Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... .....                     AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                     “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib .....                     Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu .....                     Bakı bu dəfə tramvaya görə söküləcək: .....                     Lənkəranda YAŞIL TERROR .....                     Daha yüksək zirvələrə .....                     Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                 

“Hakimiyyət bir neçə yüksək çinli məmuru yola salmaqla “beşinci kolon”u bitmiş saydı” - HƏQİQƏTƏN DƏ...
Tarix: 21-11-2022, 14:48 | Çap et
“Hakimiyyət bir neçə yüksək çinli məmuru yola salmaqla “beşinci kolon”u bitmiş saydı”
Rusiyanın Baş naziri Mixail Mişustin ötən həftə Azərbaycanda səfərdə olub. Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edən Rusiya hökumətinin başçısı Prezident İlham Əliyev və azərbaycanlı həmkarı Əli Əsədovla görüşüb.

Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşdiyi bir dövrdə Mişustinin Bakı səfəri ciddi müzakirələrə səbəb olub. Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artdığı və Ukrayna cəbhəsində Moskvanın öz mövqelərini itirdiyi bir zamanda Kremlin postsovet ölkələrinə nəzarəti artırmağa çalışdığı və son səfərin də məhz bundan qaynaqlandığı iddia olunur.

Mişustinin Bakıda olduğu dönəmdə Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul etməsi, Azərbaycanın Avropa ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğuna dair bəyanatı da diqqətdən yayınmır. Bu, öz növbəsində ölkəmizin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcəyini söyləməyə əsas yaradır. DİA.AZ bildirir ki, Aydınlar Partiyası sədrinin birinci müavini, politoloq Qorxmaz İbrahimli AYNA-ya müsahibəsində Azərbaycanda və regionda baş verən son olaylar barəsində danışıb.

- Rusiyanın Baş naziri Mixail Mişustinin Bakıya səfəri ciddi müzakirə mövzusudur. Regional konfliktlərin artdığı bir şəraitdə Mişustinin Bakıya səfərini müxtəlif aspektlərdən şərh edirlər. Rusiya Baş nazirinin Azərbaycana səfərini necə qiymətləndirirsiniz?

- Göründüyü kimi, Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana səfəri qəfil baş verdi. Hansı ki, adətən bu cür səfərlər barədə bir neçə həftə öncədən müəyyən məlumatlar yayılır. Bu dəfə isə bu baş vermədi. Bu da öz növbəsində haqlı sualların meydana çıxmasına səbəb olur. Azərbaycanın siyasi və ictimai elitası bu səfərin proqramı barədə məlumatsızdır. Yalnız səfərlə bağlı rəsmi məqamlar verilib ki, bu da yetərli sayıla bilməz. Bu səbəbdən mövqeyimizi ehtimallar üzərində qurmağa məcburuq.

Hesab edirəm ki, Mişustinin səfəri Azərbaycan-Fransa, Azərbaycan-Rusiya, Rusiya-Ermənistan münasibətləri zəminində ortaya çıxan bir səfərdir. Bu səfərdən müsbət nəticələr gözləmirəm. Nəinki Mişustinin, Rusiya rəsmilərinin Azərbaycana səfərlərindən ciddi nəticələr gözləməyə dəyməz. Çünki Rusiya hər zaman postsovet məkanını, habelə Azərbaycanı təzyiq altında saxlmağa çalışıb. Baxmayaraq ki, Sovet İttifaqının süqutunun üzərindən 30 ildən vaxt keçir, Moskva hələ də imperialist siyasətində əl çəkə bilmir.

Məlumdur ki, Azərbaycanın əsas tələbi Ermənistan silahlı qüvvələrinin bizim ərazilərimizdən çıxarılmasıdır. 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanatda da bu məqam öz əksini tapıb. Lakin Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Təbii ki, Moskva istəsəydi, çoxdan buna nail olardı. Görünən odur ki, onlar bunu istəmirlər və belə bir ölkənin hökumət başçısının Azərbaycana səfəri də xeyrimizə yönələ bilməz.

- “Birinci kanal”da ölkəmiz əleyhinə təbliğatın ardınca Xankəndidə Moskvanın dəstəyilə təşkil olunan aksiya Azərbaycanla Rusiya arasında münasibətləri yenidən gərginləşdirib. Sizcə, Rusiya postsovet məkanında nəyə nail olmaq istəyir?

- Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 10 noyabr tarixində imzaladıqları üçtərəfli bəyanatda razılıq əldə olunsa da, buna riayət olunmur. Çünki qeyd etdiyim kimi, Rusiya bu dəhlizin açılmasında maraqlı deyil. Əgər maraqlı olsaydı, Ermənistanı buna təhrik edə bilərdi. Rusiya qoşunları 1993-cü ildə Azərbaycandan çıxarıldıqdan sonra Moskva ölkəmizə əsas təsirini itirmişdi. Kremlin Azərbaycana yalnız siyasi təsir rıçağı var idi.

Lakin artıq iki ildir ki, Rusiyanın Azərbaycana həm də hərbi təsir imkanları mövcuddur. Mövcud hakimiyyətin apardığı yanlış siyasətin nəticəsidir ki, hökumətin daxilində olan “beşinci kolon”u tamamilə zərərsizləşdirmək mümkün olmayıb. Yalnız bu qüvvələrin başında duran bir neçə yüksək çinli məmuru yola salmaqla bu işi bitmiş saydılar. Ancaq bu gün də hökumətin daxilində “beşinci kolon” fəaliyyətini davam etdirir. Bunu etiraf etmək lazımdır.

Son parlament seçkilərində Milli Məclisin bu qüvvələrdən təmizlənəcəyi gözlənilsə də, bu, həyata keçmədi. Bu gün də onlar ali qanunverici orqanda əhəmiyyətli təsir imkanlarına malikdirlər. Məhz elə bu səbəbdən Rusiya və İrana qarşı mübarizədə asılı duruma düşmüşük. Zamanında Azərbaycanda siyasi müxalifətin formalaşmasına imkan verilməməsi və Rusiyadan yönələn təzyiqləri neytrallaşdırmaq üçün “bufer zona”nın formalaşmaması da burada qeyd olunası əsas məqamlardandır. Əgər biz şimaldan və cənubdan gözlənilən təzyiqləri zərərsizləşdirmək istəyiriksə, ilk növbədə “beşinci kolon”u tamamilə sıradan çıxarmalıyıq. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycana qarşı təzyiqlərini həm də bu qüvvələrin dəstəyilə həyata keçirməyə müvəffəq olur.

- Azərbaycanla İran arasında da münasibətlər kəskinləşib. İranda başlanan kütləvi etirazlardan sonra molla rejiminin ölkəmizi hədəfə almasını və Ermənistana dəstəyi artırmasını doğuran səbəblər nədir?

- Azərbaycanla İran arasında heç zaman xoş münasibətlər olmayıb. Baxmayaraq ki, diplomatik normalara görə, bəzən bu görüntü yaradılıb, əslində isə heç zaman münasibətlər xoş olmayıb. Hətta vaxtilə mərhum Prezident Heydər Əliyevin İrana səfəri zamanı Azərbaycan bayrağındakı yaşıl rəngi dəyişməyə çalışmışdılar. Bu təzyiq siyasəti hər zaman davam edib. İşğal dövründə Ermənistana yardım ediblər, onlara dəstək göstəriblər. İran Azərbaycanda öz “emissar ordusunu” formalaşdırıb və onların əli ilə ölkəmizə qarşı ciddi siyasi təsir aləti əldə edib. Onlar bu gün də həmin qüvvələrdən Azərbaycana qarşı məharətlə istifadə edirlər.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra isə molla rejimi təşviş keçirməyə başladı. Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirələr fars rejiminin aqressiyasını daha da artırdı. Prezident İlham Əliyevin İrana ünvanladığı siyasi mesajlar bir dövlət olaraq bizim prinsipial mövqeyimizi ortaya qoyur. Unutmaq lazım deyil ki, İranda onmilyonlarla türk yaşayır və fars rejiminin Azərbaycana qarşı təzyiqləri mümkün deyil. Bunu onlar da başa düşürlər. Anlayırlar ki, belə bir addım atsalar, ciddi nəticələri ilə üz-üzə qalacaqlar. İran daxilində yaşayan türklər ortaya qəti iradə qoyublar və Prezident İlham Əliyevin fotolarını nümayiş etdirirlər. Bu, çox ciddi mesajdır. İran çıxılmaz durumdadır və Azərbaycana qarşı təzyiqlərinin arxasında da məhz bu amil dayanır. Lakin bir daha deyirəm ki, bu məkrli siyasət faydasızdır və yekunda molla rejiminin öz əleyhinə yönələcək.

- Göründüyü kimi, region həssas bir mərhələyə qədəm qoyub. Beynəlxalq münasibətlər sistemində də böhran yaşanır. Sizcə, belə bir həssas şəraitdə Azərbaycan hansı addımları atmalıdır?

- Mən bu suala qısa cavab vermək istəyirəm. Baxmayaraq ki, bu suala cavab vermək üçün geniş danışmaq, müxtəlif ehtimallar irəli sürmək mümkündür. Əgər biz Rusiya, İran, Fransa və digər dövlətlərin Azərbaycana qarşı təzyiqlərinin qarşısını almaq istəyiriksə, daxildə milli birliyə və həmrəyliyə nail olmalıyıq. Necə ki, 44 günlük Vətən müharibəsində milli həmrəylik tarixi qələbənin əldə olunmasında müstəsna əhəmiyyət kəsb etdi, beynəlxalq təzyiqlərə qarşı da birləşməliyik. Bu əsnada hakim partiya müxalif siyasi qüvvələrlə əməkdaşlığı artırmalı, sağlam siyasi dialoqa nail olunmalıdır. Yalnız bu yolla ölkəmizi daxildən və xaricdən gözləyən təhlükə və təzyiqlərdən qorunmaq olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru