq Hərəkatının aparıcı fəallarından biri olmuş Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə 34 il öncə Şuşanın Topxana meşəsində erməni separatçılarının Azərbaycan Hökumətinin icazəsi olmadan tikinti apararaq, ağacları doğrayaraq ekologiyaya ziyan vurmasına qarşı Şuşada, ardınca da Bakı və digər şəhərlərdə başlanan xalq etirazları artıq neçə gündür Azərbaycan ekoloqları və ictimai fəallarının Xankəndi-Şuşa-Laçın yolunun bağlanması ilə davam edən etiraz aksiyası arasındakı oxşarlıqdan, Rusiya rəhbərliyi tərəfindən “sülhməramlı”ların komandanı Andrey Volkova verilə biləcək siyasi qərardan danışdıq. Eyni zamanda yaxın keçmişimizdə Qarabağda həmsöhbətimizin də iştirakçısı olduğu bəzi hərbi-siyasi olaylardan bəhs etdik. DİA.AZ müsahibəni təqdim edir:

- Son günlər Şuşa-Xankəndi yolunda Azərbaycan ekofəalları və digər ictimaiyyət nümayəndələrinin məlum səbəblərdən keçirilən etiraz aksiyası, sanki 1988-ci ilin payızında başlanan xalq hərəkatının ilk günlərini xatırladır. O zaman da hadisələr ekoloji səbəblərdən - separatçı ermənilərin Şuşanın Topxana meşəsində qanunsuz tikinti apararaq, çoxillik ağacları qırmasına qarşı öncə Şuşada, sonra isə Bakıda keçirilən kütləvi etiraz aksiyalarından başladı. O günlərdə Moskvanın Qarabağdakı canişini Arkadi Volski tələblərimizin yerinə yetirilməsinə, yəni ən azı, Topxanada ermənilərin tikintisinin durdurulmasına şərait yaratmırdı. Bu gün də “sülhməramlı”ların komandanı Andrey Volkov ekoloq və geoloqlarımızın mədənlərimizin qanunsuz istismarını təftiş etməsinə təminat yaratmır...

- Bəli, doğrudan da, 1988-ci ilin payızında separatçı ermənilərin Topxanada meşəni qırması ilə, yəni ekoloji problemlə bağlı Şuşada, ardınca da Bakıda başlanmış xalq hərəkatı ilə bir neçə gündür Şuşa-Xankəndi yolunda yenə də ekoloji problemlərlə bağlı davam edən aksiya arasında oxşarlıq var. Həm də ona görə ki, Qarabağdakı problemlər tam həllini tapmayıb. Və Azərbaycan da oradakı işləri tam nəzarətə götürməlidir. Birinci ekoloji məsələlərdən başlayıblar.

Təbii ki, Qarabağ və Şərqi Zəngəzurun bir hissəsindəki bütün təbii sərvətləri, o cümlədən faydalı qazıntı, filiz mədənlərini nəzarətə götürmək Azərbaycan dövlətinin haqqıdır. Birinci mərhələdə separatçılar mədənlərdə monitorinq işləri aparmağa imkan vermədi. Azərbaycan tərəfinin güc tətbiq etmək haqqı olsa da, bu, hələ tezdir. İlk mərhələdə bu işə ictimaiyyət cəlb olunub. Və ürəkaçandır ki, gənclərdən tutmuş yaşlı insanlaradək Şuşadakı hər kəs bu aksiyada iştirak edir, ona dəstək verir. Odur ki, əvvəl-axır Rusiya “sülhməramlı”larının komandanlığı məcbur olub Azərbaycanın tələblərini yerinə yetirməlidir...

- 1988-ci ilin payızında Moskvanın nümayəndəsi kimi Xankəndidə fəaliyyət göstərən Arkadi Volski Topxanada ermənilərin işlərinin dayandırılması ilə bağlı Azərbaycan tərəfinin tələblərini yerinə yetirmirdi. Onun ermənipərəstliyi tam bəlli idi. Bəs bu general Volkov nəyi gözləyir? Nədən etirazçıların qarşısına çıxmır?

- Əslində, Rusiyanın Qarabağa gələn canişinləri hamısı ermənipərəstdir... Əlbəttə ki, Volkov da Moskvanın əsgəridir, Kremldən göstəriş olmasa, bir addım da kənara ata bilməz. Ona görə də bu general, necə deyərlər, siyasi qərar gözləyir. Hələ ki, həmin qərar da yoxdur... Təbii ki, Azərbaycan tərəfi də təzyiqi artıracaq. Əsas odur, Qarabağdan Ermənistana gedən yol bağlıdır. Rusiya “sülhməramlı”ları da heç vaxt güc tətbiq etməyə cəhd göstərə bilməzlər. Cavabı onlar üçün çox ağır olar. Heç beynəlxalq mandatları da yoxdur. Ona görə də əvvəl-axır Azərbaycan ictimaiyyətinin tələbləri qarşısında geri çəkilməlidirlər...

- Bəs Kreml, Moskva özü nə fikirləşir, nəyi gözləyir sizcə?

- Bilirsiniz, Moskva, demək olar ki, yoxdur artıq... Hazırda Kremldə vahid siyasət aparan bir mərkəz yoxdur. Hər hakimiyyət klanı bir cür hərəkət edir. Ona görə də ən yuxarı səviyyədə siyasi rəhbərlik vahid bir qərara gəlməyincə Azərbaycanın “sülhməramlı”larla problemləri davam edəcək. Yəni bu günkü ekoloji məsələlərə reaksiya da, bundan əvvəl Qarabağdakı toponimlərin Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi xəritələrdə düzgün əks olunmaması məsələsi də - hamısı Moskvadakı qarışıqlığın, xaosun, vahid siyasi-hərbi komandanın olmamasının nəticəsidir…

- Sizin Milli Azadlıq Hərəkatının liderlərindən biri olaraq ən azı 1988-1992-ci illər boyu Moskvanın həm siyasi məmurları, həm hərbi komandirləri, generalları, həm də hüquq-mühafizə orqanı əməkdaşlarıyla yetərincə ünsiyyət təcrübəniz var. Bu gün sizi “sülhməramlı”ların komandanı, general Volkovla danışığa göndərsələr, onunla necə söhbət edərsiz, onun qarşısında hansı tələbləri qoyarsınız?

- Volkova çox söz demək olar. Amma əslində, Azərbaycan xalqının tələbləri “sülhməramlı”ların komandanı qarşısında yox, onun tabe olduğu Kreml rəhbərliyi qarşısında qoyulmalıdır ki, o da rəhbərliyinin tapşırığıyla onları icra etməyə məcbur olsun. Hazırkı durumda Volkov bilir ki, etirazçıların qarşısına gəlsə də, heç bir şey həll edə bilməyəcək. Ona görə də gəlmir…

- Görünür, Volkov həm də Azərbaycan xalqı qarşısında gözükölgəli olduğundan gəlmir. Qarabağdakı qızıl mədənlərimizin talanmasında erməni separatçı liderləri, o cümlədən R.Vardanyanla yanaşı, onun da adı hallanır…

- Təbii ki, Rusiya canişinləri daim belə işlərdə ermənilərdən də çox iştirak ediblər. Əsas məsələ o deyil, əsas məsələ Kremldən, Putindən siyasi qərarın gəlməsidir. Həmin siyasi qərar veriləndən sonra sabah Volkov dostu olan erməniləri də qabağına qatıb güllələyər…

- Bəs həmin siyasi qərarı kim verəcək?

- Rusiyanın daxilində, həmçinin hərbi-siyasi elitanın özündə də gərginlk günü-gündən artır. Amma bununla belə, Putin əlində olan hakimiyyəti buraxmaq istəmir… Gördüyünüz kimi, o, açıq-aşkar elan etdi ki, Vaşinqton variantında Qarabağdakı ermənilərə status verilməsi məsələsi yoxdur, ancaq Moskva variantında bu var. Yəni bir növ ultimatum kimi dedi ki, status məsələsinə baxılmalıdır. O, mövqeyini ortalığa qoyur və dolayısı ilə erməniləri də təhdid edir ki, istəmirsizsə, özünüz bilərsiniz. Ona görə də Azərbaycan rəhbərliyi də çox ağıllı mövqe tutub ki, bu məsələ tezliklə həll olunsun və Qarabağın qalan hissələri də dövlətimizin birbaşa yurisdiksiyasına keçsin. Əgər ABŞ və Avropa Birliyi status məsələsini qoymursa, deməli, artıq Qarabağ məsələsini Rusiyanın nəzarətindən çıxarmaq lazımdır. Bunun üçün də müşahidə etdiyimiz “yumşaq” təzyiq formaları qəbulolunandır…

- Etibar bəy, icazə verin, bir az da Qarabağda sizin iştirakınızla da baş vermis bəzi tarixi olaylara toxunaq… Şuşa və Laçının işğalı zamanı briqada komandiri olmuş, Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin sabiq rəisi, hazırda ehtiyatda olan general-mayor Elbrus Orucov jurnalist Eynulla Fətullayevə verdiyi və son günlər “YouTube” kanalında yayımlanmış müsahibəsində sizin də adınızı hallandırır. Yəqin ki, həmin müsahibəni dinləmisiz... Generalın barənizdəki ittihamlarına necə cavab verərsiniz?

- Həmin müsahibəyə baxmışam. Elbrus Orucov həmin müsahibəsində qeyd edir ki, guya mən hərbi təlim keçmiş 144 nəfərlik birləşməni Laçına gətirəndə onun sualına cavab olaraq demişəm ki, mən Milli İstiqlal partiyasının lideriyəm. Birincisi, mən o zaman belə bir ifadə işlətməmişəm. İkincisi də, mən Laçına gələndə Elbrus Orucov qaçırdı. Yolda mən onu saxlayıb geri qaytarmışam... 1992-ci il mayın 10-da mən Qubadlı istiqamətindən Laçın şəhərinin girişinə çatanda gördüm ki, Elbrus Orucov orada dayanıb qaçan əsgərlərdən silahları yığır. Soruşdum ki, cənab zabit, burada nə iş görürsən? Cavab verdi ki, silahları yığıram, aparam... Özü də ucadan vurğuladı ki, bu xalq vuruşmaq istəmir... Soruşdu ki, bəs siz kimsiz - cavab verdim ki, deputatam, Azərbaycan parlamentinin üzvüyəm. Gəlmişəm, Laçındakı durumu öyrənim, xahiş edirəm, düşün qabağımıza, gedək. Oradan keçən hərbçilərdən bir-bir soruşdum ki, siz haraya gedirsimiz? Dedilər ki, bəs Şuşadan gəlirik, bizi məzuniyyətə yollayıblar. Onların məzuniyyət sənədlərində tarix və imza ilə maraqlandım. Məlum oldu ki, məzuniyyətə buraxılanların hamısı 6 və 7 may tarixlərində buraxılış sənədi alıb. Həmin sənədlərdə isə Şuşanın komendantı kimi Elbrus Orucovun imzası və möhürü var. E.Orucovdan soruşdum ki, bəs bu nə deməkdir. Dedi ki, mənim bundan xəbərim yoxdur. Xülasə, oradan keçən hərbçilərdən 31 məzuniyyət vərəqəsi yığdım və Bakıya qayıdanda onları prokurorluğa təhvil verdim... Həmin sənədlər Şuşa və Laçının işğalı ilə bağlı cinayət işində qeydə alınıb...

- Elbrus Orucov konkret olaraq sizin o vaxt Laçına apardığınız könüllü tələbə dəstəsindən də bəhs edir...

- Elbrus Orucovun növbəti bir yalanı ondan ibarətdir ki, guya mənim rəhbərliyimlə Bakıdan gətirilmiş könüllü tələbələrdən ibarət 144 nəfərlik birləşməni ona təhvil verməkdən imtina etmişəm, demişəm ki, onları Laçın alayının komandiri Arif Paşayevə verəcəyəm. Bu da tamamilə yalandır. Çünki bilirdim ki, artıq rəsmi briqada komandiri Elbrus Orucovdur və Türkiyədən gizli olaraq gəlmiş zabitlərin təlim keçdiyi sözügedən birləşməni Laçın rayon mərkəzində məhz ona təhvil vermişəm. Və əlavə olaraq Orucova demişəm ki, o könüllülərin təlimi yarımçıq qalıb, amma həmin türkiyəli təlimatçılar da gəlib, lazım olarsa, döyüşlərdə bu birləşmədən istifadə edə bilərsən. Təəssüf ki, o, mən Laçından gedəndən sonra həmin birləşməni 5-5, 10-10 parçalayaraq ayrı-ayrı postlara göndərib. Yəni birlikdə təlim keçmiş həmin birləşmənin döyüş effektivliyi artıq itib...

- Elbrus Orucovun Laçında və ya Şuşaya yaxın ərazilərdə bir briqada komandiri kimi fəallığının, bir hərbçi nüfuzunun şahidi oldunuzmu?

- Bilirsiniz, elə həmin gün, yəni mayın 10-da Elbrus Orucovdan soruşdum ki, yaxşı Şuşa işğal olunub, bəs Laçının müdafiəsi üçün nə iş görürsüz. Cavab verdi ki, artıq heç bir iş görə bilmirik, mayın 14-16-da ermənilərin Laçına hücumu olacaq və biz də buranı qoruyub saxlaya bilməyəcəyik... Yəni sanki bu cür bir xəbərlə panika yaratmaq məqsədi güdürdü. Halbuki, ərazini müdafiə etməli olan komandir heç bir halda belə bir fikir işlətməməlidir. Sonra Laçındakı alayın qərargahında Elbrus Orucovun da iştirakıyla müşavirə keçirildi. Arif Paşayev, Rövşən Cavadov, Tahir Əliyev, Nofəl Kərimov və digərləri də orada idi... Lakin Orucov orada fağır-fağır dayanaraq bir briqada komandiri, peşəkar hərbçi kimi yaranmış şəraitlə bağlı heç bir ciddi əmr və tapşırıq vermədi...

Laçındakı müşavirədə mənimlə gəlmiş türk təlimatçılar da iştirak edirdi. Onlar təklif etdilər ki, bizə müşayiətçilər verin, gedək mövqelərdəki durumu təftiş edək. Gedib qayıtdılar və dedilər ki, müdafiəçilərin çoxu mənəvi-ruhi baxımdan düşkün durumdadır və belə bir şəraitdə ərazini müdafiə etmək çətin olacaq. Sonra həmin türk zabitlər ayrılıqda mənə dedilər ki, mayın 14-də Türkiyə ordusunun Ermənistanla sərhədə yaxın Sarıqamış ərazisində hərbi təlimləri başlayır. Əgər Türkiyə rəhbərliyi ilə danışıq aparsanız, ordunu Ermənistan sərhədinə daha yaxın əraziyə gətirərlər və o halda ermənilər Laçını işğal etməyə cəsarət göstərməz. Bununla bağlı mən mayın 11-də Laçından qayıdıb Türkiyəyə getməyə qərar verdim... Amma mən Laçından çıxan vaxt oraya Bakıdan xeyli canlı qüvvə və texnika göndərilmişdi. Təəssüf ki, şahidlərin söylədiyinə görə, sonradan – mayın 14-də briqada komandiri Elbrus Orucovun gözü qarşısında həmin qüvvə və texnikaların əksəriyyəti ərazidən çıxarılaraq Bakıya qaytarılıb...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yaradıcı insan üçün diqqət önəmlidir"
Bu gün, 09:45
“Azərterminalkompleks” Birliyinin tenderi ləğv edildi
Bu gün, 09:41
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 09:36
Bu şirkətin İdarə Heyətinin sədri işdən çıxdı
Bu gün, 09:31
Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı – “Dəhlizə o ölkə nəzarət edəcək”
Bu gün, 09:28
Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
"Bu şirkətin sahibi kimdir, axı?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:17
Maliyyə Nazirliyinin jurnalı bağlanır
Bu gün, 09:06
Azərbaycanın mebel şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:03
Bakıda həkim iş başında qəfildən vəfat etdi - FOTO
Bu gün, 09:02
“Tərtər Kəndkimya” ATSC-nin rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 08:59
Aİ Paşinyanın “qələmini qırdı” - yerinə onu gətirirlər
Bu gün, 08:49
Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:40
Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... - Görünəni odur ki...
Bu gün, 08:29
Şərurun baş həkimi rəsmən özbaşına qalıb... - MÜRACİƏT
Bu gün, 08:26
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO
Bu gün, 08:16
Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur - NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 08:14
Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı - İLGİNC
Bu gün, 07:04
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur
Bu gün, 07:03
Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41
ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30
"Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22
"Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19
Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11
İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08
Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05
Oğlu deputatlığa namizəd idi... - özü isə qanunları pozur...
Bu gün, 06:01
“Belə bir layihə ətrafında fikirləşməyə dəyər”
Bu gün, 05:58
"Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" - deputat
Bu gün, 05:56
Xarici agentlər qədər təhlükəli işbaz məmurlar - Onlar kimlərdir?
Bu gün, 05:54
"Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" - Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR
Bu gün, 05:50
Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU - TƏFƏRRÜAT
Bu gün, 05:47
Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 05:43
Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 05:41
Gəncə icra hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bu gün, 05:39
"Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar - "Təhsil ocağı" yox, "təhsil bazarı"...
Bu gün, 05:34
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru