"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" .....                     Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? .....                     Əməkdar artist Türkiyəyə köçüb? .....                     Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı .....                     “Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” .....                     Vətəndaş xəbəri olmadan borclanır... .....                     Bizə dərs keçən “Xudayar bəylər”... .....                     Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI .....                     Gəncə Dövlət Universiteti adlı bazar və... .....                     Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... .....                     Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır .....                     Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU .....                     ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib .....                     Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları .....                     Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq .....                     20 Sentyabr - Dövlət Suverenliyi Günüdür .....                     Bakıya və Trampa qarşı xain plan .....                     İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu .....                     Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı .....                     Rusiyanın gündə min dronunu məhv edəcəyik .....                     Zaur Mikayılovun YUMOR HİSSİ... .....                     Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır .....                     Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI .....                     Ağdaş sakinindən İTTİHAM YAĞIŞI .....                     Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi .....                     5 il əvvəl yanmış evinə təzminat ala bilmir .....                     Gömrükdəki tenderlər: özgəsinin nə işi var? .....                     Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... .....                     "Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" .....                     Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik .....                     Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? .....                     ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... .....                     SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... .....                     "Heç kəs bilmədi ki, mənim nə problemim var" .....                     “Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? .....                     Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina .....                     Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… .....                     Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı .....                     Pezeşkian şayiələrə son qoydu: .....                     "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" .....                 

“Paşinyan Rusiyadan xilas olmaq istəyir” - Azər Hüseynov
Tarix: 27-01-2022, 10:06 | Çap et
“Paşinyan Rusiyadan xilas olmaq istəyir”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Lakin onu da əlavə edib ki, bundan əvvəl bu sənəd danışıqlar nəticəsində tərtib olunmalıdır.

“Biz hesab edirik ki, bu danışıqlar baş tutmalıdır və Ermənistan buna hazırdır,” - Paşinyan bazar ertəsi axşam internet vasitəsilə canlı yayımda keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər. Lakin onun sözlərinə görə, bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır. Erməni baş nazir Türkiyə ilə münasibətlərə də toxunub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yayda Antalyada keçiriləcək foruma Ermənistanı dəvət etməsinə baş nazir münasibət bildirib. Onun şərtlə, minnətlə danışması aydın sezilir. Ola bilsin, daxili auditoriyanı nəzərə alıb, ehtiyatlı danışır.

Bəs Azərbaycan tərəfi Paşinyanın bu şərtli çıxışına nə deyir? Onun dedikləri qəbul ediləndirmi?

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Paşinyanın Rusiyadan xilas olmağa cəhd etdiyini bildirdi: “Paşinyanın Azərbaycanla sülh imzalamağa hazır olması onun qorxduğunu göstərir. Çünki Ukrayna və Qazaxıstandakı son gəlişmələr Qərb daxilində geosiyasi baxışlardakı fərqləri göstərir. Paşinyan Rusiyadan xilas olmaq istəyir. Amma onunla açıq savaşmaq da istəmir. Ukraynanın durumunu görür. Paşinyanın bir yolu var, Türkiyə və Azərbaycanla problemləri həll etmək, regional iqtisadi prosesə qoşulmaq və iqtisadi dividentlər əldə etmək. Bununla xalqının rifahını qaldırıb onda millitarizm meyillərini azaltmaq istəyir. Sadəcə olaraq, Paşinyan da bir ermənidir. Ona görə nə qədər qərbçi olsa da, naz etməklə bəzi avantajlar əldə etmək istəyir. Qərbin istehsalı olsa da dərk edir ki, Qərb bəd ayaqda onu meydanda tək qoyub geosiyasi vasitəyə çevirəcəkdir.

Rusiya isə regionda da, Ermənistanda da var. Sülh müqaviləsi Paşinyan üçün 102-ci bazanın ləğvi üçün lazımdır. Ona görə belə addımlar atır. Deməli, biz Paşinyanın hansısa sürprizini önləmək üçün Türkiyə ilə kordinasiyalı çalışmalıyıq. İqtisadi cəhətdən güclənməliyik, eyni zamanda vətəndaşın sosial rifahını gücləndirməliyik. Sosial rifahı təmin edilmiş vətəndaş ən güclü təhlükəsizlik amilidir. Bizim əsas ehtiyat nöqtəmiz artıq ermənilər deyil, bunu hamımız bilirik. Türkiyə ilə kordinasiya, iqtisadi rifah siyasəti, bölgə oyunçularını ətrafında toparlamaq lazımdır ki, Qazaxıstan sindromunu və Ukrayna psixozunu yaşamayaq”.

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramovun Paşinyanın dediklərinə mövqeyi diqqətləri çəkir: “Paşinyanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olması ilə bağlı açıqlaması gözlənilən idi. Çünki Paşinyan bunun əksinə hər hansı bir mövqe sərgiləməklə özünü və eləcə də Ermənistanı çətin duruma salmış olardı. Belə ki, Azərbaycan tərəfinin davamlı şəkildə sülh sazişi imzalamaqla bağlı çağırışları və Paşinyanın da buna cavab verməməsi beynəlxalq təşkilatlarda və ictimaiyyətdə Ermənistanla bağlı mənfi mövqenin güclənməsinə səbəb olurdu. Belə ki, uzun müddət başqa bir dövlətin torpaqlarını işğal altında saxlayan və nəticədə müharibəni uduzmuş tərəfin qalib dövlətin sülh təklifinə münasibət bildirməməsi mənfi qəbul olunurdu və Paşinyan da bunu görürdü. Amma məsələ burasındadır ki, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımadan sülh sazişi bağlaması mümkün deyil. Bunun üçün ilkin addım sərhədlərin demarkasiya və delimitasiya prosesinin həyata keçirilməsi olmalıdır. Bu proses isə məlum olduğu kimi, hər dəfə Ermənistanın cığallığı nəticəsində uzanır və hələ ki bu istiqamətdə hər hansı addım atıldığının şahidi olmamışıq. Ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasının vacib şərt olduğunu dərk edən Paşinyan məhz bunu nəzərə alaraq tərəflərin hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya etdiyini bildirir. Amma həmin vaxt ərazi bütövlüyünü və sərhədlərini tanıdığı ölkənin ərazilərini 30 il ərzində niyə işğalda saxladıqlarına cavab vermir. İkinci bir tərəfdən isə Paşinyan sülh sazişi haqqında danışarkən ”hələ bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır" ifadəsi də işlədib ki, bu da Paşinyanın sülh sazişinə hazır olması ilə bağlı verdiyi bəyanatın, sadəcə, beynəxalq təpkini üzərinə çəkməmək üçün verilmiş bəyanat olduğunu deməyə əsas verir. Belə ki, Paşinyan bundan öncə də Azərbaycan və Ermənistanın hələ 1992-ci ildə bir-birinin ərazi bütövlüyünü tanıması haqqında danışarkən Qarabağ məsələsinin ölkələrin ərazi bütövlüyündən ayrıca bir məsələ kimi müzakirə olunmalı olduğunu bildirmiş və qeyd etmişdir ki, Qarabağ məsələsi hüquq məsələsidir və ərazi məsələsi ilə heç bir əlaqəsi yoxdur".

R.Bayramov başqa məsələlərdən də söz açdı: “Paşinyanın bu səpkili bəyanatlarla çıxış etməsinin digər bir səbəbi isə heç şübhəsiz ki, Türkiyə-Ermənistan münasibətlərindəki yeni situasiyadan qaynaqlanır. Türkiyə ilə münasibətlərin normallaşması bu gün Ermənistana hava su kimi lazımdır və Paşinyan yaxşı başa düşür ki, Azərbaycan tərəfinin sərhədlərlə, ərazi bütövlüyünün tanınması və eləcə də sülh sazişi ilə bağlı təkliflərini uzun müddət iqnor etməklə Türkiyə ilə münasibətləri normallaşdırmaq mümkün olmayacaq. Odur ki, indi Paşinyanın bəyanatları həm vaxt udmağa, həm də tədricən də olsa erməni cəmiyyətini gələcəkdə baş verə biləcək hadisələrə hazırlamaq məqsədi daşıyır. ”Türkiyə ilə normallaşma danışıqlarına çox ciddi yanaşırıq və qonşumuzla münasibətləri qeyd-şərtsiz normallaşdırmağı başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq" deyən Paşinyan əslində bununla həm də Türkiyə tərəfinə mesaj verir ki, siz də bu normallaşma prosesi ilə bağlı hər hansı şərt irəli sürməyin. O, həmçinin Mövlud Çavuşoğlunun dəvəti ilə martın 11-13-də keçirilməsi planlaşdırılan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəyini açıqlayıb, amma eyni zamanda həmin forumda iştirakın normallaşma prosesində müsbət dinamikanın davam edəcəyi halda mümkün ola biləcəyini vurğulayıb. Düşünürəm ki, Paşinyan nə olmasından asılı olmayaraq həmin forumda iştirak edəcək. Onu da nəzərə almaq lazımdır ki, əgər bu prosesdə Ermənistan tərəfdən hər hansı mənfi addımlar atılacaqsa, ilk olaraq Türkiyə tərəfi belə bir dəvətlə çıxış etməyəcək. Odur ki, Paşinyanın minnətlə danışması daha çox daxili auditoriyaya hesablandığı qənaətindəyəm. Çünki Paşinyanın özünün də dediyi kimi o, həmin forumda iştiraka Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşmək imkanı kimi baxır və belə bir fürsəti qaçırmaq niyyətində deyil".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03
Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59
Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54
Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52
“Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46
Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42
Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35
Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27
Gəncə Dövlət Universiteti adlı bazar və... - İTTİHAM VAR...
Bu gün, 10:25
Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... - GÖZ YUMULACAQMI?
Bu gün, 10:22
Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır - Partiya sədri
Bu gün, 10:19
Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 10:18
ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib - TƏFƏRRÜAT
Bu gün, 10:13
Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”
Bu gün, 10:07
Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq
Bu gün, 10:05
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24
Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19
İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10
Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40
Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35
"Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32
Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? - İLGİNC FAKTLAR
Bu gün, 06:25
ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... - vətəndaş narahatdır...
Bu gün, 06:22
SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... - AKTUAL
Bu gün, 06:19
"Heç kəs bilmədi ki, mənim nə problemim var" - Xalq artisti
Bu gün, 06:17
“Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? - NƏ ETMƏLİ?
Bu gün, 06:14
Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina - GƏLİŞMƏ
Bu gün, 06:12
Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT
Bu gün, 06:07
Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05
Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00
"Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08
İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51
“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46
"Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43
“Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39
Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34
Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30
Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14
“Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru